Morq küçəsində qətl



Yüklə 219,66 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix30.09.2017
ölçüsü219,66 Kb.
#2497
1   2   3   4   5   6   7   8   9

qaldırmağa cəhd etdikdə, baş qopub yerə düşdü. Bədən də baş kimi dəhşətli dərəcədə 

elə eybəcər kökə salınmışdı ki, onda insana oxşayan heç nə qalmamışdı. Bu dəhşətli 

müəmmanı açmaq üçün, əlimizdə hələlik azacıq da olsa imkanımız yoxdur”.

Ertəsi gün qəzetdə aşağıdakı əlavə məlumat dərc edildi:

“Morq küçəsində faciə baş verib. Bu fövqəladə və dəhşətli hadisə ilə əlaqədar 

olaraq çox adam dindirilmiş, amma sirri açmaq üçün təzə heç nə aşkar edilməmişdir. 

Əldə  olan  ifadələr aşağıda təqdim edilir.  Paltaryuyan Polina  Dübur  ifadə verir  ki, o 

mərhumların  ikisini də  üç  ildir tanıyır.  Bu  müddət ərzində onlar üçün  paltar yuyub. 

Yaşlı xanımla qızı yaxşı yola gedirdilər. Bir-birinə çox mehriban idilər. Onun zəhmət 

haqqını xəsislik etmədən verirdilər. Onların həyat tərzi və yaşayış vasitələri barəsində 

heç  nə  demir.  Güman  edir  ki,  xanım  fala  baxır,  bununla  da  dolanırdılar.  Xanımın 

çoxlu  pulu  olduğunu  güman  edir.  Paltar  yumağa  çağırılarkən  və  paltarı  yuyub  geri 

qaytararkən evdə heç vaxt kənar adama rast gəlməyib. Onların qulluqçusu olmadığına 

əmin  idi.  Evin  dördüncü  mərtəbəsindən  başqa,  görünür,  heç  yerdə  avadanlıq 

olmamışdır.  Tütün  köşkünün  sahibi  Pyer  Moro  ifadə  verir  ki,  dörd  il  müddətində 

xanım L’Espanyeyə az miqdarda tütün və burunotu satıb. Mərhum xanımın və qızının 

cəsədləri  tapılan  otaqda  yaşadıqları  altı  ildən  çox  olardı.  Orada  əvvəlcə  bir  zərgər 

yaşayar  və  üst  otaqları  müxtəlif  adamlara  kirayə  verərdi.  Ev  xanım  L’Espanyenin 

şəxsi  mülkiyyətiydi,  kirayəçilər  evə  pis  baxdıqlarından, onları evdən  çıxarıb,  yuxarı 

mərtəbəyə özü keçib. Kirayəşin saxlamaqdan imtina edib. Yaşlı xanım uşaq kimi idi. 

şahid bu altı il müddətində xanımın qızını ən çoxu beş-altı dəfə görmüşdü. Ana-bala 

həddindən  artıq  qapalı  həyat  tərzi  keçirirmiş.  Deyilənə  görə  onların  pulu  varmış. 

Qonşular arasında xanım L’Espanyenin fala baxdığını deyənlər də vardı, amma şahid 

ona  inanmırdı.  O,  evə heç  vaxt  ana-baladan, arabir dalandardan və bəzən  həkimdən 

savayı bir kəsin gəldiyini görməmişdi.

Başqa qonşular da eyni sözləri dedilər. Kiminsə evə tez-tez baş çəkdiyini deyən 

olmadı.  Xanım  L’Espanye  və  qızının  haradasa  dostlarının  olub-olmadığını  da  bilən 

yox  idi.  Küçəyə  baxan  pəncərələrin  qapıları  nadir  hallarda  açılardı.  Dördüncü 

mərtəbədəki böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr daim 

bağlı olardı. Ev bir o qədər də köhnə deyildi və yaxşı vəziyyətdəydi. Jandarm Isidor 

Müze  göstərir  ki,  onun  arxasınca  səhər  saat  üç  radələrində  gəlmişdilər.  O  gələndə 

darvazanın  yanında  iyirmi-otuza  qədər  adam  vardı.  Onlar  içəri  keçməyə  cəhd 

göstərirdilər. Nəhayət, onlar qapını süngü ilə açdılar. Qapı ikitaylı olduğundan, yuxarı 

və  aşağıdan  siyirmə  ilə  bağlanmadığından  onun  açılması  bir  o  qədər  də  çətinlik 

törətmədi.  Qışqırtılar  darvaza  açılana  qədər  davam  etdi  və  sonra  qəflətən  kəsildi. 

Yəqin ki, bunlar ağrıdan qovrulan bir adamın (və ya adamların) qırıq-qırıq, həyəcanlı 

qışqırtısı  idi. şahid qabağa düşüb  yuxarı mərtəbəyə qalxdı.  Birinci pilləkənin başına 

çatanda acıqlı və ucadan eşidilən iki səs eşitdi. Səslərdən biri xırıltılı, o biri isə ciyiltili 

idi. Çox qəribə səs idi. Birincinin bəzi sözlərini ayırd edə bilib. Bu, fransız sözləri idi. 

Əmin  idi  ki,  o  səs  qadın  səsi  deyildi:  “sacre”  və  “diable”  sözlərini  ayırd  edə  bilib. 

Ciyiltili  səs  yadelli  adamın  səsi  idi,  amma  şahid  onun  qadın  və  ya  kişiyə  məxsus 

olduğuna  əmin  deyildi.  O  nə  dedildiyini  başa  düşə  bilməyib,  ancaq  yad  adamın 




ispanca  danışdığını  güman  edir.  Otaq  və  meyitlərin  vəziyyəti  şahid  tərəfindən  biz 

dünən təsvir etdiyimiz kimi verilib.

Qonşu,  zərgər  Henri  Duval  göstərir  ki,  o,  evə  birinci  girən  adamlardan  olub, 

bütövlükdə Müzenin dediklərini təsdiq edir. Giriş qapısından içəri daxil olan kimi onu 

yenidən  bağlayıblar  ki,  gecə  yarısı  olmasına  baxmayaraq,  tezliklə  oraya  toplaşan 

camaat içəri doluşmasın.  şahidin zənnincə, ciyiltili səs italyan səsinə, xırıltılı səs isə 

fransız səsinə oxşayırmış. Ciyiltili səsin kişi səsi oldu1una əmin deyildi.

Qadın  səsi  də  ola  bilərdi.  Onun  italyan  dili  ilə  tanışlığı  yoxdur.  Sözləri  ayırd 

edə  bilməyib,  lakin  intonasiyasından  danışanın  italyan  olduğunu  güman  edir.  şahid 

madam L’Espanye və onun qızını tanıyırmış. Onlarla tez-tez söhbət edərmiş. Ciyiltili 

səsin  məhrumların  heç  birinə  aid  olmadığından  əmindir. Restoran  sahibi  Oden 

Heymer,  şahid  kimi  özü  könüllü  surətdə  ifadə  verməyə  gəlmişdi,  fransızca  danışa 

bilmədiyindən,  tərcüməçi  vasitəsilə  dindirilirdi.  O,  Amsterdam  vətəndaşıdır. 

Qışqırtılar gələn zaman evin yanından keçirmiş. Qışqırtılar bir neçə dəqiqə, bəlkə də, 

on  dəqiqə  davam  edib.  Çox  dəhşətli  və  ürək  parçalayan  imiş.  şahid  evə  daxil  olan 

adamlardan biri olub. Özündən əvvəlki ifadəni bir şeydən başqa hərtərəfli təsdiq edir. 

O,  ciyiltili  səsin  kişi  səsi  olub,  fransıza  məxsus  olduğuna  əmindir.  O  da  deyilən 

sözləri  ayırd  edə  bilməyib.  Sözlər  ucadan  və  tez-tez  deyilirmiş,  başa  düşmək 

olmurmuş.  Qorxudanmı  və  ya  qəzəbdənmi  səs  ciyiltidən  çox  xırıltıya  oxşayırmış. 

Ciyilti deyə bilməzdim, xırıltılı səsli adam elə hey “sacre” və “diable” və bir dəfə isə 

“Mon  Dieu”  sözlərini  deyib.  Dileron  küçəsindəki  “Mino  və  Oğulları”  firmasının 

bankiri,  Mino  qardaşlarının  yaşca  böyüyü  şül  Mino  ifadə  verir  ki,  xanım 

L’Espanyenin  bir  qədər  pulu  vardı.  Onun  kontorunda  hansı  ilinsə  (səkkiz  il  əvvəl) 

yazında hesab açdırmışdılar. Xırda məbləğlərdə tez-tez pul qoyardılar. Çek yazmazdı, 

ölümündən üç gün əvvəl şəxsən özü dörd min frank məbləğində pul götürdü. Pullar 

qızılla  ödənildi  və  bankın  işçisi  xanımı  evinə  qədər  ötürdü.  “Mino  və  Oğulları” 

firmasının qulluqçusu Adolf Le Von şahidlik edir ki, təyin edilmiş vaxtda, təxminən 

günorta zamanı, xanım  ’Espanyenin iki kisəyə qoyulmuş dörd min frank pulunu onun 

evinə  aparmışdır.  Qapını  madmazel  L’Espanye  açmış,  əlindəki  kisələrdən  birini 

götürmüş, digərini isə xanım özü ondan almışdır. Sonra baş əyərək çıxıb getmişdir. O 

zaman küçədə heç kəsi görməmişdi.

Dərzi  Uilyam  Berd  ifadə  verir  ki,  ingilisdir,  iki  il  Parisdə  yaşayıb.  Evə  daxil 

olan  adamlardan  biri  idi.  Pilləkənləri  birinci  qalxanlardan  olub.  Mübahisəli  səslər 

eşidib. Deyir ki, xırıltılı səs fransıza məxsus idi. Bir neçə sözü ayırd edə bilib, amma 

hamısını  xatırlaya  bilmir.  “sacre”  və  “Mon  Dieu”  sözlərini  aydınca  eşidib.  Bu 

sözlərdən  sonra  bir-biri  ilə  dalaşan,  cırmaqlaşan  bir  neçə  adamın  səsini  də 

eşidib.Ciyiltili  səs  xırıltılı  səsdən  daha  uca  gəlirmiş.  Səsin  ingilis  səsi  olmadığına 

əmindir. Daha çox alman səsinə oxşayırdı. Güman ki, qadın səsi idi. O, almanca başa 

düşmürdü.Yuxarıda adları çəkilən şahidlərdən dördü ikinci dəfə sorğu-sual edilərkən 

göstərmişdi ki, madmuazel L’Espanyenin meyiti tapılan yataq otağının qapısı adamlar 

gələndə içəridən bağlı idi. Hər tərəfdə sakitlik hörm sürürdü. Nə inilti, nə də səs-küy 

eşidilirdi.  Qapı  sındırılarkən  heç  kəs  görünmədi.  Ön  və  arxa  otaqların  pəncərələri 




Yüklə 219,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə