Morq küçəsində qətl



Yüklə 219,66 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix30.09.2017
ölçüsü219,66 Kb.
#2497
1   2   3   4   5   6   7   8   9

boğmağında  davam  edib.  Indi  çalışın  hər  iki  əlinizin  barmaqlarını  burada 

gördüyünüz izlərin üstünə qoyun.

Cəhd etdim, lakin heç nə alınmadı.

- Deyəsən,  işi  düz  aparmırıq,  — Düpen  dedi,  — axı  kağız  hamar  səth 

üzərindədir, insanın boğazı isə yumrudur. Bax, bu odunun dairəsi təxminən boğazınkı 

qədərdir. şəkli onun üstünə dolayıb yenidən yoxlayın.

Deyildiyi kimi etdim, lakin bu, əvvəlkindən daha çətin oldu.

- Bu, insan əlinin izi deyildir, — dedim.

     -Indi isə Küvyedən bu parçanı oxuyun, — Düpen dedi. 

Burada  şərqi  Hindistan  adalarında  yaşayan  nəhəng  qonur  rəngli  oranqutanq 

meymunu  barəsində  ətraflı  surətdə  anatomik  və  ümumi  təsviri  məlumat  verilirdi. 

Nəhəng boylu, ağlasığmaz dərəcədə gücü və çevikliyi, amansız qəddarlığı və nəhayət, 

təqlidçiliyə meyl göstərməsiylə seçilən bu məməlilər kifayət qədər hamıya məlumdur. 

Qətlin tam dəhşətini dərhal başa düşdüm.

         -Barmaqların  təsviri,  — oxuyub  qurtardıqdan  sonra  dedim,  — çəkdiyiniz 

şəkildəkinə uyğun gəlir. Indi başa düşürəm ki, ancaq oranqutanq meymunu bu izləri 

qoymuş olar. Bu kürən tüklər də bir daha təsdiq edir ki, onlar Küvyenin təsvir etdiyi 

oranqutanq  meymununa  məxsusdur.  Bununla  belə,  bu  dəhşətli  qətldə  bəzi  cəhətləri 

başa  düşə  bilmirəm.  Axı  şahidlər  iki  səs  eşidiblər,  onlardan  birinin  fransıza  məxsus 

olması şübhəsizdir. 

-    Haqlısınız,  siz  də,  demək  olar  ki,  əksər  şahidlər  kimi  ifadələrdəki  “aman 

Allah!”  sözlərinin  fransıza  aid  olduğunu  deyirsiniz.  Bu  nidanı  şahidlərdən  Montana 

adlı bir şirniyyatçı haqlı olaraq etiraz vənarazılıq ifadəsi kimi səciyyələndirmişdir. Bu 

müəmmanı  tam  açmaq  üçün  əsas  etibarilə  ümidimi  bu  iki  sözə  bağlamışam.  Hansı 

fransızsa bu qətlin şahidi olub. Amma ola bilsin ki, bu qanlı cinayətin baş verməsində 

onun əli olmasın. Bəlkə də, meymun ondan qaçıb və sahibi onu cinayətin baş verdiyi 

yerə qədər izləyib, lakin baş verəcək cinayətin qarşısını ala bilməyib. Meymun indi də 

azaddır. Hələlik dediklərim fərziyyədən başqa bir şey olmadığından, onların səs-küyə 

düşməsini isyəmirəm. Bu fərziyyələr mənim özümə aydın olmadığı bir halda, çətin ki, 

başqalarını  inandıra  bilsin.  Buna  görə  də,  onları  hələlik  fərziyyə  adlandırmalı  və 

fərziyyə  kimi  də  araşdırmalıyıq.  Əgər  haqqında  danışdığımız  fransızın  mənim  fərz 

etdiyim  kimi,  bu  qətldə  təqsiri  yoxdursa,  onda  dünən  axşam  “Le  Monde”  qəzetinin 

redaksiyasına verdiyim elam mütləq bura gəlib çıxacaq.

Düpen mənə bir qəzet uzatdı, alıb oxudum.

- Bu ayın filan günündə (qətlin baş verdiyi səhər) səhər tezdən Bulon meşəsində 

Borneo  adasında  təsadüf  edilən  nəhəng  boylu,  qonur  oranqutanq  meymunu 

tutulmuşdur. Meymun öz sahibinə (deyilənə görə, sahibi Malta gəmisində dənizçidir) 

qaytarıla  bilər,  bu  şərtlə  ki,  sahibi  onu  tanısın  və  onun  tutulması  və  xərclənməsinə 

çəkilən xərcləri ödəsin.  Bu ünvana  müraciət edin: Sen-Jermer məhəlləsi,  filan küçə, 

ev N-filan, 4-cü mərtəbə.




- Siz həmin adamın dənizçi olduğunu hardan bilirsiniz?

- Onu  bilmirəm,  — Düpen  dedi.  — Ona  hələ  bir  o  qədər  də  əmin  deyiləm. 

Amma  bu  lent  parçasına  baxın.  Forması,  görünüşü  və  yağlı  olmasından,  görünür, 

onunla  dənizçilər  saçlarını  bağlayıblar.  Axı  dənizçilərin  letnlə  saçlarını  hörməkdən 

xoşları gəlir. Bundan başqa, belə düyünü dənizçilərdən özgə çox az adam vura bilər. 

Onu, xüsusilə maltalılar yaxşı edirlər. Lenti ildırımötürənin aşağısından tapdım. Lent 

qətlə  yetirilənlərin  heç  birinki  ola  bilməzdi.  Əgər  mən bu  lentin  Malta  gəmisində 

dənizçi  işləyən  fransıza  məxsus  olduğunu  deməklə  yanılmamışamsa,  qəzetdə 

verdiyim  elanda  siz  deyən  bir  qəbahətə  yol  verməmişəm.  Səhv  etmişəmsə,  dənizçi 

mənim sadəcə olaraq yanıldığımı zənn edəcək və işin dərinliyinə getməyəcək. Haqlı 

olaramsa,  deməli,  əsas  məsələni  həll  etmişik.  Qətldə  əli  olmasa  da,  onu  görmüş 

fransız, meymunu tələb etmək üçün təbii ki, elanda göstərilən yerə gəlməyə tərəddüd 

edəcəkdir.  O,  belə  mühakimə  yürüdəcək:  “Mənim  təqsirim  yoxdur;  həm  də  kasıb 

adamam.  Belə bir  vəziyyətdə  olan  adam  üçün  oranqutanq  xeyli  miqdarda  pul 

deməkdir.  Mənazıs  şübhə  üzündən  nə  üçün  onu  buraxmalıyam?  O  ki  indi 

yaxınlıqdadır. Onu qətlin baş verdiyi yerdən xeyli uzaqda, Bulon meşəsində tapıblar. 

Kimin ağlına gələr ki, bu murdar heyvan belə bir iş tuta bilər. Qətlin necə baş verməsi 

ömründə polisin ağlına gəlməz. Heyvanı izləsələr də, mənə nəyisə sübut etmək çətin 

işdir. Mən bilirəmsə də, deyəcəm ki, bu işdə günahım yoxdur. Ən başlıcası budur ki, 

məni tanıyan var.” “Elanda məni bu ədanın “sahibi” kimi qələmə veriblər. Görəsən, 

haqqımda  daha  nə  bilirlər?  Özüm  sahibi  ola-ola,  öz  malımdan  imtina  eləsəm, 

heyvandan  şübhələnə  bilərlər.  Nə  heyvanın,  nə  də  özümün  şübhə  altına  düşməyimi 

istəmirəm.  Elanda  göstərilən  yerə  gedib,  oranqutanqı  götürəcək, bu  əhvalat 

unudulanadək onu gizlədəcəyəm.” 

Elə bu vaxt pilləkəndə ayaq səsi eşidildi. -Tapançanı hazır vəziyyətdə saxlayın, 

-Düpen dedi, - amma onu göstərməyin və mən deməyincə atəş açmayın.

Evin giriş qapısı  açılmış,  gələn  adam zəngi  çalmadan içəri girmiş  və  bir neçə 

addım  pilləkənlərlə  yuxarı  qalxmışdı.  Indi  isə,  görünür,  tərəddüd  edirdi.  Bir  qədər 

keçdikdən  sonra  onun aşağı düşdüyünü  eşitdik. Düpen tez  qapıya tərəf  getdi.  Sonra 

həmin  adamın  yenidən  yuxarı  qalxdığını  eşitdik.  O,  ikinci  dəfə  geri  dönmədi, 

qətiyyətlə yuxarı qalxıb qapını döydü.

- İçəri buyurun, — Düpen kefi kök və səmimi tərzdə dedi.

Gələn  adam  içəri  girdi.  Dənizçi  olduğu  aydın  görünürdü.  O,  ucaboylu, 

dolubədənli, üz-gözündən cəsarət yağan xoş çöhrəli bir kişi idi. Gündən çox qaralmış 

sifətinin yarıdan çoxunu bakinbordları və bığları örtmüşdü. Əlində sanballı bir palıd 

dəyənəyi vardı. Görünür, yeganə silahı o idi. Sıxılası xıla bizə baş əydi və “axşamınız 

xeyir” dedi. Fransızca təmiz danışırdı. Ləhcəsində azacıq şimallılara məxsusluq özünü 

büruzə versə də, mənşəcə parisli olduğu aydındı.

- Əyləşin,  dostum,  — Düpen  dedi.  — Zənnimcə,  orabqutanqın  dalınca 

gəlmisiniz.  Düzünü  desək,  sizə  qibtə  edirəm.  Çox  gözəl  növdür,  şübhəsiz,  olduqca 

qiymətli heyvandır. Sizcə, onun neçə yaşı olar?



- Bunu deyə bilmərəm. Bəlkə də dörd,  ya beş, bundan çox ola bilməz. Indi o 

buradadır?

- Nə  danışırsınız, bizdə imkan  hardandır ki,  belə bir heyvanı burda  saxlayaq? 

Onu Dübr küçəsində yaşayan faytonçunun karvansarasına aparmışıq. Lap yaxındadır. 

Sabah gəlib apara bilərsiniz. Siz onu tanıya bilərsiniz?

- Əlbəttə, ser.

- Ondan ayrılacağıma təəssüflənirəm, — Düpen dedi.

- Çəkdiyimiz zəhmətin hədər yerə getməsini istəməzdim. Çox istərdim ki, onun 

tapılmasında  çəkdiyiniz  zəhmətin  əvəzini  pulla  ödəyim,  necə  deyərlər,  imkan 

dairəsində.

     -Nə  olar,  — dostum  dedi,  — şübhəsiz  bu  ədalətli  olardı.  Amma  qoyun 

fikirləşim, görüm sizdən  nə alsam,  yaxşı olar? Siz gəlin mənə Morq küçəsindəki 

qətl barəsində nə bilirsiniz, onu danışın. 

Düpen  axırıncı  sözləri  çox  alçaqdan  və  sakit  dedi.  Təmkinliklə  qapıya  tərəf 

getdi. Qapını bağlayıb, açarı cibinə qoydu. Sonra qoltuq cibindəki tapançanı çıxarıb, 

zərrə  qədər də  həyəcanlanmadan onu  stolun üstünə  qoydu.  Dənizçinin  sifəti pörtdü, 

sanki  təngənəfəs  olmuşdu.  Ayağa  sıçrayıb  dəyənəyi  götürdü,  lakin  elə  həmin  anda 

oturduğu  stula  sərildi.  Bütün  vücudu  titrəyirdi.  Rəngi  ağappaq  olmuşdu.  Dinib 

danışmırdı. Ona yazığım gəldi.

- Dostum,  nahaq  yerə  qorxursunuz,  — Düpen  nəvazişlə  dedi,  — sizə  bir 

centlemen  və  fransız  kimi  söz  verirəm  ki,  bizdən  heç  bir  ziyan  görməzsiniz.  Morq 

küçəsindəki o dəhşətli qətldə sizin təqsiriniz olmadığını da lap yaxşı bilirəm. Bununla 

belə,  həmin  qətl  ilə  sizin  bu  və  ya  digər  dərəcədə  əlaqəli  olduğunuzu  inkar  etmək 

olmaz.  Sizə  dediklərimi  başa  düşməlisiniz  ki,  bu  barədə  mən  müəyyən  yollarla 

məlumat  əldə  etmişəm.  Yatsanız,  heç  yuxunuza  da  girə  bilməz.  Deməli,  məsələ 

belədir. Axı elə bir iş tutmamısınız ki, danlağa məruz qalasınız və ya məsuliyyətə cəlb 

olunasınız. Cəzasız qala biləcəyiniz halda, evdəki pullara tamah salmamısınız. Nəyisə 

gizlətməyiniz  yersiz  görünər.  Gizlətmək  üçün  səbəb  yoxdur.  Bununla  belə,  vicdan 

tələb  edir  ki,  bu  işlə  əlaqədar  nə  bilirsinizsə,  hamısını  olduğu  kimi  danışasınız. 

Günahsız adam həbs olunub, onu qətldə təqsirləndirirlər. Halbuki siz əsl caninin kim 

olduğunu bilirsiniz.

Düpenin  bu  sözlərindən  sonra  dənizçi  sanki  özünə  gəldi,  amma  əvvəlki 

cəsarətindən əsər-əlamət qalmamışdı.

- Allah, sən özün kömək ol. — Azacıq sükutdan sonra dənizçi dilləndi. — Nə 

bilirəmsə  sizə  danışacağam.  Ancaq  ağlım  kəsmir  ki,  dediklərimə  inanasınız.  Mənə 

inanacağınızı  fərz  etmək,  həqiqətən  də  axmaqlıq  olardı.  Yenə  də  deyirəm,  təqsirim 

yoxdur.  Bu  işdən  ötrü  ölsəm  də,  hər  şeyi  etiraf  edəcəyəm.  Onun  nəql  etdikləri 

aşağıdakılardır. Bu  yaxınlarda o,  hind dənizi  səyahətində olub. Bir  dəstə dənizçi  ilə 

Borneo  adasında  sahilə  çıxıb  və  şənlənmək  üçün  adanın  içərilərinə  doğru  gediblər. 

Həmin oranqutanqı bir dostu ilə elə orada tutub. Bir müddətdən sonra dostu ölür və 

meymun ona qalır. Ipə-sapa yatmayan meymunla  olmazın əzabəziyyət çəkən sahibi,

nəhayət,  vətənə  qayıdır.  Həm  qonşuların  zəhlətökən  marağından  uzaq  olmaq  üçün, 




həm də ayağına gəmidə şey batdığından yarası sağalana qədər oranqutanqı Parisdəki 

evində qıfıl altında anbarda saxlayır. Əsas məqsədi bu olub ki, onu münasib qiymətə 

satsın.  Qətlin  baş  verdiyi  gecəyarısı  hansısa  dənizçi  dostunun  şənliyindən  evə 

qayıdanda,  oranqutanqı  öz  yataqotağında  görür.  Məlum  olur  ki,  meymun  anbarın 

arakəsməsini  sındırıb,  həmin  otağa  keçibmiş.  Üzünü  ədəb-ərkanla  sabunlayaraq, 

əlində ülgüc güzgünün qabağında əyləşib, guya üzünü qırxır. Şübhə yoxdur ki, sahibi 

əvvəllər  üzünü  qırxanda  oranqutanq  anbardakı  açar  deşiyindən  bunu  görürmüş. 

Qəddar heyvanın əlində bu təhlükəli aləti gördükdə, meymunun ondan necə istifadə 

edəcəyini  bildiyindən  başını  itirən  sahibi  bir  anlığa  çaş-baş  qalır.  Əvvəllər  də 

heyvanın azğınlaşmış vaxtlarında onu qırmancla ram etməyə adətkar olduğundan, bu 

dəfə də qırmanca əl atır. Oranqutanq qırmancı görən kimi tez qapıya tərəf sıçrayaraq 

pilləkənlərlə  aşağı  qaçır.  Bədbəxtlikdən  pəncərə  açıq  olduğundan  küçəyə  çıxır. 

Ümidsiz  bir  halda  fransız  da  onun  dalınca  gedir.  Ülgüc  əlində  meymun  hərdənbir 

dayanaraq geri baxır, sahibinin ağzını əyir, onu xeyli yaxına buraxdıqdan sonra yenə 

qaçırmış. Bu təqib xeyli davam edir. Səhər saat üç radələrində küçələrdə tam sakitlik 

imiş. 


Morq  küçəsinin  arxa  tərəfindəki  dalana  burularkən,  oranqutanqın  diqqətini 

dördüncü  mərtəbədə  madam  L’Espanyenin  yataq  otağının  açıq  pəncərəsindən  gələn 

işıq cəlb edib. Binaya özünü yetirən zaman gözünə ildırımötürən sataşır. Ağlagəlməz 

bir cəldliklə onunla dırmaşaraq, divara tərəf tam açılmış pəncərə qapağından yapışır 

və  birbaşa  özünü  çarpayının  baş  tərəfinə  atır.  Bu  əməliyyat  bir  dəqiqədən  artıq 

çəkməyib.  Otağa  girdikdən  sonra  yenidən  pəncərəni  təpiklə  vurub  açır.  Bu  vaxt 

ərzində  dənizçi  bilmir  ki,  sevinsin,  yoxsa  kədərlənsin.  Heyvanı  yenidən  tuta 

biləcəyinə  ümid  bağlayır.  Güc-bəla  ilə  qaçıb  qurtardığı  tələyə  yenidən  düşən 

oranqutanq, yalnız ildırımötürən vasitəsilə aradan çıxa bilərdi, onun da yanını dənizçı 

kəsdirib  dururdu.  Birdən  onu  fikir  götürür,  evdə  heyvanın  əlindən  xata-zad  çıxa 

bilərdi.  Bu  fikir  dənizçını  vadar  edir  ki,  onu  yenidən  gizləsin.  Dənizçı  üçün 

ildırımötürənlə dırmaşmaq çətinlik törətmir. Ondan xeyli aralı sol tərəfdə pəncərənin 

bərabərinə  çatanda,  dayanmalı  olur. Yalnız  bir  şey  edə  bilir  — boynunu  uzadaraq 

pəncərədən  otağın  içinə  ötəri  nəzər  salır.  Elə  ilk  baxışdan  dəhşətə  gəlir.  Az  qalır 

yıxılsın.  Morq  küçəsinin  sakinlərini  də  yuxudan  oyadan  məhz  həmin  dəhşətli 

qışqırtılar olub. Madam L’Espanye və qızı gecə paltarında otağın ortasında qoyulmuş, 

haqqında  danışdığımız  dəmir  seyfin  içindəki  sənədləri  nizama  salırmışlar.  Görünür, 

onlar  arxası  pəncərəyə  oturduqlarından,  meymunun  içəri  girməyindən  dərhal  xəbər 

tutmayıblar. Heyvanın içəri girməsi ilə qışqırtıların eşidilməsi arasında müəyyən vaxt 

keçib. Elə biliblər ki, pəncərə qapağını bərk külək örtüb. Dənizçi içəri axanda nəhəng 

heyvan  madam  L’Espanyenin  saçlarından  yapışaraq  (xanım  yatmazdan  qabaq 

saçlarını  darayıb  kürəyinə  tökmüşdü),  onun  gözü  qabağında  dəlləyin  hərəkətlərini 

yamsılayaraq ülgücü yellədirmiş. Qız isə huşunu itirdiyindən, hərəkətsiz halda uzanıb

qalmışdı.  Qarı  qışqırır,  müqavimət  göstərir,  qorxudan  saçlarını  yolmağa  başlayır. 

Nəhayət, bu, meymunu haldan çıxarır. Qüvvətli əlini bir dəfə çəkməklə qarının başını, 

demək olar ki, bədənindən üzür. Qanı gördükdə daha da quduzlaşır, gözləri qəzəbdən 




od  tutub  yanır.  Dişlərini  qıcayaraq  qıza  tərəf  atılır  və  dəhşətli  caynaqlarını  onun 

boğazına  keçirərək,  nəfəsi  kəsilənədək  boğur.  Bu  zaman  vəhşi  nəzərləri  çarpayının

baş  tərəfindən  aralı dəhşətdən  ölü  rəngi  almış  sahibinə  zillənir.  Yadından  çıxmayan 

amansız  qırmanc  dərhal  qəzəb  hissini  əvəz  edir.  Haqlı  olaraq  cəzalanacağından 

qorxan  heyvan  qanlı  cinayətini  ört-basdır  etməyə  cəhd  göstərir.  Qəzəbindən  otaqda 

qərar  tutmayaraq,  avadanlığı  sındırıb  tökür.  Yorğan-döşəyi  çarpayıdan  dartıb, 

döşəməyə  fırıldadır.  Nəhayət,  əvvəl  qızın  meyidini  qamarlayaraq  indi  tapıldığı 

buxarıya  tıxayır,  sonra  isə  qarını  götürüb  pəncərədən  başıaşağı  tullayır.  Meymun 

eybəcər  hala  saldığı  yüküylə  pəncərəyə  yaxınlaşanda,  dənizçı  sarsılmış  halda 

ildırımötürənə  tərəf  geri  çəkilir,  onunla  sürüşüb  düşür.  Dəhşət  içində  oranqutanqı 

unudub,  bu  qanlı  cinayətin  nəticəsindən  qorxaraq  dərhal  evə  qaçır.  Adamların 

pilləkənlərlə  qalxarkən  eşitdikləri  sözlər  fransızın  vahimə  ifadə  edən  nidası  və  ona 

qarışmış  rəzil  heyvanın  çıxartdığı  səslərmiş.  Deyilənlərə  yeni  bir  şey  əlavə  etmək 

çətindir. Adamlar qapını sındırmazdan azacıq əvvəl oranqutan otaqdan ildırımötürən 

vasitəsilə  qaçır.  Pəncərəni  də  çıxarkən  örtür.  Bir  qədər  keçəndən  sonra  dənizçi  onu 

özü tutur və böyük bir məbləğə heyvanxanaya satır.

Polis  idarəsində  əhvalatı  olduğu  kimi  danışdıq.  Dərhal  Le  Bonu  buraxdılar. 

Bununla belə, Düpen bəzi şeyləri deməkdən çəkinmədi. Bu vəzifəli çinovnik dostuma 

qarşı iltifatlı olmasına baxmayaraq, işlərin belə şəkil aldığını görəndə peşmançılığını 

gizlədə  bilmədi.  Bir  neçə  kinayəli  sözlə  hər  kəsə  özişi  ilə  məşğul  olmağı  məsləhət 

gördü.

     -Qoyun  çərənləsin,  ürəyini  boşaltsın,  — Düpen  dedi  və  ona  cavab  verməyi 



lüzumsuz  hesab  etdi.  —Rəqibimi  öz  meydançasında  məğlub  etmək  mənə  ləzzət 

verir. 


Polis bu müəmmənı aça bilmədi, amma onun zənn etdiyi kimi, bu işdə heç bir 

möcüzə  yoxdur.  Düzünü  desək,  polis  dostum  çox  hiyləgər  olduğundan,  məsələnin 

dərinliyinə  gedə  bilmir  və  onun  mühakimələrində  bir  səthilik  var.  Bu  səthilik  də 

Laverna  ilahəsinin  şəkillərdə  bədənsiz  baş  kimi  və  yaxud  ən  yaxşı  halda  isə  treska 

balığında olduğu tək baş və beldən ibarət təsvir olunmasına oxşayır. Buna görə də ona 

pis  adam  deməzdim.  Bu  adamda  xüsusilə  xoşuma  gələn  cəhət  odur  ki,  diribaşdır. 

Özünü  ağıllı  kimi  qələmə  verərək  nüfuz  qazanmışdır.  Onun  xasiyyətini  nəzərdə 

tuturam. 



Yaxşı deyiblər: “Olan şeyi dan, olmayan şey haqqında aləmə car çək.”

Yüklə 219,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə