Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

Deyərdi min dəfə özü, qorusun 
Hər səhər, dan yeri yuyunan zaman! 
 
O ulu Tanrıya çox inanardı, 
Allah deməyəni tamam danardı. 
Şəri pisləyərdi şeytan sanardı 
Hər səhər, dan yeri yuyunan zaman! 
 
“Allah betərindən saxlasın” deyib, 
Gələn hər bəlanı sanardı eyib. 
Şeytanın ağzına daş basın deyib –  
Hər səhər, dan yeri yuyunan zaman! 
 
Atam bir nurani, mömin kişiydi, 
Haqqa, ədalətə əmin kişiydi. 
Odur ki şeytanı suçladı, əydi, 
Hər səhər, dan yeri yuyunan zaman! 
 
1993 
 
            Atam xislətdəyəm 
 
Atam xislətdəyəm, atam xislətdə, 
İkiyə bölünən bir almayıq biz. 
Elə bil alını mənim alnımdı, 
Elə bil gözləri göy gözlərimiz!.. 
 
Yerişi mənimdir, duruşu mənim, 
İlahi, oğulda bənzərliyə bax! 
Onun da saçları vaxtsız töküldü, 
Mənim də saçlarım beləcə, ax-ax!.. 
 
O da sadə idi, mən də sadəyəm, 
Səmimi, mehriban bir kişi idi. 
Ömründə birinə pislik etməyib, 
Adı yaxşılıqla anılır indi! 
 
Uşaqla uşaqdı, böyüklə böyük, 
Kəndin ağsaqqalı, ulusu idi. 
Onu el içində hörmətli edən 
Vicdanı, qeyrəti, namusu idi! 
 
İyun, 1992 
 
 


                    Atam 
 
Atam usanmaz idi, 
Bekar dayanmaz idi. 
Halına yanmaz idi 
Zəhmətdən qaçanların! 
 
Düşməniydi nadanın, 
Naxələfin, yamanın. 
Dostuydu bu zamanın 
Sirrini açanların! 
 
İpək təbiətlinin, 
Qəlbi hərarətlinin, 
Vətən məhəbbətlinin 
Arxası, dayağıydı 
Quş kimi uçanların! 
 
1992 
 
 
Keçdi ağuşuna xoş ömür dəmi 
                                    Atama 
 
Atam müharibə veteranıydı, 
Şanlı yol keçmişdi Berlinə kimi. 
Faşizmə sağalmaz yara vurmuşdu, -  
Yanıb tökülmüşdü dilinə kimi! 
 
Od idi, sağ çıxdı odlar içindən, 
Düşmənlər, yağılar, yadlar içindən. 
O da bir ad aldı adlar içindən, 
İgid çağırıldı bu günə kimi! 
 
Neçə üz ağartdı, könül güldürdü, 
Gələn nəsilləri hər il güldürdü. 
Qələbə günündə nəğmə də ötdü, 
Oxudu, sevindi müğənni kimi! 
 
Açdı nərgiz kimi, yasəmən kimi, 
Bahar da xoş gəldi ona gün kimi. 
Keçdi ağuşunda xoş ömür dəmi
Sevdi bu torpağı ölənə kimi! 
 
2005 


  Atamın əkdiyi bar ağacları 
 
Atamın əkdiyi bar ağacları 
Qocalıb, qarıyıb qarılar kimi. 
Əyilib, bükülüb boy-buxunları, 
Kiçilib, büzülüb darılar kimi! 
 
Bir vaxt cavan idi bar ağacları, 
Xətri əziz idi həyət-bacada. 
İndi nə canında sululuq qalıb, 
Quruyub gördüyün tut da, alça da! 
 
Atam diblərini yumşaldıb o vaxt, 
Bar ağaclarına qulluq elərdi. 
Atamın bərəkət, nur əllərindən 
Bu bar ağacları cana gələrdi! 
 
Şirin nübarından bir el doyardı, 
Üstündə bəhrəsi başdan aşardı. 
O günlər nə qədər şirin, xoş idi, 
Çünki atam mənim onda yaşardı! 
 
İndi atam mənim yoxdur dünyada, 
Ancaq yerindədir bar ağacları. 
Baxıb kövrəlirəm gündə onlara, 
Çoxalır könlümün dərdi-qubarı! 
 
Avqust, 1992 
 
 
 
Sanırıq sən özünsən 
 
Atam əkən heyvadı, 
Budağında barı bol. 
Meylim çəkən heyvadı, 
Şirin, yumşaq, heyvadı... 
Ata, uyu, rahat ol! 
Yerin cənnət, gül olsun, 
Qəbrin işıqla dolsun. 
Xatirə - ağacın da, 
Nə saralsın, nə solsun! 
Təsəllim o olub, 
Ovunuruq onunla. 
Sanırıq sən özünsən, 


Qolboyunuq onunla 
Hər axşam, hər səhər biz, 
Doğma, əzizsən əziz!.. 
Əzizsən, ata, əziz! 
 
1998 
 
          Atam 
 
Atam müdrikanə babamdı sanki, 
Babama oxşayır ona baxanda. 
Səbirli, təmkinli, dəyanətlidi, 
Deyəsən özüdü nəmdə-nişanda! 
 
Duruşu-duruşu, boyu-boyudu, 
Gedəndə yerişi şax yerişidi. 
Dili qənd dilidi, şəkər dilidi, 
Güləndə deyərsən şən gülüşüdü. 
 
Xislətdə çiçəkdi, dözümdə dəmir, 
Vüqarda Qoşqardı, Kəpəzdi atam. 
Ağsaqqal babamtək, aqil babamtək, 
Ürəyi bulaqtək təmizdir atam. 
 
Düzlüyə atadır, mərdliyə qardaş, 
Əyriyə sıyrılan qılıncdır atam. 
Sevir dünyamlı  gözəlliyi, 
Poladdan da yumşaq balıncdır atam. 
 
Ömrünü zəfərə, hünərə bağlar, 
Çalışar əməklə, qalxa ucala. 
Babam başa vurub yüzü şərəflə, 
Atam da, babamtək istər qocala! 
 
Əlsizə hayandı, gücsüzə arxa, 
Əzəldən  diləyi nurludur atam. 
Hamıya uğurlu səadət dilər
Ömrü xoş büsatla doludur atam. 
 
Xeyirdə sevinər, yasda qəmlənər, 
Yaxşılar içində görünən atam. 
Zəhmətin oduna qızınmaq istər, 
Əkində, biçində görünən atam. 
 
Söhbəti şirindir, sözü tütyadır, 


Deyərsən, nurani qocadır atam. 
Odur ki, obanın, elin gözündə, 
Uca dağlar kimi ucadır atam! 
 
1978 
 
 
    Minnətdarlıq 
 
Atam məni ocağında böyütdü, 
O mehriban qucağında böyütdü. 
Ürəyinin işığında böyütdü, 
Ömrüm boyu minnətdara atama! 
 
istədim gətirdi o, aldı o, 
Gecə-gündüz qeydimə çox qaldı o. 
Məndən ötrü boşaldı o. Doldu o, 
Ömrüm boyu minnətdara atama! 
 
Unutmaram heç vaxt alın tərini, 
De kim verər o atamın yerini? 
Ona yazdım tək qəlbimin şerini, 
Ömrüm boyu minnətdara atama! 
 
1992 
 
 
                Ay ata 
 
Ömrün boyu bağlı qaldın sən kəndə, 
Böyük səbir, dözüm, vüqar var səndə. 
Əyilmədin bu dünyada namərdə, 
Bu mərdlikdi, kişilikdı ay ata! 
 
Torpaq aldın, çəpər etdin, bağ saldın, 
Gün altında işləməkdən qaraldın. 
Fəqət üzü el yanında ağ oldun, 
Bu mərdlikdi, kişilikdı ay ata! 
 
Qabar oldu, yara oldu əllərin
Qulluğunda sən durduqca güllərin. 
Paslanmadı yabaların, bellərin, 
Bu mərdlikdi, kişilikdı ay ata! 
 
Sən doyunca nə yatdın, nə dincəldin, 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə