Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

      Düşür  yada  xatirəsi 
 
Atam adi ata idi, 
Sadələrdən sadə idi. 
Əməyiylə, zəhmətiylə, 
Gəlib düşür yada indi! 
Agac əkib, bağ salardı, 
Yorulmaqdan uzaq idi. 
Təmizlikdə, büllurluqda 
Qaynar çeşmə, bulaq idi. 
Halallığın göylərində 
Günəş kimi parlayırdı. 
Keçdiyi yol yolumuza 
İşıq saçıb, nur yayırdı! 
Düşür yada xatirəsi, 
Sızlldadır ürəyimi. 
Kaş kişilər yaşayaydı 
Ömr edəydi atam kimi! 
 
     2001 
 
             
 
 Atam hərbdən bir şinellə qayıtdı 
 
Atam hərbdən bir şinellə qayıtdı. 
Nə bir evi, nə yuvası var idi. 
Bacısının komasında qalırdı, 
O ev də çox kiçik idi, dar idi! 
 
Körpə ikən yetimliyi dadmışdı. 
Hərbdə ikən atası da köçmüşdü. 
Yiyəsizlik ucbatından evləri, 
Evsizlərin əllərinə keçmişdi! 
 
Dedi: hərbdən qardaşım da qayıtsın, 
Özümüzə ev tikərik dörd otaq. 
Ancaq aylar, illər ötdü o vaxtdan, 
Qardaşımdan gəlmədi heç bir soraq! 
 
Xoş təsəlli, öyüd verdi bacısı, 
Vaxt var ikən özünə bir gün ağla. 
Tale bizə o qardaşı çox gördü, 
Nə çıxacaq mən ağlayım, sən ağla!? 
 


Hamı deyir, kənddə sizin atanız, 
Bir ev tikdi çəkdi dünya acısı... 
Toy elədi aldı yetim bir qızı, - 
Qardaşını cütləşdirdi bacısı. 
 
Hərdən atam söz vaxtına çəkəndə, 
Dedi hərbdən bir şinellə qayıtdım. 
Qatlaşıb hər əziyyətə, əzaba, 
Mən özümə gün-güzəran yaratdım! 
 
Siz də gedin, nə qədər ki cavansız, 
Vaxt var ikən gün ağlayın öznüzə. 
Ata evi dardı kimə qalacaq, 
Bax bu evdən çatası şey yox sizə!.. 
 
1976 
 
            Atam, anam 
 
Sağlığında biz bilmədik qədrini
Bir doyunca dadmadıq da ətrini. 
Bu şeirimin hər sözünü, sətrini, 
Göz yaşımla durub yazan olmuşam! 
 
Hər birini uca tutaq, həm əziz, 
Büllur çaydır, saf  bulaqdır tərtəmiz. 
Bizim üçün bir ümmandır, bir dəniz, 
Dəryalara axıb sızan olmuşam! 
 
Göz yaşımla göyərdirəm dərdimi. 
Bundan belə qoy tanıyım mərdimi. 
Unutmaram  ata, ana, kəndimi,  
Od-ocağa indi qızan olmuşam! 
 
1993 
 
 
Dünyamız da  çatan yox 
 
Mənim  əziz  anamsan, 
Qəlbi  dəniz  anamsan. 
Yeri  aylı,  ulduzlu, 
Göyü  təmiz  anamsan! 
İstəmədin  heç kəsin 
Başı   bəlalı   olsun. 


İstədin   ki,  dünyada 
Hamı   balalı  olsun! 
Bilsin  bala  qədrini, 
Ondan alsın  ətrini! 
Gül  olsun,  çiçək  olsun 
Anaların  arzusu. 
Dünyamızda  çatan  yox, 
Analara,  doğrusu! 
 
2001 
 
 Anam analardan seçilmir mənim 
 
Anam   analardan  seçilmir   mənim, 
O da  saf  diləkli, xoş   nəfəslidi. 
Anam   arzusuna   yetmək  istəyir, 
Nəvə  həvəslidir,  nəvə  səslidir! 
 
Anam  analardan  seçilmir  mənim, 
Tükənməz  eşqiylə,  məhəbbətiylə, 
Öz  mehri,  ülfəti,  nəvazişiylə, 
Oğluna,  qızına  sədaqətiylə! 
 
Anam  analardan   seçilmir  mənim, 
O  da  övladına  arxa, köməkdi. 
Seçib  analardan  demirəm  anam, 
Analar  içində  bircədi,  təkdi! 
 
1970 
 
                                      Ana      
                                                Anama 
 
     Saçın  dağ  qarına        
        bənzəyir ana, 
     Bəyaz   tellərindən   
öpmək  istərəm. 
      Əllərin  qızınıb 
zəhmət oduna, 
      O pak  əllərindən 
öpmək  istərəm!.. 
 
      Əzissən, ülvisən   
                                 dünyalar  qədər , 
      Səni   dəyişmərəm 


                                 dünyalara    mən! 
     Könlümdə  nəğmədir, 
                                dilimdə  əzbər: 
     - Bir  ana,  bir  də  ki, 
                                anamız  Vətən! 
 
     1971 
 
 
 
    Bizim  yanımızdan  əl  çəkməyirdin 
 
Günəşli  göylərin  vurğunu  idin, 
Sən  hansı  diyara   getmisən, ata! 
Bizim  yanımızdan  əl  çəkməyirdin, 
Bəs niyə  məzara  getmisən  ata?! 
 
Kişmiş  söhbətlərin  yadımızdadır, 
Şirin  hikmətlərin  yadımızdadır. 
Geniş  söhbətlərin  yadımızdadır, 
Bəs  niyə  məzara  detmisən, ata?! 
 
Sən  yollar  çəkirdin  maşın  şütüsün, 
Gəlsin  uzaqlardan  sorağın,  səsin. 
Sevirdin  hər  işin  safın,  təmizin, 
Bəs  niyə  məzara  getmisən  ata!? 
 
Sən  doğma  obanı,  eli  sevirdin, 
Həlim  danışdığın dili  sevirdin. 
Açan  hər  çiçəyi,  gülü  sevirdin, 
                                         Bəs  niyə  solmusan  vaxtsız  sən,  ata!? 
 
1994 
 
               Nə tez  getdin 
 
Nələr  etdin, nələr çəkdin  həyatda
Yer bellədin,  ağac  əkdin  bağatda, 
Bir  arxaydın,  bir köməkdin  həyatda, 
Nə tez getdin aramızdan,  ay ata! 
 
İnanmazdım  illər  səni  sındıra, 
Zəhmət  çəkən əllər  səni  sındıra. 
Bağlar  səni,  çöllər  səni  sındıra, 
Nə  tez  getdin  aramızdan,  ay  ata! 


  
Qızlar  səni  o  vaxt  aldı  araya, 
Oğulların  tez  də çatdı  haraya. 
Heç  bilmədik  uçub   getdin  haraya, 
Nə  tez  getdin  aramızdan,  ay  ata! 
 
Demə, dünya  bir  içimlik  qədəhmiş, 
Göstərişmiş,  bir  yazıymış,  bir   şərhmiş. 
Əsən  yelmiş,  bir yelpikmiş, bir  mehmiş, 
Nə  tez getdin  aramızdan,  ay  ata! 
 
Mövlud  şeir  yazıb  tapdı  təsəlli, 
Qəm əlindən  azıb  tapdı təsəlli. 
Haray  saldı,  susub  tapdı təsəlli, 
Nə  tez  getdin  aramızdan,  ay  ata! 
 
1995 
 
Tağı  kişi,  Nağı  kişi 
Atama oxşamaq istəyirəm mən
Atama bir nurani, fağır kişiydi. 
Halal zəhmət ilə çörək qazanmaq 
Atamın ən mühüm, ümdə  işiydi! 
 
Ömrümdə birini acılamazdı, 
Şirin söhbət ilə  xumarlanardı. 
Sadə geyinərdi, sadə gəzərdi, 
Nə bir daranardı, tumarlanardı! 
 
Ortaboy, xoşsifət bir insan idi, 
Əlindən gələn iş – yaxşılıq idi. 
Böyüyə, kiçiyə hörmət edərdi, 
Həlim təbiətli, xoş qılıq idi! 
 
Atama oxşamaq istəyirəm mən, 
Atam kimsəsizə əl tutan idi. 
Dilimdə bitmişdi “bəli ”, “baş üstə”, 
Çagırsan haraya tez çatan idi! 
 
Özündən irəli xalqı  sevərdi, 
Sazı köklənərdi yurd, torpaq üstə. 
Ömründə görmədim onu kef çəkən  
İçib xumarlanan bir bulaq üstə! 
 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə