Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   2   3   4   5   6   7   8   9   ...   27

 

böyük sayan var, nə uşaq sayan,  
Doğru yanda qalıb, əyridir əyan. 
Yatan çətin qalxa desən də oyan, 
Nəyin hesabını çəkirsən, qardaş! 
 
Hesaba alası hesabda qalıb, 
Yazılası dərdlər kitabda qalıb. 
Ölgünlük, əzginlik bitabda qalıb, 
Nəyin hesabını çəkirsən, qardaş! 
 
Dərdimiz qurtarmaz qalaq-qalaqdır, 
Yığsan tala-tala, oymaq-oymaqdır. 
Tükənən deyil ki, qucaq-qucaqdır, 
Nəyin hesabını çəkirsən, qardaş! 
 
1992 
 
            Görür öz işini 
 
Ovcunun içinə üzünü alıb 
Dərd yeyir içini xəbəri yoxdu. 
Qurd gəlib qapının ağzını alıb 
Aparır keçini xəbəri yoxdu! 
 
Bilməyir dünyada birin istəyən, 
O birindən olur bir də görürsən. 
Tinlərdə it döyən fağır gördüyün, 
Dönüb olub bir gün şir də görürsən! 
 
Mövlud, qəribədir dünya əzəldən, 
Görür öz işini zaman, vaxt, saat! 
Doludur insanın ömrü sehirlə, 
Kimə tikan verir, kimə kol həyat! 
 
2001 
 
                 Dünyadı 
 
Dünya o dünya deyil, 
Dünya başqa dünyadı. 
Kasıbı hərbə deyən 
Döyüş, qovğa dünyadı! 
 
Rəhmə gələn deyildi, 
Sülhü bilən deyildi. 


 

Deyib-gülən deyildi, 
Körpə, çağa dünyadı! 
 
Guya böyük adamdı, 
Yelbeyindi, nadandı. 
İşdə ara qatandı, 
Meyli lağa dünyadı! 
 
Gündə min hava çalan,  
Dilində böhtan, yalan. 
Fitnəyə, felə uyan 
Kəhər, yorğa dünyadı! 
 
Mövlud, dedin düzünü, 
Açdın murdar üzünü. 
Qırıb tökdün gözünü, 
Alçaq, dığa dünyadı! 
 
2005 
 
               Zaval yox 
 
Həmişə demişəm, deyirəm yenə, 
Ürəkdən deyilən sözə zaval yox! 
Yalan ayaq tutar, yeriməz ancaq, 
Haqqa, ədalətə, düzə zaval yox! 
 
Küləyin səmtini külək dəyişər, 
Çəmənin rəngini çiçək dəyişər. 
Nadanın fikrini kötək dəyişər, 
Yerində vurulan gürzə zaval yox! 
 
Bu Mövlud Teymurun hər sözü oxdur, 
Ürəyi bütündür, gözləri toxdur. 
Dünyada əvəzsiz dostları çoxdur, 
Bədxah gətirsə də gözə, zaval yox! 
 
1994 
 
          Qəlbində gül açsın 
 
Dünyada heç kimə yaxşılıq etmə 
Əgər ürəyini anlamırsansa. 
Nə əyri düz olar, nə də pis yaxşı, 
Onları açıqca danlamırsansa! 


 

 
Gərək nöqsanını açıq deyəsən 
Hər doğan səhərin, batan axşamın. 
Düzlüyü, saflığı hər vaxt öyəsən, 
Qəlbində gül açsın hər arzun, kamın! 
 
1980 
 
                Dəniz 
 
Dərindən də dərinəm, 
Qış soyuq, yay sərinəm. 
Dumanınam, çəninəm, 
Yağışlar məndən keçir! 
 
Axır qoynuma min-min, 
İsti gündə qız, gəlin. 
Gözlər, nə gözlər, süzgün, 
Baxışlar məndən keçir! 
 
Dünyada min cürə quş, 
Şahin, tərlan, qızılquş. 
Hanı bülbül, qaranquş,? 
Uçuşlar məndən keçir! 
 
     Allah uzaq eləsin, 
     Boğulmasın bir kəsin. 
     Burda boğulan səsin
     Yaşları məndən keçir! 
 
     Mən demirəm əlayam, 
     Ən seçmə, ən bir sayam. 
     Qızıl neftə dəryayam, 
     Savaşlar məndən keçir! 
       
     2005 
 
      
   Olaydım 
 
Haqqı, ədaləti tapdalayanın 
Başının üstündə kötək olaydım. 
Quldurun, cəlladın, başıpozuğun 
Gözlərini tökən şimşək olaydım! 
 


 

Sözü düz deyənin adı bədnamdı, 
Məni istəyənlər ata, anamdı. 
Günəşin qədrini bilən cahandı, 
Dumanı qovlayan külək olaydım! 
 
İgid olmasam da halıyam mərddən, 
Namərdə nə lazım noğuldan, qənddən. 
Arı tək həzz alıb şirədən, şəhddən, 
Elimə, yurduma dirək olaydım! 
 
2002 
 
 
    Dildə demək asandı 
 
Mən neynirəm xoş günü, 
Ömrüm zara gəlirsə. 
Neynirəm bütöv göyü, 
Yerim para gəlirsə! 
 
Ömür para, yurd para, 
Ürək yara, qəlb yara. 
Mən gedirəm de hara?.. 
Yolum qara gəlirsə! 
 
Araz açmır məni heç, 
Oğulsansa onu keç. 
Cavab yoxdu, varsa seç, 
Adla hara gəlirsə! 
 
Uzandı, hey uzandı, 
Şair düzü yazandı. 
Dildə demək asandı, 
Yaz nübara gəlirsə! 
 
2005 
 
 
       Dəyişməyən dünya 
 
Açılan açılır, solan da solur, 
Satılan satılır, alan da alır. 
Yollanan yollanır, qalan da qalır, 
Dünya həmən dünya, həmən dünyadı! 
 


 
10 
İllər ötüb keçir, əsr yaranır, 
Fəsillər ötüşür, fəsil yaranır. 
Nəsillər dalınca nəsil yaranır, 
Dünya həmən dünya, həmən dünyadı! 
 
Qara yerindədir, ağ da yerində, 
Bağça yerindədir, bağ da yerində. 
Qaya yerindədir, dağ da yerində, 
Dünya həmən dünya, həmən dünyadı! 
 
Tikan sökməyində, gül  güllüyündə, 
Arı çəkməyində, böcək küyündə. 
Çiçək öz yerində, günəş göyündə, 
Dünya həmən dünya, həmən dünyadı! 
 
Mövlud, içindədir qəm də, kədər də
Axşam axşam olur, səhər səhər də. 
Dəyişən kənd olur, həm də şəhər də, 
Dünya həmən dünya, həmən dünyadı! 
 
1998 
 
               Tərpətmə məni 
 
Dərdim dərin yuxudadı, 
Tərpətmə məni, tərpətmə. 
Açılar yaramın qatı, 
Tərpətmə məni, tərpətmə! 
 
Əsr yarımdı yatıb, durmaz, 
Gecələri satıb, durmaz. 
Aşqabad tək batıb, durmaz, 
Tərpətmə məni, tərpətmə! 
 
Atan oxu bərk atıbdı, 
Anıb xeyrin dərk atıbdı. 
Qulağım da  şəkk atıbdı, 
Tərpətmə məni, tərpətmə! 
 
Dərdim elə dərindədi, 
Öz dərdində, sərindədi. 
Çıxıb getmir yerindədi, 
Tərpətmə məni, tərpətmə! 
 
          1979 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə