Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   2   3   4   5   6   7   8   9   ...   27

 
17 
Atalar sözünü oxu, nə unut, 
İti su aparmaz deyirlər, Mövlud. 
Qoyma ürəyini eləsin sükut, 
Yağdır güllə kimi şeytana odu! 
 
2000 
 
 
         Ömrü də azalıbdı 
 
Fikrini ata bilmir, 
Qəhrini uda bilmir. 
Nə var dünyada bilmir, 
Başı qalmaqaldadı! 
 
Ondan anonim yazır, 
Bundan bir zurna hazır. 
Hər yana axır, sızır, 
Bir  başsız arxdır adı! 
 
Nə sağını görür o, 
Nə solunu görür o. 
Kimə gəldi hürür o, 
Kəsikqulaq tuladı! 
 
Ovçu bilmir, ov bilmir, 
Tut anlamır, qov bilmir. 
Dəryaz bilmir, sov bilmir, 
Yeri zülmət kahadı! 
 
İşığı sozalıbdı, 
Əlləri buz olubdu. 
Ömrü də azalıbdı, 
Deyən yönü goradı! 
 
2006 
 
 
Nə deyim, Allah 
 
Bu nə zəmanədir, bu nə dünyadır, 
O. bunu aldadır, bu, onu satır. 
İtdən qurd törəyir, atdan da qatır, 
Mən belə dünyaya nə deyim, Allah?! 
 


 
18 
Tanımaq istəmir it yiyəsini, 
Buraxmaq istəmir bit yiyəsini. 
Çıxarmır qorxudan əsgər səsini
Mən belə dünyaya nə deyim, Allah?! 
 
Dillər lalda qalıb, qulaqlar karda, 
Qalıb ayaq altda namus da, ar da. 
Vərdişə çevrilib ah-aman, zar da, 
Mən belə dünyaya nə deyim, Allah?! 
 
Daha danışmaqdan kirimək yaxşı, 
Gətirmir bəndənin taleyi, naxşı. 
İtirib başını başçının başı, 
Mən belə dünyaya nə deyim, Allah?! 
 
Mövludun düz sözü indi yalandı, 
Hamı haqq satandı, nahaq alandı. 
Bu bazar bazar yox, can dolu qandı, 
Mən belə dünyaya nə deyim, Allah?! 
 
1991 
 
              Bu ömürdü 
 
Dərdim çoxdu, sərim çox, 
Yaşamağa yerim yox. 
Nə götür – nə qoyum yox, 
Bu ömürdü, bu gündü?! 
 
Ev tikmək də çətindi, 
Kim tikibsə mətindi! 
Gücün yoxsa öl indi, 
Bu ömürdü, bu gündü?! 
 
Sement baha, daş baha, 
Ümid yoxdu sabaha. 
Çarə qalıb Allaha, 
Bu ömürdü, bu gündü?! 
 
Mövlud, yazma düzünü, 
Kim  eşidir sözünü. 
Hamı yorur özünü, 
Bu ömürdü, bu gündü?! 
 
1992 


 
19 
 
                Neynim 
 
Ağrım-acım çoxaldı, 
Bəyaz saçım çoxaldı. 
Naəlacım çoxaldı, 
Neynim, Allah, ay Allah!? 
 
Cavabsızdı sualım, 
Dolaşıqdı xəyalım. 
Dəymək bilməyir kalım, 
Neynim, Allah, ay Allah!? 
 
Dərdim çıxılmaz oldu, 
Günüm baxılmaz oldu. 
Çayım axılmaz oldu, 
Neynim, Allah, ay Allah!? 
 
Hara baş alım gedim, 
Olmuşam yalqız, yetim. 
Vallah, ağırdı dərdim, 
Neynim, Allah, ay Allah!? 
 
1990 
 
            Baş çıxar görüm 
 
Dünyada nə qədər dərd var, ələm var, 
Kədər, qüssə, nisgil, iztirab, qəm var. 
Aləmin içində neçə aləm var, 
Di gəl bundan, qardaş, baş çıxar görüm! 
 
Dağa qalxmaq çətin, enmək də çətin, 
Söz verdin sözündən dönmək də çətin. 
Alışdın, od tutdun sönmək də çətin, 
Sənə belə anda kim baxar, görüm!? 
 
Yıxılana balta çalan çox olar, 
Dar gündə dostun da itib yox olar. 
Bu dərd də təzədən sənə ox olar, 
Əlini kim tutar, kim sıxar görüm?! 
 
Çətin yanan ola, halına, yanan, 
Qorx ki  varlığını tapıla danan. 
Sənə də olmaya bir kimsə hayan
Dağılan huşunu kim yığar görüm!? 


 
20 
Mövlud, hər adamda hünər olmayır, 
Hər doğulan uşaq  yaşa dolmayır. 
Niyə Tanrı bizi vecə almayır, 
Di gəl bundan, qardaş, baş çıxar görüm!? 
 
1996 
 
                      Gün olacaq 
 
Azərbaycan...Təbriz...Bakı... 
Mənim  qoşa qanadlarım. 
Hər obası, hər mahalı, 
Mənim çiçək, gül baharım! 
 
Qarabağım, Naxçıvanım, 
Ürəyimdi, axan qanım. 
Araz, Cənub həsrətimdi, 
Qovuşacaq həsrət canım! 
 
Ümid böyük bir təsəlli, 
Təsəlli də çin olacaq. 
Çəpər məftil atılacaq, 
Çən itəcək, gün olacaq! 
 
Ürəklərdə sevinc, fərəh, 
Ağızlarda “can” uçacaq. 
Bu xoş günü, xoş büsatı, 
Oba öpüb, el qucacaq! 
 
1987 
 
 
 
        Çinar kimi 
 
Mən pir adam, ocaq adam olmuşam, 
Kimsə məndən inciməyib, küsməyib. 
Yaxşılarla boşalmışam, dolmuşam, 
Yamanlar da yan-yörəmdə əsməyib! 
 
Nə qərəzim, qəddarlığım olubdu, 
Yonulmaza göstərmədim yumruğu. 
Bu vaxtadək ayağımın altında 
Qırılmadı kərtənkələ quyruğu! 
 


 
21 
Bircə dənə qarışqaya qıymadım, 
Kövrək qəlbim kövrəkliyi xoşladı. 
Qoparmadım bir çiçəyi, bir gülü, 
İpək ruhum ipəkliyi xoşladı! 
 
Yumşaq oldum, yumşaq, həlim danışdım, 
Dostla, yadla, rastlaşdığım adamla! 
Çox mehriban ömür sürdüm, keçirdim, 
Oğlum, qızım, qohum-qardaş, dostumla! 
 
Kimsə məndən incimədi, küsmədi, 
Bax beləcə tanıdılar məni, bil. 
Daim günəş arzuladım vətəndə, 
Buraxmadım yaxınıma çəni, bil! 
 
Vüqar məni, əzm məni yaşatdı, 
Xoşbəxtəm ki alnıaçıq olmuşam. 
Xislətimi dəyişmədi bir qüvvə, 
Çinar kimi məğrur, uca qalmışam! 
 
2001 
 
 
 Məhəbbətlə yaşadım 
 
Ağıl, zəka sahibi 
Olmuşam mən əzəldən. 
Xoşum gəlib həmişə, 
Haqq işdən, düz əməldən! 
 
Qoymamışam bir kimsə, 
Əyriliyə can ata, 
Onun palçıq yolunda, - 
Bataqlığında bata! 
 
Dayan, - dedim, dur, - dedim, 
Uçruma yol alana. 
Yarat, - dedim, qur, - dedim, 
Xoş xəyala dalana! 
 
Həqiqətin, düzlüyün 
Keşiyində dayandım. 
Halal dolanım deyə, 
Gec yatdım, tez oyandım! 
 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə