Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   19   20   21   22   23   24   25   26   27

 
Mövlud Teymur bəmə endi
Yana-yana dedi, dindi: 
Xatirədir özü indi, 
Hər insana, hər bir kəsə! 
 
2008 
 
 
 
                                                          Firqət  dayıya 
 
Firqət   dayı da, 
Halal  adamdı. 
Saçı,  saqqalı, 
Ağ, çal  adamdı!  
 
Müdrik  qocadı, 
Sözü  ucadı. 
Başdadır  adı, 
Əvvəl  adamdı! 
 
Xasiyyəti  xoş, 
Ünsiyyəti   xoş. 
Söz-söhbəti  xoş,  
Nur, ləl  adamdı! 
 
Yolu  düz olub, 
Cığır, iz  olub.  
Saf,  təmiz olub, 
Əfzəl  adamdı! 
 
Mövlud  deyir  də, 
Olub  bir  pir də. 
Budur  fikir də: 
Gözəl  adamdı!  
 
2006 
 
Əzizimiz Qalacıqlı Məlik Səmədova 
 
Doqquzda oxuyub təhsil alırdım, 
Sizin kəndinizdə,  ay Məlik dayı. 
Uzaq olduğundan bizim kəndimiz, 
Qalardım mən sizdə, ay Məlik dayı! 


 
Qəlbin geniş idi, ürəyin təmiz, 
Mənə doğma idin, mənə çox əziz. 
Sanırdım mən səni coşqun bir dəniz, 
Həmişə xoş üzdə, ay Məlik dayı! 
 
Şirin nəsihətin, öyüdün vardı, 
Elmə, sənətə hörmətin vardı. 
Rəsulla, Səmədə hörmətin vardı, 
Ucaydın  hər gözdə, ay Məlik dayı! 
 
Yaxşılıq gələrdi ancaq əlindən, 
Bir kəs inciməzdi şirin dilindən. 
Min söhbət salardın doğma elindən, 
Hər vaxt gülərüz də, ay Məlik dayı! 
 
Keçib o zamandan gör neçə illər, 
İtməz bu yaxşılıq ötsə fəsillər. 
Mövlud sənə uzun, xoş ömür dilər, 
Qucar səni yüzdə, ay Məlik dayı! 
 
İsmayıllı, Buynuz kəndi, 1994 
 
 
 
  Orta məktəbdə ədəbiyyat  
   müəllimimKərim Əzizova 
  
Öz  doğma  kəndindən  uzaq  Bakıya, 
Bir gənc  yola  düşdü  təhsil  almağa. 
Oxudu, qutardı  müəllimliyi, 
Qayıtdı  yurduna,  isti  ocağa! 
 
Böyük  bir  həvəslə  başladı  işə, 
Dərs  dedi  məktəbdə  ədəbiyyatdan. 
Onun  tükənməyən  elm  bulağından, 
Bəlkə  də  mən  idim   ilk  dəfə  dadan?! 
 
Mən  idim  o  dolu qəlbinə  vurğun, 
Mən  idim  ondakı  biliyə  heyran. 
Onun  hər  dərsinə  şer  diliylə  
Dil  açdı  dağ-dərə,  dil  açdı  aran! 
 
Dedim  əhsən  belə   oğul  yetirən 
O  böyük  ataya,  böyük  anaya. 


                                             Yorulmaz  eşqiylə,  düşüncəsiylə, 
  Ucaldı  günəşə,  ucaldı  aya! 
 
  Ad  aldı,  dillərdə  gəzdi  şöhrəti
                                              Adıyla  tanındı  Kərim  müəllim. 
                                              Elmə,  maarifə,  şerə,  sənətə, 
Köküylə  bağlıydı  hər zaman, bilin! 
 
  Beləcə ucaldı,  beləcə  qalxdı, 
  Öz  doğma  elində,  ana  yurdunda. 
  Mən  də  şair  kimi  bir  ad  qazandım 
  Onun  yetirdiyi  şagird   ordunda! 
 
   1984 
 
 
         Unutmarıq şair səni 
                    Əkrəm Məmmədin əziz xatirəsinə 
 
Əkrəm öldü!.. 
           Bir ər, igid, ərən öldü! 
Deyərdim ki Kərəm öldü, 
           Əsli yoldu saçlarını, 
               çağlatdı göz yaşlarını! 
Nigar necə ömr elədi Koroğlusuz?! 
O Nəbisiz 
              Həcər qaldı yanan, susuz! 
İndi şair ölümünə 
               necə dözür sevgili yar?! 
Bilirəm ki sızıldadır 
               onu bu dərd, bu ahu-zar! 
Gülü soldu yamacların, 
               yarpaqları külə döndü ağacların! 
Haray saldı sellər-sular, 
               dərələri boğdu kədər, boğdu qubar! 
Çöllər dedi, hanı şair?! 
Düzlər dedi, biz nə dedik qulaq asdı, - 
O nə qədər bizə dair 
                             şeir yazdı?! 
Əksi qalıb bulaqlarda, 
               ruhu gəzir bu dağlarda! 
Unutmarıq, şair səni, 
               çox  sevirdin bu vətəni! 
 
May, 2007 


                                                         Hardan  tapım 
                                                   Şair dostum Müzəffər Şükür Məchulun  
                                                                                           əziz xatirəsinə 
 
Düz  yetmiş  yaşda  tərk  etdi  ərzi, 
Qoydu  kədərli, qüssəli  bizi. 
Əvəzsiz  idi, yoxdu  əvəzi, 
Mən  belə  dostu  haradan  tapım!? 
 
Bu nam-nişanda,  düz  xasiyyətdə, 
Doğru  ilqarda,  düz  sədaqətdə, 
Şirin  söhbətdə,  xoş  ünsiyyətdə, 
Mən belə  dostu  haradan  tapım!? 
 
Neçə  aradan, dağdan  keçmişəm, 
Şəkidən  ötüb, Qaxdan  keçmişəm. 
Bildi gəzirəm  mən  nəyi  aləm: 
Mən  belə  dostu  haradan  tapım!? 
 
İnam,  etibar, ilqar idi  o, 
Möhtəşəm  palıd,  çinar  idi  o. 
Bir  vicdan,  qeyrət,  bir  ar  idi  o, 
Mən  belə  dostu  haradan  tapım!? 
 
Mövlud,  dolan,  gəz, axtar  cahanı, 
Çətin  tapasan  belə  insanı. 
Qaytarmaq  olmur  gedən bir  canı, 
Mən belə  dostu  haradan  tapım!? 
 
2012 
 
 
         Yaxşı sənətkar 
                  Şair dostum Müzəffər Şükür Məchula 
 
Yaxşı sənətkarı yada salın siz, 
Anılır yatsa da haqq dünyasında. 
Bir işıq tapmışıq, nur qazanmışıq, 
Sözündə, səsində, hər avazında! 
 
Şeiri oxuyanı vəcdə gətirib, 
Sənətə qılmağa səcdə gətirib. 
Zəkaya gətirib, əqlə gətirib, 
Nəğmələr ucaldıb telli sazında! 
 


Mövlud unutmayıb söz ustadını, 
Hörmətlə, izzətlə çəkib adını. 
Yaxşı sənətkarın istedadını, 
Görübdür, duyulur ömrün yazında! 
 
 
 
 
    Nəğməyə dönər ömür 
          Dünyasını vaxtsız dəyişən cavan bir insana 
 
Rəhmətliyin oğlu yaxşı oğuldu, 
Bir şirniydi, bir şəkərdi, noğuldu. 
Şeir idi, dastan idi, nağıldı, 
Xatirimdə xatirəyə dönübdü! 
 
Çıxmır yaddan, yaddaşımdan silinmir, 
Mənim üçün ölümü də bilinmir. 
Zirvələrdə qanad çalır heç enmir, 
Asimana, mavi göyə dönümdü! 
 
Ulduz kimi işıq yayır, nur saçır, 
Sanki aydır nurdan süfrə də açır. 
Bu şəfəqi ürək öpür, qol quçur, 
Sehir dolu bir muzeyə dönübdü! 
 
Çiçək burda, ətir burda, gül burda, 
Orman burda, çəmən burda, çöl burda. 
Dəniz burda, gölmə burda, göl burda, 
Keçilməzə, bənd-bərəyə dönübdü! 
 
Əhsən belə mərd oğula, övlada. 
Əsl vətən oğlu oldu dünyada. 
O, nə öldü, nə də soldu dünyada
Ürəyimdə xoş nəğməyə dönübdü! 
 
1989 
 
 
Osman Ocaqovun əziz xatirəsinə 
 
Doğurdan da, öz babası  
                                     Osman idi, 
Çox mülayim, yeniyetmə  
                                     cavan idi. 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə