Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   19   20   21   22   23   24   25   26   27

Qəlbi yumuşaq, yanan idi  
                                       dostlarına, 
Təzə qədəm qoyacaqdı  
                                       on altıncı baharına! 
Qış amansız çıxdı ona, 
                                       qənim oldu bu Osmana! 
Qoymadı ki, qoymadı ki,  
                                       çıxa yaza, 
Yetə gözəl, xoş muraza! 
Aman, Allah, təbiətin hökümünə bax, 
                                       zəhminə bax!? 
Bircə anda dəyişdirdi 
                                        başındakı fikirləri! 
Götür ipi başına sal, 
Özünü sən tələf elə diri-diri!? 
Kimdir bunun müqəssiri?! 
Bu nə fikir,  
                                       bu nə günah, 
Aman Allah, aman Allah! 
 
4 mart 2007 
 
 
Zöhrab Babayevin xatirəsinə 
 
Cavan yaşda 
                     Zöhrab getdi dünyadan, 
Suala tapılmayan 
                      cavab getdi dünyadan! 
Niyə getdi, neyçün getdi bilmədik! 
Niyə bizi məyus etdi 
                                bilmədik?! 
Açılmayan bir sirr qaldı 
                                dostlarının qəlbində, 
Ancaq bircə fikir qaldı 
                                 dostlarının qəlbində: 
Bu dünyanın dərdi-səri 
                                 hey gəzirdi başında, 
Yoxsa yenə fikirliydin 
                                çöl qoynunda, maşında?! 
İnanmırdım itirəsən özünü, 
Qaş düzəldən yerdə 
                                vurub çıxarasan gözünü!? 
Bu Allahdan gələn qəza 
                                faciəydi bəlkə də, 


Gündə belə hadisələr 
                                çox baş verir ölkədə! 
Sənin kimi bir insanı 
                                itirməkdə məyusuq, 
O dünyaya ötürməkdə məyusuq! 
Ölüm niyə belə ucuz,  
                                asan olur, çox asan!? 
Sual çətin, cavab isə ağrıdan! 
 
May 2007 
 
 
 
 
Zəhmət adamı 
        Bənna dostum Şakir Məmmədovun xatirəsinə 
 
Nədənsə 
            eşidəndə 
                        zəhmət adamı ölüb, 
Fikir aparır məni. 
Təəssüf, heyrət 
                      dalınca çəkir, 
                                        aparır məni! 
Niyə?.. Nə üçün?.. Suallar... 
İnlər, cavabsız qalar, 
Könlümə bir gizilti 
Kədər salar, qəm salar!.. 
 
18 sentyabr 2008 
 
 
O,  böyük müəllim idi 
       İsmayıllı rayonunun Quşencə kəndindən olan              
       ilk müəllimim Adıxan İslamovun əziz xatirəsinə 
 
Adıxan adı xan idi, 
İşıqlı bir cahan idi. 
Hamıya mehriban idi, 
Çağ ömür yaşadı, getdi! 
 
Qaranı ağa çağırdı, 
Dumanı dağa çağırdı. 
Bülbülü bağa çağırdı, 
Haqq ömür yaşadı, getdi! 


 
O, çiy sözə başlamazdı, 
Hara gəldi daşlamazdı. 
Dərəni çox xoşlamazdı, 
Dağ ömür yaşadı, getdi! 
 
Zirvələr bizimdir dedi 
Xoş söhbət düzümdür dedi. 
Bükülməz dizimdir dedi, 
Sağ ömür yaşadı, getdi! 
 
O, böyük müəllim idi, 
Biz bilirdik ki, kim idi?! 
O, bir obam, elim idi, 
Ağ ömür yaşadı, getdi! 
 
1996 
 
 
 
      Adıxan müəllim 
 
Elimə, biliyə qiymət verəndi, 
Məktəbin xeyrinə hər iş görəndi. 
Adıxan müəllim belə insandı, 
Mehriban, qayğıkeş, canyandırandı! 
 
Odur ki, yarışda, hər bir tədbirdə, 
Tutmuşuq birinci, ikinci yer də. 
Çəkilir adımız min iftixarla, 
Necə fəxr etməyək bu uğurlarla!... 
 
1970 
 
 Feyzi düşdü yadıma 
 
Biraz sakit, bir az kür, 
Daxilən saf, gövhər, dürr 
Xatirəm qəm üyüdür, 
Feyzi düşdü yadıma! 
 
Meşələri gəzərdik, 
Göy sularda üzərdik. 
Arzu, amal, kam idik, 
Feyzi düşdü yadıma! 


 
Qarğı atımız vardı, 
Nə yorulub durardı. 
Təngə gəllən yollardı, 
Feyzi düşdü yadıma! 
 
Dalda qaldı o günlər, 
O toylar, o düyünlər; 
Çətin qayıda, gələr, 
Feyzi düşdü yadıma! 
 
2006                      
 
 
Allah,  olsun  yeri  behşit 
                    ATU-nun IV kurs tələbəsi gənc şair  
                    Elşad  Hacıyevin  əziz xatirəsinə 
 
Baba  dağdan xəbər  alın, 
Bağça-bağdan  xəbər  alın. 
Buz  bulaqdan  xəbər   alın, 
Bu  nə  yaşdır  gözdən  axır?! 
Qəlbləri  yandırıb  yaxır!.. 
 
Görməmişdim   belə  ağrı, 
Külə  döndü  ata  bağrı. 
Nalə  çəkdi  Baba  dağı, 
Yaş  sel  olub  üzdən  axdı, 
Yatdı  bir  cavanın  baxdı! 
 
Bu  dünyadan  bir  gənc  getdi,  
Ellər  dərd  içində  itdi. 
Fəryad  qalxıb  ərşə  yetdi, 
Allah,  cənnət  olsun  yeri, 
Dönərmi  o,  birdə   geri!? 
 
Ata  nələr  görəcəkmiş,  
Kim   nə  bilir  nələr  çəkmiş!? 
Allah,  olsun  yeri  behişt,  
Dərdimizdir  uca  dağlar, 
Qələm  də  yaş  töküb  ağlar!.. 
 
Yanvar, 2006 
 
 


          Tale necə qıydı 
                   Gənc şair İlham Hacıyevin əziz xatirəsinə 
 
İyirmi bir bahar ömr elədin sən,  
Yetmədin iyirmi iki yaşına. 
Çatmaq  istəyirdin  arzu, kamına, 
Ay İlham, gör nələr gəldi başına!? 
 
Qırıldı diləyin, sındı istəyin, 
Qaldı ürəyində xoş arzuların. 
Şerlər yazardın, gözəl şerlər, 
Xəzana qərq oldu güllü baharın! 
 
Tale necə qıydı kövrək qəlbinə, 
Fələkmi qısqndı şairliyinə?! 
O şirin , o həzin nəğmələrinlə 
Qayıdıb dünyaya gələrsən yenə! 
 
May, 1991 
 
 
Əbədi ayrıldın gənc yaşda bizdən 
                Əziz  qohumumuz, qardaşımız  Əskər  
                Səfərovun xatirəsinə 
 
Şamaxı... Həmyəli... Əzizim Əskər... 
İnana bilmirəm yoxluğuna mən. 
Ən ağır xəbərdir ölüm xəbəri
Əbədi ayrıldın gənc yaşda bizdən! 
 
Dumana büründü çöllər, çəmənlər, 
Pirqulu dağları qara geyindi. 
“Necə zülmkarsan, zalımsan fələk”, 
Üz tutub göylərə yerlər deyindi! 
 
Yığdı işığını yoldan, cığırdan, 
Günəş də qəhərdən boğuldu, batdı. 
Əskər əskər idi, ərən, ər idi, 
Heyf ki əbədi yuxuladı, yatdı! 
 
Bu dərd yaman əydi bacılarını, 
Bu dərd dağdan ağır gəldi anana. 
Atan həsrətinə dözə bilmədi, 
Bir qarlı qış günü köçdü yanına! 
 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə