Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   19   20   21   22   23   24   25   26   27

Göy ürgənin kişnərtisi, həniri, 
Ayaq səsi, oğlum, səni səsləyir. 
Keçilərin, dıbırların “mə” səsi, 
Dur ayağa bir qulaq as, nə deyir?! 
 
Yadımdadır anam məni beləcə 
Səsləyərdi səhər tezdən yuxudan. 
İndi isə xatirəyə dönübdür, 
Anam köçdü onu yoxdu oyadan!? 
 
1992 
 
 
 
Anam  köçdü  dünyadan 
 
Anam  niyə  belə  tez
Vaxtsız  köçdü  dünyadan?! 
Könlümün  şahı  idi, 
Taxtsız  köçdü  dünyadan! 
 
Budağımdan  ayrılıb 
Yarpaq  düşdü  torpağa. 
Necə  dözür  ürəyim 
Bu  ağrıya,  bu  dağa?! 
 
Bir  kimsə  bu  dünyada  
Qoy  anasız  olmasın. 
Gözləri  yaşlar  ilə 
Qoy   boşalıb,  dolmasın! 
 
İndi başı  dumanlı, 
Qəlbi  pərişanam  mən. 
Niyə  vaxtsız  belə  tez 
Anam  getdi əlimdən?! 
 
1991 
 
   
     Sənəm  xalama 
 
Xar  olmadın,  gül  oldun, 
Gül  oldun,  bülbül  oldun. 
Ətirli  sünbül  oldun, 
Ay  xalam - Sənəm  xalam! 


 
Bərəkətli  əlin  vardı, 
Şirin  ləhcən, dilin  vardı. 
Qəlbimizdə  yerin  vardı, 
Ay  xalam -  Sənəm   xalam! 
 
Niyə  qoyub  bizi  getdin
Sevinci  bir  dəniz  idin. 
Bizə  doğma,  əziz  idin, 
Ay  xalam - Sənəm  xalam! 
 
2004 
 
 
             Xalam mənim 
                       Sədəf xalamın əziz xatirəsinə 
 
Köçüb getdi xalam mənim, 
Qəmgin etdi xalam məni. 
Birdən itdi xalam mənim, 
Dözəmmirəm həsrətinə! 
 
Günəş idi, çıxdı, batdı, 
Bir Ay idi, axdı, batdı. 
Gətirmədi onun, baxtı, 
Dözəmmirəm həsrətinə! 
 
Bir doyunca yaşamadı, 
Sevinc, nəşə daşımadı. 
Qəlbimdəki əziz adı, 
Dözəmmirəm həsrətinə! 
 
1984 
 
 
Daim ürəklərdə yaşayan Qəni 
            Kəndimizin sədri olmuş Qəni Bədirova 
 
Tanıyan tanıyır, bilən də bilir, 
Kimsəyə olmadı nə sehir, nə sirr. 
Çox sadə, səmimi insan olub bil, 
Daim ürəklərdə yaşayan Qəni! 
 
Allah adamıydı, Tanrı bəndəsi, 
Düz yola səslərdi yol azan kəsi. 


Elin istəklisi, elin əzizi, 
Daim ürəklərdə yaşayan Qəni! 
 
Kəndin ağsaqqalı, sədri idi o, 
Kasıba, yoxsula  çörək verdi o. 
İnsanlıq gülünü ilkin dərdi o, 
Daima ürəklərdə yaşayan Qəni! 
 
Xasiyyəti gül idi, eşqi tər çiçək, 
Dostu zəhmət idi, həmdəmi əmək. 
Dünyaya tək gəlib, deyərdim ki, tək, 
Daim  ürəklərdə yaşayan Qəni! 
 
Ondan zərrə qədər küsmədi  kimsə, 
Qəlbi bağladı yaxşı, xoş sözə. 
Dedim ki, gəlməsin heç zaman gözə, 
Daim ürəklərdə yaşayan Qəni! 
 
Heyif ki, evini ucaldan yerdə, 
Qəfil hardan əsdi bu acı yel də?! 
Döndü xatirəyə obada, eldə, 
Daim ürəklərdə yaşayan Qəni! 
 
1974 
 
 
  Pəri nənənin xatirəsinə 
 
Nənələr içində bir nənə idin
Sehir nənə idin, sir nənə idin. 
İşıq nənə idin, hür nənə idin, 
Hər qıza, oğula, ay Pəri nənə! 
 
Səndə xanım-xatın görkəm var idi, 
Sözündə bərəkət, ötkəm var idi. 
Sənin təndirində kökəm var idi, 
Al, - dedin, – ay bala, ay Pəri nənə! 
 
Yedim neçə qoğal o gül əlindən, 
Eşitdim xoş sözlər şirin dilindən. 
Kaş bütün gəlinlər dərs alsın səndən, 
Versin eli yola, ay Pəri nənə! 
 
Sən elin, obanın şah nənəsiydin, 
Sevinc nənəsiydin, ah nənəsiydin. 


Nə ürək budadın, nə könül əydin, 
Oldun üzüyola, ay Pəri nənə! 
 
Mövlud Teymur səni yad elədikcə, 
O şirin günləri dad elədikcə, 
Uçdu o günlərə xəyalı necə, 
Qaldı dola-dola, ay Pəri nənə, 
Qəbrin nurla dola, ay Pəri nənə! 
 
İsmayıllı, Buynuz kəndi, 1992 
 
 
 
   Gözəl rəssam Müseyib 
Bədirovun  əziz  xatirəsinə 
 
Allah ona fırça, boya vermişdi, 
Çəkməyə də zirvə, qaya vermişdi. 
Ürəyinə abır, həya vermişdi, 
Gözəlləri gözəl donda çəkirdi, 
Yaxında yox, bir az yanda çəkirdi! 
 
Göstərirdi uzaqda da oğlanı, 
Ona necə oğrun-oğrun baxanı. 
Gözəl rəssam gözəl duyur cahanı, 
Göydə ulduz, yerdə çiçək çəkirdi, 
Sevən ürək, duyan ürək çəkirdi! 
 
Mövlud Teymur cavan ölən rəssamı,. 
Bilir dayı oğlu idi anamın. 
Vəsf elədi taleyini nakamın, 
Adı qəlbdə, özü gözdə yaşayır, 
Xatirəsi şirin sözdə yaşayır! 
 
2003 
 
 
 
Sabir  Bədirovun  əziz  xatirəsinə  
 
Gəldi dünyaya, getdi dünyadan, 
Qəni dayını oğlu Sabir də. 
Bivəfa dünya, bivəfasan da, 
Sabir ürəkli yatır qəbirdə! 
 


Rəhmin gəlmədi rəhm eləyəsən, 
Fəhmin gəlmədi fəhm eləyəsən. 
Elə bir tüğyan, zülm eləyəsən, 
Əcəl dayana, dura bir yerdə! 
 
Bivəfa dünya, bivəfa dünya, 
Oğullar getdi, salmadın saya. 
Gəlmədin heç vaxt sən bir araya, 
Qərar da tutdun yezid, şümürdə! 
 
“Quran” yolunu gedəni yıxdın, 
İman yolunu gedəni yıxdın. 
Zaman yolunu gedəni yıxdın, 
Sən hər bir çağda, hər bir dövrdə! 
 
Mövlud Teymurun gücü çatmadı, 
Müşkül işlərə əli yatmadı. 
Xatirədədir  Sabirin adı, 
Qalmışıq indi dözüm, səbirdə! 
 
2005 
 
 
      Xatirədir özü indi 
                 Raya Bədirovanın əziz xatirəsinə 
 
O həmişə gülər idi
Göz yaşını silər idi. 
Şadlıq, sevinc dilər idi, 
Hər insana, hər bir kəsə! 
 
Doğru yola doğma idi, 
Dağa, yala doğma idi. 
Xoş amala doğma idi, 
Hər insana, hər bir kəsə! 
 
“Hə” var idi hər kəlməsi, 
Bahar idi hər kəlməsi. 
Nübar idi hər kəlməsi, 
Hər insana, hər bir kəsə! 
 
Qəlbi geniş ana idi, 
Sehir dolu nənə idi. 
Nağıl, şeir, məna idi, 
Hər insana, hər bir kəsə! 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə