Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   19   20   21   22   23   24   25   26   27

Tək onlardı bu dünyada! 
 
Mövlud Teymur Vətən adlı, 
Ata adlı, ana dadlı, 
Xoş arzulu, xoş muradlı 
Bir bahardı bu dünyada! 
 
1984 
 
          
        Anam indi nənədir 
 
Anam bir vaxt mənə layla deyərdi
Baba ocağında, ata yurdunda. 
Həzin laylasında məni öyərdi, 
Mən də isinərdim qışda odunda! 
 
Anam bir vaxt mənə layla deyərdi, 
Gecələr yuxusuz beşik başında. 
Analar nə qədər zəhmətə düşür
Doğma övladının kiçik yaşında!? 
 
Anam bir vaxt mənə layla deyərdi, 
İndi o laylalar bir xatirədir. 
Bu gün nəvələrə nağıllar deyir, 
Qocalıbdır anam indi, nənədir! 
 
1978 
 
 
 
Ana, niyə qocaldın 
 
Saçların ağarıbdır, 
Dağların qarı kimi. 
Alnın şırım-şırımdır, 
Ömür yolları kimi!.. 
 
Ana, niyə qocaldın, 
Belə vaxtsız, belə tez?! 
Həmişə dərd çəkmisən, 
Atılmısan sele tez! 
 
Sənin belə gününü 
Görməyəydim, ana, kaş! 


Zəifləyib göz nurun 
Azalır yavaş-yavaş! 
 
1978 
 
 
                                                      Qəlbimə  yatan  anam 
 
Sən necə mehriban, 
Sənə təndir bu cahan. 
Sənin kimi dünyada 
Mənə kimdir ki yanan?! 
 
Ömrümə günəş oldun, 
Od oldun, atəş oldun, 
Qəlbimi sönməz odun 
İsindirər hər zaman! 
 
Yazda, yayda, qar, buzda, 
Canım qızdı odsuz da! 
Mənə ay da, ulduz da, 
Gülər üzündür, inan! 
 
Sənsən hər şeydən əzəl, 
Qəlbimə şirin, gözəl! 
Hansı əldir, hansı əl 
Əlinə çatan, anam!? 
Ən isti bir sığal tək  
Qəlbımə yatan anam! 
 
1989 
 
 
 
              Anama  qurbanam 
 
Əvəzi  tapılmaz  incidi,  dürdü, 
Böyük   səadəti   övladda   gördü, 
Bizə  məhəbbətdən  bir  qala  hördü, 
Anama  qurbanam,  anama  qurban! 
 
Göyün  də,  yerin  də  odur  pərisi, 
İsti  nəfəsindən  dağlar  ərisin. 
Həcərin  harayı, Nigarın  səsi, 
Anama  qurbanam,  anama  qurban! 


 
Bu  Mövlud Teymurun  sözü  anadır, 
Ürəyi  anadır,  gözü  anadır. 
Hər  zaman  eşqiylə  yazıb-yaradır, 
Anama   qurbanam,  anama  qurban! 
 
1984 
 
Anasızlıq  indi  bildik  nə  imiş 
 
Sağlığında   heç  qədrini  bilmədik, 
Ana  deyib  sevinmədik,  gülmədik. 
Bir-birinin  göz  yaşını  silmədik, 
Anasızlıq  indi  bildik  nə  imiş! 
 
Pərvanə  tək  dolanmadıq  başına, 
Rəhm   etmədi  Tanrı  cavan  yaşına. 
Yazılaydı  gərək  məzar  daşına:  
“Anasızlıq  indi  bildik  nə  imiş!” 
  
Ana  gedib   başda  qalıb  əlimiz, 
Bülbül  ölüb  yas  saxlayır  gülümüz. 
Sanki  itib  gövhərimiz,  ləlimiz, 
Anasızlıq  indi  bildik  nə  imiş! 
 
1992 
 
 
          Anam, sənsiz... 
 
Cavan öldü, cavan getdi, 
Odum söndü, havam getdi. 
Binam uçdu, tavan getdi, 
Anam, sənsiz, anam, sənsiz! 
 
De, bu külək hardan əsdi, 
Harayı bəd, hayı nəsdi. 
Dağa qalxan yolu kəsdi, 
Anam, sənsiz, anam, sənsiz! 
 
Dörd tərəfim dərə oldu, 
Başım üstdə bulud doldu. 
Axşam düşdü, şər quruldu, 
Anam, sənsiz, anam, sənsiz! 
 


Mövlud Teymur, canmı qaldı, 
Günəş batdı, gün qaraldı. 
Çiçək soldu, gül saraldı, 
Anam, sənsiz, anam, sənsiz! 
 
1999 
 
 
         Darıxıram mən 
 
Balası ayrılmır öz anasından, 
Doğru anasından, düz anasından. 
Qürbətdə söz salır, söz anasından, 
Anacan, anacan, darıxıram mən, 
Şəklinə neçə yol hey baxıram mən! 
 
Nə uzun ayrılıq oldu, ayrılıq, 
Elə bil qurtarmaz yoldu ayrılıq. 
Gözümdə yaş olub doldu ayrılıq, 
Anacan, anacan, darıxıram mən, 
Təsəllim şəklinə hey baxıram mən! 
 
Heç kim anasından ayrı düşməsin, 
Bir gün də uzağa barı düşməsin. 
Başına gəlməsin bu dərd heç kəsin, 
Anacan, anacan, darıxıram mən, 
Təsəllim əksinə hey baxıram mən! 
 
1988 
 
 
         Çatmış imiş sonu 
 
Anam ölüb getdi, atam dözmədi, 
Bu dərdi çəkməkdən yazıq bezmədi. 
Rahat dolanmadı, rahat gəzmədi, 
Əydi kədər onu. əydi qəm onu! 
 
Dizləri taqətdən, tutardan düşdü, 
Gözləri işıqdan, həm nurdan düşdü. 
Gülü yazdan düşdü, bahardan düşdü, 
İşlədi canına qışın çovğunu! 
 
Nə həb kömək etdi, nə də ki dərman
Başını yellədi, dinmədi loğman. 


Getdi əllərimdən atam, ay aman, 
Demə çatmış imiş ömrünün sonu! 
 
1992 
 
 
 
                                                          Üçcə  ayın  içində 
 
İnanmazdım   gəlib  gözə  öləsən, 
Heç  çatmamış  yaşın   yüzə  öləsən. 
Ağrılara  dözə-dözə  öləsən 
Bu  payızda  neçə  ayın  içində! 
 
Səni  görən   deyərdi  ki gümrahsan, 
Bir  günəşli,  bir işıqlı  sabahsan. 
Demə  qəlbi  sən  kədərsən,  sən ahsan, 
Nə  çox, azda-üçcə  ayın  içində! 
 
Eşidəndə  ağacdələn  ölmünü, 
Matəm  himni  çaldı  yaman  o  günü. 
Ana  quşlar  çox  axtardı, çox  səni, 
Çöldə,  düzdə  üçcə  ayın  içində! 
 
Göy çəməndə sənsiz güllər soluxdu
Kəpənəklər haldan düşdü, duruxdu. 
Bu bəd xəbər eldən-elə yoluxdu 
Dildə, sözdə üçcə ayın içində! 
 
Köks    ötürüb,  çox  ağladı  ağ  bulud, 
Yarpağını  yoldu  qovaq,  şah  palıd. 
Sənə  qəmli  şer  yazdı  bu  Mövlud 
Ağ kağızda üçcə ayın içində! 
 
1991 
 
 
 
            Yadımdadır... 
 
Anam məni oyadardı yuxudan 
Naxır getdi dur dananı sür, oğlum. 
Quzuların mələrtisi kəsilmir, 
Səhər tezdən nə istəyir gör, oğlum?! 
 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə