Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   19   20   21   22   23   24   25   26   27

Şamaxı... Həmyəli... Düzlər... Ormanlar... 
Hər səhər ayılır gözü yaş dolu. 
O gündən açılmır  göylərin üzü
Çənli-çisəklidir qəbristan yolu! 
 
1988 
 
 
 
Gözəl insan kimi tanıdığım müəllim 
dostum Teymur Qəniyevin xatirəsinə 
 
Yaxşılar içindən getdi bir yaxşı, 
Göyün bəzəyiydi, yerin naxışı. 
Bəlkə kəsdi onu namərd baxışı, 
Keçdi cavan ikən yeddi qtından!? 
 
Bu ölüm nəyidi bəs birdən – birə, 
Hələ getməliydi o, neçə yerə, 
Bu yaz Baba dağa – o uca yerə, 
 Düşdü birdən – birə ömrün atından! 
 
Demişdim gələrəm sizə bir kərə, 
Getdi qayıtmayan o son səfərə. 
Döndü xatirəsi qəlbimdə şerə, 
Çox illər keçsə də çıxmaz yadımdan!.. 
 
2010 
 
 
 
                Nə  bilim 
 
Hər  dəfə  səninlə  üzləşəndə mən 
Hal-əhval tutardıq  bir-birimizdən. 
Danışıb  gülərdik,  söhbət  edərdik, 
Ürəkdən  necəydik eləydik  üzdən! 
 
Sən  ana  vətəndən, mən  doğma  eldən, 
Deyərdik  həvəslə  ürək  dolusu. 
Biz  yaxşı bilirdik  uca  kürsüdür 
Elin  ağsaqqalı,  elin  ulusu! 
 
Gözəllik  aşiqi,  el  vurğunuyduq, 
Sevirdik  müqəddəs  ana  torpağı. 


Qəlbimiz  nə  qədər  qəhərlənərdi 
Vətəndə  gördükcə  mən  novrağı! 
 
Ucalmaq, yüksəlmək  ilk məqsədimiz, 
Təmiz   ad  qazanmaq  arzumuz idi. 
Odur ki  həvəslə  biz  çalışardıq, 
Oxumaq  ilk alın  yazımız  idi! 
 
Mən  dedim,  bu   günlər  qutaracaqsan 
Sən  ali  məktəbi  xoş, gülər  üzlə. 
Nə  bilim, həyatın  bəd  gətirəcək, 
Ömrümün  tuş  gələcək  qəfil  əcələ! 
 
1980 
 
 
            Yaşa  oğul-bala 
 
Ucqar  dağ  kəndində  getdin  cəbhəyə, 
Bu  vətən,  bu  torpaq,  yurd  deyə-deyə! 
Çəkdin  qılıncını  felə,  fitnəyə, 
Nə  qorxu,  nə  hürkü, təlaş  bilmədən! 
 
Yaşa  oğul-bala, yaşa,  can  bala, 
Etmədin  nə  fikir,  həyəcan,  bala. 
Atıldın  hər  axşam, səhər, dan , bala, 
Düşmənin  üstünə  çaşbaş  bilmədən! 
 
Düz  yolun,  əqidən tutdu  əlindən, 
Od  yağdı  pulemyot  ağzı-dilindən, 
Etdin  neçə  yağı  şil-küt belindən, 
Nə  burun,  nə  göz-qaş,  nə  baş  bilmədən! 
 
Vətən  qüdrətinə  əhsən  söylədi
Mövlud  şərəfinə  sağlıq,  tost  dedi; 
Hanı  Şəhriyar  tək  bir  igid  dedi, 
Nə yalan,  nə  tərif,  nə  çaş bilmədən! 
 
2008 
 
 
 
 
 
 


   Dostum  Ağaminin  əziz  oğlu 
Vüqar Ağayevin nakam ömrünə 
 
Xəbərsiz  oldu  ölüm  xəbəri, 
Qəlbi  doğrandı,  kəsdi  xəncəri. 
Cavan  bir  ömrü  bitdi  səfəri
Bu  bir  dərd  oldu  bizə, Ağami! 
 
Dərddən  yaşardı,  gölləndi  gözlər, 
Ağladı  üzlər,  soluxdu  üzlər. 
Bu qəmdən  mənim  ürəyim  sızlar, 
Bu  bir  dərd  oldu  bizə, Ağami! 
 
Oğul  böyüdüb,  çinar  edəsən, 
Dözüm  bəxş  edib,  vüqar  edəsən. 
Sonra  da  fəryad,  ah-zar  edəsən, 
Bu  bir  dərd  oldu  bizə, Ağami! 
 
Kaş  olmayaydı  ölüm,  itki,  qəm, 
Xoş  ömür,  həyat  sürəydi  aləm. 
İnsanı  sıxır,  ağrıdır   ələm, 
Bu  bir  dərd  oldu  bizə, Ağami! 
 
Dərdimə  şərik  çıxdı  dostlarım, 
Düşüb  içinə  bu  qışın-qarın. 
Döndü  xəzələ  güllü  baharın, 
Bu  bir dərd  oldu  bizə,  Ağami! 
 
Mövlud  səbirə  güc  verək  deyir, 
Rəhmət  diləyək  hər  ürək  deyir. 
Gedir  haraya  ərz  görək  deyir, 
Bu bir  dərd  oldu  bizə,  Ağami! 
 
Oktyabr,  2010 
 
 
 
Misir Məhərrəmovun xatirəsinə 
 
Misir misgər kimi ötkəm, saf  idi, 
Qəlbi təmiz, büllur, pak, şəffaf  idi. 
Vüqarda, dözümdə dağ idi, bir dağ, 
Boyu çinar kimi şax idi, çox şax! 
Hamıyla mehriban, şən dolanırdı, 
Demə, başı üstə çən dolanırdı. 


Fəqət birdən - birə düşdü, nə düşdü, 
Yığıldı, çözəldi, həm də büzüşdü! 
Bir axşam eşitdik halı dəyişdi 
Susdu, oxumadı, valı dəyişdi! 
Misir cavan getdi, cavan həyatdan, 
Bu gözəl dünyadan, xoş kainatdan! 
 
İyun, 2003 
 
 
      Sevimli müəllimimiz Müslüm 
Mirzəyevin 100 illik xatirə yubileyinə 
 
Yaxşı insanlardan  Müslüm biriydi, 
Qəlbi kövrək çox kövrək idi. 
Nə  bir ürək qırdı, nə bir qəlb əydi, 
Bir  ömür  yaşadı  düz ürəklə  o! 
 
Yalan söyləmədi, qeybət  bilmədi, 
Sevinc  arzuladı,  möhnət  bilmədi. 
Məhəbbət  xoşladı, nifrət  bilmədi, 
Bir  ömür  yaşadı  düz  ürəklə  o! 
 
Halalıq, kamillik, zəhmət  nuruydu, 
Hər  sözü, söhbəti, fikri  duruydu. 
Onu  saxlayan  da  öz  qüruruydu, 
Bir  ömür  yaşadı  saf  diləklə  o! 
 
2002  
 
 
 
Hörmətli müəllimimiz, gözəl ata 
         Müslüm Mirzəyevə 
 
Şeiri, sənəti  sevəndi  Müslüm, 
Hədiyyə, Cavidə  güvəndi  Müslüm. 
Oxudu Rəsulu, Səmədi Müslüm, 
Dedi Əsriyəm söz ustadının! 
 
Yorulmaq bilmədi sözdən, sənətdən, 
Güc aldı Tanrıdan, bir də ki eldən. 
Nizami, Füzuli düşmədi dildən, 
Bu  da  qüdrətidir  yer övladının! 
 


Əritdi  odunda  məhrumiyyəti, 
Hər cür səfaləti, kin-kudurəti. 
Çəkdi  qoltuğuna  düz – həqiqəti, 
Çəkmədi  adını  pisin,  nadanın! 
 
Qəlbində nur  kimi  yandı  yaxşılıq, 
Nə  itdi, nə də ki, söndü yaxşılıq. 
Günəşdi, ulduzdu,  gündü  yaxşılıq, 
Məramı  bu  oldu  Müslüm  atanın! 
 
Məqsədi  oxumaq,  öyrənmək  oldu. 
Tarixə,  keçmişə  güvənmək  oldu. 
Heç  zaman  nə  susdu, nə  də  yoruldu, 
Sözü  eldə qaldı Müslüm atanın! 
 
Şeiri,  sənəti sevəndi Müslüm, 
Hadiyə, Cavidə  güvəndi  Müslüm 
Oxudu  Rəsulu, Səmədi  Müslüm, 
Dedi  əsiriyəm söz ustadının! 
 
İsmayıllı, 1994 
 
 
                                               O  hara  getdi  
Xeyirxah insan,  gözəl  jurnalist 
Rəşid  Mahmudovun  əziz  xatirəsinə 
 
İsti  nəfəs  idi, yanar  od  idi, 
Çox  kəsə  o arxa, qol-qanad  idi. 
Xoş  arzu, xoş  niyyət, xoş   murad  idi, 
O  quş  kimi  gəldi,  yel  kimi   getdi, 
Kim   imdad  dilədi, imdada  yetdi! 
 
Böyük  insan  idi,   köçdü  dünyadan, 
Çətin  başa  düşə  bunu   hər  insan. 
Deməyin  əbədi  getdi  dünyadan, 
Onun   ruhu  hər  vaxt  aramızdadır, 
Cismi  el-obada,  yurdumuzdadır! 
 
Elim  canlı  dağı,  palıdıydı  o, 
Haqqın,  ədalətim  düz  adıydı  o. 
Neçə   kimsəsizin  qanadıydı o,  
Nəsildən-nəsilə  yol   salacaqdır, 
Onun  hər  əməli  yaşayacaqdır! 
 
Dekabr, 2008 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə