Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

Bir yorulmaz, bir usanmaz əl idin. 
Əməyinlə, zəhmətinlə gözəldin, 
Bu mərdlikdi, kişilikdı ay ata! 
 
Zaman ötdü, dövran keçdi qocaldın, 
Gözəl-gözəl arzularla ucaldın. 
Bu dünyada təmiz, ülvi ad aldın, 
Bu mərdlikdi, kişilikdı ay ata! 
 
1986 
 
 
           Mənim fəhlə atam 
 
Mənim atam ataların içində, 
Deyərdim ki bir ataydı, mərd ata. 
Əlləşərdi torpaq ilə, daş ilə, 
Çalışardı arzusuna tez çata! 
 
Fəhlə idi, yol salardı kəndlərə, 
Onu yaxşı tanıyardı oba, el. 
Daim yolda olduğundan atamı, 
Tay-tuşları çağırardı, “dorotdel!” 
 
Zarafata salsalar da dostları, 
Zarafatdan incimişəm deməzdi. 
Öz işini qurtarmamış yarımçıq 
Yalvarsan da gəlib çörək yeməzdi! 
 
Zəif idi, nə kurorta gedərdi, 
Nə özünü qoruyardı bu kişi. 
Altmışında təqaüdə çıxsa da, 
Yenə dedi buraxmaram bu işi! 
 
İsti yayda, soyuq qışda işlədi, 
Yorulmadı, usanmadı, bezmədi. 
Elə başı qarışdı ki zəhmətə, 
O vaxt tapıb bir doyunca gəzmədi! 
 
Ata – dedim – qocalmısan yaman ha! 
Gəl bu gündən işə çıxma daha sən. 
Mən çox dedim, az eşitdi, axır ki,  
Xəstələndi o əl çəkdi işindən! 
 
İşə qadir olmasa da indi də, 


Zəhmət, hünər düşmür onun dilindən. 
Uçan durna, süzən turac yenə də 
Əskik olmur çəmənindən, çölündən! 
 
Var-gəl edir ata-baba yurdunda
Zərli təsbeh qıyıqbarmaq əlində. 
Bu dünyada atalartək atam da, 
Mərd yaşasın vətənində, elində! 
 
1991 
 
 
        Mənim atam 
 
Mənim atam dünyagörmüş kişidir, 
Bu dünyanın hər üzünü görübdür. 
Yaxşılıqdan, təmizlikdən, düzlükdən, 
Bir möhtəşəm, uca qala hörübdür! 
 
Qazanıbdır hörmətini elinin, 
Hamı deyir çox nurani kişidir. 
Saç-saqqalın ağarıbdır qar kimi
Görən deyir: o, nurani kişidir! 
 
Ömrü boyu halallığın qulpundan –  
Yapışıbdır, yapışmayıb haramdan! 
Xoşlamaz da qışqırmağı, hay-küyü, 
Danışar da, o, sakitcə, aramdan! 
 
Boy sarıdan boyu gödək olsa da, 
Kişilikdə çinardan da ucadı. 
Deyərdim ki, dəyanətdə, dözümdə, 
O, min yaşlı palıddan da qocadı! 
 
Allahına, tanrısına baş əyən, 
Öz elinə xeyir verən kişidir. 
Əllərinin qabarıyla öyünüb, 
Zəhmətilə ömür sürən kişidir! 
 
Mən atamı tutub şerə, tərifə, 
Tək demirəm mənim atam belədir! 
Bu xislətdə yüz-yüz qoca yetirsən, 
Doğma yurdum Azərbaycan belədir! 
 
1979 


           Atam 
 
Atam təndir üçün şax toplayardı, 
Nə pöhrə kəsərdi, şiv doğrayardı. 
Quru budaqları tək budayardı, 
Ovxarlı baltanı yaşa vurmazdı! 
 
Bilirdi ağac da insan kimidi, 
Ürəyi dərd dolu, al-qan kimidi. 
Odur ki ürəyi yanan kimidi, 
Bir ağac əyməzdi, könül qırmazdı! 
 
Quru ağacları baltalayardı, 
Yıxıb yanı üstə parçalayardı. 
Toplayıb üst-üstə sacanlayardı, 
Səliqə-sahmandan uzaq durmazdı! 
 
Payızda  hazırlıq görərdi qışa, 
İşini qurtarıb çıxardı başa. 
Ona el deyərdi milyon, min yaşa, 
Özünə tərifdən qala qurmazdı! 
 
Atam öz işini bilən ər idi, 
Ocağı gur yanan hər səhər idi. 
Kəndin hər işində hünərvər idi, 
Onu danışırıb kimsə yormazdı! 
 
2002 
 
 
Atamın Xatirəsinə 
 
Xatirən başımın üstündə ağac, 
Səpir yarpağını belədən-belə... 
Səni gözləməkdən olmuşam qaxac, 
Dur gəl evimizə bir gülə-gülə! 
 
Dərdim balıq kimi sürüşüb getsin, 
Gözümdən axmasın yaş da bir gilə. 
Sevincim atlansın, qəm düşüb getsin, 
Gəlsin işıq gözə, qüvvət könülə! 
 
Elə bil olmayıb ayrılıq, hicran, 
Danışaq  bir yerdə, gülək bir yerdə. 
Sən hardan soruşsan, mən ordan deyim, 


Oxuyum xoşuna gələn şeir də! 
 
Dur gəl evimizə, a başım tacı, 
Qurbanlar kəsərəm ayağın altda. 
Gözümün üstündə hər an yerin var, 
Bəy kimi gəl əyləş ən uca taxtda! 
 
Nökərin olaram, ay ata, gəlsən, 
Dolannam başına pərvanə kimi. 
Ömrümü verərəm həyata gəlsən, - 
Vəfasız deyiləm zəmanə kimi!... 
 
 
        Atam  
Nə bir məktəb bitirib,  
Nə oxumuşdu atam. 
Ancaq oxumuşlardan 
Nə geri düşdü atam! 
 
Yolda usta işlədi
Fəhləyə dostum dedi. 
Yayaq birgə qum dedi, 
Bərkidi, bişdi atam! 
 
Nə bir zəhmət bildi o, 
Alimtək iş gördü o. 
Əsl ömür sürdü o, 
Dünyadan köçdü atam! 
 
1992 
 
 
         
                 Son gün 
 
Atamın son günü yadıma düşür, 
Arxası üstündə uzalı qalıb. 
Nə danışa bilir, nə dinə bilir
Elə bil yerində xəyala dalıb! 
 
Təkcə nəfəs alır çətinlik ilə, 
Qorxursan nəfəsi duracaq indi! 
Başının üstündə molla oxuyur, 
Deyirəm, bu son gün nə ağır gündür! 
 


Dörd oğlu, beş qızı başının üstdə, 
Qəlbləri dərd dolu, gözləri yaşlı. 
Baxırlar üzünə biri-birinin 
Kədərli, qüssəli, qəmli, təlaşlı! 
 
Atamın cavanlıq çağını anıb, 
Yadıma uşaqlıq günlərim düşür. 
Məni gəzdirərdi tutub əlimdən 
İndisə yanıma əllərim düşür! 
 
Ah, bivəfa dünya, bivəfa dünya, 
Bizə nə yazığın, nə rəhmin gəldi. 
Bizimçün nə ağır keçdi bu son gün, 
Atamız gözümüz önündə öldü! 
 
İyun, 1992 
 
 
   Dədəmə rəhmət 
 
Dədəm üçün darıxdım, 
Alıb şəklimi baxdım. 
Sanki xoş günə çıxdım, 
Dedim bəxtiyaram mən! 
 
Şəkil də təsəllidir, 
Müşkül işin həllidir. 
Elin xoş məsəlidir: 
Axan olar yol-döngən! 
 
Çəkmərsən ah, dərd, zillət, 
İşin düzələr əlbət. 
Olar dədəmə rəhmət, 
Yaşayarsan xürrəm, şən!.. 
 
1996 
 
 
           Yadımdan çıxmaz adları 
 
Atam da, anam da rəhmətə getmiş
Ölsəm də yadımdan çıxmaz adları. 
Məni böyütdülər bir amal üçün: 
Vətən dara düşsə qovum yadları! 
 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə