Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

Mənə çörək verib böyütmədilər 
Kimsəyə bir ziyan yetirim deyə. 
Məni böyütdülər kədərə sevinc, 
Zülmətə nur, işıq gətirim deyə! 
 
Gecələr, gündüzlər yuxusuz qalıb, 
Onlar məndən ötrü nələr etmədi. 
Bülbül nəğməsini gülsüz, çiçəksiz, 
Atam da, anam da mənsiz ötmədi! 
 
Heyhat, qovruluram, sızıldayıram 
Mən yazıq nə vaxtdan, haçandan bəri. 
Dönüb başdaşına atam, anam da, 
Bürüyüb sükutu qərib çölləri!.. 
 
1992 
 
 
  Düşməmişdim mən 
 
Atam can verəndə canım çıxırdı, 
Gözümdən selləmə qan-yaş axırdı. 
Məni kədər boğub, qüssə yıxırdı, 
Heç elə bir günə düşməmişdim mən! 
 
Qayam titrəyirdi, dağım əsirdi, 
Çölüm əsnəyirdi, bağım əsirdi. 
Solum göynəyirdi, sağım əsirdi, 
Heç elə bir günə düşməmişdim mən! 
 
Atasız olmaqdan ağır dərdmi var, 
Atalı günlərim çiçəkli bahar! 
İndi yolum qubar, izim ahızar, 
Heç elə bir günə düşməmişdim mən! 
 
May, 1992 
 
         Qəbristana gedəndə 
 
Atam, anam dəfn olunub yan-yana, 
Ölüm haqdır anlayana, qanana. 
Az qalır ki, bədənimdə qan dona
Mən hər dəfə qəbristana gedəndə! 
 
Gücüm çatmır haraylayım, oyadım, 


Çiçək açsın ürəyimdə muradım. 
Bu nə sirdi qırıldı qol-qanadım, 
Mən hər dəfə qəbristana gedəndə! 
 
İnanmazdım ölümünə, qəbrinə, 
Heyrət qaldım buradakı səbrinə. 
Dedim sirdi, möcüzədi, yoxsa nə?! 
                                    Mən hər dəfə qəbristana gedəndə! 
 
Buludlara həmdəm oldum, ağladım, 
Saçlarımı elə yoldum, ağladım. 
Başdaşına baxıb doldum, ağladım, 
Mən hər dəfə qəbristana gedəndə! 
 
Mənə baxıb gül-çiçəklər ağladı, 
Qulançarlar, çiyələklər ağladı. 
Panamalı göbələklər ağladı, 
Mən hər dəfə qəbristana gedəndə! 
Atam, anam dəfn olunub yan-yana, 
Ölüm haqdır anlayana, qanana. 
Az qalır ki, bədənimdə qan dona, 
Mən hər dəfə qəbristana gedəndə! 
 
1992 
 
 
          Qəbristanda 
 
Harayladım oyanmadız, 
Sən, ey atam, ey anam! 
Gəlişimi duyanmadız, 
Sən, ey atam, ey anam! 
 
Gəlmişdim ki, görəm sizi, 
O mehriban  çöhrənizi. 
Eşitmirsiz bəs bu səsi, 
Sən, ey atam, ey anam! 
 
Keçin bir az səbrinizdən, 
Bir boylanın qəbrinizdən, 
“Nə var, nə yox” sorum sizdən, 
Sən, ey atam, ey anam! 
 
1993 
 


 
Atamın xatirəsinə 
 
Xatirimdən şəklin, əksin silinməz, 
Xoş avazın, hayın, səsin silinməz. 
Mənim üçün ölümün də bilinməz, 
Hər vaxt mənim yadımdasan, ay dədə! 
 
Unutmaram o çəkdiyin zəhməti, 
Bəsləyirəm sən əkdiyin qeyrəti. 
Şirin olur alın tərin neməti, 
Halal axan qanımdasan, ay dədə! 
 
Bu dünyada qeybət nədir, bilmədin, 
Rütbə nədir, şöhrət nədir, bilmədin. 
Bir doyunca sevinmədin, gülmədin, 
Şerimdəsən, mahnımdasan, ay dədə! 
 
Gecə-gündüz ha əlləşdin, çalışdın, 
Günəş kimi alovlandın, alışdın! 
Zəhmət, hünər dəstəsinə qarışdın, 
Arzumdasan, kamımdasan, ay dədə! 
 
Sən doğmasan, mən doğmaca balanam, 
Bir şairəm xəyallara dalanam, - 
Xoş ətrini yazdığımdan alanam, 
Şöhrətimdə, şanımdasan, ay dədə! 
 
İyul, 1992 
 
 
 
           Atamın ruhuna 
 
Ata məzarının üstünə gəldim, 
Məzar həmindi,  
           Sən demə, qərq olan dərin dəryada, 
                                  ata, gəmindi! 
Sükan – başdaşından tutub, 
                                  dayandım. 
Min xəyal içində 
                   mən səni andım!.. 
Öpüb başdaşını,  
                      silib, yaladım, 
İsti öpüşlərim soyuq daşında 


                         yazı kimiydi, 
Belə bir cümləydi, cümləyə oxşar, 
                                gözümə dəydi: 
-
 
Mən səndən ayrılmaq 
                                 istəməsəm də, 
gedirəm gözümdə, könlümdə 
                                       qəm də!.. 
 
1994 
 
 
              Anam 
 
Gecələr ömrümə qazandın səhər, 
Sinəndə nə qədər arzu var, anam. 
Laylanla yaranıb şirin nəğmələr, 
Mənim şair anam, bəstəkar anam! 
 
1971 
 
 
                        Anam belə  söyləyərdi 
 
Şərəf   anam şərəf  idi, 
Gözəlliyə  tərəf  idi. 
Xoş  istəyə  hədəf  idi, 
Anam  belə  söyləyərdi, 
Vaxtsız getdi o deyərdi! 
 
Yadındamı  ağıları,  
Kədər, qüssə, qəm, qubarı...  
Anasızlıq - xəzan  qarı, 
Anam  belə  söyləyərdi,  
Vaxtsız  getdi  o  deyərdi! 
 
1971 
 
 
                                  Səninlə  öyünən 
 
Ana  itirmişəm,  anasızam  mən, 
Dupduru  gölləri  sonasızam  mən. 
Elə  bil  yersizəm,  səmasızam  mən, 
Günlərim  dumandı,  aylarım  çəndi! 
 


O, dünən  qayıdıb  xəstəxanadan, 
Sağ  olsun   ananı  evə  qaytaran. 
Şahiddir  bax  buna bu  dağ, bu aran, 
Anam  ölməyibdir,  inan, bu  çindi! 
 
Mən  onda  arxayın  yatıb-duraram, 
Bilərəm  arxamda  vardır  dağ  anam. 
Üzü  günəş  anam,  üzü  ağ  anam, 
Mən  sənsiz  tapmaram  getdiyim   səndi! 
 
Sənsən  nurum  mənim, işığım mənim, 
Ən  gözəl   büsatım,  xoş  çağım  mənim. 
Çağlayan  şəlaləm,  bulağım  mənim, 
Sənin  tək  öyünüb  səninlə  təndim! 
 
1992 
 
 
                                                 Mənim  anam   
 
Uşaqlıq  illəri  gəzib  gələrdim, 
Elə  sevinərdim,  elə   gülərdim. 
Yanımda  sən  varsan,   
                                   daim  bilərdim,     
Yolumda  yox  idi  çən  mənim  anam! 
 
Səni  sağlam  görüm,  səni  sağ  görüm, 
Hər  vaxt  alnı  açıq,  üzü  ağ  görüm. 
Bax  belə   mehriban,  belə  şux  görüm, 
Düşməsin  saçına  dən  mənim  anam! 
 
1974 
 
 
 
                       Bu dünyada 
 
Atam tatdı, anam ləzgi, 
Var köməyim, arxam iki. 
Mənə doğma onlar təki 
Kimim vardır bu dünyada?! 
 
Dar ayaqda, çətin anda, 
Əlllərindən tez tutan da, 
Dərdlərimi qurudan da 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə