Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 
56 
 
Əziziyəm saydadı, 
Bu qanundu, qaydadı. 
Biri göylərdən gəlir, 
Biri çıxıb aydadı. 
 
Əziziyəm güldü, gül, 
Tər ləçəkdi, tüldü, tül. 
Könlüm açılsın deyə 
Nə durmusan, gülüm, gül! 
 
Əziziyəm yoldadı, 
Kimə deyəm yoldadı. 
Gülüm gəlib çıxmadı 
Bəlkə qeylü-qaldadı. 
 
Əziziyəm başdadı, 
Kirpikdədi, qaşdadı. 
Qəm çəkməkdən üz-gözüm 
Sel içində, yaşdadı! 
 
1978 
 
                   Xatın 
 
Bu yerə gələnin dərdi min olur
Qəlbinin başını duman, çən alır. 
Kövrəlir ürəyi, dolur gözləri, 
Xatının halına mat-məhbut qalır!.. 
 
Evlər sınıq-salxaq, evlər sahibsiz, 
Evlər qan ağlayır burda hər zaman. 
O qanlı illərdən otuz il keçir, 
Burda yaşamayır bir bəni-insan! 
 
Vaxt vardı, burada toy çalınardı, 
Mahnı söylənərdi, şer oxunardı; 
Könüllər dinərdi min  bir həvəslə, 
Adamlar bir-birin xoşbəxt sanardı! 
 
Xatının əvvəli büsat və sevinc, 
Sən demə axırı qəm yuvasıymış, 
Xatında səslənən qəmgin musiqi, 
Susan könüllərin son  havasıymış!.. 
 
1979 


 
57 
           Yanvar gecəsi 
 
Ürək ağrısıyla qeyd etməliyik 
Əsrlər ötsə də bu faciəni. 
Xalqımız nə çəkdi yanvar gecəsi
O gecə çoxaldı saçımın dəni! 
 
Ürəyim ağrıdı, dizim tutuldu, 
Taqətim kəsildi o gecə, qardaş?! 
Göyüm ağlar qaldı, Yerim zarıdı, 
Bu necə dərd idi, bu necə, qardaş?! 
 
Ahım ərşə qalxdı, fəryadım göyə, 
Bağrı qan görəndə ər oğulları. 
Analar mərsiyə, ağı söylədi 
Əlləri göylərə, göylərə sarı! 
 
Göz yaşı içində üzən gəmiydim, 
Dərdim sular kimi tükənməz, çoxmuş. 
Nə günə düşmüşdüm görənlər bilir, 
Özümdən özümün xəbəri yoxmuş!.. 
 
Ürək ağrısıyla qeyd etməliyik 
Əsrlər ötsə də bu faciəni. 
Xalqımız nə çəkdi yanvar gecəsi, 
O gecə çoxaldı saçımın dəni! 
 
Fevral, 1990 
 
 
 
              Şəhidlər 
 
Demə imansızda iman da yoxdu, 
Düşmən nə çəkildi, nə də ki qorxdu. 
Tankların üstünə yumruqla qalxdı, 
Azadlıq himnini çaldı şəhidlər! 
 
Qüssəyə bələndi, qəmə büründü, 
O yas paltarında şəhər göründü. 
Hünər işıq  oldu, ətalət söndü, 
Günəştək zirvədə qaldı şəhidlər! 
 
Demədi arandı, demədi dağdı, 
Gülləni haraya istədi çaxdı. 


 
58 
Tankların altında al qanı axdı, 
Ölümü  gözünə aldı şəhidlər! 
 
Demə gücsüz idi, əlacsız idi, 
Kirpikdə hər tükü ox, qılınc idi. 
Mərdliklə ölsə də sözünü dedi
Adını tarixə saldı şəhidlər! 
 
1990 
 
 
Azərbaycanın Milli Qəhrəmanı  
        Mübariz İbrahimova 
 
Mübariz mübariz idi, 
Həqiqət, düz, bariz idi. 
Saf, büllur, tərtəmiz idi, 
Ürəklərdə yaşayacaq! 
 
O, xalqını, millətini, 
Qaldırdı güc-qüdrətini. 
Şərəfini, şöhrətini, 
Diləklərdə yaşayacaq! 
 
O mərdanə, igidi mən, 
Əsl oğul, comərdi mən. 
Unutmaram heç bir zaman, 
Yüksəklərdə yaşayacaq! 
 
2010 
 
 
 
     Çalış bacarasan 
 
Düzü, həqiqəti bilmək istəsən, 
Bu dünya nə mənim, nə də sənindir. 
Çalış bu dünyada yaxşılıq elə, 
Əsl yaxşı insan bu vətənindir! 
 
Torpağa dönsə də torpaqdan bitər, 
Boylanar çiçəklə, baxar gül ilə. 
Yenidən qayıdar dünya üzünə 
Oxuyan turacla, dinən bülbüllə! 
 


 
59 
Doğma vətən deyib, anacan deyib, 
Öpər çiçəkləri, öpər gülləri. 
Kəbə, Məkkə bilər, Kərbəla sanar 
Canından sevdiyi anamız yeri! 
 
Vətən səcdəgahdır, Vətən qibləgah, 
Gərək ki ürəkdən duyasan bunu. 
Çalış bacarasan, dostum, sevməyi 
Bu ana vətəni, Odlar yurdunu! 
 
1997 
 
 
         Elimsən, Allah 
 
Mənə qələm verdin, ağ kağız verdin, 
Bir ürək, bir beyin, bir ağız verdin. 
De-danış, yaz-yarat, öyüd düz verdin, 
Böyüksən, ucasan, ulusan, Allah! 
Sözün, şeriyyətin yolusan, Allah! 
 
Şeri uca tutdun, yüksəklik sandın, 
Şairi peyğəmbər, bir müdrik sandın. 
Yerdən də, göydən də ucadır adın, 
Varlığım, vücudum, canımsan, Allah, 
Damarımdan axan qanımsan, Allah! 
 
Böyük kainatda, həyatdasan sən, 
İstəkdə, arzuda, muraddasan sən. 
Anda, dəqiqədə, saatdasan sən, 
Günümsən, ayımsan, ilimsən, Allah, 
Ana Vətənimsən, elimsən, Allah! 
 
2000 
 
 
         Qış fəsli və uşaqlığım 
 
Qış fəsli... Qar yağır, həvəslənirəm, 
Buz üstə sürüşmək istəyirəm mən. 
Hanı ələ düşməz o uşaqlığım; 
Qar topu oynardıq; Feyzi, Kərəm mən. 
 
Qış fəsli... Qar yağır, düşür yadıma 
Taxta xizək üstə keçən günlərim. 


 
60 
Bəs hanı? – dillənir təşnə ürəyim: 
Uşaq bulağından içən günlərim?! 
 
Qış fəsli... Qar yağır, könlüm, indi mən, 
Uşaq deyiləm ki, uşaqlıq edim. 
Mənə rəvadırmı, ey uşaqlığım, 
Bu yaşda mən indi şıltaqlıq edim?! 
 
1974 
 
 
          Yaş qırxı keçəndə 
 
Yaş qırxı keçəndə yorğuna düşür
Küləyə, tufana, çovğuna düşür. 
İtkiyə, ölümə, qırğına düşür, 
Amandır saxlayaq qırxda yaşları, 
Keçirək həmişə bağda yaşları! 
 
Məclisə çağıraq yaşı qırxları, 
Gözünün, qəlbinin yaşı qırxları. 
Qoymayaq yanına naşı qırxları, 
Amandır saxlayaq qırxda yaşları, 
Keçirək həmişə bağda yaşları! 
 
Qırx beşdə, əllidə infarkt görmüşəm, 
Ölümə farağat, sərvaxt görmüşəm. 
Qırxdan aşağıda həyat görmüşəm, 
Amandır saxlayaq qırxda yaşları, 
Keçirək həmişə bağda yaşları! 
 
Qırxdan yuxarılar – eniş-yoxuşlu, 
Qırxın gül-çiçəyi zərif, naxışlı. 
Məhəbbət ürəkli, sevgi baxışlı, 
Amandır saxlayaq qırxda yaşları, 
Keçirək həmişə bağda yaşları! 
 
Mövlud əllidədir, əli titrəyir, 
İndidən vay başım, ürəyim deyir. 
Fikirdən, qüssədən içini yeyir, 
Amandır saxlayaq qırxda yaşları, 
Keçirək həmişə bağda yaşları! 
 
2001 
 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə