Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 
51 
 
Nizamidən, Füzulidən yazdın da, 
Qəmküsar Əliquludan yazdın da. 
Abbas, Bəkir, o Quludan yazdın da, 
Eh! Ay Sərvaz Hüseynoğlu, Hüseyn! 
 
Vurğun, Rəsul, Müşfiq, İlyas Əfəndi 
Görüb səndə bu qüdrəti öyündü. 
Neçə alim ürəyində döyündü, 
Eh! Ay Sərvaz Hüseynoğlu, Hüseyn! 
 
Mövlud deyir xidmətin çox olubdu, 
Yazmaq ilə ürəyin tox olubdu. 
Əməllərin ürəklərə dolubdu, 
Eh! Ay Sərvaz Hüseynoğlu, Hüseyn! 
 
2009 
 
Hərə özlüyündə dünya kəşf edir... 
 
Hərə özlüyündə dünya kəşf edir
Şair kəlmələrlə, müğənni səslə. 
Rəssam fırça ilə, nəqqaş naxışla, 
Zərgər zərgərliklə, dəmirçi gürzlə! 
 
Hərə özlüyündə dünya kəşf edir, 
Meşə ağacıyla, çiçək ətrilə. 
Bulaq zümzüməylə, şəlalə neylə, 
Palıd vüqarıyla, söyüd çətrilə! 
 
Hərə özlüyündə dünya kəşf edir, 
Çaylar kükrəməklə, sellər harayla. 
Vulkan püskürməklə, şimşək çaxmaqla, 
Gündüz al Günəşlə, gecə də Ayla! 
 
Hərə özlüyündə dünya kəşf edir, 
Qartal uçuşuyla, qu nəğməsilə. 
Ceyran qaçışıyla, arı şanıyla, 
Çeşmə aynasıyla, sular əksilə! 
 
Hərə özlüyündə dünya kəşf edir, 
İgid rəşadətlə, səyyah səfərlə. 
Ovçu ovçuluqla, qəvvas üzgülə, 
Düzlər zəmi ilə, bağlar bəhərlə! 
 


 
52 
Hərə özlüyündə dünya kəşf edir, 
Dünya da kəşflərə möhtacdı hər vaxt. 
Ən böyük kəşflər də, ixtiralar da, 
Bizim ölkəmizdə gül açdı hər vaxt! 
 
1979 
 
 
           Yeni hava 
 
Nə gözəl dövrandı, yaxşı zamana, 
Yeni hava gəldi Azərbaycana. 
Azadlıq verildi hər bir insana 
Əl-qolun açıqdır qur, yarat, yaşat! 
 
Sənə “dur!” deyən var, nə də ki “dayan!” 
İstədiyin zaman işlə, yat, oyan! 
Böyük qəhrəmandır bu dövrü duyan, 
Əl-qolun açıqdır qur, yarat, yaşat! 
 
Həqiqət Mövludun ürəyindədir, 
Şirin arzusunda, diləyindədir. 
Nə gözəl misradır, nə gözəl sətir: 
Əl-qolun açıqdır qur, yarat, yaşat! 
 
1991 
 
             Kəndimiz 
 
Göydənmi göyərdi,yerdənmi qalxdı, 
Babamın gözüylə dünyaya baxdı. 
Döşünə qışda qar, yazda gül taxdı, 
Həmişə sevinən, gülən kəndimiz! 
 
Ulduzla göründü, ayla öpüldü, 
Buludla ağladı, günəşlə güldü. 
Hər sirri, tilsimi qeybdən gəldi, 
Dünyanın sirrini bilən kəndimiz! 
 
Adı Buynuzdursa buynuz olmadı, 
Hamıya dost oldu, quduz olmadı. 
İsti ürəyiylə bumbuz olmadı, 
Şaxtanı köksündən silən kəndimiz! 
 
2001 


 
53 
 
 Müəllim  Rafiq Zərbəliyevə 
 
Yadımdan çıxmayıb Hövsan illəri, 
Ömrün gül-çiçəkli cavan illəri. 
Qaymaqlı illəri,yavan illəri, 
Ay Rafiq müəllim, Rafiq müəllim! 
 
Portda işləyirdin, mənsə zavodda, 
Adgözəl ordaydı, Əvəz də orda. 
İşlərdik həvəslə istidə, qarda, 
Ay Rafiq müəllim, Rafiq müəllim! 
 
Səni çağırdılar hərbi xidmətə, 
Səni yola saldım yağışlı gündə. 
Ağrıdan şişmişdi o gün dişin də, 
Ay Rafiq müəllim, Rafiq müəllim! 
 
Getdi unutmadın, gəldin yad etdin: 
“Məni yola salan, Mövlud, sən idin. 
Çıxmaz bu yaxşılıq yadımdan dedin”,  
Ay Rafiq müəllim, Rafiq müəllim! 
 
Bizim borcumuzdu yaxşılıq etmək, 
Arzuya, istəyə, amala yetmək. 
Ölməz ataların yoluyla getmək, 
Ay Rafiq müəllim, Rafiq müəllim! 
 
Hamı sənin kimi olsa həyatda, 
Dönər qarlı qış da yaza həyatda. 
Gecikməz bir insan işə saat da
Ay Rafiq müəllim, Rafiq müəllim! 
 
Neynək, bu dünyanın sapı qırıqdı, 
Yəhəri sökükdü, nalı sınıqdı. 
Onsuz da qəlbimiz yanıq-yanıqdı, 
Ay Rafiq müəllim, Rafiq müəllim! 
 
Yandırdı Qarabağ, Araz bizləri, 
Saldı kefdən, kökdən taraz bizləri. 
Elədi xəstəhal, nasaz bizləri, 
Ay Rafiq müəllim, Rafiq müəllim! 
 
Daha qəmdən keçib, fikirdən keçib, 
Əcüzdən-məcüzdən, minkirdən keçib. 


 
54 
Bu işlər şeytandan, kafirdən keçib, 
Ay Rafiq müəllim, Rafiq müəllim! 
 
Quran yaman qurdu tələ bizlərə, 
Çatası dərd yoxdu hələ bizlərə. 
Niyə bu dünyada yer yox düzlərə, 
Ay Rafiq müəllim, Rafiq müəllim! 
 
qədər torpaqlar yad əlindədi
Ömür də, tale də puçdu, heç nədi. 
Çıxmağa yol tapaq, cəhd edək qəti, 
Ay Rafiq müəllim, Rafiq müəllim! 
 
Mövludun ümidi kəsilməyibdi, 
İnamı min-mindi əksilməyibdi. 
Qarabağ, Cənub  da düzələcək bil, 
Ay Rafiq müəllim, Rafiq müəllim! 
 
1993 
 
 
             Bu dünya 
 
Uca dağlar zirvəsində daşlaşan 
Sal buzları əridəndi bu dünya. 
Burda mənəm, Bağdadda kor Xəlifə, - 
Deyənləri kiridəndi bu dünya! 
 
Çömçə kimi ortalığa atılan, 
Puldan ötrü ona, buna satılan, 
Haqqı danıb, əyriliyə əl çalan, 
Nadanları hey didəndi bu dünya! 
 
Tab gətirməz qarşısında hər duran, 
Dünənki şir görürsən ki, verir can. 
Kimisini qəm gölünə batıran, 
Kimisini şad edəndi bu dünya! 
 
Kimisini nəşələdib uyduran, 
Kimisini soğan kimi soyduran. 
Kimisini öz oxundan yaydıran 
Fitnə-fəsad, hiylə-fənddi bu dünya! 
 
Yaxşılıqdır bu dünyanın xoş səsi, 
Yaxşılıq et, tapılmazdır əvəzi. 


 
55 
Mövlud Teymur, biz dünyadan gedəsi... 
Nə öləndi, nə itəndi bu dünya! 
 
1989 
 
 
        Qıra bilməz bu qeyrəti 
 
Təbiətim tamam başqa cürədir, 
Bənzəyişim torpağadır, yerədir. 
Bağlılığım vətənədir, elədir, 
Qıra bilməz bu vəhdəti milyol əl! 
 
Dağ vüqarım, əzəmətim bəllidir, 
Dəyanətim, şücaətim bəllidir. 
Doğma yurda məhəbbətim bəllidir
Qıra bilməz bu ülfəti milyol əl! 
 
Arzum mindi, həyat yolum bir olub, 
Məndə sevgi Tərtər olub, Kür olub. 
Araz mənə doğma, əziz yer olub, 
Qıra bilməz bu həsrəti milyol əl! 
 
Savalan da, Babadağ da mənimdir, 
Bakı, Şəki, Gəncə mənə Təbrizdir. 
Məhəbbətim Təbrizimə dənizdir, 
Qıra bilməz bu qiyməti milyol əl! 
 
Eşqim böyük, tükənməzdir niyyətim, 
Haçan dalda qalacaqdır möhnətim. 
İrəliyə atılacaq qüdrətim, 
Qıra bilməz bu qeyrəti milyol əl! 
 
1994 
 
       Deyimlər 
 
Əziziyəm dağdadı, 
Yamyaşıl yaylaqdadı. 
Əlindən düşmür tütək, 
Çoban kef-damaqdadı. 
 
Əziziyəm mətindi, 
Bu məsələ çətindi. 
Müşkülü asan edən 
Ürək lazımdır indi. 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə