Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 
47 
Özümün özümə təşəkkürüm var,  
Təmiz adamlarla dostluq etmişəm. 
Onların yolunu haqq yolu bilib, - 
Bu ülvi, müqəddəs yolla getmişəm. 
 
Özümün özümə təşəkkürüm var,  
Bir könül sındırıb, yaralamadım. 
Sən filan yerdənsən, mən filan yerdən, 
Vətəni min bölüb paralamadım! 
 
Özümün özümə təşəkkürüm var,  
Çiçəyə bağlıyam, gülə bağlıyam. 
Sevib, əzizləyib torpağı, daşı, 
Vətənə bağlıyam, elə bağlıyam! 
 
1983 
 
              A kəndim 
 
Arzuların deyim hansı birini, 
Dərin dərə dərələrin dərini. 
Sığnaq idi sərin yerin sərini, 
Yaman olur Düzdə bürkün, a kəndim! 
 
Küsməmişdi çəmənindən, dağından, 
Üzməmişdi nə bir çiçək bağından. 
Bəs nədəndir o uşaqlıq çağından 
Sədiyarın düşdü itkin, a kəndim! 
 
İldən-ilə dərd dərd üstə qalandı, 
Nəşələrin urvalandı, talandı. 
Yetim Məhi bir sağalmaz yarandı, 
Bu səbəbdən oldun küskün, a kəndim! 
 
Qovağında ayrılığım, həsrətim, 
Palıdında dəyanətim, qüvvətim. 
Çinarında sədaqətim, ülfətim, 
Daşındadır mamır kürküm, a kəndim! 
 
Mən halıyam kədərindən, qəmindən, 
Gözlərinin qan-yaşından, nəmindən. 
Mövlud Teymur rica edir bil səndən
Mübariz ol, həm də kəskin, a kəndim! 
 
1989 


 
48 
         Bu elli qardaş 
               Fəxrəddin Şərifovun əlli illiyi  münasibətilə 
 
Ömrün qayalarda, dağlarda keçdi, 
Dağlartək dözümlü, vüqarlı qardaş. 
Daddın xoş ətrini çölün, çəmənin, 
Taleyi çiçəkli, baharlı qardaş! 
 
Dostun Aydın oldu, Müsənnif oldu, 
Bu Vahid, bu Sabir, Nəcməddin oldu. 
Qonşun da çilingər Zeynəddin oldu, 
Qohum-əqrəbadan çox karlı qardaş! 
 
İmrana, Rafiqə  oldun kef, məzə, 
Əjdərə bir sirsən, həm də möcüzə. 
Saməddinə çiçək, gülsən təptəzə, 
Həmdəmli, munisli, həmkarlı qardaş! 
 
Çoxu dostlarını sayır barmaqla, 
Səninki qurtarmır min yol saymaqla! 
Hətta dostluğun var piplə, qovaqla, 
Vələsli, dəndəli, çinarlı qardaş! 
 
Daha nə dərdin var bu gen dünyada, 
Darlıq eləmədi qəddin dünyada?! 
Hər arzu-kamına yetdin dünyada, 
Qoçaqlı, çevikli, çaparlı qardaş! 
 
Əzəmət simvolu, nişanı oldun, 
Zarafat, lətifə meydanı oldun. 
Bu yurdun nağılı, dastanı oldun, 
Koroğlu təpərli, tutarlı qardaş! 
 
Ovçular ovçusu sayıldı adın, 
Dağları, daşları lərzəyə saldın. 
Qoyunu qurd-quşun ağzından aldın, 
Tüfəngli, patronlu, qatarlı qardaş! 
 
Nəbiyə bənzədin Boz at belində
Çıxdın Baba dağa dua dilində. 
Kövrəldin, ağladın Zarat elində, 
Yağışlı, leysanlı, yağmurlu qardaş! 
 
Ayrıla bilmədin bu köhnə yurddan, 
Bu sönmüş ocaqdan, bu sönmüş oddan. 


 
49 
Gələrəm qoynuna dedin hər zaman, 
Vəfalı, inamlı, ilqarlı qardaş! 
 
Keçdi neçə sənə, keçdi neçə il, 
Kim deyir Fəxrəddin gördüyün deyil?! 
İyirmi yaşında bir cavandı bil, 
Şumallı, ütülü, tumarlı qardaş! 
 
Nə saçı ağarıb, nə də tökülüb, 
Nə dişi laxlayıb, beli bükülüb. 
Nə açıq alnına şırım çəkilib, 
Ağappaq, tərtəmiz, hamarlı qardaş! 
 
Buludsuz göyündə ulduz, ay gəzir, 
Günəşli havanda torağay gəzir. 
Sənin hər addımın soyuğu kəsir, 
Baltalı, dəhrəli, mişarlı qardaş! 
 
Kənddə doğulmusan, kəndin oğlusan, 
Pirvəli, Gərdənə, Bəndin oğlusan. 
Bu yurdun, obanın mətin oğlusan, 
Şahdağlı, Kəpəzli, Qoşqarlı qardaş! 
 
İndi əlli yaşın, əlli ilindi, 
Sevincdən ürəklər dindi, nə dindi! 
Bu məclis tək sənin deyil, elindi, 
Bu elli, bu yurdlu, diyarlı qardaş!.. 
 
Sentyabr, 1999 
 
 
                   Balta 
 
Sapından ayrılan bir balta gördüm, 
Paslanıb torpaqda, mamır bağlayıb. 
Elə bil köksünü odlu ildırım, 
Yağışda odlayıb, çəndə dağlayıb! 
 
Zərif gövdələri göynədən balta, 
Çəkilib bir küncə sanki ağlayır. 
Ağaclar gül açır indi yanında, 
De kimdir günahkar, di gəl sən ayır! 
 
Günahkar kəsənmi, yoxsa kəsdirən? 
Yoxsa odunçuya sifariş verən?! 


 
50 
Dilləndi qəzəblə pas atan balta: 
Çiçəyi kim dərər olmasa dərən?! 
 
1978 
 
 
               Doğru söz 
 
Harda olsan, necə var 
Sözün düzün deyəsən. 
Öz sözünü  özgə yox, 
Gərək özün deyəsən! 
Sözün düzün  deməmək 
Qəbahətdir, qəbahət. 
Sözün düzün bil demək 
Səadətdir, səadət! 
Əhsən dedim, min əhsən 
Doğru sözə, düz sözə, -  
Dəyəndə şillə kimi 
Yalan danışan üzə! 
Mən həmişə düz sözün 
Tərəfdarıyam, düzü! 
Düz sözün birdir üzü, 
Yoxdur ikinci üzü! 
 
1982 
 
                                              
                                                      Əməllərin ürəklərə dolubdu 
    Görkəmli şair, publisist Sərvaz Hüseynoğluya 
 
Sən sənətin yolunda nə etmədin, 
Sən bu yolda haralara getmədin?! 
De kimlərdən yazmadın, de ötmədin, 
Eh! Ay Sərvaz Hüseynoğlu, Hüseyn! 
 
Humanistsən, qəlbigeniş, açıqsan, 
Öz işində bir igidsən, qoçaqsan. 
Bir coşqun çay, bir qaynayan bulaqsan, 
Eh! Ay Sərvaz Hüseynoğlu, Hüseyn! 
 
Sən sənətdən yorulmadın, bezmədin, 
Əllərini haqq işindən üzmədin. 
Həqiqətin qabağını kəsmədin, 
Eh! Ay Sərvaz Hüseynoğlu, Hüseyn! 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə