Mövzu: 21 Nitqin üslubları



Yüklə 58,64 Kb.
səhifə21/23
tarix15.04.2022
ölçüsü58,64 Kb.
#85466
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   23
Mövzu -21 1

Elmi üslub. Bu üslub elmi əsərlərin (monoqrafiya, dissertasiya, avtoreferat, məqalə, rəy, tezislər, dərslik və sairənin) üslubudur. Elmi üslub bədii üslubdan aşağıdakı xüsusiyyətlərə görə fərqlənir:
Terminlərə geniş yer verilir. Məsələn, müasir Azərbaycan ədəbi dilinə aid yazılan əsərdə fonetika, assimilyasiya, dissimilyasiya, qrafika, orfoqrafiya, orfoepiya, leksika, onomalogiya, semasiologiya, frazeologiya, derivatologiya və s.; ədəbiyyatşünaslığın əsasları fənninə dair əsərdə kompozisiya, lirik növ, epik növ, satira, yumor, metafora, sinekdoxa, klassizm, sentimentalizm s. terminlərdən istifadə olunur.
Mücərrəd mənalı sözlər çox işlənir. Məsələn, məfhum, təkamül, quruluş, mitinq, tərbiyə, həyat, kütlə, məğlubedilməz, tərəqqi s.


  1. Beynəlmiləl sözlər və terminlərə daha çox təsadüf olunur.




  1. Şərh olunan fikirlər konkret, dəqiq və birmənalıdır.




  1. Mürəkkəb cümlə tipinə daha çox üstünlük verilir.




  1. Sual və əmr cümlələri, demək olar ki, işlədilmir.




  1. Xüsusi yazı işarələrindən istifadə olunur. Məsələn, dilimizin səs sisteminin, dialektlərin tədqiqi zamanı transkripsiya işarələri, eləcə də digər elm sahələrində müvafiq işarələrdən istifadə edilir..




  1. Məsələlər səbəb və nəticə əlaqələribnin müəyyənləşdirilməsi, ümumiləşdirmələr aparılması və nəticə çıxarılması istiqamətində şərh olunur.

Elmi üslub yığcamlıq və dəqiqlik tələb edir. Yəni mətləbə dəxli olmayan fikirlərə, yayğın mühakimələrə, uzunçuluğa, ehtiyac olmadan haşiyəyə çıxma hallarına və s. yol verilmir.
Deyilənlərdən heç də belə bir nəticə çıxarılmamalıdır ki, elmi üslubda danışan və ya yazan digər üslubların elementlərinə müraciət etməməlidir. Elmi məsələləri şərh edən natiq ehtiyac duyduqda (diqqəti daha çox cəlb etmək, fikrin təsirini artırmaq, nitqə müəyyən canlılıq gətirmək və s.) məqsədlərlə bədii dilə
məxsus vasitələrdən – obrazlı ifadələr, aforizm, atalar sözü və sairdən istifadə edə bilər. Hər halda bu müəyyən ölçüdə olmalıdır.

Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə