Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
1   2   3   4   5   6   7   8   9   ...   18

artım templi (3%-dən aşağı) ölkələrdə düvlət və özəl investisiyalarının ÜDM-yə nisbəti müvafiq 

olaraq 8,4% və 9,9% təşkil edir. 

 

Dövlət  kapital  ixracının  əhəmiyyətli  hissəsi  (təxminən  90%-i)  1980-ci  illərdə  inkişaf 



etməkdə olan ölkələrə yönlədilsə də, 1990-cı illərdə onun coğrafiyası dəyişməyə başlayıb – onun 

30%-i  Şərqi  Avropa  və  MDB  ölkələrinə  yönəldilir.  İxracatçı  dövlətlər  özəl  xarici  investisiya  və 

kreditlərin zəmanəti sistemini, özəl firmaların investisiya fəaliyyəti üçün əlverişli şərait yaradırlar. 

Dövlət  kapitalının  ixracının  vacib  funksiyalarından  biri  də  budur.  Bu  cür  dəstəklənmə 

əməliyyatlarının bir neçə növü mövcuddur: 

 



qaytarılmayan doyasiyalar və subsidiyalar

 



inkişaf məqsədilə verilən dövlət uzunmüddətli kreditəri (25-40 il); 

 



dövlət kommersiya kreditləri

 



özəl ixrac kreditlərinin dövlət zəmanəti. 

 

1990-cı  illərdə  inkişaf  etməkdə  olan  ölkələrə  özəl  kapital  qoyuluşları  dövlət 



investisiyalarına  nisbətən  daha  sürətlə  templərlə  artmışdır  ki,  bu  da  dövlət  investisiyalarının 

payının 20%-ə düşməsinə və özəl investisiyaların payının 80%-ə  yüksəlməsinə səbəb olmuşdur. 

1970-ci  illərin  ikinci  yarısında  özəl  investisiyaların  3/4-ü  bank  kreditlərinin,  1/4-i  isə  birbaşa 

xarici  investisiyalarının  payına  düşürdü.  1980-ci  illərdə  borc  böhranının  təsiri  ilə  bu  nisbət 

dəyişmişdir:  bank  kreditləşməsinin  xüsusi  çəkisi  azalmış,  birbaça  investisiyaların  pası  isə 

artmışdır.  1990-cı  illərdə  bank  kreditləşməsinin  yenidən  canlanması  müşahidə  edilmiş,  lakin 

birbaşa xarici investisiyalar da sürətli artım göstərmişdir. Özəl investisiyaların əsas forması kimi 

portfel investisiyaları çıxış edir. 

 

4.2. Birbaşa xarici investisiyalar kapital ixracının əsas forması kimi:  

səbəbləri, üstünlükləri, nəzəri əsasları, müasir inkişaf meylləri 

 

Birbaşa  xarici  investisiyalar  kapitalın  beynəlxalq  hərəkəti  formaları  arasında  xüsusi  yer 

tutur. Əmtəə istehsalından dünya təsərrüfatı mərhələsinə keçiddə əmtəənin beynəlxalq hərəkəti ilə 

yanaşı, onun istehsal amilləri, ilk növbədə isə birbaşa investisiyalar formasında kapitalın hərəkəti 

meydana gəlmişdir. 



Birbaşa xarici investisiyaların əsas əlamətlərindən biri ondan ibarətdir ki, onların əsasında 

müəssisələr  arasında  uzunmüddətli  işgüzar  əlaqələr  yaranır,  investor  vəsaitini  qoyduğu 

müəssisədə qərarların qəbul edilməsində əhəmiyyətli rol oynamağa başlayır. 

Birbaşa  xarici  investisiyaların  ixracı  və  idxalının  səbəbləri  kifayət  qədər  müxtəlifdir

Əsas səbəblər kimi kapitalı maksimum gəlir gətirəcək ölkədə  yerləşdirməyə, vergi ödəmələrinin 

səviyyəsinin  azaldılmasına  və  risqlərin  diversifikasiyasına  göstərilən  səylər  çıxış  edir.  BMT-nin 

iqtisadi  qurumlarının  rəhbərliyi  altında  keçirilən  çoxsaylı  tədqiqatlar  göstərir  ki,  birbaşa 

investisiyaların  ixracı  və  idxalının  spesifik  səbəbləri  əhəmiyyətli  dərəcədə  üst-üstə  düşür,  lakin 

onların nisbi rolu müxtəlifdir. 

 

Birbaşa investisiyaların  ixracının səbəbləri kimi aşağıdakıları göstərmək olar: 

 



Texnoloji  liderlik.  Şirkətin  satış  həcmində  elmi  tədqiqatlara  çəkilən  xərclər  nə  qədər 

yüksəkdirsə  onun  birbaşa  xarici  investisiyalarının  həcmi  bir  o  qədər  çox  olur.  Və  əksinə 

çəkilən xərclərin payı nə qədər aşağı olsa birbaşa investisiyaların həcmi də bir o qədər az 

olacaq. Xaricə birbaşa investisiya ixrac etməklə müəssisələr onlara məxsus olan və onların 

rəqabətli üstünlüyünü təmin edən texnologiya üzərində nəzarəti əldə saxlamağa çalışırlar. 

 



İşçi  qüvvəsinin  ixtisas  səviyyəsində  olan  üstünlük.  İxtisas  səviyyəsi  adətən  işçilərin 

əməyinin ödənilməsinin orta səviyyəsi ilə ölçülür. Şirkətdə əməyin ödənilməsi səviyyəsi nə 

qədər yüksəkdirsə (aşağıdırsa), onun birbaşa investisiya ixracı bir o qədər çox (az) olacaq . 

 



Reklamda olan üstünlük. Bu üstünlük beynəlxalq marketinq üzrə toplanmış təcrübəni əks 

etdirir.  Şirkətin  satış  həcmində  reklama  çəkilən  xərclərin  payı  nə  qədər  yüksək  (aşağı) 

olarsa, onun birbaşa investisiya ixracı bir o qədər çox (az) olar. 

 



Masştab  iqtisadiyyatı.  Şirkətin  daxili  bazara  yönəlmiş  istehsal  həcmi  nə  qədər  çoxdursa 

(azdırsa),  birbaşa  investisiyaların  ixrac  həcmi  də  bir  o  qədər  çox  (az)  olur.  Şirkətlərin 

əksəriyyəti  ölkə  xaricinə  investisiya  qoymazdan  əvvəl  daxili  bazar  çərçivəsində  masştab 

iqtisadiyyatının imkanlarından tam istifadə edirlər. 

 

Şirkətin ölçüsü. Şirkətin ölçüsü böyük olduqca birbaşa xarici investisiyaların da həcmi çox 



olur. 

 



Istehsalın  təmərküzləşmə  dərəcəsi.  Şirkət  çərçivəsində  müəyyən  əmtəə  istehsalı  üzrə 

təmərküzləşmə səviyyəsi yüksək olduqca şirkətin birbaşa xarici investisiyalarının həcmi də 

artır. 



 

Təbii resurslara çıxışla təmin edilmə. Şirkətin müəyyən təbii resursa ehtiyacı nə qədər çox 

(az)  olarsa  şirkətin  bu  resursun  olduğu  ölkəyə  birbaşa  investisiyası  bir  o  qədər  çox  (az) 

olar. 


 

Digər  səbəblər:  istehlakçının  bilavasitə  yaxınlığında  müəssisə  yaradılması  ilə  əmtəənin 

istehlakçıya çatdırılması üçün çəkilən nəqliyyat xərclərinin aşağı salınması; ölkə ərazisində 

müəssisə  yaradılması  ilə  ölkə  tərəfindən  tətbiq  edilən  idxal  maneələrinin  aradan 

qaldırılması. 

Birbaşa investisiyaların idxalının səbəbləri kimi isə aşağıdakıları göstərmək olar: 

 



Texnoloji  liderlik.  Şirkətin  satış  həcmində  elmi  tədqiqatlara  çəkilən  xərclər  nə  qədər 

yüksəkdirsə  onun  xaricdən  birbaşa  investisiyalar  idxalı  bir  o  qədər  çox  olur.  Və  əksinə 

çəkilən xərclərin payı nə qədər aşağı olsa birbaşa investisiyaların idxalı da bir o qədər az 

olacaq. Birbaşa investisiyalar adətən ən yeni xarici texnologiyalar idxalı ilə əlaqədardır. 

 

İşçi  qüvvəsinin  ixtisas  səviyyəsi.  Şirkətdə  əməyin  ödənilməsi  səviyyəsi  nə  qədər 



yüksəkdirsə (aşağıdırsa), onun birbaşa investisiya idxalı bir o qədər çox (az) olacaq. 

 



Reklamda olan üstünlük. Şirkətin satış həcmində reklama çəkilən xərclərin payı nə qədər 

yüksək (aşağı) olarsa, onun birbaşa investisiya idxalı bir o qədər çox (az) olar. 

 

Masştab  iqtisadiyyatı.  Şirkətin  daxili  bazara  yönəlmiş  istehsal  həcmi  nə  qədər  çoxdursa 



(azdırsa), adətən birbaşa investisiyaların idxal həcmi də bir o qədər az (çox) olur. 

 



Şirkətin ölçüsü. Şirkətin ölçüsü böyük olduqca birbaşa xarici investisiyaların  idxal həcmi 

də çox olur. 

 

Istehsalın  təmərküzləşmə  dərəcəsi.  Şirkət  çərçivəsində  müəyyən  əmtəə  istehsalı  üzrə 



təmərküzləşmə səviyyəsi yüksək olduqca şirkətin birbaşa xarici investisiya idxalının həcmi 

azalır. 


 

Kapitala olan ehtiyac.  Şirkətin kapitala  olan  ehtiyacı nə qədər böyük (kiçik)  olursa, onun 

birbaşa investisiya idxalı bir o qədər çox (az) olar. 

 



Milli  filialların  sayı.  Şirkət  ölkə  daxilində  nə  qədər  çox  (az)  filiala  malikdirsə,  onun 

investisiya idxalı bir o qədər çoxdur (azdır). 

 

İstehsal  xərcləri.  Kapitalı  qəbul  edən  ölkədə  istehsal  xərcləri  nə  qədər  aşağıdırsa 



(yüksəkdirsə), onun investisiya idxalının həcmi bir o qədər çoxdur (azdır). 


Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə