Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

edilməsidir. Bundan əlavə, kapital dövlət ticarət maneələrini daha asan keçir və firmaya bu 

və ya digər ölkənin bazarında möhkəmlənməyə imkan verir. 

 

Xarici ticarət və birbaşa xarici investisiya ümumi hərəkətverici amillərə (idxalataçı ölkənin 



daxili bazarının həcmi, partnyor-ölkələrin coğrafi yaxınlığı və s.) malikdirlər. 

 



Xarici ticarət və birbaşa xarici investisiyalar qarşılıqlı surətdə bir-birlərini stimullaşdırırlar. 

Belə ki, ilkin ixrac mümkün investisiyaları stimullaşdırır, investisiyalar isə öz növbəsində 

özləri  ilə  yerli  müəssisələr  və  digər  xarici  filiallar  tərəfindən  istehsal  edilməyəm 

kapitaltutumlu və digər əmtəələr gətirirlər. 

 

Xarici  investisiyalar  kapitalı idxal edən ölkələrin  yerli  müəssisələri, həm də bu  ölkələrdə 



yerləşən xarici filiallar və qız şirkətləri tərəfindən ixracı stimullaşdırır. 

 



Hökumətin  ticarətə  münasibətdə  həyata  keçirdiyi  siyasət  birbaşa  investisiyaların  axınına 

güclü  təsir  göstərir.  Belə  ki,  ticarət  siyasətinin  liberallaşdırılması  investisiya  sahəsində 

liberllaşdırmanın  həyata  keçirilməsi  ilə  nəticələnir.  Bu  cür  “ikiqat”  effekt  dünya  üzrə 

birbaşa xarici investisiya axınlarının güclənməsinə səbəb olur. 

 

Çoxsaylı  tədqiqatlar  göstərir  ki,  investisiyanın  həm  ixracı,  həm  də  idxalı  əmtəə  ixracını 



stimullaşdırır.  Ölkədən  investisiya  axını  əmtəə  idxalına  dəstək  verir.  Ölkəyə  investisiya 

axını isə idxalın həcminin azalmasına cüzi təsir göstərir. 

 

Birbaşa xarici investisiyaların və xarici ticarəti aparıcı subyektləri kimi transmilli şirkətlər 



çıxış edirlər 

Dünya  təcrübəsi  göstərir  ki,  kapitalı  idxal  edən  ölkə  üçün  birbaşa  xarici  investisiyalar 

digər  beynəlxalq  iqtisadi  əməkdaşlıq  formalarına  nisbətən  bir  sıra    potensial  üstünlüklərə 

malikdir. 

 

Birincisi, onlar əmtəə və xidmət istehsalına kapital qoyuluşunun sabit mənbəyi kimi çıxış 

edirlər, texniki yardım, nou-hau, idarəetmənin və marketinqin qabaqcıl metodlarının transfertlərini 

təmin edirlər. 

 

İkincisi, xarici investisiyalar xarici borclardan və kreditlərdən fərqli olaraq ölkənin xarici 

borcuna əlavə yük olmur, əksinə onun ödənilməsi üçün vəsaitlərin əldə edilməsinə şərait yaradır. 

Üçüncüsü,  birbaşa  xarici  investisiyalar  milli  iqtisadiyyatın  dünya  iqtisadiyyatına  daha 

səmərəli  inteqrasiyasına  (xarici  əlaqələrin  artması,  müxtəlif  çeşidli  istehsal  və  elmi-texniki 

əməkdaşlıq vasitəsi ilə) imkan verir, ixrac diversifikasiyasına şərait yaradır. 



Birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına müsbət təsirini aşağıdakı  istiqamətlər 

üzrə qruplaşdırmaq olar: 

1.

 

Transmilli  şirkətlərin  qız  şirkətlərinin  və  filiallarının  yaradılması  iqtisadiyyata  kapital 



qoyuluşlarınını  artımına  səbəb  olur  ki,  bu  da  əmək  məhsuldarlığınınartımı  və  məşğulluq 

səviyyəsinin yüksəlməsi ilə nəticələnir. 

2.

 

Birbaşa  xarici  investisiyalar  texnologiyaların,  idarəetmə  və  marketinq  bacarıqlarının 



ötürülməsinə şərait yaradır. 

3.

 



Birbaşa investisiyalar ixrac bazarlarına çıxışı genişləndirir, belə ki, transmilli şirkətlərdən 

digər dövlətlərin daxili bazarlarına əmtəə ixracı kanalı kimi aktiv surətdə istifadə edilir. 

4.

 

Transmilli  şirkətlər  filiallarının  potensial  zərələrini  tam  örtmək  qabiliyyətinə  malikdirlər. 



Əgər  filialların  əməliyyatları  qeyri-rentabellidirsə,  onda  gəlirlər  repatriasiya  edilir  və 

deməli, kapital qoyuluşları əldə edilmiş mənfəət hesabına özünü doğruldur. 



Birbaşa xarici investisiyaların mənfi effektləri kimi aşağıdakıları göstərmək olar: 

1.

 



Yerli  şirkətlər  tərəfindən  milli  istehsal  və  milli  inkişaf  strategiyasının  seçimi  üzərində 

nəzarətin itirilməsi. Istehsalın müəyyən sahələri üzrə nəzarət faktiki olaraq xaricilərin əlinə 

keçir ki, bu da inkişaf strategiyasının müəyyən edilməsinə öz təsirini göstərir. 

2.

 



Birbaşa xarici investisiyalar milli şirkətləri qeyri ədalətli rəqabət əsasında daxili bazardan 

çıxara bilər. 

3.

 

Birbaşa xarici investisiyalar, əgər filialların istehsalı iri həcmli idxal tələb edirsə, kapitalı 



idxal  edən  ölkənin  tədiyə  balansına  mənfi  təsir  göstərə  bilər.  Bu  zaman  istehsal  xarici 

bazara deyil, daxili bazara daha çox istiqamətləndiyi halda mənfi effekt daha güclü olacaq. 

4.

 

Uzunmüddətli  perspektivdə  birbaşa  xarici  investisiyaların  dəyəri  bahalaşa  bilər.  Belə  ki, 



kapital qoyuluşları nə qədər uzunmüddətlidirsə repatriasiya edilən gəlirlərin və “royalti”nin 

məbləği bir o qədər çox olacaq. “İnvestisiyanın qocalması” baş verə bilər, yəni elə bir an 

yetişə bilər ki, ölkədən çıxarılan gəlir ölkə iqtisadiyytaına yatırılan birbaşa investisiyaların 

həcmindən çox ola bilər. 



Birbaşa xarici investisiyalar üzrə işlənmiş nəzəriyyələrin icmalı (Cədvəl 5.5) göstərir ki, 

1960-cı illərdə iki əsas yanaşmadan istifadə edilmişdir: 




 

transmilli  şirkətlərin  digər  firmala  rqarşısında  rəqabət  üstünlüklərini  təmin  edən 



xarakteristikaları müəyyən edən və birbaşa xarici investisiyaların nə üçün həyata keçirildiyi 

sualına cavab verən sənaye təşkili nəzəriyyəsi

 

kapitalın beynəlxalq axın istiqamətlərini izah edən yerləşdirmə nəzəriyyəsi. 




Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə