Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
1   ...   10   11   12   13   14   15   16   17   18

İnvestisiya  rejiminin  daha  çox  liberallaşırıldığı  region  Asiyadır.  Getdikcə  daha  çox  ölkə 

investisiya  rejiminin  sadəcə  aşıqlığını  təmin  etmir,  həm  də  daha  məqsədyönlü  ünvanlı 

strategiyalardan və investisiyaların dəstəklənməsi üsullarından istifadə edirlər. 

 

Rəqabət  kəskinləşdikcə  maliyyə  stimulları  genişlənir  və  birbaşa  xarici  investisiyalar 



sahəsində  iri  layihələr  uğrunda  mübarizə  güclənir.  Müxtəlif  ölkələrdə  yaradılan  İnvestisiyaların 

Təşviq  edilməsi  Agentlikləri  son  illərdə  aktiv  şəkildə  inkişaf  edirlər.  Bu  agentliklər  yeni 

investorlarla  ünvanlı  işə  daha  çox  resurs  ayırır  və  artıq  mövcud  olan  investorlara  postinvestisiya 

xidmətlərini genişləndirirlər. 

Dünya dövlətləri getdikcə daha çox investisiya və ticarət sazişlərində iştirak edirlər. Daha 

uzunmüddətli  tendensiya  kimi  göstərmək  olar  ki,  getdikcə  daha  çox  ölkə  ikitərəfli  investisiya 

müqavilələri (İİM) və  ikiqat vergiqoymadan  qaçma  haqqında  müqavilələr  (İVQM)  imzalayırlar. 

2002-ci  il  ərzində  76  ölkə  82  İİM  və  64  ölkə  68  İVQM  imzalayıblar.  əksər  ölkələr  regiondaxili 

investisiya  axınlarını  dəstəkləmək  məqsədilə  öz  regionlarının  ölkələri  ilə  İİM  bağlayırlar. 

Ümumilikdə isə 2002-ci ilin sonuna dünya üzrə 2181 İİM və 2256 İVQM imzalanmışdır. 

İİM  və  İVQM-ni  imzalayarkən  kapitalı  qəbul  edən  ölkənin  məqsədi  investisiya  cəlbini 

dəstəkləməkdir.  Kapital  ixrac  edən  ölkələr  isə  kapitalı  idxal  edən  ölkələrin  birbaşa  xarici 

investisiyalar üzrə milli rejimlərinin şəffaflığının, sabitliyinin, etibarlılığının artırılması məqsədini 

güdürlər. 

İİM  əsasən  investorların  müdafiəsi  aləti  kimi  çıxış  edir.  Amma  son  zamanlar  bir  sıra 

ölkələr tərəfindən imzalanan sazişlər həm də özlərində liberallaşma məqsədlərini daşıyırlar. İİM 

sazişləri  dünya  birbaşa  investisiya  axınının  məcmu  həcminin  7%-ni  və  inkişaf  etməkdə  olan 

ölkələrdə  və  Mərkəzi  və  Şərqi  Avropa  ölkələrdə  investisiya  axınının  məcmu  həcminin  22%-ni 

əhatə edir. 

İVQM isə ilk növbədə vergi tətbiq edilən gəlirlərin bölgüsü ilə əlaqədar məsələlərin həlli, 

həmçinin  ikiqat  vergiqoymanın  masştabının  azaldılması  aləti  kimi  çıxış  edir.  Bu  cür  sazişlərlə 

dünya investisiya axınının təxminən 87%-i və inkişaf etməkdə olan ölkələr və Mərkəzi və Şərqi 

Avropa ğlkələri üzrə məcmu investisiya axınının 57%-i əhatə edilir. 

Yuxarıda  qeyd  olunanlarla  yanaşı,  müasir  dövrdə  ticarət-investisiya  sazişlərinin  də  sayı 

artır.    Son  zamanlar  imzalanan  ticarət  sazişlərinin  əksəriyyəti  birbaşa  olaraq  investisiyalara 

toxunur və ya investisiya fəaliyyəti üçün dolayı da olsa nəticələr doğururlar. Bu isə müasir ticarət 




sazişlərini  əvvəl  imzalanan  regional  və  ikitərəfli  ticarət  sazişlərindən  əhəmiyyətli  dərəcədə 

fərqləndirir.  İnkişaf  etmiş  ölkələr  qrupunda  daha  çox  saziş  Avropa  Birliyi  üzvləri  tərəfindən 

imzalanıb.  Bu  zaman  partnyorlar  kimi  əsasən  Mərkəzi  və  Şərqi  Avropa  ölkələri,  Aralıq  dənizi 

ölkələri  çıxış  edirlər.  Asiya-Sakit  okean  regionu  ölkələrində  bu  cür  xarakterli  sazişlərin 

imzalanması  halları  sürətlə  artır.  Bu  zaman  rəqabət  qabiliyyətliliyin  artırılması,  daha  böyük 

həcmdə  birbaşa  xarici  investisiyaların  cəlb  edilməsi,  rəqabətin  güclənməsi  ilə  əlaqədar  olaraq 

ortaya  çıxan  problemləin daha  səmərəli həlli  əsas  məqsədlər  kimi qarşıya  qoyulur. Burada lider 

kimi  ASEAN  çıxış  edir.  Latın  Amerikası  və  Karib  hövzəsi  regionunda  ən  parlaq  nümunə  kimi 

NAFTA-nı göstərmək olar. Onun funksiya göstərməsi nəticəsində birbaşa xarici investisiya axını 

güclənir  (xüsusilə  ABŞ  bazarı  üçün  işləyən  yığım  müəssisələrinə).  Afrikada  azad  ticarət  və 

investisiya  regionlarının  yaradılması  istiqamətində  aparılan  işlər  digər  regionlara  nisbətən  xeyli 

ləng  gedir.  Buna  baxmayaraq,  bu  regionda  da  bir  sıra  sazişlər  (xüsusilə  subregional  səviyyədə) 

imzalanmışdır. 

Sənayecə  inkişaf  etmiş  ölkələrdə  investisiya  rejimlərinin  liberallaşdırlımasına  1980-ci 

illərin  birinci  yarısından  etibarən  başlanmışdır.  Həmin  vaxtdan  etibarən  xaricdə  investisiya 

qoyuluşu etməyə çalışan milli şirkətlər qarşısında olan məhdudiyyətlərin, həm də ölkə daxilində 

investisiya  yatırımları  həyata keçirmək istəyində olan xarici şirkətlər qarşısında  olan  maneələrin 

aradan  qaldırılması  siyasəti  yeridilməyə  başlanmışdır.  Məhz  bu  dövrdən  etibarən  investisiyaya 

inkişafa  dəstək  verən  və  milli  iqtisadiyyatın  dünya  təsərrüfatına  inteqrasiyasına  şərait  yaradan 

vasitə kimi baxılmağa başlandı. 

Əksər  sənayecə  inkişaf  etmiş  ölkələrdə  kapitala  qoyuluşu  etmək  üçün  alınan  ilkin  icazə 

onların inzibati və  ya  statistik orqanlarda qeydiyyata alınması proseduru ilə əvəz edilmişdir. Ən 

dərin liberallaşdırma qapalı sahələrdə  - bank  və  maliyyə sferasında, telekommunikasiyada, hava 

nəqliyyatında  baş  vermişdir.  Lakin  bir  sıra  sahələr  –  nəqliyyat  xidmətləri,  qaz,  su  və  elektrik 

təchizatı, müdafiə sferası, ictimai asayişin qorunması hələ də qapalı olaraq qalır. Strateji xarakterli 

sahələrdə - neft, nüvə energetikasında, sosial-mədəni inkişaf sahələrində məhdudiyyətlər hələ də 

qalmaqdadır. 

Son  20  ildə  inkişaf  etməkdə  olan  ölkələrin  və  keçid  iqtisadiyyatlı  ölkələrin  siyasəti  üçün 

birtərəfli  liberallaşdırma  xarakterikdir.  Kapital  qoyuluşlarına  icazə  verilməsi  şəraiti  sahə 

məhdudiyyətlərinin  azaldılması  və  birbaşa  xarici  investisiyaların  icazə  verildiyi  sahələrin 




Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə