Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
1   ...   10   11   12   13   14   15   16   17   18

neft sənayesinə yönəldilib. 2002-ci ildə investisiya qoyuluşlarının yarıdan çoxu Əlcəzair, Anqola, 

Nigeriya, Tunis və Çad iqtisadiyyatlarına  yatırılıb. Xaricə iri investisiya qoyuluşlarını isə yalnız 

Cənubi Afrika Respublikasının müəssisələri həyata keçiriblər. 

2002-ci  ildə  dünya  üzrə  müşahidə  edilmiş  qlobal  tendensiyadan  Asiya-Sakit  Okean 



regionu  da  kənarda  qalmayıb.  Regiona  investisiya  axını  2001-ci  ildəki  107  milyard  dollardan 

2002-ci  ildə  95  milyard  dollara  düşüb.  Lakin  bu  meyl  özünü  subregionlar  üzrə  müxtəlif  cür 

göstərib. Mərkəzi və Cənubi Asiyadan başqa digər subregionlarda birbaşa xarici investisiya axını 

azalıb.  Regionun  57  ölkəsindən  31-də  investisiya  idxalı  azalıb.  Bununla  yanaşı,  regiondaxili 

investisiya  axınları  özünün  yüksək  dinamikliyini  qoruyub  saxlamışdır  ki,  bu  da  istehsalın 

yerləşdirilməsi  yerlərinin  dəyişdirilməsi,  regional  istehsal  şəbəkələrinin  genişləndirilməsi  və 

regional inteqrasiya səylərinin gücləndirilməsi ilə əlaqədardır.  

Latın Amerikası və Karib hövzəsi regionunda birbaşa investisiya axını 2000-2002—ci illər 

ərzində azalmaya məruz qalmışdır. Bu göstərici 2002-ci ildə 2001-ci ildəki 84 milyard dollardan 

56  milyard  dollara  düşmüşdür.  Düşüş  bütün  subregionlara  və  regionun  40  ölkəsindən  28-də 

müşahidə edilmişdir. Burada region üçün spesifik olan amillər (Argentinada mövcud olan kəskin 

iqtisadi böhran, bir sıra ölkələrdə siyasi vəziyyətin pisləşməsi) də xüsusi rol oynamışdır. Azalma 

özünü daha çox xidmət sektorunda göstərib. Bununla yanaşı, emaledici sənaye yüksək davamlılıq 

dərəcəsi nümayiş etdirmiş və bu sektorda demək olar ki, heç bir dəyişiklik olmamışdır. 

Mərkəzi  və  Şərqi  Avropa  regionu  isə  qlobal  meylin  əksinə  çıxış  edərək  birbaşa  xarici 

investisiyaların  artımını  göstərmişdir.  Regiona  investisiya  axını  2001-ci  ildəki  25  milyard 

dollardan 2002-ci ilin  sonuna 29  milyard dollara qalxıb. Bununla belə, bu ümumi artım fonunda 

region daxilində iki əks meyl müşahidə edilib. Regionun 10 ölkəsində birbaşa xarici investisiya 

axını azalmış, 9 ölkəsində isə artmışdır. İnvestisya axını sahələr üzrə də fərqlənmişdir: avtomobil 

sənayesinə  investisiya  axını gücləndiyi halda elektron  sənaye  sahələri  investisiya  qoyuluşları ilə 

problem yaşamışdır. Bundan başqa, bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində, ilk növbədə isə 

Avropa Birliyinə daxil olmağa namizəd olan ölkələrdə firmalar (xarici filiallar da daxil olmaqla) 

qeyri-ixtisaslı  məyə  əsaslanan  əməliyyatların  dondurulmasına  meyl  göstərmiş  və  yerli  işçi 

qüvvəsinin  yüksək  təhsil  səviyyəsinə  arxalanaraq  yüksək  əlavə  dəyərə  malik  sahəlrədə 

fəaliyyətilərini genişləndirməyə çalışmışlar. 



Birbaşa  xarici  investisiyalar  üzrə  meylləri  təhlil  edərkən  onun  son  illər  ərzində  “böyük 

üçlük”  ölkələri  üzrə  təmərküzləşmə  dərəcəsinin  artdığını  da  qeyd  etmək  lazımdır.  2001-ci  iln 

yekununa görə, “böyük üçlük” ölkələri,  yəni ABŞ, Avropa  Birliyi  və  Yaponiyadan ixrac  edilən 

birbaşa investisiyaların 69%-i elə “üçlük” ölkələrinin özlərinə yönəldilmişdir. Müqayisə üçün: bu 

göstərici 1985-ci ildə 60%, 1988-ci ildə 61%, 1997-ci ildə isə 63% təşkil etmişdir. Bu o deməkdir 

ki, “üçlük” ölkələri üçün birbaşa xarici investisiya axını obyekti kimi digər ölkələrin əhəmiyyəti 

azalmışdır (Sxem 5.2). 

Yuxarıda  deyilənlərdən  göründüyü  kimi,  kapitalın  beynəlxalq  hərəkəti  prosesi  kifayət 

qədər  dinamikdir  və  hazırda  o  bir  sıra  yeni  xüsusiyyətlər  əldə  etmişdir.    Sahibkar  kapitalının 

miqrasiyasının müasir tendensiyalarına aşağıdakıları aid etmək olar. 

1.

 

Kapital  ixracının  dinamikası  bir  qayda  olaraq  əmtəə  və  xidmət  ixracının  dinamikasını, 



dünya ÜDM-nin artım tempini əhəmiyyətli dərəcədə üstələyir. Belə ki, 1996-2000-ci illər 

ərzində  əmtəə  və  xidmət  ixracının  illik  artım  tempi  3,4%-ə  bərabər  olduğu  haldas 

investisiyalar üzrə bu göstərici 40,4%-ə bərabər olub. 

2.

 



Firmaların beynəlmiləl birləşmələrinin və alınmalarının sayı artır. Qovuşma və birləşməni 

müşaiyət  edən  kapital  qoyuluşlarının  həcmi  2002-ci  ildə  370  milyard  dollara  bərabər 

olmuşdur ki, bu da birbaşa xarici investisiyaların 57%-nə bərabərdir. 

3.

 



Xarici  investisiyaların  dünya  bazarının  əsas  subyekti  kimi  transmilli  şirkətlərin  rolunun 

artımı. BMT-nin göstəricilərinə görə, transmilli şirkətlərin sayı 2002-ci ilin axırına 64 minə 

bərabər olmuşdur. Transmilli şirkətlərin məcmu xarici investisiyaları 2002-ci ilin sonuna 7 

trilyon dollar səviyyəsində qiymətləndirilir. 

 

 



 

 

 



 

 

 

 

 

 

                                         641 

                                                                                                 191 

                                                         694                 

                                                                                              64 



 

  24 

 

                                                                      

                                                                               88 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sxem  5.2.  “Böyük  üçlük”  ölkələri  və  “üçlük”  ölkələrindən  birbaşa  xarici  investisiyaların  böyük 

rol  oynadığı  ölkələr  arasında  birbaşa  xarici  investisiyaların  hərəkəti,  2001-ci  il, 

mlrd. dollarla 

 

Mənbə: World Investment Report 2003. UNCTAD, New York and Geneva, 2003 

 

4.

 



Xarici  investisiyaların  sahəvi  strukturunda  dəyişiklik  baş  verir.  İnvestisiyalar  emaledici 

sənaye və ticarətdən elmtutumlu sahələrə və xidmət sferasına yönəlir. 

ABŞ-la assosiasiya olunan partnyorlar: Azərbaycan, Argentina, 

Boliviya, Venesuela, Honduras, İsrail, İslandiya, Kanada, Kosta-

Rika, Meksika, Paraqvay, Rusiya, Salvador, Səudiyyə 

Ərəbistanı, Sinqapur, Trinidad və Tobaqo, Çili, İsveçrə, Ekvador 



ABŞ 

İxrac edilən BXİ-nin 

məcmu həcmi

1382 

Avropa Birliyi 

İxrac edilən BXİ-nin 

məcmu həcmi

3172 

Yaponiya 

İxrac edilən BXİ-nin 

məcmu həcmi

300 

AB ilə assosiasiya olunan partnyorlar: 

Avstraliya, Albaniya, Argentina, 

Ermənistan, Banqladeş, Bolqarıstan, 

Braziliya, Makedoniya, Macarıstan, 

Dominikan Respublikası, Misir, İran, 

Yəmən, Kabo-Verde, Qətər, Keniya, 

Latviya, Livan, Litva, Mavrikiy, 

Mərakeş, Myanma, Nigeriya, Yeni 

Zelandiya, Norveç, BƏƏ, Peru, 

Rusiya, Svazilend, Suriya, Slovakiya, 

Sloveniya, Tunis, Türkiyə, Xorvatiya, 

Çexiya, Çili, İsveçrə, Estoniya,  

Cənubi Afrika 

 

 

 



 

 

Yaponiya ilə assosiasiya olunan 



partnyorlar:  

Qətər, Oman, Cənubi Koreya, Sinqapur 

“Böyük üçlük” ölkələrindən ixrac edilən BXİ-nin məcmu həcmi: 4854 

 

“Böyük üçlük” ölkələrində BXİ-nin məcmu həcminin xüsusi çəkisi: 69% 




Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə