Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
1   ...   10   11   12   13   14   15   16   17   18

zonalar (XİZ) güzəştli vergi, gömrük, qanunvericilik rejiminin olduğu dövlət tərəfondən müəyyən 

edilmiş rayonlar və ya ərazilərdir. Bu şərtləri təmin edilməsi investor üçün xüsusi əlverişli şərait 

yaradır. 

XİZ-lərin  yaradılması  məqsədləri  onları  təşkil  edən  ölkələrin  sosial-iqtisadi  inkişaf 

səviyyələrindən,  onların  strateji  inkişaf  planlarından  asılı  olaraq  dəyişə  bilər.  Müasir  dünya 

praktikasında  XİZ-lərin  20-dən  çox  növü  mövcuddur.  XİZ  ərazisində  təqdim  edilən  güzəştlər 

sisteminin ümumi elemntləri kimi aşağıdakıları göstərmək olar: 

 



vergi və gömrük güzəştləri

 



maliyyə  güzəştləri  (imtiyazlı  dövlət  kreditləri,  təbii  inhisarların  xidmətlərin  görə 

qiymətlərin  aşağı  salınması  formasında  dolayı  subsidiyalar,  torpaq  sahələri  və  istehsal 

binalarının istifadəsinə görə güzəştli icarə dərəcələri və s.); 

 



inzibati  güzəştlər  (müəssisələrin  qeydiyyata  alınmasının  sadələşdirilmiş  proseduru,  xarici 

vətəbdaşların gəliş və gedişinin asanlaşdırılmış rejimi və s.). 

XİZ-lərin təsnifini dprd əsas meyar üzrə həyata keçirirlər (Cədvəl 5.9). 

Cədvəl 5.9 

XİZ-lərin təsnifi 

 

Meyar 

XİZ-lərin növləri 

1.

 

Fəaliyyət xarakterinə və ya  

funksional təyinatına görə 

 



Ticarət  (azad  gömrük  anbarları,  azad  limanlar,  ticarət-

istehsal) 

 

Sənaye-istehsal (idxaləvəzedici, ixracyönümlü) 



 

Texniki-tətbiqi  (texnopolislər,  texnoparklar,  innovasiya 



mərkəzləri) 

 



Xidmət (offşor, vergi “cənnəti”) 

 



Kompleks  (azad  sahibkarlıq  zonaları,  xüsusi  rejimli 

ərazilər) 

 

Beynəlxalq (sərhədyanı, regional) 



2.

 

Dünya və milli 

iqtisadiyyatlara  

inteqrasiya dərəcəsinə görə 

 



Ekstravertiv  –  anklav  xaraketərə  malik  və  xarici  bazara 

yönəlmiş 

 

İntrovertiv – milli iqtisadiyyata inteqrasiya olunmuş 



3.

 

Sahə əlamətinə görə 

 

Bir  qayda  olaraq  XİZ-lərdə  sənaye  istehsalının  müxtəlif 

sahələrinə aid olan müəssisələr yerləşirlər. Bununla yanaşı, 

dünya praktikasında XİZ-lərin sənayenin bir və ya bir neçə 

sahəsi  üzrə  ixtisaslaşması  hallarına  rast  gəlinir  (məsələn, 

elektron  və  elektrotexniki  məhsullar,  maşınqayırma 

məhsulları, neft-kimya məhsulları və s.) 



4.

 

Mülkiyyət xarakterinə görə 

 

 



Dövlət 

 



Özəl 

 



Qarışıq 

 

Dünyanın  bütün  ölkələri  sayılan  tədbirlərdən  xarici  investisiyaların  cəlbi  üçün  istifadə 



edirlər. Bununla yanaşı, səanyecə inkişaf etmiş ölkələr stimullaşdırmanın fiskal metodlara  deyil, 

maliyyə metodlarına üstünlük verirlər. Onların fikrincə, vergilərin təsiri həddən artıq ünvansızdır. 

İnkişaf etməkdə olan ölkələr isə maliyyə resurslarının çatışmazlığı səbəbindən vergi tədbirlərinə 

üstünlük verirlər. 

Eyni  zamanada,  birbaşa  xarici  investisiyaların  cəlb  edilməsinin  qeyri-maliyyə 

metodlarından  istifadənin  genişlənməsi  ilə,  xüsusilə  də  çoxsaylı  xüsusi  iqtisadi  zonaların 

yaradılması ilə xarakterizə olunan sabit meyl müşahidə olunmaqdadır. 

Ölkənin  bu  bazarda  iştirakının  aktivliyi  və  investorların  hər  hansı  bir  ölkəyə  kapital 

ixracına  hazır  olmaları  kapitalı  idxal  edən  ölkədə  investisiya  iqlimindən  əhəmiyyətli  dərəcədə 

asılıdır. İnvestisiya iqlimi xarici kapital qoyuluşlarının risq dərəcələrini və onların ölkədə səmərəli 

istifadə  edilməsi  imkanlarını  müəyyən  edən  iqtisadi,  siyasi,  hüquqi,  sosial  və  s.  amillərin 

məcmusudur. 

İnvestisiya  iqlimi  kompleks  anlayışdır  və  bir  sıra  parametrləri  özündə  əks  etdirir:  milli 

qanunvericilik,  iqtisadi  şərait  (artım,  tənəzzül,  staqnasiya),  gömrük  rejimi,  valyuta  siyasəti, 

iqtisadi artım tempi, inflyasiya tempi, valyuta məzənnəsinin sabitliyi, xarici borcun səviyyəsi və s. 

Birbaşa xarici investisiyalar sahəsində yeridilən dövlət siyasəti getdikcə daha açıq olur və 

investisiyaların  dəstəklənməsi  üzrə  stimullardan  və  ünvanlı  strategiyalardan  daha  aktiv  şəkildə 

istifadə edilir. 

Son  illər  birbaşa  xarici  investisiya  axınlarının  azalması  problemi  ilə  qarşılaşan 

hökumətlərin  əksəriyyəti  investisiya  rejiminin  liberallaşdırılmasını  sürətləndiriblər:  2002-ci  ildə 

dünyanın  70  ölkəsində  tənzimləmə  sisteminə  edilən  248  dəyişiklikdən  236-ı  birbaşa  xarici 

investisiyalar üçün əlverişli şəraitin yaradılmasına yönəlib (Cədvəl 5.10). 

 

 

 



 


 

 

 



 

Cədvəl 5.10 

1991-2002-ci illərdə birbaşa xarici investisiyaların  

tənzimlənməsi üzrə milli rejimə edilən dəyişikliklər 

 

 

 



199



 

 

199



 

 

199



 

199



 

199



 

199



 

199



 

199



 

199



 

200



 

200



 

200

İnvestisiya 

rejimlərinə 

dəyişiklik 

etmiş  

ölkələrin sayı 



 

35 


 

43 


 

57 


 

49 


 

64 


 

65 


 

76 


 

60 


 

63 


 

69 


 

71 


 

70 


Tənzimləmə 

rejimlərində 

dəyişiklərin 

sayı 


 

82 


 

79 


 

102 


 

110 


 

112 


 

114 


 

151 


 

145 


 

140 


 

150 


 

208 


 

248 


BXİ üçün 

daha 


əlverişli 

şəraitin 

yaradılmas

ı 

 



80 

 

79 



 

101 


 

108 


 

106 


 

98 


 

135 


 

136 


 

131 


 

147 


 

194 


 

236 


BXİ üçün 

daha 


əlverişsiz 

şəraitin 

yaradılmas

ı 

 



 



 

 



 



 

16 


 

16 


 

 



 



 

14 


 

12 


 

Mənbə: World Investment Report 2003. UNCTAD, New York and Geneva, 2003 

 

 

Göründüyü kimi, 1991-2002-ci illər ərzində edilən 1641 dəyişikliyin 95%-i birbaşa xarici 



investisiyalar üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyıb. 


Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə