Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

Yuxarıda sayılan nəzəriyyələr birbaşa xarici investisiyaların ticarət nəzəriyyələri və portfel 

investisiyaları  ilə  əlaqəsini  nəzərə  almadan  işləndiyindən  onlar  məhdud  idilər  və  buna  görə  də, 



C.Danninq  birbaşa  xarici  investisiyalar  probleminə  elektik  yanaşmanı  işləyib  hazırladı.  Bu 

yanaşmaya  texnoloji  nəzəriyyənin,  qeyri-amil  nisbəti  nəzəriyyəsinin,  sənaye  təşkili  və 

yerləşdirməsi nəzəriyyələrinin müxtəlif elementləri inteqrə olunmuşdu. Onun paradiqması (OLI) 

özündə aşağıdakı üstünlüklərin kombinasiyasını əks etdirirdi: 

1)

 

görünməyən  aktivlərə  sahib  olma  ilə  əlaqədar  olan  üstünlüklər:  elmi-texniki  biliklər, 



prinsipial cəhətdən yeni olan və ya keyfiyyətcə yeni əmtəələrin təklif edilməsi qabiliyyəti 

və s.; 


2)

 

istehsalın  yerləşdirilməsi  ilə  əlaqədar  olan  üstünlüklər  (firmanın  milliliyindən  və 



həcmindən asılı olmayaraq): kommersiya inhisarı, artıq istehsal gücü, birgə istehsaldan və 

satışdan irəli gələn qənaət və s.; 

3)

 

beynəlmiləlləşmə  ilə əlaqədar olan üstünlüklər (birinci iki qrup üstünlüklərin birləşməsi): 



beynəlmiləlləşmə  prosesi  ya  birbaşa  xarici  investisiyalar  vasitəsilə,  ya  da  əməkdaşlıq 

haqqında müxtəlif növ sazişlərin bağlanması yolu ilə həyata keçirilə bilər. 

C.Danninqin  nəzəriyyəsində  təhlilin  üç  səviyyəsi  –  firma,  sahə  və  ölkə  –    dəqiq    olaraq 

müşahidə  edilir.  Bu  səviyyələrdən  hər  biri  axınların  forma  və  strukturunu  müəyyən  edən 

özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, əmək haqqının ödənilməsi səviyyəsi və xammala 

çəkilən xərclər ölkədə istehsal amillərinin hansı səviyyədə mövcud olmasından asılıdır. Istehsalın 

differensiallaşdırılması  imkanı  sahənin  xüsusiyyətləri  ilə  müəyyən  edilir.  Xarici  istehsalın 

mərkəzləşmə dərəcəsi və təşkili forması firmanın özünün seçimindən asılıdır. 

C.Danninqin  modeli  əksər  tədqiqatlarda  (məhsulun  növünü  və  xarici  bazarın 

xüsusiyyətlərini nəzərə almaqla birbaşa xarici investisiyaların qeyri-səhmdar formalarının analizi 

zamanı,  firmanın,  sahənin  və  kapital  ixrac  edən  ölkənin  ölçüsünü  nəzərə  almaqla  birbaşa  xarici 

investisiyaların yeni formalarının izah edilməsi üçün) baza kimi istifadə edilir. 

Sahibkar  kapitalının  miqrasiyasının  1960-cı  illərdən  əhəmiyyətli  masştab  alması  xarici 

investisiyaların  beynəlxalq  bazarını  formalaşdırmışdır.  Onun  formalaşmasına  imkan  verən 

amillər kimi aşağıdakıları göstərmək olar: 

 

bir  çox  ölkələr  tərəfindən  kapital  ixracı-idxalı  üzrə  əməliyyatların  aparılmasına 



qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması; 


 

Qərbi  Avropada  və  Latın  Amerikasında  1960-70-ci  illərdə  dövlət  şirkətlərinin 



özəlləşdirilməsi; 

 



keçmiş sosialist ölkələrində müəssisələrin özəlləşdirilməsi. 

Bu  bazarın  geniş  masştab  almasını  aşağıdakı  rəqəmlər  sübut  edir:  xarici  investisiyaların 

ölkənin  ümumi  kapital  qoyuluşunda  payı  Sinqapurda  70%-ə,  Filippində  60%-ə,  İndoneziyada 

57%-ə,  Malayziyada  55%-ə  bərabər  olmuşdur.  Ölkə  tərəfindən  xaricə  çıxarılan  istehsal  gücünün 

payı Qərbi Avropada 30-40%, ABŞ-da isə 20% təşkil edir. 

YUNKTAD-ın  ekspertlərinin  qiymətləndirmələrinə  görə,  birbaşa  xarici  investisiyaların 

məcmu həcmi 2002-ci ilin yekununa görə, 7,2 trilyon dollar təşkil etmişdir. Halbuki, bi göstərici 

1982-ci  ildə  802  milyard  dollara,  1990-cı  ildə  isə  1,9  trilyon  dollara  bərabər  olmuşdur  (Cədvəl 

5.6). 

 

Cədvəl 5.6 



Birbaşa xarici investisiyaların (BXİ) və beynəlxalq istehsalın  

müxtəlif göstəriciləri, 1982-2002-ci illər 

(mlrd. dollarla və %-lə) 

 

 

Göstəricilər 

 

 



Cari qiymətlərdə 

dəyər (mlrd. 

dollarla) 

İllik artım templəri 

(%-lə) 

 

1982 

 

1990 

 

2002 

1986-

1990 

1991-

1995 

1996-

2000 

 

1999 

 

2000 

 

2001 

 

2002 

BXİ idxalı 

59 


209 

651 


23.1 

21.1 


40.2  57.3  29.1 

-

40.9 



-

21.0 


BXİ ixracı 

28 


242 

647 


25.7 

16.5 


35.7  60.5 

9.4 


-

40.8 


-9.0 

BXİ-nin məcmu 

idxalı 

802 


1954 

7123 


14.7 

9.3 


17.2  19.4  18.9 

7.5 


7.8 

BXİ-nin məcmu 

ixracı 

595 


1763 

6866 


18.0 

10.6 


16.8  18.2  19.8 

5.5 


8.7 

Transsərhəd 

qovuşma və 

birləşmələri 

... 


151 

370 


25.9 

24.0 


51.5  44.1  49.3 

-

48.1 



-

37.7 


Xarici filialların 

satış həcmi 

2737 


5675  17685 

16.0 


10.1 

10.9  13.3  19.6 

9.2 

7.4 


Xarici filialların 

640 


1458 

3437 


17.3 

6.7 


7.9  12.8  16.2  14.7 

6.7 



Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə