Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
1   2   3   4   5   6   7   8   9   10   ...   18

 

Daxili  əmtəə  bazarının  müdafiə  səviyyəsi.  Kapital  idxalı  əmtəə  idxalının  alternativi  kimi 

çıxış  etdiyindən  ölkənin  daxili  əmtəə  bazarının  gömrük  və  digər  müdafiə  səviyyəsi  nə 

qədər yüksəkdirsə (aşağıdırsa), birbaşa investisiya idxalı bir o qədər çoxdur (azdır). 

 

Bazarın  ölçüsü.  Ölkənin  daxili  bazarının  ölçüsü  böyül  olduqca  investisiya  idxalı  da  çox 



olur.  

 



Digər  amillər:  xarici  birbaşa  investisiyalar  hesabına 

yaradılan  sənayenin 

ixracyönümlülüyü; hökumətin iqtisadi inkişaf proqramlarının mövcudluğu. 

Göründüyü kimi, birbaşa investisiyaların ixracını və idxalını müəyyən edən amillər bir çox 

hallarda  üst-üstə  düşür  ki,  bu  da  kəsişən  investisiyalara  gətirib  çıxarır.  Texnoloji  liderlik,  işçi 

qüvvəsinin  ixtisas  səviyyəsi,  beynəlxalq  marketinqdə  yığılmış  təcrübəni  əks  etdirən  reklamda 

üstünlük  və  şirkətin  ölçüsü  eyni  zamanda  həm  ixrac,  həm  də  idxal  amilləri  kimi  çıxış  edirlər. 

Masştab  iqtisadiyyatı,  istehsalın  təmərküzləşməsinin  yüksək  dərəcəsi  və  təbii  resurslara  olan 

ehtiyac  birbaşa  investisiyaların  ancaq  ixrac  amilləridir.  Kapitala  olan  ehtiyac,  çoxsaylı  milli 

filiallar,  daha  aşağı  istehsal  xərcləri,  daxili  bazarın  yüksək  müdafiə  səviyyəsi  və  daxili  bazarın 

böyük ölçüsü birbaşa xarici investisiyaların ancaq idxal səbəbləridir. 

Ümumilikdə  isə  birbaşa  xarici  investisiyaların  yerləşdirilməsinin  əsas  motivi  kimi  satış 

bazarının  genişlənməsini,  ucuz  resurslara  çıxış  imkanının  yaranmasını,  mülkiyyətin  əldə 

edilməsini göstərmək olar. 

Bazarın  genişləndirilməsi  məqsədilə  birbaşa  xarici  investisiyaların  həyata  keçirilməsini 

aşağıdakılar şərtləndirir: 

 

milli istehsal gücünün olmaması; 



 

əmtəələrin  nəqliyyat  xərclərinin  yüksək  olması  və  bunun  da  onların  ixracının  qeyri-



mənfəətli olmasına gətirib çıxarması; 

 



idxalatçı-ölkədə ticarət məhdudiyyətləri

 



“masştab effekti”ndən istifadəyə can atma

 



“müştərilərin  arxasınca  getmə”  (avtomobil  şinlərinin  istehsalçıları  avtomobil 

istehsalçılarının arxasınca hərəkət edirlər); 

 

“rəqiblərin arxasınca getmə”; 



 

yerli istehsalçıların məhsullarına üstünlük verən xarici alıcıların əldə edilməsi



 

müqayisəli xərclərdə gözlənilən dəyişikliklər və s. 




Ucuz  istehsal  amilləri  mənbələri  əldə  etmək  baxımından  birbaşa  xarici  investisiyaların 

həyata keçirilməsinə aşağıdakılar təkan verir: 

 

xərclərin aşağı salınması məqsədilə istehsalın ölkələrarası rasionallaşdırılması; 



 

kapitalı qəbul edən ölkədə xarici investisiyaların dövlət tərəfindən stimullaşdırılması; 



 

kapitalı ixrac edən ölkənin özünü strateji resurslara təmin etməyi qarşısına məqsəd kimi 



qoyması. 

Xaricdə  mülkiyyətin  əldə  edilməsi  və  ya  yeni  tikintinin  həyata  keçirilməsi  aşağıdakılarla 

izah edilir: 

 



ayrı-ayrı resursların xarici müəssisəyə ötürülməsi çətinlikləri

 



tanınmış  firmanın  reputasiyasını,  ticarət  markasını  öz  mülkiyyətinə  keçirmək  imkanı 

(françayzinq müəssisəsinin alınması zamanı); 

 

risqlərin, xərclərin aşağı salınması və s. 



Çox  zaman  birbaşa  xarici  investisiyalar  yuxarıda  sadalanan  səbəblərdən  biri  ilə  əlahiddə 

surətdə deyil, həmin səbəblərin müəyyən “çələngindən” istifadə etməklə izah edilir.  

BMT-nin transmilli şirkətlər üzrə Mərkəzi xarici ölkədə əmtəə və xidmət istehsalının təşkil 

edilməsi ilə birbaşa kapital qoyuluşlarının dörd əsas səbəbdən baş verdiyini göstərir: 

1)

 

birbaşa xarici investisiyalar ona görə həyata keçirilir ki, bir sıra əmtəə və xidmətlərin xarici 



ölkəyə  idxalı  müxtəlif  məhdudiyyətlər  və  ya  əmtəələrin,  xüsusilə  də  xidmətlərin 

özünəməxsus cəhətləri səbəbindən qeyri-mümkündür və ya çox çətindir

2)

 

əmtəə və xidmətlərin yerində istehsalı həmin xarici bazara xidmət göstərilməsi üçün daha 



ucuz və səmərəli üsuldur (məsələn, nəqliyyat xərclərinə qənaət etməklə); 

3)

 



sahibkar  kapitalını  qəbul  edən  ölkə,  əmtəə  və  xidmətlərin  sonradan  onların  dünya 

bazarlarına  (kapitalı  ixrac  edən  ölkələrin  bazarları  da  daxil  olmaqla)  çıxarılması  şərti  ilə 

istehsalı üçün daha ucuz yer kimi çıxış edir; 

4)

 



bir  sıra  məhsullar,  xüsusilə  də  texniki  cəhətdən  mürəkkəb  olanlar  üçün  satışdan  sonra 

xidmət,  məsləhət  və  digər  xidmətlər  tələb  edir  ki,  bu  da  istehsalçının  bazarda  olmasını 

zəruri edir; bu halda xarici ölkədə istehsalı təşkil etmək orada ancaq satış firmasını təşkil 

etməkdən daha faydalı olur. 



Birbaşa xarici investisiyalar aşağıdakı əsas formalarda həyata keçirilir


1.

 

Xarici filialların və qız şirkətlərinin  yaradılması  yolu ilə. Bu, ənənəvi forma hesab edilir. 



Bu zaman filiallar tam olaraq ana şirkətə tabe olur, hüquqi şəxs hesab edilmirlər, zölərinin 

xüsusi  balanslarına  malik  olmurlar  və  ana  şirkətin  balansından  istifadə  edirlər.  Qız 

şirkətləri  isə  əksinə  hüquqi  şəxslər  olurlar,  öz  öhdəliklərinə  görə  müstəqil  şəkildə  cavab 

verirlər, özlərinin xüsusi balansına  malik olurlar və özləri firmanın inkişaf istiqamətlərini 

müəyyən edirlər. 

2.

 



Firmaların  beynəlxalq  qovuşması  və  birləşməsi  yolu  ilə.  Bu  cür  əməliyyatlar  mülkiyyət 

hüququnu və qovuşan və birləşən firmaların milliliyini dəyişir. 

3.

 

Strateji  alyansların  yaradılması  yolu  ilə.  Bu  cür  alyanslar  adətən  elmtutumlu  sahələrdə 



yaradılır və bir şirkətin digər şirkətin mülkiyyətində hansısa bir paya uzunmüddətli sahib 

olmasını  nəzərdə  tutmur.  Müqavilə  sazişləri  bir  və  ya  bir  neçə  fəaliyyətin  (birgə 

lisenziyalaşdırma,  elmi  tədqiqatların  həyata  keçirilməsi,  satış,  idarəetmə  və  s.)  həyata 

keçirilməsi  üçün  imzalanır.  Strateji  əməkdaşlıq  informasiya  texnologiyaları,  əczaçılıq, 

avtomobilqayırma kimi sahələri əhatə edir. 

Birbaşa xarici investisiya ilə xarici ticarət arasında həm fərqli, həm də ümumi cəhətlər 

mövcuddur  ki,  onlar  da  beynəlxalq  iqtisadi  münasibətlərin  bu  iki  forması  arasında  qarşılıqlı 

əlaqəni və qarşılıqlı tamamlanmanı göstərir. Həm əmtəə ixracı, həm də birbaşa xarici investisiya 

ixracı firmalar tərəfindən xarici bazarlarda maksimum mənfəətin əldə edilməsinə yönəlib. Və bu 

zaman  birbaşa  xarici  investisiyalar  təkcə  maliyyə  formasında  deyil,  həm  də  əmtəə  formasında 

yatırıla bilər. Bribaşa investisiyaların köklü fərqi ondan ibarətdir ki, onların ölkə iqtisadiyyatlarına 

yatırılması  zamanı  investorun  mülkiyyət  hüququ  qorunur  və  investor  yatırılan  vəsaitə  görə 

dəfələrlə  mənfəət  əldə  etmək  imkanına  malik  olur.  Əmtəə  ixracı  zamanı  isə  əksinə  əmtəələrin 

satışı  baş  verir,  yəni  mülkiyyət  hüququ  satıcıdan  alıcıya  keçir  və  satıcı  yalnız  bir  dəfə,  satış 

zamanı mənfəət əldə edir. 

Göstərilən fərqlərə baxmayaraq, xarici ticarət və birbaşa xarici investisiyalar bir-birlərini 



tamamlayan bir sıra cəhətlərə də malikdirlər. Onları aşağıdakı kimi müəyyən etmək olar. 

 



Firma  əmtəəni  xaricə  satmaq  üçün  iki  üsuldan  istifadə  edə  bilər.  Bunlardan  birincisi 

birbaşa  ixrac,  digəri  isə  birbaşa  xarici  investisiyanın  həyata  keçirilməsi  ilə  xaricdə 

istehsalın  təşkil  edilməsi  (xarici  filialın  və  ya  qız  şirkətinin  və  ya  birgə  müəssisənin 

yaradılması)  və  kapital  ixrac  edilən  ölkənin  daxili  bazarında  əmtəə  satışının  təşkil 




Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə