Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
1   2   3   4   5   6   7   8   9   ...   18

 

dünya iqtisadiyyatının transmilliləşməsinin artımı; 



 

istehsalın beynəlmiləlləşməsinin artımı və inteqrasiya proseslərinin inkişafı; 



 

beynəlxalq iqtisadi münasibətlərin bütün formalarının aktiv inkişafı. 



2.

 

Siyasi xarakterli amillər

 

kapital  ixracının  (idxalının)  liberallaşdırılması  (xüsusi  iqtisadi  zonaların,  offşor 



zonalarının yaradılması və s.); 

 



“üçüncü dünya” ölkələrində sənayeləşdirmə siyasətinin həyata keçirilməsi

 



iqtisadi  islahatların  həyata  keçirilməsi  (dövlət  müəssisələrinin  özəlləşdirilməsi,  özəl 

sektorun, kiçik biznesin dəstəklənməsi); 

 

məşğulluq səviyyəsinin dəstəklənməsi siyasətinin reallaşdırılması. 



Yuxarıda  sayılan  amillər  kapitalın  beynəlxalq  hərəkətinin  inkişafını  makroiqtisadi 

səviyyədə müəyyən edir. Bununla yanaşı, iqtisadi subyektləri kapital ixracı və ya idxalını həyata 

keçirməyə sövq edən iqtisadi məqsədəuyğunluluq səbəbləri də mövcuddur. Kapital ixracını həyata 

keçirərkən subyektlər aşağıdakılardan çıxış edirlər: 

 

əlavə gəlirin əldə edilməsi



 

digər subyektlər üzərində nəzarətin ələ keçirilməsi



 

əmtəə axınlarının qarşısına qoyulan proteksionist maneələrin aradan qaldırılması; 



 

istehsalın yeni satış bazarlarına yaxınlaşdırılması; 



 

yeni texnologiyaların əldə edilməsi (məsələn, səhm nəzarət paketinin əldə edilməsi ilə); 



 

xarici filialların yaradılması ilə istehsal sirlərinin qorunması; 



 

vergi  ödəmələrinə  qənaət  edilməsi  (xüsusilə  müəssisələrin  offşor  zonalarda  və  xüsusi 



iqtisadi zonalarda yaradılması və ya qeydiyyatdan keçirilməsi zamanı); 

 



ətraf mühitin qorunmasına çəkilən xərclərin aşağı salınması. 

Kapital idxalının iqtisadi məqsədəuyğunluluğu aşağıdakılardan ibarətdir: 

 

yeni və köhnə istehsal texnologiyalarının inkişaf etdirilməsi inkanı; 



 

əlavə valyuta resurslarının cəlbi; 



 

elmi-texniki potensialın genişləndirilməsi



 

əlavə iş yerlərinin yaradılması. 




Ölkənin  kapitalın  beynəlxalq  hərəkətində  iştirakı  ümumilkdə  bir  sıra  göstəricilərdə  əks 

olunur. Mütləq göstəricilər kimi kapital ixracının həcmi, kapital idxalının həcmi, kapitalın ixrac-

idxal  saldosu,  ölkədə  xarici  kapitallı  müəssisələrin  sayı,  onlarda  məşğul  olanların  sayı  və  s.-ni 

fərqləndirirlər. Saldodan çıxış edərək dünya ölkələri əsasən kapital ixrac eən ölkələr (Yaponiya, 

İsveçrə),  əsasən  kapital  idxal  edən  ölkələr  (ABŞ,  Böyük  Britaniya)  və  təxmini  tarazlığa  malik 

ölkələr (Almaniya, Fransa) kimi fərqləndirilirlər. 

Digər  göstəricilər  nisbi  göstəricilər  hesab  edilir.  Onlar  kapitalın  beynəlxalq  hərəkətində 

qüvvələr  düzülüşünü  və  ölkənin  kapital  ixracı-idxalından  asılılığını  daha  real  əks  etdirirlər.  Bu 

göstəricilər sırasına aşağıdakıları aid etmək olar: 

1.

 



Kapitalın  idxalı  əmsalı  (K

id

)  –  xarici  kapitalın  (XK)  ölkənin  ümumi  daxili  məhsuluna 



(ÜDM) nisbətini əks etdirir: 

 

K



id 

= XK/ÜDM x 100% 

 

 

2.



 

Kapitalın ixracı əmsalı (K

ix

) – ixrac edilən kapitalın (İK) ÜDM-yə nisbətini əks etdirir: 



 

K

ix



 = İK/ÜDM x 100% 

 

3.



 

Xarici kapitalın ölkədə  kapital qoyuluşuna  olan daxili ehtiyaclara nisbətini əks etdirən 

əmsal

 

K



e

 = XK/T(K) x 100% 

 

Burada K


e

 ehtiyac əmsalı, XK xarici kapital və T(K) ölkədə kapitala olan tələbdir. 

4.

 

Digər  nisbi  göstəricilər:  xarici  və  ya  qarışıq  müəssisələrin  milli  istehsalda  payı,  kapital 



ixracının  (idxalının)  əvvəlki  dövrə  nisbətən  artım  tempi,  adambaşına  düşən  xarici 

investisiya. 

Kapitalın beynəlxalq hərəkəti ölkələrarası xarici iqtisadi və siyasi əlaqələrin güclənməsi ilə 

nəticələndiyi,  ölkələrin  xarici  ticarət  dövriyyəsini  artırdığı,  iqtisadi  inkişafı  sürətləndirdiyi  və 

istehsalın  həcmini  artırdığı  üçün  dünya  təsərrüfatının  inkişafında  mühüm  rol  oynayır.  Kapital 



ixracı  istehsal  olunan  əmtəələrin  dünya  bazarında  rəqabət  qabiliyyətinin  artmasına,  idxalatçı 

ölkələrin texniki potensialının yüksəlməsinə, ölkədə məşğulluğun artmasına gətirib çıxarır. 

Beynəlxalq  ticarəti  nəzərdən  keçirərkən  biz  belə  hesab  edirdik  ki,  idxalın  yeganə 

maliyyələşmə mənbəyi kimi ixrac çıxış edir və ölkə xaricdən nəyisə almaq üçün hökmən nəyisə 

xaricə  satmalıdır.  Real  həyatda  isə  maliyyələşmənin  digər,  kifayət  qədər  əhəmiyyətli  mənbəyi 

vardır – bu, xaricdən kapital axınıdır. Ölkə beynəlxalq borc ala və ya verə bilər, sahibkar kapitalı 

ixrac  və  idxal  edə  bilər.  Bu  baxımdan,  isveçrə  iqtisadçısı  Leon  Valrasın  formalaşdırdığı  qayda 

xüsusi  əhəmiyyət  kəsb  edir.  Onun  formulu  hazırda  istənilən  ölkənin  beynəlxalq  ödəmə 

mövqeyinin təhlili üçün istifadə edilir. 

Valras  qaydasına  görə,  ölkənin  idxalının  dəyəri  ixracın  dəyərinin,  aktivlərin  xalis  xarici 

satışının və onlar üzrə faizlərin cəminə bərabərdir: 

 

İM = X+NA+NR 

 

burada İM - idxal,  



X  - ixrac

NA - aktivlərin xalis satışıdır (xaricilərə satılan və onlardan alınan aktivlərin dəyəri 

arasında olan fərq), 

NR  –  faizlər  üzrə  xalis  ödəmələrdir  (qoyulan  kapitala  görə  xaricdən  alınan  və 

xaricilərə ödənilən faizlərin dəyəri arasında olan fərq). 

 

Aktivlərin istənilən formada (mülkiyyət hüququ, qiymətli kağızlar, qızıl və s.) satışı ölkəyə 



kapital  axını  deməkdir.  Faiz  ödəmələri  daha  əvvəl  alınmış  kapitaldan  istifadəyə  görə  haqqı  əks 

etdirir. 

 

İqtisadiyyatda  tarazlıq  prinsiplərinə  əsaslanan  bu  qayda  balanslaşdırılmış  bazarların 



(əmtəə, kapital, pul, xidmət və s.) funksiya göstərməsini nəzərdə tutur. Bu cür sistemdə hər hansı 

bir  bazarda  mövcud  olan  tələb  artıqlığı  digər  bazarda  təklif  artıqlığı  ilə  elə  cür 

balanslaşdırılmalıdır  ki,  onların  cəmi  qarşılıqlı  surətdə  sistemi  bərabərləşdirsin,  yəni  cəm  sıfra 

bərabər  olsun.  Bu  və  ya  digər  əmtəəyə  tələbin  yüksəlməsi  motiv  baxımından  müxtəlif  cür  izah 

etmək  olar,  lakin  mübahisə  edilməsi  mümkün  olmayan  faktlar  da  mövcuddur.  Belə  ki,  əmtəəyə 

tələbin  artması  o  deməkdir  ki,  istehlakçılar  öz  yığımlarından  pul  ödəməyə  hazırdırlar  ki,  bu  da 




Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə