Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
1   ...   10   11   12   13   14   15   16   17   18

5.

 

Xarici investisiyaların beynəlxalq tənzimlənməsi sistemi yaradılır. İƏİT ölkələri hələ 1976-



cı ildə “Beynəlxalq kapital qoyuluşları və çoxmilli müəssisələr barədə Bəyannamə” qəbul 

etmişlər. Bu bəyannamə ilə xarici investorlara  yerli istehsalçılara  təqdim edilən şəraitdən 

fərqli  olmayan  şərait  yaratmaq  tövsiyə  edilir.  1992-ci  ildə  Dünya  Bankı  Qrupu  “Xarici 

birbaşa investisiyalar üçün rejim üzrə Tövsiyələr” hazırlamışdır. Bu tövsiyələrə görə, istər 

yerli,  istərsə  də  xarici  investorlar  üçün  eyni  rejimin  yaradılması  azad  rəqabət  şəraitində 

əlverişli  investisiya  iqliminin  başlıca  şərtidir.  BMT  tərəfindən  həmçinin  “Transmilli 

şirkətlərin beynəlxalq davranış Kodeksi” qəbul edilmişdir. 

6.

 



Xarici investisiyaların coğrafi istiqamətlərində dəyişikliklər baş verir: 

 



Sahibkar  kapitalının  sənayecə  inkişaf  etmiş  ölkələr,  xüsusilə  “triada”  (ABŞ,  Qərbi 

Avropa,  Yaponiya)  ölkələri  arasında  miqrasiyası  üstünlük  təşkil  edir.  Kapitalın  əsas 

ixracatçıları  kimi  ABŞ,  Böyük  Britaniya,  Fransa,  Almaniya,  Yaponiya,  Niderland, 

İsveçrə  çıxış  edir.  Lakin,  sənayecə  inkişaf  etmiş  ölkələr  eyni  zamanda  əsas  kapital 

idxalatçılarıdır. 2002-ci ildə ildə onların payına birbaşa xarici investisiyaların idxalının 

71%-i düşüb; 

 

Sahibkar  kapitalının  inkişaf  etməkdə  olan  ölkələrə,  xüsusilə  də  yüksək  iqtisadi  artım 



tempinə malik Cənub Şərqi Asiya və Latın Amerikası ölkələrinə ixracı artır; 

 



İnkişaf etməkdə olan ölkələr arasında xarici investisiyaların həcmi artır; 

 



Keçid iqtisadiyyatlı ölkələrdə xarici investisiyaların artımı müşahidə edilir. 2002-ci ildə 

keçid iqtisadiyyatlı ölkələrə 29 milyard dollar xarici investisiya qoyulmuşdur. 

 

4.3. Birbaşa xarici investisiyalar sahəsində siyasət:  

milli və beynəlxalq aspektlər 

 

Dünya  praktikasında  bu  və  ya  digər  dərəcədə  xarici  investisiyaların  cəlb  edilməsinə 

yönəlmiş bir sıra tədbirlər mövcuddur. 

İlk  növbədə  investisiyaların  cəlb  edilməsinə  yönəlmiş  makroiqtisadi  siyasəti  qeyd  etmək 

lazımdır. Bu zaman ölçülüb-biçilmiş pul siyasəti həyata keçirilir, daxili qiymətlərin sabitliyi təmin 

edilir, borc kapitalının dəyərinı müsbət təsir göstərilir. 




İnvestisiyaları dəstəkləyən düşünülmüş vergi siyasəti: birbaşa  vergi güzəştlərinin  təqdim 

edilməsi,  kapitalın  investisiya  edilməsinə  görə  vergi  ödəmələrinin  vaxtının  uzadılması, 

amortizasiya ödəmələri əlaqədar olan stimullar, iki ildən 10-15 ilə qədər müddətə müəyyən edilən 

“vergi tətilləri”, avadanlıq, xammal, komplektləşdirici hissələrin idxalının gömrük ödəmələrinədn 

azad edilməsi, kapital qoyuluşunu həyata keçirən şirkətlər üçün vergi dərəcəsinin açağı salınması. 

Kapital  qoyuluşlarının  stimullaşdırılmasının  maliyyə  metodları  da  mövcuddur: 

subsidiyalar, borclar, kreditlər və onların təqdiminə zəmanətlərin verilməsi. Çox zaman maliyyə 

güzəştlərinin  təqdim  edilməsi  investor  tərəfindən  müəyyən  şərtlərin  yerinə  yetirilməsindən 

(konkret regionların, sahələrin mənimsənilməsi, yeni iş yerlərinin yaradılması) asılı olur. Məsələn, 

1982-ci  ildən  etibarən  İngiltərədə  daha  vacib  layihələr  üçün  dövlət  yardımı  sistemi  fəaliyyət 

göstərir.  Xarici  investorlar  staqnasiyada  olan  regionlara  yönəldikləri  zaman  böyük  həcmdə 

subsidiyalar  alırlar.  Bu  cür  siyasət  nəticəsində  tənəzzül  yaşayan  sahələrdə  yeni  istehsalın 

yaranması ilə struktur dəyişiklikləri baş verir. 

Xarici  investisiyaların  cəlb  edilməsinin  baza  amilləri  sırasına  həmçinin  liberal  valyuta 

siyasəti  də  aid  edilir.  Bu  siyasət  investora  milli  valyutada  əldə  etdiyi  gəliri  asanlıqla  istədiyi 

valyutaya çevirmək imkanı yaradır. 

Bir  sıra  dövlətlər  ümumilikdə  investisiyaları  stimullaşdırmaq  üçün  sahibkarların 

ehtiyaclarının ödənilməsinə yönəlmiş ümumdövlət proqramlarından istifadə edirlər. 

Xarici  investisiyaların  stimullaşdırılması  üçün  əksər  ölkələr  dövlət  zəmanətinin  təqdim 

edilməsi vasitəsindən də istifadə edirlər. Bu zaman zəmanət həm kapitalı ixrac edən, həm də qəbul 

edən ölkə tərəfindən verilə bilər. Bir çox ölkələrin qanunvericiliyinə uyğun olaraq, öz kapitalını 

xaricdə  yerləşdirmək  arzusunda  olan  investorlar  öz  ölkələrindən  ya  da  xarici  dövlətdən 

investisiyalarına  görə  zəmanət  ala  bilərlər.  Kapital  ixracının  stimullaşdırılmasında  maraqlı  olan 

hökumətlər  öz  milli  şirkətlərinə  milliləşmə,  təbii  fəlakətlər,  mənfəətin  köçürülməsinin  qeyri-

mümkünlüyü,  yerli  valyutanın  dönərsizliyi  və  digər  gözlənilməz  hallarda  investisiya  edilmiş 

vəsaiti  tam  surətdə,  ya  da  onun  bir  hissəsinin  dövlət  mənbələri  hesabına  geri  qaytarılacağı 

zəmanəti  verirlər.  İnvestisiya  zəmanətləri  həmçinin  əksər  dünya  ölkələri  tərəfindən  imzalanmış 

investisiyaların  qorunması  haqqında  ikitərəfli  və  regional  sazişlər  tərəfindən  də  təqdim  edilir. 

Çoxtərəfli  səviyyyədə  investisiyaların  zəmanəti  ilə  Dünya  Bankının  eqidası  altında  yaradılmış 

Çəxtərəfli İnvestisiyaların Zəmanəti Agentliyi məşğul olur. İnvestisiyalar zəmanət verilməsi üzrə 



şərtlər Avropa Birliyi ölkələri ilə əksər inkişaf etməkdə olan ölkələr arasında imzalanmış Lomey 

konvensiyasında da öz əksini tapmışdır. 

Xarici  investorların  aktivləşdirilməsi  üçün  ölkələr  xarici  investisyaların  sığortalanması 

vasitəsindən də istifadə edirlər. Sığortanın spesifik forması sayılan bu cür sığorta həm özəl, həm 

də  dövlət  agentlikləri  tərəfindən  həyata  keçirilə  bilər.  Sığortanın  mahiyyəti  ondan  ibarətdir  ki, 

sığorta  şirkəti  sığorta  müqaviləsində  göstərilən  hallarda  investorun  itkilərini  kompensasiya 

etməlidir.  Özəl  sığorta  agentliklərindən  fərqli  olaraq  milli  agentliklər  və  sığorta  şirkətləri  ancaq 

özlərinin  investorlarını  sığorta  edirlər.  ABŞ-da  birbaşa  investisiyaların  sığorta  edilməsi  ilə 

İnvestisiyaların Sığortası və Zəmanəti üzrə Dövlət Korporasiyası məşğul olur. 

Birbaşa  investisiyaların  təşviq  edilməsində  ikiqat  vergiqoymanın  aradan  qaldırılması 

mühüm  rol  oynayır.  Əgər  müəssisələr  bir  neçə  ölkədə  əməliyyatlar  həyata  keçirirlərsə  onda 

onların hər birinin müəssisənin gəlirinə ayrı-ayrılıqda vergi tətbiq etmək ehtimalı ortaya mıxır ki, 

bu da son nəticədə şirkətin fəaliyyətinə ciddi mənfi təsir göstərə bilər. Bu hala yol verməmək üçün 

ölkələr  arasında  müvafiq sazişlər imzalanır.  Bu sazişlərə  görə, şirkət kapitalı qəbul edən  ölkədə 

verginin kapitalın ixrac edilən ölkədəki ödənilməyən hissəsini ödəyir.  

Xarici investisiyaların dəstəklənməsinin qeyri-maliyyə metodları xarici kapitalın səmərəli 

surətdə  funksiya  göstərməsi  üçün  ümumi  mühitin  yaradılmasına  yönəlib.  Bu  zaman  nəqliyyat, 

digər kommunikasiyaların inkişaf etdirilməsindən tutmuş istehsalçıların informasiya xidmətləri ilə 

təmin edilməsinə qədər bir çox tədbirlər həyata keçirilir. 

Birbaşa 

investisiyaların 

dövlət 

dəstəklənməsində 



investisiya 

mübahisələrinin 

tənzimlənməsi  də  xüsusi  rol  oynayır.  İnvestisiya  mübahisələrinin  tənzimlənməsi  kapitalı  qəbul 

edən  və  ya  ixrac  edən  ölkələrin  milli  qanunvericiliyi,  ya  da  beynəlxalq  arbitraj  əsasında  həyata 

keçirilir. 

Dövlət çox zaman öz investorlarını inzibati və diplomatik dəstəklə də təmin edir. Birbaşa 

investorlar  adətən  kapitalı  ixrac  edən  dövlət  orqanları  tərəfindən  himayə  edilir.  Hökumətlər  öz 

milli  investorları  üçün  xaricdə  əlverişli  şəraitin  yaradılması  üçün  xarici  hökumətlərlə  danışıqlar 

aparırlar. Beynəlxalq biznesin nümayəndələri iqtisadi məsələlərin müzakirə edilməsi üçün xaricə 

səfərə gedən beynəlxalq nümayəndə heyətlərinin tərkibinə daxil edilirlər. 

Xarici investorların aktivləşməsinə gətirib çıxaran qeyri-maliyyə tədbirləri sıtasında xüsusi 

iqtisadi  zonaların  yaradılması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Ən  geniş  mənada  xüsusi  iqtisadi 



Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə