Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

investisiyalarda  payı  70%  ətrafında  tərəddüt  etmişdir.  İnkişaf  etməkdə  olan  ölkələrin  payı  isə 

azalmağa  doğru  meyl  göstərmişdir.  Mərkəzi  və  Şərqi  Avropa  ölkələrinin  payı  isə  əksinə  sabit 

artım dinamikası nümayiş etdirir. 

Coğrafi planda 2002-ci ilin yekunlarını təhlil etsək görərik ki, həm sənayecə inkişaf etmiş 

ölkələrə, həm də inkişaf etməkdə olan ölkələrə birbaşa investisiya axını kəskin surətdə - təxminən 

22%  azalmış  və  müvafiq  olaraq  460  və  162  milyard  dollar  təşkil  etmişdir.  Mərkəzi  və  Şərqi 

Avropa ölkələrində isə əksinə investisiyalar rekord səviyyəyə - 29 milyard dollara çatmaqdadır. 

Əsas ölkələr və regionlar üzrə inkişaf meyllərini müəyyən etmək üçün Cədvəl 5.8-ə diqqət 

yetirək. 

Göründüyü kimi, son illər inkişaf etmiş ölkələrə birbaşa xarici investisiyalar axını kəskin 

şəkildə  azalıb  və  460  milyard  dollar  təşkil  edib.  Bu,  korporativ  investisiya  qoyuluşlarının 

göstəricilərinin azalması, fond birjalarında qiymətlərin aşağı düşməsi və bir sıra sahələrdə işgüzar 

aktivliyin  aşağı  düşməsi  ilə  əlaqədardır.  Bir  sıra  ölkələrdə  birbaşa  xarici  investisiya  axınının 

azalmasında  firmadaxili  borcların  ödənilməsi  də  öz  rolunu  oynamışdır.  Məsələn,  ABŞ 

iqtisadiyyatına investisiya qoyuluşlarının 2002-ci ilin yekununa görə 30 milyard dollara düşməsi 

əsasən xarici filialların baş ofislər qarşısında öhdəliklərini yerinə yetirmələri ilə bağlıdır.  

İnkişaf etmiş ölkələrə xarici investisiya axınının zəifləməsində əlamətdar xüsusiyyətlərdən 

biri kimi, həmçinin transsərhəd BQ-ləri sahəsində aktivliyin kəskin azalmasını göstərmək olar. Bu 

özünü xüsusilə ABŞ-da və Böyük Britaniyada göstərib. 



Cədvəl 5.8 

Birbaşa xarici investisiyaların regionlar üzrə bölgüsü,  

mlrd. dollarla 

 

 

Regionlar/ölkələr 

İdxal 

İxrac 

1989-

1994 

1995-

2000 

 

2001 

 

2002 

1989-

1994 

1995-

2000 

 

2001 

 

2002 

İnkişaf etmiş ölkələr 

137.1  502.1  589.4  460.3  203.2  616.6  660.6  600.1 

Qərbi Avropa 

79.8  293.6  400.8  384.4  114.2  446.2  468.8  411.7 

Avropa Birliyi 

76.6  282.7  389.4  374.4  105.2  418.3  451.9  394.1 

Digər Qərbi Avropa ölkələri 

3.1 

10.9 


11.2 

10.0 


9.0 

27.9 


16.9 

17.5 


Yaponiya 

1.0 

5.5 

6.2 

9.3 

29.6 

25.3 

38.3 

31.2 

ABŞ 

42.5  166.2  144.0 

30.0 

49.0  114.2  103.8  119.7 

İnkişaf etməkdə olan ölkələr 

59.6  184.0  209.4  162.1 

24.9 

61.3 

47.4 

43.1 

Afrika 

4.0 

7.1 

18.8 

11.0 

0.9 

0.7 

-2.5 

0.2 

Latın Amerikası və Karib 

hövzəsi 

17.5 

72.4 

83.7 

56.0 

3.7 

11.7 

8.0 

5.8 

Asiya və Okeaniya 

37.9  102.9  107.0 

95.1 

20.3 

48.7 

41.8 

37.2 

Asiya 


37.7  102.6  106.8 

95.0 


20.3 

48.6 


41.8 

37.1 


Qərbi Asiya 

2.2 


3.9 

5.2 


2.3 

0.3 


0.2 

4.7 


2.1 

Mərkəzi Asiya 

0.4 

2.6 


4.0 

4.0 


0.2 


0.2 

0.8 


Cənub-Şərqi Asiya 

35.1 


96.8 

97.6 


88.6 

20.0 


48.2 

36.9 


34.2 

Okeaniya 

0.2 

0.3 


0.2 

0.1 


0.1 


0.1 

0.1 


Mərkəzi və Şərqi Avropa 

3.4 

19.3 

25.0 

28.7 

0.1 

2.2 

3.5 

4.2 

Bütün dünya 

200.1  705.4  823.8  651.2  228.3  680.1  711.5  647.4 

 

Mənbə: World Investment Report 2003. UNCTAD, New York and Geneva, 2003 

 

Ümumilikdə isə 2002-ci ildə birbaşa xarici investisiya axını 26 inkişaf etmiş ölkədən 16-da 



azalıb. Artım isə Avstraliyada, Almaniyada, Finlandiyada və yaponiyada qeydə alınıb. 

İnkişaf etmiş ölkələrdən kapital ixracı da 2002-ci ildə azalıb və 600 milyard dollar təşkil 

edib. Daha dərin azalma Niderlandda, Böyük Britaniyada və Fransada qeydə alınıb. Avstriyadan, 

Yunanıstandan,  Norveçdən,  ABŞ-dan,  Finlandiyadan  və  İsveçdən  kapital  axını  isə  artıb. 

Maraqlıdır  ki,  2002-ci  iln  yekunlarına  görə  həm  investisiya  idxalı,  həm  də  ixracına  görə 

Lüksemburq liderlik edir. 

2002-ci ildə Afrikaya birbaşa xarici investiya axını kəskin şəkildə azalıb – 2001-ci ildə bu 

rəqəm 19 milyard dollar təşkil etdiyi halda 2002-ci ilin yekununa görə 11 milyard dollara bərabər 

olub. Qitənin 53 ölkəsindən 23-də investisiya axını zəifləyib. Birbaşa xarici investisiyalar əsasən 



Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə