Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   2   3   4   5   6   7   8   9   ...   21

 

12

 



 

YUNSİTRAL-ın Arbitraj reqlamenti (1976-cı il); 



 

beynəlxalq  əmtəə  alqı-satqı  müqavilələri  haqqında  BMT-nin  Vyana  Konvensiyası 



(1980-ci il); 

 



beynəlxalq  əmtəə  alqı-satqısında  nümayəndəliklər  haqqında  Cenevrə  Konvensiyası 

(1983-cü il); 

 

beynəlxalq ticarət arbitrajı haqqında tipik qanun (1985-ci il); 



 

beynəlxalq əmtəə alqı-satqı müqavilələrinə tətbiq edilən hüquq haqqında Konvensiya 



(1986-cı il); 

 



alqı-satqı  şərtlərini  və  müqavilələrini  müəyyən  edən  beynəlxalq  kommersiya 

terminləri (INCOTERMS, 2000-ci il). 



Beynəlxalq  istehsal  və  elmi-texniki  əməkdaşlıq  sahəsində  aşağıdakıları 

fərqləndirmək olar: 

 



sənaye  mülkiyyətinin  qorunması haqqında  Paris  Konvensiyası  (1883-cü  il, sonuncu 

dəfə 1979-cu ildə nəzərdən keçirilib); 

 

nişanların  beynəlxalq  qeydiyyatı  haqqında  Madrid  sazişi  (1891-ci  il,  1989-cu  ildə 



Madrid sazişinə əlavə olaraq Protokol imzalanıb); 

 



beynəlxalq maliyyə lizinqi haqqında Ottava Konvensiyası (1988-ci il); 

 



beynəlxalq faktorinq haqqında Ottava Konvensiyası (1988-ci il); 

 



daşınan avadanlıq üzrə beynəlxalq  əmlak hüququ haqqında Keyptaun Konvensiyası 

(2001-ci il). 

Ölkələr  arasında  valyuta-maliyyə  və  kredit  münasibətləri  aşağıdakı  sənədlərlə 

unifikasiya edilib: 

 

veksellərə aid hüququn unifikasiyası üzrə Cenevrə Konvensiyası (1930-cu il); 



 

dövlətlər  və  digər  dövlətlərin  vətəndaşları  arasında  investisiya  mübahisələrinin 



tənzimlənməsi üzrə Vaşinqton Konvensiyası (1965-ci il); 

 



inkasso üzrə unifikasiya edilmiş qaydalar (1978-ci il); 

 



sənədli akkreditivlər üçün unifikasiya edilmiş qayda və adətlər (1983-cü il redaktəsi); 

 



Çoxtərəfli  İnvestisiyalar  üzrə  Zəmanət  Agentliyinin  təsis  edilməsi  üzrə  Konvensiya 

(1985-ci il); 

 

beynəlxalq köçürmə vekselləri və beynəlxalq adi çeklər haqqında BMT Konvensiyası 



(1988-ci il). 


 

13

 



Işçi  qüvvəsinin  beynəlxalq  miqrasiyası  prosesi  BƏT  tərəfindən  qəbul  edilən 

konvensiyalarla tənzimlənir. 

Beynəlxalq  ticarət  və  onun  inkişafı  iri  həcmli  yük  axınları  və  nəqliyyatın  müxtəlif 

növlərindən istifadə ilə də bağlıdır. Beynəlxalq yük daşımaları qaydalarının unifikasiyası 

üzrə  dünya  ictimaiyyəti  tərəfindən  əhəmiyyətli  işlər  görülmüşdür.  Bu  sahəyə  aid  sənədlər 

arasında aşağıdakıları qeyd etmək olar: 

 

konosamentlərə aid bəzi qaydaların unifikasiyası üzrə beynəlxalq konvensiya (1921-



ci il); 

 



beynəlxalq  aviadaşımalar  aid  bəzi  qaydaların  unifikasiyası  üzrə  varşava 

Konvensiyası (1929-cu il); 

 

yüklərin beynəlxalq yol daşıması üzrə müqavilə haqqında konvensiya (1956-cı il); 



 

yüklərin dəmir yolu il daşınması haqqında beynəlxalq konvensiya (1961-ci il); 



 

konosamentlər  haqqında  Haaqa  qaydalarına  yenidən  baxılması  barədə  Brüssel 



müqaviləsi (1968-ci il); 

 



qarışıq nəqliyyat sənədi üçün unifikasiya edilmiş qaydalar (1975-ci il); 

 



yüklərin dəniz daşınması haqqında BMT Konvensiyası (Hamburq qaydaları, 1978-ci 

il); 


 

yüklərin və sərnişinlərin daşınması üzrə dəmir yollarının sazişi (1980-i il); 



 

Yük Ekspeditorları İnstitutunun standart ticarət şərtləri (1984-cü il). 



Beynəlxalq  konvensiyaların  dünya  təsərrüfat  əlaqələri  qaydalarının  unifikasiya 

edilməsində  olan  rolunu  beynəlxalq  əmtəə  alqı-satqı  müqavilələri  haqqında  Vyana 

Konvensiyası  nümunəsində  görmək  olar.  YUNSİTRAL  tərəfindən  işlənən  konvensiya 

beynəlxalq  alqı-satqı  sazişlərinin  şərtlərinin  unifikasiyası  məqsədini  daşıyırdı.  Vyana 

Konvensiyası 4 hissədən və 101 maddədən ibarətdir: 

I hissə. “Tətbiq sferası və ümumi müddəalar”. 

II hissə. “Müqavilənin bağlanması”. 

III hissə. “Əmtəənin alqı-satqısı”. 

IV hissə. “Yekun müddəalar”. 

Beynəlxalq  əmtəə  alqı-satqı  müqavilələri  haqqında  Vyana  Konvensiyasının 

əhəmiyyəti aşağıdakılardan ibarətdir: 



 

14

 



 

beynəlxalq əmtəə alqı-satqı müqavilələrinin bağlanması və istifadə edilməsinin vahid 



tənzimlənməsini  əks  etdirir  və  milli  qanunvericiliklərdə  olan  fərqlilikləri  əsasən 

aradan qaldırmağa imkan verir

 

kommersiya danışıqlarının sürətlənməsinə, yüngülləşməsinə və ucuzlaşmasına imkan 



verir,  çünki,  xarici  qanunvericiliyin  və  onun  tətbiq  praktikasının  öyrənilməsinə 

ehtiyac aradan qalxır; 

 

müqavilə  tərəflərinin hüquq və  öhdəliklərini  birmənalı  şəkiləd  başa düşmələri üçün 



şərait yaradır; 

 



daha  güclü  partnyorun  zəif  partnyora  onun  üçün  faydalı  müqavilə  şərtlərini  qəbul 

etdirməsi  imkanlarını  aradan  qaldırır  ki,  bu  da  beynəlxalq  ticarətdə  qeyri-bərabər 

ayrı-seçkilik münasibətlərinin ləğv edilməsi üçün mühüm əhəmiyyət kəsb edir

 



alıcı və satıcının müqavilə üzrə əsas öhdəliklərini müəyyən edir

 



konvensiyada iştirak etməyən dövlətlərə aid tərəflər arasında  mübahisələr  yarandığı 

halda  müqavilənin  subyektləri  (müqavilə  tərəfləri)  və  obyektləri  (müqavilənin 

predmeti) üzrə münasibətləri tənzimləyir

 



aid olmadığı alqı-satqı müqaviləsi obyektlərinin siyahısını müəyyən edir; 

 



konvensiyanın tətbiq edilmədiyi alqı-satqı müqavilələrinin əlamətləri müəyyən edilir. 

Konvensiyanın  xarakteri  normativdir,  yəni  onda  əks  olunan  müddəalar  hüquq 

normaları  hesab  edilir,  lakin  onlar  dispozitiv  xarakter  kəsb  edirlər.  Bu  o  deməkdir  ki, 

tərəflər müqaviləni bağlayarkən Konvensiyanın istənilən müddəasına əməl etməyə bilərlər. 

Beynəlxalq  iqtisadi  əlaqə  qaydalarının  unifikasiyasında  müxtəlif  beynəlxalq 

müqavilələrin hazırlanması üzrə rəhbərliklər xüsusi yer tutur. Bu sənədlər adətən BMT-nin 

Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanır. 

Müqavilələrin  hazırlanması  üzrə  rəhbərlik  xarici  iqtisadi  əməliyyatların  müxtəlif 

növləri  üzrə  müqavilələrin  mümkün  bağlanma  formalarını,  onların  strukturunu  və  əsas 

maddələrinin məzmununu əks etdirir. Nümunə kimi aşağıdakıları göstərmək olar: 

 



konsultativ injinirinq (bununla əlaqədar texniki dəstək aspektləri də aid olmaqla) üzrə 

beynəlxalq müqavilələrin hazırlanması üzrə rəhbərlik (BMT AİK, 1979-cu il); 

 

sənaye əməkdaşlığı üzrə beynəlxalq müqavilələrin hazırlanması üzrə rəhbərlik (BMT 



AİK, 1976-cı il); 

 



konkret layihəni həyata keçirmək üçün bir araya gəlmiş tərəflər arasında beynəlxalq 

müqavilələri hazırlanması üzrə rəhbərlik (BMT AİK, 1979-cu il); 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə