Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,53 Mb.

səhifə9/21
tarix14.09.2018
ölçüsü0,53 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

 

21

 



2.

 

Millətlər  arasında,  xalqların  hüquq  bərabərliyi  və  özünümüəyyənetmə  prinsipinə 



hörmət  əsasında  dostluq  münasibətləri  inkişaf  etdirmək,  universal  sülhün 

möhkəmləndirilməsi üçün digər müvafiq tədbirlər görmək

3.

 

İqtisadi,  sosial,  mədəni  və  ya  humanitar  xarakterli  beynəlxalq  problemlərin  həll 



edilməsində  və  irqinə,  сinsinə,  dilinə  və  ya  dini  mənsubiyyətinə  fərq  qoyulmadan 

bütün  insanların  əsas  hüquq  və  azadlıqlarına  hörmətin  dəstəklənməsində  və 

həvəsləndirilməsində beynəlxalq əməkdaşlığa nail olmaq və 

4.

 



Bu  ümumi  məqsədlərə  çatmaq  üçün  millətlərin  hərəkətlərini  uzlaşdırmaq  üçün 

mərkəz rolunu oynamaq. 

Nizamnamədə göstərilir ki, 1-сi maddədə bəyan edilmiş məqsədlərə nail olmaq üçün 

Təşkilat və onun üzvləri aşağıdakı prinsiplərə uyğun olaraq hərəkət edirlər

 



təşkilatın bütün üzvlərinin suveren bərabərliyi

 



üzvlərin  Nizamnaməyə  uyğun  olaraq  üzərlərinə  götürdükləri  öhdəlikləri  viсdanla 

yerinə yetirmələri; 

 

beynəlxalq  sülh,  təhlükəsizlik  və  ədalətin  təhlükəyə  məruz  qalmaması  üçün 



beynəlxalq mübahisələrin dinс vasitələrlə həll edilməsi

 



hər  hansı  bir  dövlətin  ərazi  bütövlüyünə  və  siyasi  müstəqilliyinə  qarşı  və  yaxud 

BMT-nin məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güсlə hədələməkdən 

güсün tətbiqindən çəkinmək

 



üzvlərin  Nizamnaməyə  uyğun  olaraq  görülən  istənilən  tədbirə  hər  сür  yardım 

göstərmələri; 

 

BMT  tərəfindən  əleyhinə  preventiv  və  ya  məсburiyyət  tədbiri  görülən  istənilən 



dövlətə yardım göstərməkdən çəkinmək

 



BMT-nin  üzvü  olmayan  dövlətlərin  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub 

saxlanması üçün zəruri olan hallarda bu prinsiplərə uyğun hərəkət etmələrinin təmin 

edilməsi; 

 



BMT  tərəfindən  dövlətin  əsas  etibarilə  daxili  yurisdiksiyasında  olan  məsələlərə 

müdaxilə edilməməsi. 

BMT-nin  ilkin  üzvləri  San-Fransiskoda  Beynəlxalq  Təşkilatın  yaradılması  üzrə 

Birləşmiş  Millətlərin  Konfransında  iştirak  etmiş  və  yaxud  bundan  qabaq  Birləşmiş 

Millətlərin  1  yanvar  1942-ci  il  tarixli  Bəyannaməsini  imzalamış  və  onu  ratifikasiya  etmiş 

ölkələrdir  (Nizamnamənin  3-cü  maddəsi).  BMT-yə  üzvlük  Nizamnamədə  əks  olunmuş 




 

22

 



öhdəlikləri  qəbul  edən  və  Təşkilatın  mühakiməsinə  görə,  bu  öhdəlikləri  yerinə  yetirməyə 

qabil  və  hazır  olan  bütün  digər  sülhsevər  dövlətlərə  açıqdır.  İstənilən  belə  bir  dövlətin 

Birləşmiş  Millətlərin  üzvlüyünə  qəbulu  Təhlükəsizlik  Şurasının  təqdimatı  əsasında  Baş 

Məclsisin qərarı ilə həyata keçirilir (4-cü maddə). 

 

Hazırda BMT üzvlərinin sayı 191-ə bərabərdir. 1945-2002-ci illərdə BMT üzvlərinin 



sayının artım dinamikası Diaqram 12.1-də öz əksini tapmışdır. 

 

Diaqram 12.1. 



1945-2002-ci illərdə BMT üzvlərinin sayının artım dinamikası 

 

 



 

 

Mənbə: BMT-nin rəsmi internet saytı – 



www.un.org

  

 

BMT üzvünün əleyhinə Təhlükəsizlik Şurası tərəfindən preventiv və ya məcburiyyət 



tədbiri görülmüşsə, Baş Məclis, Təhlükəsizlik Şurasının təqdimatı əsasında onun Təşkilatın 

üzvü kimi malik olduğu öz hüquq və imtiyazlarını həyata keçirməsini müvəqqəti dayandıra 

bilər.  Bu  hüquq  və  imtiyazların  həyata  keçirilməsi  Təhlükəsizlik  Şurası  tərəfindən  bərpa 

oluna  bilər  (maddə  5).  Nizamnamədə  təsbit  olunmuş  prinsipləri  sistematik  qaydada  pozan 

BMT  üzvü  Təhlükəsizlik  Şurasının  təqdimatı  əsasında  Baş  Məclis  tərəfindən  Təşkilatdan 

çıxarıla bilər (maddə 6).  



51 

60 

76 

99 

117 

127 

144 

154  159 

185 

189 

191 

0

50

100

150

200

250

1945 1950 1955 1960 1965 1970 1975 1980 1990 1995 2000 2002


 

23

 



BMT-nin  əsas  orqanları  Nizamnamənin  III  fəslində,  maddə  7-də  göstərildiyi  kimi, 

Baş  Məclis,  Təhlükəsizlik  Şurası,  İqtisadi  və  Sosial  Şura,  Qəyyumluq  Şurası,  Beynəlxalq 

Məhkəmə  və  Katiblikdir.  Beynəlxalq  Məhkəmədən  başqa  bütün  digər  oqranlar  BMT-nin 

Nyu-Yorkdakı  əsas  binalarında  yerləşirlər.  Beynəlxalq  Məhkəmə  isə  Haaqada  (Niderland) 

yerləşir. 

BMT Nizamnaməsinə uyğun olaraq, Baş Məclis BMT-nin fəaliyyətində əhəmiyyətli 

rol oynayır. O, əsas beynəlxalq sənədlərin hazırlanmasında və beynəlxalq hüququn prinsip 

və normalarının kodifikasiyasında yaxından iştirak edir. 

Nizamnamənin IV fəsli bütövlüklə Baş Məclisə həsr edilmişdir. Maddə 9-a görə, Baş 

Məclis  BMT-nin  bütün  üzvlərindən  ibarətdir  və  hər  bir  üzvün  Baş  Məclisdə  beş  nəfərdən 

artıq nümayəndəsi ola bilməz.  

Bu  orqanın  funksiya  və  səlahiyyətləri  Nizamnamənin  10-17-ci  maddələrində  öz 

əksini tapmışdır.  

Maddə  10-a  görə,  Baş  Məclis  Nizamnamənin  tətbiq  dairəsində  olan  və  yaxud 

Nizamnamə ilə nəzərdə tutulmuş orqanlardan hər hansı birinin səlahiyyət və funksiyalarına 

aid olan istənilən məsələ və ya işləri müzakirə edə bilər. 12-ci maddə ilə (bu maddəyə görə, 

Təhlükəsizlik Şurası, hər hansı bir mübahisə və ya situasiya ilə bağlı Nizamnamənin onun 

üçün nəzərdə tutduğu funksiyaları yerinə yetirdiyi zaman, Baş Məclis, Təhlükəsizlik Şurası 

ondan  bu  barədə  xahiş  etmədiyi  halda,  həmin  mübahisə  və  ya  situasiya  ilə  bağlı  heç  bir 

tövsiyə verə bilməz) nəzərdə tutulmuş hallardan başqa, BMT üzvlərinə və ya Təhlükəsizlik 

Şurasına və yaxud onların hər ikisinə hər hansı bu cür məsələ və ya işlər üzrə tövsiyələr edə 

bilər. 


BMT-nin strukturu Sxem 12.1.-də öz əksini tapmışdır. 




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə