Mövzu Dövlət və hüququn Plan



Yüklə 0,6 Mb.
səhifə6/8
tarix20.09.2017
ölçüsü0,6 Mb.
#727
1   2   3   4   5   6   7   8

Mövzu 7.

Referendum

Plan:

  1. Referendum anlayışı və onun mahiyyəti

  2. Referendumun təyin edilməsi

  3. Referendumun təşkili

  4. Referendumun nəticələrinin müəyyən edilməsi və referendum yolu ilə qəbul edilən qərarların hüquqi qüvvəsi

Ədəbiyyat

  1. AR – nın Konstitusiyası Bakı 2016

  2. İsmayılov İ. AR – nın Konstitusiyası və hüququnun əsasları Bakı 2002

  3. Cəfərov İ. AR Konstitusiya hüququnun əsasları Bakı, Adiloğlu 2002

  4. Əsgərov Z.A Konstitusiya hüququ Bakı, BDU 2002

  5. AR – nın Seçki Məcəlləsi Bakı 2008

  1. Referendum anlayışı və onun mahiyyəti

Referendum (latın dilindən tərcümədə məlumat, deyilməli xəbər mənasında işlədilir) dövlət hüququnda konstitusiya, qanunvericilik, yaxud daxili və xarici siyasət məsələlərinə dair qəti qərar qəbul edilməsi üçün seçici korpusuna olan müraciətdir.

Referendumun keçirilməsi şərtləri və üsulu AR – nın Konstitusiyası və Seçki Məcəlləsi ilə tənzimlənir.

Ümumxalq səsverməsi – referendum Azərbaycan xalqının öz suveren hüququnu bilavasitə həyata keçirməsinin üsuludur. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. AR – nın Konstitusiyası yalnız referendum yolu ilə həll edilə bilən məsələlər dairəsini müəyyən etmişdir (3 – cü m – nin II hissəsi). Həmin məsələlər aşağıdakılardan ibarətdir:

  1. AR Konstitusiyasının qəbul edilməsi və onda dəyişikliklər edilməsi;

  2. AR – nın dövlət sərhədlərinin dəyişdirilməsi

Referendum xalq iradəsinin ümumi, bərabər və birbaşa ifadə etmək hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə həyata keçirir. Referendumda qanuna müvafiq olaraq seçki hüququ olan AR vətəndaşları iştirak edə bilərlər. Məhkəmənin qərar ilə fəaliyyətsizliyi təsdiq olunmuş şəxslər referendumda iştirak etmirlər. AR – nın vətəndaşları referendumda iştirak etmək hüquqlarını sərbəst həyata keçirməsinə zorakılıq, aldatma və ya başqa yolla mane olan şəxslər, habelə sənədləri saxtalaşdırmış, rəqəmləri təhrif etmiş, səsləri qəsdən yanlış hesablanmış, səsvermə sirrini pozmuş referendum komissiyalarının üzvləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

AR – nın Konstitusiyasının mətnində dəyişiklikləri AR – nın Milli Məclisi və ya AR – nın Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən AR Konstitusiya Məhkəməsinin rəyi alınır. AR Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş AR Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz.

Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:

  1. vergilər və dövlət büdcəsi;

  2. amnistiya və əfv etmə;

  3. seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi (1)

AR Konstitusiyasının 1 – ci (Hakimiyyətin mənbəyi), 2 – ci (Xalqın suverenliyi), 6 – cı (Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi), 7 – ci (Azərbaycan dövləti), 8 – ci (Azərbaycan dövlətinin başçısı) və 21 – ci (Dövlət dili) maddələrində dəyişikliklər və ya onların ləğv (1) edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya AR – nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə (1) məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

Beləliklə, AR – da referendum dedikdə, ölkə qanunlarının və respublikanın dövlət həyatının ən mühüm məsələlərinə dair qərarların AR vətəndaşları tərəfindən ümumxalq səsverməsi yolu ilə qəbul olunması başa düşülür.

  1. Referendumun təyin edilməsi

AR – nın konstitusiyasına görə referendum keçirilməsinə dair qərar AR – nın Milli Məclisi və ya AR – nın Prezidenti tərəfindən qəbul edilir. Ən azı 300 min aktiv seçki hüququna malik olan AR vətəndaşı AR Prezidentinə və ya Milli Məclisinə referendum keçirilməsi haqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər. Referendumun keçirilməsinə dair qərarda aşağıdakılar göstərilməlidir:

  • Referendumun keçirilməsi tarixi;

  • Referenduma çıxarılan aktın adı;

  • Referenduma çıxarılan aktın məzmununun qısa təfsiri;

  • Referendumun maliyyələşdirilməsi qaydası

Referenduma çıxarılan aktın layihəsi referendum keçirilməsi haqqında qərara əlavə olunur. Referenduma çıxarılan aktın layihəsi referendum elan edildikdən sonra dəyişdirilə bilməz və ola əlavələr edilə bilməz. Referenduma çıxarılan aktın layihəsi kütləvi informasiya vasitələrində referendumun təyin edilməsi haqqında qərarla birlikdə dərc edilməlidir. Bu daha çox seçicinin referendum aktının mətni ilə tanış olması üçün zəruri şərait yaradır. Seçici referendum aktının layihəsini səsvermə gününə azı 30 gün qalmış məntəqə seçki komissiyasından almaq hüququna malikdir. Referendum aktının layihəsinin çap edilməsi və layihənin yayılmasını təmin etmək MSK – nın vəzifəsidir.

AR – nın qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bu və ya digər məsələyə dair qərarın qəbul olunması həmin məsələyə dair referendumun keçirilməsini istisna edə bilməz. Eyni bir məsələyə dair təkrar referendum ilkin referendumda qəbul edilən aktın dərc olunduğu gündən yalnız 1 il keçdikdən sonra keçirilə bilər.

  1. Referendumun təşkili

Referendumun təşkili onun infrastrukturunu: seçkilərin siyahısını, seçki məntəqələri və dairələrini, referendum keçirilməsi üzrə komissiyaları, habelə təşviqat kompaniyasını, səsvermə, səslərin hesablanması və referendumun nəticələrinin müəyyən edilməsi proseduralarını əhatə edir. Bütün institutlar ümumilikdə dövlət və ya özünüidarə oqranlarına seçkilərin müvafiq institutları ilə anolojidir. Qeydə alınmış referendum üzrə təşviqat qruplarına müvafiq olaraq pulsuz efir vaxtı və ya dövri nəşrlərdə yer ayrılmamalıdır. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının 1/3 hissəsi üzvlərinin sayı 20 mindən çox olan referendum üzrə təşviqat qruplarına birgə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları MSK tərəfindən müəyyən edilir.

Teleradio verilişləri təşkilatının kanallrında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı referendum üzrə təşviqat qrupları üçün ayrılır və hesablanır. Pulsuz efir vaxtından qeydə alınmış referendum üzrə təşviqat qrupları bərabər əsasla istifadə etməlidirlər. Bu halda referendum üzrə hər bir təşviqat qrupu tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

Referendum üzrə səsvermə rəsmi büllütünlərlə həyata keçirilir. Səsvermə büllütünini hazırlanması qaydası, mətni, forması, sayı səsvermə gününə 35 gün qalmış MSK tərəfindən təsdiq edilir. Səsvermə bülletenində referenduma çıxarılan hər məsələnin ifadəsi və səsvermənin cavabının variantları – “lehinə” və “əleyhinə” (“hə” və ya “yox”, “razıyam” və ya “razı deyiləm” sözləri də ola bilər) sözləri yazılır. Referendum məntəqəsində səslərin hesablanması Seçki Məcəlləsinə uyğun həyata keçirilir və protokol tərtib edilir. Referendumun rəsmi nəticələrini referendumdan sonra 25 gündən gec olmayaraq MSK elan edir.

  1. Referendumun nəticələrinin müəyyən edilməsi və referendum yolu ilə qəbul edilən qərarların hüquqi qüvvəsi

MSK referendumda səsvermənin nəticələri haqqında DSK – lardan daxil olmuş protokollardakı məlumatların ümumiləşdirilməsi əsasında müvafiq protokol tərtib edir. Burada səsvermənin nəticələri etibarsız sayılmış məntəqələrin sayı, səsvermə zamanı və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyə referendum dairələrinin sayı göstərilir, səsə qoyulmuş hər təklif üzrə - “lehinə” səs vermiş və “əleyhinə” səs vermiş seçicilərin sayı ayrılıqda müəyyən edilir.

Referenduma çıxarılmış məsələ o halda qəbul edilmiş sayılır ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu onun lehinə səs versin. Referenduma MSK – nın iclasında yekun vurulur və yekunlar referendumun nəticələri haqqında rəsmi bildiriş kimi elan edilir. Vahid seçici siyahısında olan seçicilərin 25% - dən azı iştirak etdikdə referendum baş tutmamış sayılır.

Aşağıda göstərilən hallarda referendumun yekunları etibarsız sayılır:

  1. referendum məntəqələrinin 2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının ¼ - dən çoxunu təşkil etsin.

  2. Məhkəmənin qərarı əsasında

Referendum yolu ilə qəbul edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir. Referendum yolu ilə qəbul edilmiş akt qətidir, AR – nın bütün ərazisində məcburi hüquqi qüvvəyə malikdir və yalnız referendum yolu ilə ləğv edilə və ya dəyişdirilə bilər.

Mövzu 8.

Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları

Plan:


  1. AR – nın Milli Məclisi

  2. İcra hakimiyyəti

  3. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

  4. AR – da Konstitusiya nəzarəti

Ədəbiyyat

  1. AR – nın Konstitusiyası Bakı 2016

  2. İsmayılov İ. AR – nın Konstitusiyası və hüququnun əsasları Bakı 2002

  3. Cəfərov İ. AR Konstitusiya hüququnun əsasları Bakı 2002

  4. Əsgərov Z.A. Konstitusiya hüququ BDU 2002

  5. İbadova A. Azərbaycanda parlament demokratiyasının inkişafı AMEA, sosial – siyasi problemlər, XI buraxılış, s. 284 – 247

  6. Prezidentlik institutu BDU – nun nəşriyyatı 1994

  7. “Məhkəmə vəhakimlər haqqında” AR – nın 10.06.1997 – ci iltarixli Qanunu

  8. AR – nın Mülki Prosessual Məcəlləsi 28.12.1999



  1. Azərbaycan Respublikasının Milli Məclisi

Burada bir qanunvericilik hakimiyyətinin təşkili və fəaliyyətindən bəhs edərkən yalnız parlamentdən danışacağıq. Ancaq ölkədə qanunverici yalnız parlament deyildir. Belə ki, əvvəlki mövzulardan bilirik ki, referendum institutu vasitəsilə qanunvericilik funksiyasını bilavasitə xalq (daha doğrusu seçici korpusu)həyata heçirir.

“Parlament” termini ingilis dilindən olan “Parliament” sözündən yaranmışdır. Bu söz öz yaranışına görə fransız feli olan parler – danışmaq sözünə borcludur. İnqilaba qədərki Fransada əyalət səviyyəsində məhkəmə parlament (parlement) adlanırdı və yalnız sonralar bu termin ingilis sözünün ekvivalentinə çevrildi. Parlamentin vətəni İngiltərə sayılır. Burada XIII əsrdən kralın hakimiyyəti iri feodalların (lordların), ali ruhanilərin (prelatlar), şəhər və qrafların (kənd ərazi vahidləri) iclasları ilə məhdudlaşdırılırdı.

Parlamentlərin dövlət mexanizmində yerinə və müvafiq olaraq onların funksiyalarına gəldikdə hakimiyyətin bölgüsü nəzəriyyəçiləri Con Lokk və Şarl Filipp Monteskye onların rolunu əsasən qanunvericilik funksiyasının həyata keçirilməsi ilə məhdudlaşdırırdılar.

Müasir parlament hakimiyyətlərin bölgüsü sistemində əsas funksiyası qanunvericilik hakimiyyətinin həyata keçirilməsi olan ümumdövlət nümayəndəli orqandır. O həmçinin dövlət xəzinəsinə də sərəncam verir, dövlət büdcəsinin qəbulu və onun icrasına nəzarətdə daxildir. Idarəetmə formasından asılı olraq parlament az və ya çox dərəcədə icra hakimiyyəti üzərində nəzarəti həyata keçirir.

Parlamentin öz sosial funksiyalarını uğurla həyata həyata keçirə bilməsi üçün konstitusiya ona zəruri səlahiyyətlər verir. Qanunvericilik səlahiyyəti parlamentlərin fəaliyyətinin əsas hissəsini təşkil edir və qanunların qəbulu üzrə səlahiyyətlərin məcmusudur. AR – da qanunvericilik hakimiyyətini AR – nın Milli Məclisi həyata keçirir (maddə 81).

AR – nın Mlli Məclisi hər il növbəti yaz və payız sessiyalarına yığılır. AR Mlli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra AR Mlli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağrılır.

AR – nın Mlli Məclisinə seçkilərdən sonra martın 10 – dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, AR - nın Milli Məclisinin ilk iclasının keçirilmə vaxtı AR – nın Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilir. AR Milli Məclisinin növbədənkənar sessiyalarını AR - nın Milli Məclisinin sədri AR Prezidenti və ya AR - nın Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır. AR - nın Milli Məclisi növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitmiş sayılır.

AR - nın Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. AR Milli Məclisinin 83 deputatının tələbi ilə və ya AR Prezidentinin təklifi ilə AR Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.

AR Milli Məclisi 125 deputatdan ibarətdir. AR Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. AR Milli Məclisinin deputatlarının səlahiyyət müddəti AR Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

AR Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır. AR Milli Məclisi deputatlarının səlahiyyətləri AR Milli Məclisinin yeni çıxarışının ilk iclası günü bitir.

Səlahiyyət müddəti ərzində AR Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. AR Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. AR Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa tutula bilər. Belə olduqda AR Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal AR – nın baş prokuroruna xəbər verməlidir. AR Milli Məclisinin deputatının toxunulmazlığına yalnız AR Baş prokurorunun təqdimatına əsasən AR Milli Məclisinin qərarı ilə xitam verilə bilər.

AR Milli Məclisinin deputatları AR Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarda əlaqədar izahat, ifadə tələb edilə bilməz.

AR Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:


  1. seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

  2. AR vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

  3. cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

  4. dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə şəşğul olduqda (elmi, pedoqoji və ya yaradıcılıq fəaliyyəti istisna olmaqla);

  5. özü imtina etdikdə.

AR Milli Məclisinin deputatlığından məhrum etmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul olunur. AR Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.

  1. İcra hakimiyyəti

AR – da icra hakimiyyəti AR Prezidentinə1 mənsubdur. Prezident dövlət orqanları sistemində ali yer tutan vəzifəli şəxsdir.

1991 – ci il oktyabrın 18 – də qəbul edilmiş “AR – nın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktında dövlət hakimiyyətinin hakimiyyətin bölgüsü prinsipinə əsaslanması təsbit edilmişdir. 13 – cü maddənin III hissəsində deyilirdi: “Ali icra hakimiyyəti Azərbaycan dövlətinin başçısı olan AR Prezidentinə məxsusdur”.

AR Konstitusiyasının 8 – ci maddəsi “Azərbaycan dövlətinin başçısı adlanır. Burada deyilir ki, “Azərbaycan dövlətinin başçısı AR – nın Prezidentidir”.

Konstitusiyanın müddəalarından göründüyü kimi AR Prezidenti həm dövlət başçısıdır və həm də icra hakimiyyəti prezidentə mənsubdur. AR Prezidenti ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. O Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Prezident Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün, AR – nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının və məhkəmə hakimiyyətinin müsəqilliyinin təminatçısıdır. AR Prezidenti həm də AR – nın Silahlı Qüvvələrinin Ali Baş komandanıdır.



Səlahiyyətləri

Dövlətin ali nümayəndəsi kimi dövlətin başçısı ölkə daxilində parlamentə, hökümətə, habelə məhkəmə hakimiyyətinə münasibətdə müəyyən səlahiyyətlərə malikdir. Ona bəzi hallarda AR Milli Məclisinin növbədənkənar sessiyalarını çağırmaq hüququ verilir. Qanunvericilik prosesində o qanunları sanksiyalaşdırmaq, promulqasiya etmək və dərc etdirmək səlahiyyətinə malikdir. Qanun AR Prezidentinin etirazını doğurarsa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə 56 gün ərzində AR – nın Milli Məclisinə qaytara bilər.

Dövlət başçısı icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə AR – nın Nazirlər Kabinetini yaradır. O məhkəmə hakimiyyəti orqanlarının formalaşdırılmasında iştirak edir. Dövlətin ali nümayəndəsi qismində prezident ölkə daxilində şəxsi status adlanan sahədə, yəni vətəndaşlarla və əcnəbilərlə münasibətlərdə müəyyən səlahiyyətlərə malikdir. Ona vətəndaşlığa qəbul, vətəndaşlıqda bərpa və vətəndaşlıqdan çıxmağa icazə vermə, əcnəbilərə sığınacaq vermək, məhkumları əfv etmək, dövlət təltifləri ilə təltif etmək səlahiyyətləri mənsubdur.

Xaricdə dövlətin ali olaraq onun başçısı beynəlxalq münasibətlər sahəsində bir sıra vacib səlahiyyətlərə malikdir. O dövlətlərarası və hökümətlərarası beynəlxalq müqavilələr bağlamaq, dövlətlərarası və AR – nın qanunlarından fərqli qaydalar nəzərdə tutan hökümətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün AR – nın Milli Məclisinə təqdim etmək; təsdiqnamələri imzalamaq səlahiyyətlərinin də daşıyıcısıdır. Dövlət başçısı ölkədə akkreditə olunmuş xarici dövlətlərin dopiplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir, AR – nın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır.

Parlamentlə münasibətlərdə Prezident AR – nın Milli Məclisinə seçkiləri təyin edir, qanunları imzalayır və dərc edir.

Məhkəmə hakimiyyəti sahəsində Prezident AR – nın Konstitusiya Məhkəməsi, AR – nın Ali Məhkəməsi və Apellyasiya Məhkəmələrinin hakimlərinin vəzifəyə təyin edilməsi haqqında AR – nın Milli Məclisinə təqdimatlar verir, AR – nın digər məhkəmələrinin hakimlərini təyin edir, AR – nın Baş prokurorunu AR Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və azad edir.

Müdafiə və təhlükəsizlik sahəsində prezident Silahlı Qüvvələrin Ali Baş komandanı olmaqla AR – nın hərbi doktrinasını Milli məclisin təsdiqinə verir, AR Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir, ali hərbi və ali xüsusi rütbələr verir; ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir; AR vətəndaşalrının müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir; AR – nın Təhlükəsizlik Şurasını yaradır.

AR – nın Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizatiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə AR – nın ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə AR – nın ayrı – ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində AR Milli Məclisinin təsdiqinə verir.

AR Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə AR – nın Nazirlər Kabineti yaradır. AR – nın Nazirlər Kabineti AR Prezidentinin yuxarı icra orqanıdır. AR – nın Nazirlər Kabineti AR Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.


  1. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

Hər bir demokratik dövlətdə dövlət hakimiyyəti dövlətin əsas prinsipi olan “hakimiyyət bölgüsü” əsasında təşkil edilir. AR – da məhkəmə hakimiyyətini ədalət məhkəməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

Məhkəmə hakimiyyətini AR – nın Konstitusiya Məhkəməsi, AR – nın Ali Məhkəməsi, AR – nın Apellasiya məhkəmələri, AR – nın ümumi məhkəmələri və digər ixtisaslaşmış məhkəmələri həyata keçirirlər.

Məhkəmə hakimiyyəti konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Cinayət məhkəmə icraatında AR – nın Prokurorluğu müdafiə tətri iştirak edir.

Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyənləşdirilir. Məhkəmələrin səalhiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiqi və fövqəladə məhkəmələrin yaradılması qadağandır. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

Ədalət məhkəməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Hakimlər müstəqildir, yalnız AR – nın Konstitusiyasına və qanunlarına tabedirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə tərəflərin hüquq bərabərliyi, faktlara əsasən və qanuna müvafiq baxırlar.

Hər hansı bir şəxs tərəfindən məhkəmə icraatının bilavasitə və yaxud dolayısı ilə məhdudlaşdırılması, qanunsuz təsir, hədə qorxu, müdaxilə yolverilməzdir. Məhkəmədə işlərə aşkarlıq prinsipi əsasında baxılır. Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla bütün məhkəmələrdə işlər aşkar baxılır.

Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. AR – da məhkəmə icraatı AR – nın dövlət daxilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Işin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.

Mülki işlərə və iqtisadi mübahisələrə I instansiya məhkəmələrində hakim tərəfindən təkbaşına baxılır. Apellyasiya qaydasında işlərə sədrlik edənin və digər iki hakimin, kassasiya qaydasında isə sədrlik edənin, iki və ya daha çox hakimin iştirakı ilə baxılır.

Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra edilməməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və təqdim olunmuş sübutlara əsaslanmalıdır.



  1. Yüklə 0,6 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə