Mövzu Mikroiqtisadiyyata giriş


Təklifin həcminin onu təyin edən amillərdən asılılığ



Yüklə 1,15 Mb.
səhifə11/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   7   8   9   10   11   12   13   14   ...   37
Mikroiqtisadiyyat- mühazirə

Təklifin həcminin onu təyin edən amillərdən asılılığına təklif funksiyası (Qs) deyilir.

QSA = f (PA,PB..........Pz, K, L, N)

Burada

QSA – “A” əmtəəsinə vaxt vahidində təklifin həcmi;



PA – “A” əmtəəsinin qiyməti;

Pb......., Pz - digər əmtəələrin qiyməti (resursların qiymətləri daxil olmaqla);

K - tətbiq olunan texnologiya;

L - vergi və subsidiyalar;

N - təbii-iqlim şəraiti.

Təklifin həcmini satışın həcmindən fərqləndirmək lazımdır. Təklifin həcmi yalnız satıcıların davranışı ilə təyin olunduğu halda, satışın həcmini həm satıcılar, həmdə alıcılar təyin edir. Təklifin həcmi adətən əmtəələrin qiymətlərinin yüksəlməsi hesabına artır.

Qiymət və təklifin həcminin əlaqəsini təklif cədvəli vasitəsilə əks etdirmək olar. O, satıcıların davranışmı xarakterizə edir.

Təklif cədvəli əmtəəyə təklifin həcmi və onun qiyməti arasındakı asılılığı əks etdirir. Təklif cədvəli tərtib edildikdə təklifin həcminə təsir edən digər amillər, yəni istehsal resurslarının qiymətləri və istehsal texnologiyası dəyişməz qəbul edilir.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə