Mövzu Mikroiqtisadiyyata giriş


Tələb və təklif cədvəli və bazar müvazinətliyi



Yüklə 1,15 Mb.
səhifə13/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   9   10   11   12   13   14   15   16   ...   37
Mikroiqtisadiyyat- mühazirə

Tələb və təklif cədvəli və bazar müvazinətliyi

Qiymət, manat

Tələbin həcmi

Təklifin həcmi

Artıq tələb

Qiymətin dəyişmə istiqaməti

0

15

0

15

Artır

1

12

0

12

Artır

2

9

3

6

Artır

3

6

6

0

Sabit

4

3

9

-6

Azalır

5

0

12

-12

Azalır

6

0

15

-15

Azalır


P D S

5 artıq təklif

4

3 E


2

1 S Artıq tələb D

3 6 9 12 15 Q


Şəkil 2.4. Artıq tələb, artıq təklif və qiymətin konstruksiyası

Şəkil 2.4-dən görünür ki, tələb və təklifin E nöqtəsində qarşılıqlı əlaqəsi nəticəsində bazar qiyməti təyin olunur. E nöqtəsi tələb və təklifin müvazinətlik nöqtəsidir. Bu nöqtədə tələbin həcmi təklifin həcminə bərabərdir.

Müvazinətli qiymət (P*)- elə qiymətdir ki, orada tələbin həcmi təklifin həcminə bərabərdir və həmin həcm uyğun olaraq müvazinətli həcmdir (Q*)

Müvazinətli qiymətdən aşağı olan istənilən qiymətdə artıq tələb və ya defisit, ondan yuxarı olan istənilən qiymətdə isə artıq təklif və ya artıqlıq mövcud olacaqdır.



Qeyd edək ki, müvazinətlik vəziyyətində bazar balanslaşdırılmışdır (P=P* olduqda QD=QS=Q*). Lakin tələb və təklifin qarşılıqlı uyğunlaşması uzunmüddətli deyildir. Başqa sözlə, onu uyğunlaşdıran amillər dəyişdikdə müvazinətlik vəziyyəti olmayacaqdır. Bunu 2.5 şəkilindən daha aydın görmək olar:

D S1

P S

Eı



P1

p* ΔQs E

S1 D

S


QıD Q* QS Q



Şəkil 2.5. Müvazinətlik vəziyyəti

Əgər real bazar qiyməti (Px) müvazinətli qiymətdən (P*) yuxarıdırsa, onda tələbin həcmi QıD kəmiyyətini, təklifin həcmi isə



Qıs- ni təşkil edəcəkdir. Aydındır ki, bu halda Q's > QD. Deməli,

artıq təklif ΔQıs = Qıs- QıD yaranır. Əgər bazarda qiymətlər fiksə olunmursa, sərbəstdirsə, onda belə vəziyyət əmtəələrin yığılıb qalmasının qarşısını almaq məqsədilə satıcıların tərəfindən təklifin qiymətinin aşağı salınmasına səbəb olur. Deməli, təklif artıqlığı qiymətin aşağı salınması istiqamətində fəaliyyət göstərir. Lakin qiymətin aşağı salınmaması yolu da mövcuddur. Bu halda istehsalçılar yaranmış qiymətlərdə tələbin həcminə (QıD) uyğunlaşanadək təklifin həcmini ixtisar etməlidirlər, yəni təklif əyrisini S vəziyyətinə sola sürüşdürməlidirlər. Deməli, bu və ya başqa səviyyədə yeni müvazinətliyin yaranması baş verəcəkdir. Əgər real bazar qiyməti (p) müvazinətli qiymətdən (P*) aşağıdırsa (şəkil 2.6), onda tələbin həcmi həmin qiymətdə QıD, təklifin həcmi isə Qıs kəmiyyətinə nail olur.



P D S S1
p* E
P1 D

S ΔQ

S1

Qıs Q* QıD Q



Şəkil 2.6. Təklif artıqlığı. Defisit

Əvvəlki haldan fərqli olaraq tələb təklifdən çoxdur (QıD>QıS). Bu halda tələb artıqlığı, yəni defisit (ΔQD) meydana çıxır və ΔQD= Qıd- Qıs bərabər olur. Belə məhsul qıtlığı şəraitində alıcılar əmtəəyə daha yüksək qiymət ödəməyə hazırdırlar.

Deməli, defisit qiymətin artırılması istiqamətində fəaliyyət göstərir. Bu vəziyyət müvazinətlik yarananadək, yəni defisit sıfıra bərabər olanadək (ΔQıD = 0) davam edəcəkdir. Bazarda müvazinətlik əmtəəyə tələbin ixtisarı, yəni tələb əyrisinin sola D1D1 vəziyyətinə sürüşməsi ilə həyata keçirilə bilər. Onda tələb daha aşağı, lakin müvazinətli səviyyədə Qs-də olacaqdır. Deməli, bazar müvazinətliyinin ümumi qanunu belə ifadə oluna bilər:

Təklif artıqlığı və defisit sıfıra bərabər olduqda, bazar müvazinətliyi situasiyasında əmtəənin qiymət amili onun pozulmasına səbəb olur.

Lakin bazar müvazinətliyi tələb əyrisi və ya təklif əyrisinin sürüşməsi nəticəsində, yəni istehlakçıların zövq və üstünlükləri, gəlirlərinin, əmtəələrin istehsalı texnologiyasının, digər əmtəələrə qiymətlərin, dövlətin siyasətinin və i.a. dəyişməsi ilə pozula bilər. Onda belə sual meydana çıxır: müvazinətli vəziyyət yenidən yarana bilərmi? Tutaq ki, istehlakçıların gəlirlərinin azalması nəticəsində tələb əyrisi DD vəziyyətindən D1D1vəziyyətinə yerini dəyişir (şəkil 2.7)

D S

D1

E

P* ΔQs



P1 D

S E1 D1

0

Qıs Q*


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə