Mövzu Mikroiqtisadiyyata giriş


Şəkil 2.9 Dövlətin qiyməti fiksə etməsinin nəticələri



Yüklə 1,15 Mb.
səhifə16/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   12   13   14   15   16   17   18   19   ...   37
Mikroiqtisadiyyat- mühazirə

Şəkil 2.9 Dövlətin qiyməti fiksə etməsinin nəticələri

Bu halda nə qədər əmtəə satılacaq? Aydındır ki, satış həcmi tələbin QıD səviyyəsində olacaqdır. Bu satış həcmi müvazinətlik qiyməti təyin olunmuş Q* həcmindən az olacaq, yəni Qsatış= QıD < Q*.

Əgər dövlət tərəfindən qiymət müvazinəti qiymətindən aşağı fiksə edibsə (P2< R*), onda defisit (tələb artıqlığı) meydana çıxır. Bu halda tələbin ölçüsü təklifdən çox olacaq (QD2 > Qs2). Aydındır ki, istehlakçıları istədikləri miqdarda əmtəə satılmayacaq, yalnız nə qədər istehsal olunmuş (Qs2) əmtəə satılacaqdır. Bu satış həcmi də müvazinətli həcmindən az olacaqdır: Qsatış = Qs2 < Q*.

Deməli, dövlət qiyməti necə fiksə etsə (müvazinətli qiymətdən yuxarı və ya aşağı) satılan məhsulun həcmi həmişə müvazinətlik vəziyyətində nail oluna bilən həcmdən az olacaqdır.



Qeyd edək ki, qiymətin maksimal yuxarı həddinin müvazinətli qiymətdən aşağı təyini (sosial aşağı qiymət) az imkanlı istehlakçıların maraqlarının müdafiəsi məqsədilə tətbiq olunur. O, defisitə səbəb olduğuna görə alıcılar həmin məhsulların bölüşdürülməsinin normalaşdırmasını qeyri-qiymət metodları ilə aparmaq məcburiyyətində qalırlar: kartlar, növbələr, siyahılar üzrə bölüşdürmə, vaxt və əsəb enerjisi itgiləri. Aydındır ki, P2 qiymətində müvazinətlik dayanıqlı ola bilməz. Tələbi ödəmək məqsədilə istehlakçılar bir-birilə tələbin həcmi təklifin həcminə bərabərləşənədək rəqabət aparacaqlar. Buna nail olmaq üçün istehlakçılar əmtəənin alınmasının pul məsrəflərinə qeyri-pul məsrəfləri əlavə edəcəklər. Əlavə qeyri-pul məsrəflərinin ölçüsü alternativ məsrəflər prinsipi əsasında təyin olunur, qənaət edilmiş vaxt və hər bir konkret alıcının ürək sakitliyinin bahalığından asılı olaraq yüksək olacaqdır. Digər tərəfdən, satıcılar defisit əmtəələrin əldə edilməsi və istehsal üzrə əlavə xərc çəkməyə səy göstərəcəklər. Nəticə etibarı ilə qiymətlərə uzun müddətli dövlət nəzarətinə əlavə olaraq gizli iqtisadiyyat və ya "qara bazar" yaranır. (şəkil 2.10)

D S1

S

Eqb



E

P1



S

D


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə