Mövzu Mikroiqtisadiyyata giriş


Şəkil 2.8. Dolayı vergilər və bazar müvazinətliyi



Yüklə 1,15 Mb.
səhifə15/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
Mikroiqtisadiyyat- mühazirə

Şəkil 2.8. Dolayı vergilər və bazar müvazinətliyi.

burada K- istehlakçın vergi yükü; X - istehsalçının vergi yükü.

Yeni S1S1 təklif əyrisi keçmiş təklif əyrisinə paralel olacaqdır. Bəs müvazinətlikdə nə dəyişəcəkdir? Yeni müvazinətlik E1 nöqtəsində mövcud olacaqdır. Yeni müvazinətlik qiyməti köhnədən yüksək (PT>P*), satış həcmi isə Q*-dən QT-dək azalacaqdır. Deməli, dolayı vergilər müvazinətli qiyməti artırır və satış həcmini azaldır. Dolayı vergilər istehlakçılara əlverişli deyildir, çünki onlar əmtəəni onsuz daha aşağı qiymətlə (müvazinətli qiymət E) ala bilərdi. Bəs bu vergi istehsalçıya əlverişlidirmi? Satıcı indi hər bir əmtəəyə əvvəlkinə nisbətən T kəmiyyətində yüksək qiymət tələb edir. Nəticə etibarı ilə yeni müvazinətlik qiymətində (PT) istehsalçının xalis mədaxili (yəni əmtəə vahidinə aldığı faktiki qiymət). “PT-T”-dək ixtisar olunur. Alıcının ümumi xərcləri PTQT, satıcıya daxil olma (PT-T) • QT, dövlətə vergi daxil olması isə T • QT təşkil edəcəkdir. Deməli, dolayı vergilər istehsalçının mədaxilini azaldır.

Baxmayaraq ki, formal olaraq vergi daxil olmalarını dövlət büdcəsinə yalnız satıcı ödəyir, əslində vergi yükü onunla istehlakçı arasmda bölüşdürülür: satıcının faktiki ödənişi [P*- (PT-T)] • QT, alıcının real ödənişi - (PT-P*) • QT. Şəkildə onlara satıcı üçün P*EB (PT-T) və alıcılara isə PTE BP* düzbucaqlıların sahələri müvafiqdir. Bu hissələrin nisbəti tələb və təklif əyrilərinin meyllərinin nisbətindən asılıdır.

Dövlət əmtəəyə dotasiya qoyubsa, onda real qiymətin bir hissəsini istehlakçı, digər hissəsini isə dövlət ödəyir. Beləliklə, istehlakçı üçün əmtəənin qiyməti azalır.

Dövlətin bazara təsirinin az yararlı aləti qiymətlərin tənzimlənməsidir, çünki o, bazar mexanizminin özünün fəaliyyətinə təsir edir, müvazinətliyə nail olma prosesini dəyişdirir. Mövcud müvazinətli qiymətlərin səviyyəsi bu və ya digər səbəbdən dövləti qane etməyə bilər. Aydındır ki, dövlət istehsal edilən bütün və ya başlıca əmtəələrə qiymət qoymağa səy göstərə bilər. İstənilən halda dövlət tərəfindən istər müəyyən vaxta bazar qiymətlərinin fiksə edilməsi, istərsə də müəyyən qiymətlərin qoyulmasının bütövlükdə nəticələri eynidir. Lakin ikinci halda neqativ iqtisadi nəticələrin miqyası əhəmiyyətli dərəcədə geniş və kəskindir.

Dövlət qiymətin fiksə edilməsini iki metodla apara bilər: qiymətin yuxarı (“təvan”) və aşağı (“döşəmə”) həddinin təyini.

Əgər dövlət tərəfindən qiymət müvazinətli qiymətdən yuxarı(P1>P*) fıksə edilibsə, onda təklif artıqlığı yaranır (Qı D<Qı S). (şəkil 2.9)



P D ΔQıs S

P1

P* E

P2

S ΔQD D
Q1D Q2S Q* Q


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə