Mövzu Mikroiqtisadiyyata giriş



Yüklə 1,15 Mb.
səhifə21/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   17   18   19   20   21   22   23   24   ...   37
Mikroiqtisadiyyat- mühazirə

Hər hansı əmtəəyə tələbin elastikliyi vahiddən böyük olduqda, qiymətin kiçik azalması həmin əmtəəyə xərcləri artırır; tələbin elastikliyi vahiddən kiçik olduqda isə qiymətin az dəyişməsi xərclərin ümumi ölçüsünü ixtisar edir.

Əlbəttə belə nəticə həqiqətə uyğundur. Tələbin həcminin artmasının ümumi ölçüsünə qiymətin azalmasının təsirinə üstün gəlməsi üçün tələbin həcmi qiymətin dəyişməsinə çox həssas olmalıdır. Tələbin elastikliyi nə qədər yüksək olarsa, tələbin həcmi qiymətin dəyişməsinə o qədər həssasdır. Tələbin elastikliyi və gəlirin dəyişməsi arasındakı əlaqə o qədər vacibdir ki, o, tələbin elastikliyini xarakterizə edən terminologiyanı təyin etmişdir. Əgər tələbin qiymətə görə elastikliyi vahiddən çoxdursa tələb elastikdir. Qiymətə görə elastiklik vahiddən kiçikdirsə, tələb qeyri-elastikdir. Əgər elastiklik vahidə bərabərdirsə, tələb fərdi elastikliyə malikdir.

Cədvəl 3.2 - dən görünür ki, 12,50 manatdan yüksək qiymətlərdə tələb elastikidir, ondan aşağı qiymətdə isə qeyri-elastikdir. 12,50 manat qiymət tələbin fərdi elastikliyinə uyğun gəlir.

Tələb əyrisi xətti xarakterli olduqda, qiymətin dəyişməsi ilə xərclərin ümumi məbləği necə dəyişir? Qeyd etməliyik ki, tələb elastik olduqda, qiymətin ixtisarı həm tələbin həcmini, eləcədə xərclərin ümumi məbləğini artırır. Tələb qeyri - elastik olduqda, qiymətin azalması tələbin həcmini artırmaqla bərabər məcmu xərclərin aşağı düşməsinə səbəb olur. Çünki tələbin həcmi qiymətin dəyişməsinə çox həssas deyildir və ona görə də daha az qiymətdə xərclərin ümumi məbləği azalır. Tələb fərdi elastikdirsə, qiymət 1% azaldıqda tələbin həcmi 1% artacaq, deməli qiymət və tələbin həcminin hasili ilə təyin olunan xərclərin ümumi məbləği dəyişməz qalacaqdır. Tələbin həcmi 1%-dən çox artdıqda xərclərin ümumi məbləği artır, 1%-dən az artdıqda isə məcmu xərclər aşağı düşür. Beləliklə, tələb əyrisi üzərində fərdi elastikliyə uyğun olan bölüşdürücü nöqtədən aşağıda qiymətin ixtisarı

xərclərin ümumi ölçüsünün azalmasına səbəb olur.

Beləliklə, qiymətin dəyişməsi və əmtəəyə istehlak xərcləri arasında əlaqə tələbin qiymətə görə elastikliyindən asılılığını cədvəl 3.3 - ün məlumatları təsdiq edir.


Cədvəl 3.3

Tələbin elastikliyi və xərclərin ümumi məbləği



Qiymətin dəyişməsi

Tələbin qiymətə görə elastikliyi

1-dən yüksəkdir (elastiki)

1-ə bərabərdir (fərdi elastiki)

1-dən kiçikdir (qeyri-elastiki)

Qiymət artır

Xərclər azalır

Xərclər dəyişmir

Xərclər artır

Qiymət azalır

Xərclər artır

Xərclər dəyişmir

Xərclər azalır

Bəs gəlirin ümumi ölçüsünü necə maksimallaşdırmaq mümkündür?

Yuxarıda qeyd etdik ki, istehlakçıların əmtəələrə xərclərinin ölçüsü satıcılar tərəfindən alınan gəlirin ümumi məbləğinə bərabərdir. Deməli, tələbin elastikliyi qiymətin dəyişməsinin satıcıların gəlirlərinə təsirini aşkar etmək üçün fövqalədə faydalı konsepsiyadır. Cədvəl 3.2 - dən görünür ki, gəlirin həcmini fərdi elastiklik nöqtəsində mövcud olan 12,50 manat qiymətində maksimallaşdırmaq olar. İstənilən bundan yüksək qiymətdə isə idarəedici gəliri qiyməti aşağı salmaq yolu ilə; istənilən daha kiçik qiymətdə gəlirin artırılması qiymətin artırılması ilə mümkündür. Deməli, nəticə ondan ibarətdir ki, xərclər və gəlirlər elastiklik vahidə bərabər olan nöqtədə maksimaldır.

3.4. Tələbin gəlirə görə elastikliyi

Məlumdur ki, istehlakçıların gəlirlərinin səviyyəsinin dəyişməsi istənilən əmtəə və ya xidmətə tələbin həcmini bütün qiymətlərdə dəyişir və tələb əyrisini sürüşdürür. Gəlirin dəyişməsinə tələb həcminin həssaslığı, yəni gəlirin dəyişməsi nəticəsində tələb əyrisinin sürüşməsinin son kəmiyyəti tələbin gəlirə görə elastikliyinin köməyi ilə ölçülür. Gəlirə görə tələbin elastikliyi gəlirin 1% artmasının təsiri ilə əldə olunmuş tələb həcminin faizlə dəyişməsidir.


=
Tələbin gəlirə tələb həcminin faizlə dəyişməsi

görə elastikliyi gəlirin faizlə dəyişməsi

Gəlirin artması ilə normal əmtəələrə tələbin həcmi yüksəlir, aşağı keyfiyyətli nemətlərə isə tələb azalır. Bu qrup nemətlər və ya əmtəələr tələbin gəlirə görə elastikliyi ilə xarakterizə oluna bilərlər. Normal nemət (əmtəə) elə əmtəədir ki, ona tələbin gəlirə görə elastikliyi müsbətdir; aşağı keyfiyyətli nemət isə elə nemətdir (əmtəə) ki, ona tələbin gəlirə görə elastikliyi mənfidir. Deməli, gəlirin artması ilə aşağı keyfiyyətli nemətlərə tələbin həcmi ixtisar olunur.

Gəlirə görə tələbin elastikliyi anlayışı zinət əşyaları və ilk tələbat malları arasında fərqlərin müəyyən edilməsində də faydalıdır.

Zinət əşyalarına tələbin gəlirə görə elastikliyi vahiddən böyükdür. İlk tələbat əşyalarına tələbin gəlirə görə elastikliyi vahiddən kiçikdir.

Əgər tələbin gəlirə görə elastikliyi 1-dən böyükdürsə, başqa şərtlər dəyişmədikdə, gəlirin 1% artımı tələbin həcmini, 1-dən çox artırır. Qiymətlərin fiksə edilmiş olduğu halda, həmin əmtəəyə xərclərin ümumi məbləği də 1%-dən çox artacaqdır. Beləliklə, zinət əşyalarına düşən istehlak xərclərinin payı gəlirin artması ilə yüksəlir. Bu halda ilk tələbat əşyalarına istehlak xərclərinin payı azalır. Ölkə varlı olduqca, ucuz və aşağı keyfiyyətli əmtəələr istehsal edən sahələr ixtisar olunur, ilk tələbat malları istehsal edən sahələr orta tempdən aşağı, zinət əşyaları istehsal edənlər isə orta tempdən yüksək sürətlə inkişaf edirlər.

Tələbin gəlirin dəyişməsinə reaksiyası cədvəl 3.4 - də verilmişdir.



Cədvəl 3.4

Tələbin gəlirin dəyişməsinə reaksiyası.



Əmtəənin növü

Təyin edici səciyyəsi

Gəlirə görə elastikliyi

Gəlir artması ilə büdcədə payın dəyişməsi

Misal

Normal əmtəələr

Tələbin həcmi gəlirin yüksəlməsi ilə artır

Müsbət

Arta və ya azala bilər

Geyim

Zinət əşyaları

Tələbin həcmi gəlirə görə böyük nisbətdə artır

Vahiddən böyük

Artır

İdman malları

İlk tələbat əşyaları

Tələbin həcmi gəlirə görə kiçik nisbətdə artır

Vahiddən kiçik

Aşağı düşür

Qida

Aşağı keyfiyyətli əmtəələr

Gəlirin artması ilə tələbin həcmi aşağı düşür

Mənfi

Aşağı düşür

Aşağı keyfiyyətli ayaqqabı

Qeyd edək ki, idman malları (3,6), taksi xidməti (2,8) və tibbi xidmət (1,90) tələblərinin gəlirə görə elastikliyi yüksəkdir.




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə