Mövzu Mikroiqtisadiyyata giriş


Təklifin qiymətə görə elastikliyi



Yüklə 1,15 Mb.
səhifə22/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   18   19   20   21   22   23   24   25   ...   37
Mikroiqtisadiyyat- mühazirə

3.5. Təklifin qiymətə görə elastikliyi

Bazarın iqtisadiyyatın dəyişməsinə reaksiyasının təyinində tələbin elastikliyi kimi, təklifin qiymətə görə elastikliyi də mühüm əhəmiyyətə malikdir. İstehlakçının gəliri artdıqda və ya digər hər hansı dəyişmədə nəticə etibarı ilə tələb əyrisi sürüşür, onda qiymət və miqdarın uyğunlaşması təklif əyrisi boyunca baş verir. Bu halda qiymət və istehsal həcmində həmin dəyişmələrin ölçüsü təklif əyrisinin forması ilə təyin olunur.




Şəkil 3.2. Tələbin həcmində sürüşmənin nəticələrinin qiymət və miqdara təsiri
Şəkil 3.2- də istehlakçıların gəlirlərinin artmasının iki bazara təsiri verilmişdir. Gəlirin artması təklif əyrisinin D vəziyyətindən D' vəziyyətinə sürüşməsi ilə əks olunmuşdur. Nəticə etibarı ilə müvazinətlik qiyməti P0 -dan P1 -ə, müvazinətli həcmi isə Q0-dan Q1 - dək artmışdır. İstər əvvəlki, istərsə də yeni müvazinətlik nöqtələri Sa və Sb təklif əyrilərində yerləşmişlər. Şəkil 3.2- dən görünür ki, (a) bazarında miqdarın artımı əhəmiyyətlidir, (b) bazarında isə qiymətin artımı daha əhəmiyyətlidir. Eyni zamanda aydın görünür ki, bu fərq ona görə meydana çıxır ki, Sa təklif əyrisi boyunca Sb - yə nisbətən təklifin həcmi qiymətə daha çox həssasdır.

Eyni ilə tələb əyrisində olduğu kimi, hər iki bazar arasında təklifin həssaslığını müqayisə etmək üçün təklif əyrisinin bucaq əmsalından istifadə etmək olmaz, çünki onların qurulmasında qəbul edilmiş miqyaslar məlum deyildir. Məhz ona görə də elastiklik təklifin həcminin qiymətin dəyişməsinə həssaslığın; ən adekvat göstəricisidir.



Təklifin qiymətə görə elastikliyi (və ya təklifin elastikliyi) - təklifin həcminə təsir edən digər amillər dəyişmədikdə qiymətin bir faiz dəyişməsi ilə şərtlənən əmtəələrə təklifin həcminin faizlə dəyişməsidir.

Təklif əyrisi yuxarıya meylli (artan xarakterli) olduğuna görə təklifin elastikliyi həmişə müsbətdir. Təklif nə qədər yüksək elastikliyə malik olarsa, satıcılar bir o qədər qiymətin artması üstünlüklərindən istifadə edərək, asanlıqla məhsul buraxılışı həcmini artıra bilərlər.

Təklifin elastikliyi aşağıdakı düsturla ilə təyin oluna bilər:

təklifin həcminin faizlə dəyişməsi



Təklifin elastikliyi = qiymətin faizlə dəyişməsi (3.5)

və ya

εs = :




burada, təklifin həcminin faizlə dəyişməsi;



- qiymətin faizlə dəyişməsi;


Qeyd edək ki, tələbə aid olan qanunauyğunluqlar təklif üçün də yalnız əks asılılıqda xarakterikdir: qiymətin yüksəlməsi ilə adətən təklifin həcmi artır. Təklifin elastikliyi istehsal güclərinin yüklənmə dərəcəsi, əmtəə ehtiyatlarının ölçüsü, yeni investisiyalar və onların realizə olunma müddətləri, istehsal şəraiti və onun bazar konyukturasına reaksiyasının çevikliyi və s. müxtəlif amillərdən asılıdır. Tələbdən fərqli olaraq, təklifin elastikliyinin vahidə bərabərliyi əhəmiyyətli bölüşdürücü nöqtəni təyin etmir, çünki tədarükçülər (istehsalçılar) tərəfindən alınan ümumi gəlirin ölçüsü qiymətin yüksəlməsi ilə təklif əyrisi boyunca baş verir. Təklif əyrisində qiymət və miqdar eyni vaxtda artırlar. Təklifin elastikliyini başa düşmək üçün onun vaxt amilindən çox asılılığını nəzərə almaq lazımdır. Adətən təklifin elastikliyi qiymətləndirildikdə ani müddət, qısamüddətli və uzunmüddətli dövrlərdən istifadə olunur. Bunu şəkil 3.3 - də daha aydın görmək olar.

P

0 Qs



Şəkil 3.3. Vaxt amilinin təklifin elastikliyinə təsiri

Ani (bazar) dövrü-artıq istehsal olunmuş məhsulun bazarda realizə olunma dövrüdür. Bu dövrdə əmtəəyə təklif sabit verilmişdir. Əmtəə artıq istehsal olunmuşdur. Bu səbəbdən təklif tələbə yalnız qiyməti dəyişməklə uyğunlaşa bilər. Təklif əyrisi (Sa Sa) şaquli forma alır. Bu isə o deməkdir ki, ani dövrdə təklif mütləq qeyri-elastikdir (εs = 0). Qiymət necə yüksəyə qaldırılmasından asılı olmadan mövcud fiksə olunmuş məhsulun miqdarı heç cür artırıla bilməz. Təklif əyrisi üfüqi olduqda təklifin elastikliyi sonsuzluğa (εs ≈ ∞ ) bərabərdir. Deməli, bu halda müəyyən P0 qiymətində istehsalçılar istənilən tələb olunan miqdarda məhsul satmağa hazırdırlar. Belə, təklif əyrisi mükəmməl elastiki hesab olunur. Lakin resurslar məhdud olduğu üçün heç bir real təklif əyrisinin bütün boyunca elastiklik mükəmməl ola bilməz. Lakin əmtəə daimi fərdi məsrəflərdə istehsal edilirsə, təklif əyrisi nəzərdən keçirilən kəmiyyət sərhədlərində sonsuz elastikliyə malik ola bilər.

3.6. Qısamüddətli və uzunmüddətli dövrlərdə tələb və təklif

Aparılmış tədqiqatlar göstərir ki, qiymətin dəyişməsinə tələb və təklifin həcminin reaksiyası, satıcılar və alıcılar həmin dəyişməyə uyğunlaşması üçün lazım olan vaxtdan asılıdır. Həm tələbin, həmdə təklifin elastikliyi uzunmüddətli dövrdə qısamüddətli dövrə nisbətən adətən yüksəkdir.

Buna misal olaraq 70-ci illərdə ABŞ-da benzinin qiymətinin kəskin artması ilə tələbin dəyişməsinə uzunmüddətli və qısamüddətli dövrlərdə reaksiyanı göstərmək olar. Qiymətin yüksəldiyi dövrdə amerikalılar benzinə qənaət etmək üsullarmı az bilirdilər. Vaxt keçdikcə onlar böyük avtomobilləri saxlayaraq gələcəkdə kiçik avtomobillər almağı qərar aldılar. Beləliklə, benzinə tələb qiymətin artığı ilk aylarda çox az aşağı düşmüşdür. Lakin sonra istehlakçılar böyük avtomobilləri daha kiçik avtomobillərlə əvəz etdikdə benzinə tələb əyrisi aşağıya tərəf sürüşməyə başlamışdır.

Uzunmüddətli tələb əyrisi tələbin həcminin qiymətdən asılı olduğu vəziyyətdə, istehlakçıların qiymətin dəyişməsinə tam uyğunlaşma imkanlarını əks etdirir. Qısamüddətli tələb əyrisi isə əksinə istehlakçıların qiymətin dəyişməsinə tam uyğunlaşa bilmədikləri situasiyanı əks etdirir.

Ümumiyyətlə qeyd etməliyik ki, alıcıların qiymətin dəyişməsinə adaptasiya olunma imkanlarının dərəcələri fərqlənən çoxlu qısamüddətli tələb əyriləri mövcuddur. Uzunmüddətli dövrdə qısamüddətliyə nisbətən istehlakçılar qiymətin dəyişməsinə daha çox reaksiya verdiklərinə görə bütövlükdə uzunmüddətli tələb əyriləri qısamüddətliyə nisbətən daha elastikidir.

Benzinlə əlaqədar olan uzunmüddətli tələb əyrisi qiymətin artmasından 5-6 il sonra alıcıların davranışını təsvir edə bilər (yəni əksər insanlara daha qənaətli avtomobil almaq üçün lazım olan vaxt).

Təklif əyrisi də, tələb əyrisində olduğu kimi, uzunmüddətli dövrdə qısamüddətliyə nisbətən daha elastikidir.

Uzunmüddətli təklif əyrisi, təklifin həcminin qiymətdən asılılığı situasiyasında firmaların qiymətin dəyişməsinə tam adaptasiya olunma müddətini əks etdirir. Qısamüddətli təklif əyrisi isə satıcıların qiymətin dəyişməsinə tam adaptasiya olunmadıqları situasiyaya aid edilir.

Firmaların qısamüddətli dövrlərdə təklifə reaksiyası məhduddur, çünki onların istifadə etdikləri resursları tez dəyişdirilmiş şəraitə uyğun hala gətirmək mümkün deyildir. Məsələn, mövcud istehsal avadanlıqlarmı dəyişmək mümkün deyildir. Firma məhsul buraxılışı həcmini iş vaxtından kənar vaxtda iş və daha çox sayda işçi tutmaq vasitəsi ilə genişləndirə bilər, lakin o nisbətən bahadır. Beləliklə, təklifin həcmi uzunmüddətli dövrlərdə qısamüddətli dövrə nisbətən qiymətin dəyişməsinə daha həssasdır. Çünki uzunmüddətli dövrdə firma yeni istehsalı istifadəyə vermək, yeni avadanlıq və yeni heyəti hazırlamaq üçün vaxta malikdir.

Eyni zamanda qısamüddətli dövrdə tələb əyrisi və ya təklif əyrisinin sürüşməsi qiymətə ən çox təsir göstərir. Uzunmüddətli dövrdə isə onların sürüşməsi ən çox istehsal həcminə təsir edir.

Əsas anlayışlar

Mütləq dəyişmə

Tələbin qiymətə görə elastikliyi

Elastiki tələb

Qeyri-elastiki tələb

Fər di elastik tələb

Mütləq elastikli tələb

Mütləq qeyri-elastiki tələb

Tələbin qiymət elastikliyi amilləri

Çarpaz elastikli tələb

Əvəzolunan və tamamlanan əmtəələr

Tələbin gəlirə görə elastikliyi

Normal və aşağı keyfiyyətli əmtəələr

Zinət və ilk tələbat əşyaları

Təklifin qiymətə görə elastikliyi

Qısamüddətli tələb və təklif əyriləri Uzunmüddətli tələb və təklif əyriləri Qısamüddətli və uzunmüddətli uyğunlaşma



Özünü yoxlama sualları

Tələbin qiymətə görə elastikliyi və ona təsir edən amillər.

Tələbin elastikliyinin növləri və onların xüsusiyyətləri.

Tələbin elastikliyi və satıcıların gəlirləri.

Tələbin gəlirə görə elastikliyi.

Təklifin qiymətə görə elastikliyinə təsir edən amillər.

Vaxt amilinin tələb və təklifin adaptasiyasına təsiri.

Mövzu 4. İstehlak davranışı və bazar tələbi




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə