Mövzu Mikroiqtisadiyyata giriş



Yüklə 1,15 Mb.
səhifə25/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   21   22   23   24   25   26   27   28   ...   37
Mikroiqtisadiyyat- mühazirə

6.1. İstehsal funksiyası

6.2. Qısamüddətli dövrdə istehsal.

6.3. Qısamüddətli dövrdə məsrəf əyriləri.

6.4. Uzunmüddətli dövrdə istehsal və məsrəflər

6.5. Miqyasdan müsbət və mənfi qənaət.


6.1. İstehsal funksiyası

Firmalar əmtəə və xidmətlərin istehsalında müxtəlif növ məsrəflərdən və ya istehsal amillərindən istifadə edirlər. Onlardan birini - xammal və materiallar, ikincisini - digər firmalarda istehsal olunmuş əmtəələr, üçüncüsünü - müxtəlif ixtisaslı əmək, dördüncüsü isə kapital nemətlərini təşkil edir.

Verilmiş həcmdə məhsul buraxılışı üçün istehsal amillərinin müxtəlif birləşdirilməsi üsulları mövcuddur. Məsələn, avtomobil istehsalı üçün sadə konveyer xətlərində çoxlu miqdarda əməkdən və ya az sayda insanlar və yüksək mürəkkəblikli baha robotlardan istifadə oluna bilər.

Firmanın mənfəətini maksimallaşdırmaq üçün istehsal texnologiyası elə seçilməlidir ki, verilmiş məhsul istehsalı həcmində maya dəyərini minimallaşdırmaq mümkün olsun.

Ona görə də firma müəyyən əmtəə və ya xidmət növünün istehsalına başladıqda, öz məhsulunun alternativ istehsalı üsulları haqqında informasiyaya malik olmalıdır. Hətta ən sadə istehsal fəaliyyətini həyata keçirdikdə firma çoxlu qərarlar qəbul etməli olur. Nə qədər xammal almalı, hansı sayda muzdlu fəhlə tutmalı, texnoloji proseslərdən hansını seçməli və i.a. Sənaye firmaları öz məhsullarının istehsalında istifadə olunan texnologiya haqqında daha mürəkkəb qərarlar qəbul etməli olurlar.

Bütün firmalar səmərəli istehsalçı olmağa çalışırlar. Buna nail olmaq məqsədilə firma elə istehsal üsulu seçməlidir ki, o, həm texnoloji, həm də iqtisadi baxımdan səmərəli olsun.



Əgər verilmiş həcmdə məhsul istehsalında digər resursların çox sərf edilmədiyi halda, heç olmasa bir resursun az miqdarda sərfini təmin edən, heç bir digər üsul mövcud deyilsə, o, texnoloji səmərəli üsul sayılır.

Deməli, müəyyən miqdarda resursların istifadəsində istehsal edilmiş məhsul həcmi maksimal mümkün olandırsa, istehsal üsulu texnoloji səmərəlidir.



İstənilən verilmiş məhsul həcminin istehsalı prosesində istifadə olunan bütün məsrəflərin alternativ dəyəri minimallaşdırıldıqda istehsal üsulu iqtisadi səmərəli hesab olunur. Deməli, iqtisadi səmərəliliyi əldə etmək üçün firma istifadə edə biləcəyi bütün növ istehsal amillərinin dəyərini nəzərdən keçirməlidir.

Texnoloji və iqtisadi səmərəliliyin fərqli olmalarına uyğun olaraq optimal istehsal prosesi seçildikdə əvvəlcə mühəndis-texniki, sonra isə iqtisadi qərarlar qəbul edilməlidir.

Mühəndis və ya digər texniki ekspert resurslara minimal tələbatla xarakterizə olan texnoloji prosesləri seçir. Sonra isə biznesmen iqtisadi qərar qəbul edir, yəni texniki səmərəli prosesi seçir. Texniki səmərəli proses ən az məsrəflərlə xarakterizə olunur, deməli, iqtisadi səmərəlidirlər.

Texnoloji səmərəli istehsal üsulları haqqında mühəndis informasiyasını ümumiləşdirmək məqsədi ilə iqtisadçılar firmanın istehsal funksiyasından istifadə edirlər.



İstehsal funksiyası resursların verilmiş toplusunda firmanın istehsal edə biləcəyi maksimal məhsul buraxılışı həcmini verir.

Deməli, istehsal funksiyası maksimal məhsul buraxılışının ölçüsünü verdiyinə görə o, texnoloji səmərəli istehsal üsullarından alternativ istifadənin nəticələrini əks etdirir. Ən çox iki resurslu (əmək, kapital) istehsal funksiyalarından (Kobba-Duqlas, Leontyev) istifadə edilir.

Qeyd etməliyik ki, heç bir firma özünün mühəndis-texniki, eləcədə iqtisadi qərarlarmı həmişəlik qəbul etmirlər. Firmalar daima daha iqtisadi səmərəli (yəni az məsrəfli) istehsal üsulu axtarırlar. Onu tapdıqda istehsal üsulu dəyişikliyə məruz qalır və təklif əyrisi sürüşür. Eyni zamanda istehsal amillərinin qiymətləri dəyişdikdə firmalar dəyişdirilmiş istehsal üsuluna keçmək haqqında qərarlar qəbul etməlidirlər.

İstehsal üsullarının dəyişdirilməsi imkanları firmaların biliklər və ya bazar konyukturasında dəyişikliklərə reaksiya vermə vaxtından asılıdır. Deməli, firmanın hansı dövrdə fəaliyyət göstərməsindən asılı olaraq davranış prinsipləri fərqlənir. Firmanın istehsal üsulunu dəyişdirmək imkanları qısamüddətli və uzunmüddətli dövrlərdə fərqlənir.



Qısamüddətli dövr - elə vaxt dövrüdür ki, onun ərzində firmanın sərf etdiyi bəzi istehsal amili dəyişir. Uzunmüddətli dövr - kifayət qədər uzun olan elə vaxt dövrüdür ki, firma özünün bütün istehsal amillərini dəyişə bilər.

Qısamüddətli dövrdə firmanın istehsal imkanlarmı seçmək imkanları məhduddur, çünki bəzi məsrəf növləri qeyd edilmişdir, daimidir və hətta onların dəyəri dəyişdiyi halda özləri müvafiq qaydada da tez dəyişə bilmirlər. Onlara istehsal binaları, avadanlıqlar aid edilə bilər. İstehsal prosesində dəyişən iqtisadi resurslar dəyişən amillər hesab edilir.

Uzunmüddətli dövrdə firma tamamilə istifadə edilən resursların qiymətləri və məhsul bazarlarının dəyişməsinə uyğunlaşa bilər. Kifayət qədər vaxta malik olduğuna görə firma öz istehsal üsulunu dəyişə bilər, istehsal meydançaları və avadanlıqları əldə edə bilər.

Bütün istehsal məsələlərinin uyğunlaşması üçün tələb olunan dövrün davamiyyəti sahələr üzrə kəskin fərqlənir. Məsələn, aviasiya kompaniyasına işlənmiş təyyarələri almaq və ya icarəyə götürmək, daha çox təyyarəçi tutmaq, aeroportda əlavə sahə icarəyə götürmək və əlavə çox reys təklif etmək üçün 3-4 ay kifayətdir.

Avtomobil istehsalçısına yeni zavod tikmək və istehsalı başlamaq üçün faktiki olaraq 2-3 il vaxt lazımdır və i.a.

Qısamüddətli və uzunmüddətli dövrlərin fərqlərinə müvafiq olaraq daimi və dəyişən istehsal amillərinin fərqləri də bir qədər əhəmiyyətlidir.



Firma dəyişən istehsal amilinin məsrəflərini hətta qısamüddətli dövrdə də dəyişə bilər. Daimi istehsal amillərinin məsrəfləri qısamüddətli dövrdə verilmişdir, o, yalnız uzunmüddətli dövrdə dəyişdirilə bilər.

Məsələn, çörək istehsalında sobalar daimi amil olduğu halda, un və digər xammal dəyişən amildir. Əmək məsrəflərini istifadə olunan unun miqdarına nisbətən dəyişdirmək mürəkkəbdir, lakin soba və ya istehsal sahəsinə nisbətən həddindən çox asandır. Gün ərzində əmək daimi amildir, bir neçə həftə və ya çox müddətdə dəyişən amildir.

Bütövlükdə istənilən həcm məhsul istehsalında maya dəyəri firmanın özünün bütün növ məsrəflərini müvafiq səviyyəyə gətirmək üçün kifayət qədər vaxtın olmasından asılıdır. Yalnız bu halda o, daha səmərəli istehsal təşkil edə bilər.

6.2. Qısamüddətli dövrdə istehsal



Qısamüddətli istehsal funksiyası buraxılış həcminin digər amillər dəyişmədiyi halda firmanın dəyişən məsrəflərinin həcmindən asılılığını xarakterizə edir. Sadə olmaq üçün əmək yeganə dəyişən istehsal amili olduğu şərti misalı nəzərdən keçirək.

Cədvəl 6.1

Ay ərzində əməyin ümumi, son və ota məhsulu.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə