Mövzu Mikroiqtisadiyyata giriş


İnhisar rəqabətli bazarlar



Yüklə 1,15 Mb.
səhifə36/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   29   30   31   32   33   34   35   36   37
Mikroiqtisadiyyat- mühazirə

9.4. İnhisar rəqabətli bazarlar

İnhisar rəqabətli bazar strukturlarında inhisar və mükəmməl rəqabətin əlamətləri əlaqələndirilmişdir.

Mükəmməl rəqabətə uyğun olaraq, sahədə çoxlu firmalar fəaliyyət göstərir, sahəyə daxil olmaq və çıxmaq kifayət dərəcədə azaddır. Lakin inhisarda olduğu kimi, hər bir firma rəqiblərdə buraxılan əmtəələrdən əhəmiyyətli dərəcədə fərqlənən əmtəə satdığı üçün sahənin bütün firmaları istehsal etdikləri əmtəələrin qiymətini dəyişmək imkanına malikdirlər. Deməli, diferensiasiya olunmuş əmtəələr istehsal edilir. Diferensiasiya olunmuş əmtəələrin istehsalı hər bir firmanı öz əmtəələri üzərində müəyyən dərəcədə inhisarmı nəzərdə tutur: rəqabətçilərin fəaliyyətindən asılı olmadan o, qiymətləri artıra və ya azalda bilər. Lakin bu hakimiyyət oxşar əmtəələrin istehsalçılarının olması və eləcə də sahəyə girişin azad olması ilə məhdudlaşır. Bu isə ona gətirib çıxarır ki, qeyri-mükəmməl rəqabət şəraitində ayrılıqda firmanın tələb əyrisi azalan xarakterlidir.

Tələb əyrisinin azalan xarakterli olması, məhsulun diferensiasiyasının mövcudluğunu əks etdirməklə bərabər, inhisar rəqabətini mükəmməl rəqabətdən fərqləndirir. Əgər inhisar rəqabətçisi öz məhsulunun qiymətini aşağı salırsa, onda onun məhsuluna tələbin həcmi artır, çünki müəyyən alıcılar digər satıcıların məhsulundan onun məhsuluna keçirlər.

Lakin məhsullar müxtəlif olduğu üçün, mükəmməl rəqabətli şəraitin əksinə olaraq, bütün alıcılar onun məhsuluna keçmirlər. İnhisar rəqabətində məhsula tələb əyrisi aşağı meylli olduğuna görə, o, mənfəəti maksimallaşdırmaq üçün qiyməti özü seçə bilər. Bütövlükdə bazara təsir etmək üçün çox kiçik olduğuna görə, o fərz edir ki, rəqiblər onun qiymətqoyma sahəsində qərarlarına reaksiya verməyəcəklər.

İndi isə qısamüddətli və uzunmüddətli dövrlərdə müvazinətliyi nəzərdən keçirək.

Qısamüddətli dövrdə sahədə fiksə olunmuş sayda firmalar mövcud olur. İnhisarda olduğu kimi, hər bir firma öz məhsulunun tələb əyrisini dəyişməz qəbul edir və mənfəəti maksimallaşdıran qiyməti seçir. Mükəmməl rəqabət şəraitində olduğu kimi, bütün satıcılar qısamüddətli dövrdə mənfəət alırlar. İnhisar rəqabətinin qısamüddətli dövrdə müvazinətliyi şəkil 9.5.-də verilmişdir.

Şəkil 9.5. İnhisar rəqabət şəraitində qısamüddətli müvazinətlik.

Hər bir inhisar rəqabətçi azalan tələb əyrisi ilə qarşılaşır. Buraxılış həcmini artırmaq üçün o, qiyməti aşağı salmalıdır. İnhisar rəqabətçi inhisarda olduğu kimi Q0 istehsal həcmini seçdikdə MR=MC olmalıdır. Bu halda qiymət P0-dır. Onda firmanın iqtisadi mənfəəti ştrixlənmiş sahəyə bərabər olub, (P0-AC0)xQ0 kimi təyin olunur. Beləliklə, qısamüddətli dövrdə inhisar rəqabətçisi özünü inhisarçıya uyğun aparır.

Uzunmüddətli dövrdə bazara yeni firmalar daxil ola bildiyinə görə situasiya çox fərqlidir. Burada inhisar rəqabətçisinin qarşılaşdığı tələb əyrisi həm qiymət, həm də onun məhsulunun yaxın əvəzedicilərinin sayından asılıdır. Rəqabət aparan əvəzedicilərin növləri nə qədər çox olarsa və onların qiyməti nə qədər aşağı olarsa, istənilən firmanın məhsuluna tələb bir o qədər az olacaqdır.

Əgər inhisar rəqabətçiləri qısamüddətli dövrdə mənfəət alırsa, onda sahəyə digər firmalar daxil olacaqdır (şəkil 9.5.). Bazarda mövcud olan firmalar mənfəət aldıqları halda, hətta məhsulun diferensiasiyası nəzərə alınmaqla sahə mövcud əmtəələrə yaxın, lakin qarşılıqlı əvəz edilməyən məhsullar istehsal edən firmaları cəlb edəcəkdir. Sahəyə yeni firmalar daxil olduqca və mümkün olan əmtəə-əvəzedicilərin sayı artdıqca, mövcud firmaların məhsullarının tələb əyrisi sola sürüşəcəkdir. Bazar daxil olma prosesi bütün firmaların mənfəəti sıfıra bərabər olanadək davam edəcəkdir. Firmanın uzunmüddətli müvazinətliyi şəkil 9.6.-da verilmişdir.

Şəkil 9.6. İnhisar rəqabəti şəraitində uzunmüddətli müvazinətlik

Uzunmüddətli dövrdə müvazinətlik nöqtəsi F-dir. Verilmiş yeni tələb əyrisi D'-də firma mənfəəti maksimallaşdırmaq üçün Q buraxılış həcmi istehsal edir. Bu halda son məsrəflər son gəlirə bərabərdir.

Beləliklə, o, son məsrəflərdən yüksək olan P' qiymətini qoyur. Lakin qiymət və buraxılış həcminin mövcud ölçülərində tələb əyrisi AC orta məsrəflər əyrisi ilə kəsişdiyinə görə o, sıfır iqtisadi mənfəət əldə edir.

Dəyişənlərin belə müvazinətliyində mənfəət sıfıra bərabərdir (AC' =P') və deməli sahəyə yeni firmaların axını yoxdur.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə