Mrmg №21 Human Rights Monitoring Group of Ethnic Minorities m üvəkkil



Yüklə 414,6 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix04.02.2018
ölçüsü414,6 Kb.
#23879
1   2   3   4   5   6   7   8   9   10

8

  MRMG №21

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

aarif  və  elm  Nazirliyi  2015-ci 

ilin  birinci  yarısında  maaşlara, 

əlavələrə,  premiyalara,  ezamiy-

yətlərə,  avtomobillər  almağa  nə 

qədər lari xərcləyib? Bütün bunlarla para-

lel olaraq, müəllimlərə vəd edilən maaşla-

rın artımı nə dərəcədə ədalətli baş verir?

«Krisir kronika» ilə Müəllimlərin Koordina-

siya Mərkəzinin sədri Dato Pradze söhbət 

etdi.

— Bu ilin birinci yarısında ənənəvi olaraq 



Maarif və Elm Nazirliyinin çinovnikləri və 

onların  arasında  hamıdan  iştahalı  nazir 

də  «çəkingən»  xərclərlə  yaşamaqdan 

danışmağa  davam  edirlər.  İlin  birinci  ya-

rısında  məmurlara  maaş-əlavə  kimi  813 

063,  35  lari,  premiya  kimi  isə  168  949 

lari verilib. Sıravi əməkdaşların premiyası 

isə 295 478 lari təşkil edib.Ştatdankənar 

əməkdaşların  ödənci  dövlətə  610  772, 

23 lariyə, onlara verilən premiya isə 175 

812,5 lariyə başa gəldi.

Bütün bu premiyalar nəyə lazımdır? Qur-

tarmalı  deyilmi?!  Məmurlara  verilən  pre-

miya  mənəvi  aspektlə  müzakirə  edilir. 

Premiyaların belə paylanması təsdiq edir 

ki,  Sanikidze  və  onun  məmurları  vicdan 

və  mənəviyyata  yetərincə  hirsilidirlər. 

Ştatdankənarlar — qəhvə bişirənlər və ər-

zaqpaylayandırlar.  Mənəviyyatla  birlikdə 

onlara premiya verilməsinin hüquqi cəhəti 

də anlaşılmazdır.

— Bütünlükdə idarəyə necə lari premiya 

verilib?

— Sanikidzenin idarəsinə 2015-ci ilin altı 

ayında  640  239,  5  lari  premiya  verilib. 

Cəmi isə, hamısı birlikdə - maaş, əlavə,p-

remiya- 3 milyon 032 009, 24 lari verilib.

— Nazirin gəlirində nə isə dəyişiklik var-

mı?

— Sanikidzenin böyük premiyalarının üs-



tünü  aşandan  bəri  o,  premiya  almayıb. 

Əvəzində,  mənə  bildirdikləri  kimi,  maliy-

yəni başqa cür «qazanır». Qara hesabdar 

fenomen deyiləni hamımız bilirik, hesab-

dar Sanikidze də bunu yaxşı bilməlidir.

Sanikidzenin  maaşı  3  540  lari,  əlavə-

si 2710 laridir, aylıq gəliri 6 250 lari olur. 

Ədalət naminə deməliyik ki, bu, gəlir ver-

gisi də daxil olmaqladır. Bu qeyri-profes-

sional  adamın  saxlanması,  ezmiyyətləri, 

avtomobil  xidməti,  ailə  üzvlərinə  xidmət 

dövlətə  gündə  600  laridən  artığa  başa 

gəlir. Bu pul nəyə tökülür? Ona ki, Sani-

kidze  müvəffəqiyyətlə  maarifi  və  ölkənin 

gələcəyini  dağıdır?!  Başqa  məmurla-

rın  ödənci  bu  məbləğdən  azca  aşağıdır. 

Məsələn, münavinlərin maaşı 2 700 2 900 

lari,  aylıq  əlavələri  isə  1  475  laridir.  Ən 

qaranlıq, ən maxinator, Sanikadzenin sağ 

əli - Aleksandre Onoprişvilinin ödənci də 

onların sırasındadır, hansı ki, daxili audit 

deportamentinə  rəhbərlik  edir  və  saxta 

işlər uydurmağa oriyentaliyadır. 116 — cı 

məktəbin direktorluq vəzifəsi də onun gü-

dazına getdi. Piar — xidmətdə də ştatlar 

və  premyalar  şişirdilər  ki,  mətbuata  ya 

cavab  verməsinlər,  ya  da  axmaq-axmaq 

şeylər uydursunlar.

Nazirlik  6  ay  ərzində  xidmətçilər  almaq 

üçün 3 milyon 264 773, 69 lari, mal almaq 

üçün isə 43 695, 55 lari xərcləmişdir.

Nazirlik bu il 28 910 lari dəyərində daha bir 

avtomobil — MERCEDES BENZ SPRIN-

TER  almışdır.  Həqiqətən  bilmirəm,  bu 

konfiqurasiyalı avtomobilin təyinatı nədir.

Eləcə də, bir necə rəhbər şəxsin ezamiy-

yət xərcləri ötən 6 ayda 7 339 lari, başqa-

başqa  məmurların  birlikdə  ezamiyyət 

xərcləri isə 70 197 lari təşkil etmişdir.

— Sanikidzenin idarəsi büdcəni qənaətlə 

xərcləyəcəyini vəd etmişdi…

— Sanikidzenin məmurlarına bu bol ma-

aş-əlavələr  və  premiyalar  vəd  edilmiş 

«kəmər çəkmək» fonunda verilir. Əvəzin-

də  yeni  dərsliklər  çap  edilmədi,  minlərlə 

şagirdi  birinci  sinifə  qəbul  etmədilər…. 

Budur,  büdcəyə  qənaət  nəyin  hesabına 

oldu. Qənaət müəllimlərin maaşlarına da 

toxundu…

— Nəyi, müəllimlərin ki baza maaşları ar-

tacaq.

— Bildiyiniz kimi, baza maaşları real ola-



raq yalnız 40 lari artacaq. Praktik deyilən, 

yəni sertifikatı olmayan müəllimlərə artıq 

artmayacaq.  Çoxluq  isə  belələridir.  Elə-

cə  də,  mövcud  yuxarı,  yəni  baş  müəllim 

statusu olan müəllimlərin maaşlarının ar-

tırılacağı vədi yerinə yetirilmir. Yalançı Sa-

nikidze deyirdi ki, onların maaşını 200 la-

riyə qədər artırdıq, sertifikat əlavələrini də 

alacaqalar. İndi fakt budur ki, baş müəllim 

statusu onlara nə iki yüz, nə də 150 lari 

artırılmayacaq. Baş müəllimlər kimlərdir? 

Sertifikatı olanlar!

— Onların maaşı necə artacaq?

—  Onların  indiyə  qədər  ələ  aldıqları  75 

larilik sertifikat əlavəsinə (ələ alınması 60 

larlik əlavə) 85 lari artırılacaq. Yəni, bura-

dan 68 lari ələ alınası olacaq.

— Baza maaşı hər iki kateqoriya müəllim-

ləri üçün 40 lari artacaq?

—  Bəli,  bu  40  laridən  başqa,  baş  müəl-

limə 68 lari əlavə olacaq. Cəmdə bu, 200 

lari  yox,  108  lari  olacaq.  Ancaq  bu,  hər 

şey deyil. Elə bilməyin ki, müəllimə verilən 

status problemi yoluna qoyacaq. Yox, cə-

nab, bir bu əksikdir ki, Sanikidze cibindən 

bircə  quruş  əksildib  belə  asanlıqla  nifrət 

etdiyi  müəllimlərə  versin.  Bu  cüzi  artımı 

tam dərs yükü olan müəllimlər hiss edə-

cəklər, yəni həftədə 18 saat dərs keçən-

lər.  18  saatdan  az  dərs  yükü  olanların 

ödənci və əlavələri də azalacaq.

İndiki artım 2012- ci ilin artımına da bəra-

bər deyil. Onda tam yüklü müəllimin baza 

maaşı 170 dolların ekvivalenti idi, indi isə 

bu  səviyyəyə  baş  müəllimin  ödənci  ça-

ta-çatmaya.

Çıxış  müəllimlərin  etiraz  aksiyasında-

dır.  Bunu  hamı  —  çoxluğun  əksəriyyə-

ti  də  istəyir,  ancaq  heç  kim  ürək  eləmir. 

Müəllim  nə  polisidir,  nə  də  əsgər.  Onun 

etiraz etməyə, tələb tam hüququ var. Mə-

nimlə əlaqə saxlayıb deyirlər ki, siz baş-

layın,arxanızca  gələn.  Ancaq  mən  2000 

məktəb əvəzinə necə tətil edim?!

«Xronika»  şərh  üçün  Maarif  Nazirliyi  ilə 

əlaqə  saxladı,  ancaq  onlar  bu  məsələ 

barədə şəhr vermək istəmədilər.

Diana Liparteliani 

“Kviris kronika” N 37

MÜƏLLİMLƏRƏ VƏD ETDİKLƏRİ 

MAAŞI ARTIRMAYACAQLAR, MAARİF 

NAZİRLİYİNİN ÖZÜ 6 AYDA 3 MİLYONDAN 

ARTIQ BİZİM PULUMUZLA «KEF ELƏDİ».

Jurnalist-Bir  vəzifədən  imtina  ikinci  vəzifə 

təklifinə səbəb oldu, bu dəfə post daha nü-

fuzlu, maaş isə daha yüksək idi. 

V. Əkbərov-Bu dəfə Qardabani Qres-in baş 

direktorunun  müavini  vəzifəsini  təklif  et-

diər. Yumorla cavab verdim ki, Aşağı Kart-

lidə  gərginlik  yaranar,  işıqlar  sönər,  sonra 

deyərlər: Sizin şeyxiniz sabotaj törətdi. 

Jurnalist – Artıq keçmiş şeyx deyir ki, müsəl-

man icmasında təsirimalik olmaq üçün gür-

cü arzusu hələ 2011 – ci ildən mübarizəyə 

başlayıb.  Seçkiqabağı  İvanişvilinin  adı  ilə 

Əkbərovun  yanına  gəlib  ondan  müsəlman 

icması  arasında  gürcü  arzusunu  lobbi  et-

məyi xahiş ediblər. 

V.  Əkbərov-  Rus  lobbisinin  əməkdaşları 

da  gizlincə  gəlirdilər,  onların  bəziləri  indi 

nazirdir,  bizim  tərəfə  keç,  bizə  işlə,-  deyir-

dilər. Mən Allah adamıyam, nə İvanişvilinin 

adamıyam,  nə  Saakaşvilinin  adamı  olma-

mışam.  Hakimiyyətdə  olan  hamıya  sayğı 

duymuşam. Hər şey buradan başladı. 

Jurnalist  –  Ancaq  hər  şeybununla  qurtar-

madı.  Şeyxin  imtinasından  sonra  gürcü 

arzusu özünə tərəfdarları müsəlman kənd-

lərinə  axtarmağa  başladı,  şeyxin  postuna 

isə  seçkiqabağı  dövrdə  açıq  auksion  elan 

edildi,- Arzuya kim çox səs toplasa şeyxin 

post onundur prinsipi ilə. 

V.  Əkbərov-  Kənd-kənd  gəzib  Arzuya  səs 

ver, şeyx sən olacaqsan, - deyirdilər. Şeyx 

bir olar. 

Jurnalist- Əkbərov təzyiq faktı barədə işdən 

çıxandan  sonra  bildirdi,  ancaq  xüsusi  xid-

mətin Müsəlman İdarəsinə təsiri güclənən-

dən  və  real  təhlükə  yarananadan  sonra 

poskriptumla söhbətə qərar verdi. 

V. Əkbərov – Gürcüstanın Müsəlman İdarə-

sinin  DİN  idarə  edir.  Nə  zaman  ki,  dövlət 

aylıq  verir,  o  artıq  məmurdur,  o,  DİN  –  də 

attestasiyadan keçir.

Jurnalist  –  Bu  gün  məsciddə  xidmət  edən 

bütün mollalar attestasiyadan keçirlər, bunu 

keçmiş şeyx inkar etmir, ancaq Ramin İgi-

dov təsdiqləyir ki, ruhani şəxslər Müsəlman 

İdarəsində  imtahan  veririlər,  Təhlükəsizlik 

xidmətinə yox. Gürcüstanın bütün bölgələ-

rində yüzlərlə mollanı niyə dəyişdilər?- sua-

lına İgidov cavab verir. 

Ramin  İgidov-  Bütün  Gürcüstanın  Müsəl-

man İdarəsinin şeyxi-Əvvəlki şeyxin vaxtın-

dan çoxlu dini şəxslər savadsız idilər, din və 

İslam  barədə  təsəvvürləri  yox  idi.  Mən  bu 

vəzifəyə gələndən sonra ruhani soveti yara-

dıb attestasiya keçirməyi qərara aldım. At-

testasiyadan müvəffəqiyyətlə keçənləri seç-

dik. Onların öz işlərini layiqincə həyata ke-

çirmələri üçün 300 lari köməklik göstəririk, 

əgər o, yaşadığı yerdə xidmət göstərmirsə, 

o zaman 50, yaxud 100 lari əlavə edirik. 

Jurnalist – Şeyx sual verdik ki, Təhlükəsizlik 

xidməti Müsəlmanlar İdarəsinin idarəçiliyin-

də iştirak edirmi? Cavab verdi ki, hə, ancaq 

konkretləşdirdi  ki,  bu,  xarici  nəzarətdir  və 

daxili işlərə müdaxilə deyil. 

Ramin  İgidov  -  Bu,  dünya  praktikasından 

belədir.  Xüsusi  xidmətin  bu  sahəyə  diqqət 

və nəzarətinə təbii baxmalıyıq. Təəssüf ki,-

bizim dostlarımızdan çoxu xarici nəzarətlə, 

daxili müdaxiləni qarışdırırlar. Ruhani soveti 

əvvəllər belə mövqedə idi ki, şeyxi Xüsusi 

xidməti idarə edir. Ancaq mən onları topla-

yıb baş verənləri anlatdım. 

Jurnalist  –  Müsəlmanlar  İttifaqının  sədri 

Taryel  Nakaidze  deyir  ki,  Xüsusi  xidmətin 

Müsəlmanlar  İdarəsinə  o  dərəcədə  böyük 

təsiri var ki, ruhani liderləri çox zaman iba-

dətçilərin iradəsi əleyhinə getməyə məcbur 

edirdilər.  Batumidə  belə  hal  oldu;  müsəl-

manlar  yeni  məscid  tikilməsini  tələb  edir-

dilər,idarə isə dedi ki, buna lüzum yoxdur. 

Taryel  Nakaidze,  Gürcüstan  Müsəlmanlar 

İttifaqının sədri: “Müsəlman icması və döv-

lət  arasında  mövcud  olan  belə  hərəkətlər, 

faktik  olaraq,  münasibət  nöqteyi-nəzər-

dinən yarğan yaradır. Eləcə də, müsəlman 

icması,  ümumiyyətlə,  onun  rəhbərlərinə 

inana bilmir”.

Jurnalist – Dini iş üzrə Dövlət Agentliyində 

deyirlər  ki,  belə  müsahibə  verməklə  V.Ək-

bərov Gürcüstanən bütün müsəlman lider-

lərini  təhqir  edir.  Müsəlmanlar  İdarəsinin 

Təhlükəsizlik Xidməti idarə edirmi? – sualı-

na Dinin Dövlət Agentliyində cavab verdilər..

Dini  iş  üzrə  Dövlət Agentliyinin  sədri  Zaza 

Vaşakmadze: ”Bizim ölkənin Xüsusi Xidmə-

tinin  istisna  edin  və  başqa  ölkənin  Xüsusi 

Xidmətləri  əgər  fəallaşırlarsa,  bu,  başqa 

xidmətlərin kompetensiyasıdır və mən buna 

cavab  verə  bilmirəm.  Necə  düşünürsüz, 

onun  müsahibəsi  başqa  ruhani  liderləri  və 

dindarlar  üçün  təhqir  deyilmi?  Bu,  sünni 

istiqamətli  dini  şəxslərin  ,  yəni  müftilərin 

təhqiri deyilmi? Mən düşünürəm ki, bu, bir 

az  incik  adamın  mövqeyidir.  Əgər  doğru-

dan belə idisə, onun özü bu vəzifəyə necə 

gəlmişdi? Özündən və münafiq olaraq, onu 

seçən inançlılardan soruşmalıdırlar”. 

Jurnalist:  “Əgər  şeyxin  müsahibəsində 

göstərilən  faktlar  təsdiqini  taparsa,  belə 

çıxır ki, provoslav kilsədən sonra miqdarca 

ikinci dini qrupun –müsəlmanların ruhani li-

derlərini  dövlər  Təhlükəsizlik  Xidməti  təyin 

edir və azad edir, bununla isə Təhlükəsizlik 

Xidməti  Gürcüstanın hər onuncu vətənda-

şının həyatına nəzarət etməyə çalışır. 

 Rustavi 2 TV. 

ƏVVƏLİ 1-ci SƏHİFƏDƏ




Yüklə 414,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə