Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   20   21   22   23   24   25   26   27   ...   97

 
82 
tiya” v
ə; konkret şəxslərə şamil edilən - “qismən amnistiya”
A. – 
aktı bir qayda olaraq dövlətin, xalqın həyatında mühüm, 
t
əntənəli tarixi təqvimi günə ithaf edilir. 
A. institunun t
ətbiqinin özünəməxus adətləri  vardır. 
H
əmin adətlərə  görə  A.  ağır  cinayətlər törətmiş  şəxslərə, 
residivistl
ərə  tətbiq edilmir. A. əsas etibarilə  dövlət və  xalq 
qarşısında  mühüm  xidmətləri  olan  şəxslərə, siyasi, hərbi, 
iqtisadi, m
ədəni və  digər sahələdə  hər  hansı  nailiyyətlər 
qazanılmış şəxslərə tətbiq edilir. 
AMUNİSİYA  (polyak  amunicja,  latın  munitio-bərkitmə, 
l
əvazimat sözündən)  -  əsgərin  silahı,  döyüş  sursatını,  şəxsi 
əşya  və  ərzağı  özü  ilə  rahat gəzdirmək üçün istifadə  etdiyi 
əşyalar  məcmusu.  Əsgərin mənsub  olduğu  ordu  növündən 
asılı  olaraq  və  onun  qarşısına  qoyulduğu  tapşırığın  yerinə 
yetirilm
əsinə  kifayət edə  biləcək qədər hərbi ləvazimat 
toplusu. 
ANARXİYA -  (yunan anarchía-hakimiyyətsizlik) - insanlar 
t
ərəfindən hakimiyyəti,  qaydaları,  nizamintizamı  qəbul 
edilm
əməsi, inkar etməsi və  bundan irəli gələn  özbaşınalıq, 
qarışıqlıq,  nizamsızlıq.  A.  ideyasının  təməlində  insan azad-
lığının  heç  nə  ilə  məhdudlaşdırılmaması  (çərçivənilməməsi) 
durur.  Anarxizm 
adlı  ictimai-siyasi cərəyan mövcuddur. 
A.Prudon, M.Bakunin, P.Kropotkin anarxizmin 
əsas nəzəriy-
y
əçiləri hesab edilir. 
ANDİÇMƏ  –  vətəndaş  tərəfindən dövlətin  müəyyən haki-
miyy
ət orqanına Prezident və ya Məhkəmə, bəzi dövlətlərdə, 
h
ətta Deputat seçildikdə  və  ya dövlətin müəyyən struktur-
larında  xidmətə  başlamaq  ərəfəsində, dövlətə  və  xalqa 
sadiqlik r
əmzi və zəmanəti olaraq, təntənəli surətdə müəyyən 
öhd
əliklərin və vəzifələrin öz üzərinə götürməsi. 
ANKLAV 
(fransız  enclave,  son  latın  inclavo-qıfıllayıram; 
latın  clavis-açar)  –  (enclav)  -  beynəlxalq hüququn institutu; 
dövl
ət  ərazisinin bütövlükdə  və  ya onun hər  hansısa  bir 


 
83 
hiss
əsinin digər dövlətin (dövlətlərin)  əraziləri ilə  əhatə 
olunması  (misal:  Naxçıvan).  Əgər dövlət və  ya onun hər 
hansısa bir hissəsi tam olaraq başqa dövlət(lər)in əraziləri ilə 
əhatə  olunmursa, yəni  açıq  dənizə  çıxışı  vardırsa,  belə  əra-
zil
ərə yarımanklav deyilir (misal: Kalininqrad (Rusiya)). A.-
lar tarixi prosesl
ərin və coğrafi quruluşun nəticəsində əmələ 
g
əlir və  dövlətin  paytaxtı  ilə  onun A. ərazilərini  bağlayan 
mür
əkkəb hüquqi əlaqələri vardır. Bir qayda olaraq dövlətin 
A. 
ərazilərində idarəçliyin asanlaşdırılması naminə A. ərazi-
l
ərinə müəyyən muxtariyyət verilir. 
ANTAQONİZM (yunan antagonisma-münaqişə, mübarizə) - 
düşmən qüvvələr və  təmayüllər  aralarında  olan  barışmaz, 
k
əskin ziddiyyət  formalarından  biri.  A.-nın  olduğu  cəmiy-
y
ətdə münaqışələrin baş verməsi qaçılmazdır. 
ANTANTA 
(fransız Entente-razılıq) - XX əsrin əvvəllərində 
yaranmış  imperialist  dövlətlərin hərbi  ittifaqı,  bloku.  A.  ilk 
növb
ədə  İngiltərə, Fransa və  çar  Rusiyası  tərəfindən 1904-
1907-ci ill
ərdə  (“üçlər  sazişi”)  vasitəsilə  yaradılmışdır.  A. 
dig
ər aqresiv imperialist blokun (Almaniya,  İtaliya  və 
Avstriya-
Macarıstan  imperialarının)  əleyhinə  olaraq  yaradıl-
mışdır.  Həmin  ərəfədə  dünyanın  imperialist  dövlətləri yeni 
ərazilərin  tutulmasına,  dünya  siyasi  xəritəsinin dəyişdiril-
m
əsinə  və  nüfuz dairələrinin  artmasına  çalışmasının  nəticə-
sind
ə Birinci Dünya Müharibəsi (1914-1918) baş verdi. A.-ya 
1917-ci ild
ə  Amerika və  Yaponiya birləşdi  və  müharibə 
dövrü  A.  iştirakçılarının  sayı  28-ə  çatdı.  Birinci  Dünya 
Müharib
əsi  qurtardıqdan  sonra  yeni  siyasi  situasiya  yarandı 
v
ə, hətta A. blokunun keçmiş üzvləri bir-birinə qarşı düşmən-
çilik siyas
əti yürütməyə  başladı və  A. bloku nüfuzunu itirdi 
v
ə tədricən süquta uğradı. 
ANTİDEMPİNQ  RÜSUMU  (ingilis  antidumping; alman 
Antidumpingzoll)  –  1. dövl
ət daxilində  istehsal, emal edilən 
mallara r
əqabət apara bilən xaricdə istehsal, emal olunmuş və 


 
84 
idxal edil
ən  malların  üzərinə  dövlət (Hökumət) tərəfindən 

əyyənləşdirilmiş, dövlətin hesabına birdəfəlik tutulan nəğd 
pul v
əsaiti; 2. dövlətdaxili qiymətlərdən və  ya beynəlxalq 
bazarın  normal  (orta)  qiymətlərindən  ucuz qiymətlə  ixrac 
edil
ən  malların  üzərinə  dövlət (Hökümət) tərəfindən müəy-
y
ənləşdirilmiş, dövlətin hesabına birdəfəlik tutulan nəğd pul 
v
əsaiti. 
APARAT - (
latın apparatus - cihaz) - 1) müəyyən funksiya-
ları icra edən, vahid (idarə, müəssisə və s.) orqanın institutları 
v
ə işçi personalı; 2) cihaz. 
A. siyasi institutların (dövlət, partiya, ictimai birliklər 
v
ə  s.) fəaliyyətlərini təşkil  və  idarə  edən, vacib və  ayrılmaz 
elementidir. A. mahiyy
ətinə  görə  bürokratizmi təzahür edir, 
onun rahat v
ə  sərbəst fəaliyyət göstərməsi üçün müəyyən 
binası, avadanlığı, maliyyə və digər təsərrüfatı, təchizatı və ən 
əsası,  yüksək  kvalifikasiyalı,  bacarıqlı,  peşəkar  işçi  ştatı, 
bundan savayı, müəyyən idarəçilik səlahiyyətləri, daxili inti-
zam qaydaları, iş planı və istiqaməti mövcud olmalıdır. 
APATRİDLƏR (yunan. a - inkar və patris - vətən) - bu, hər 
hansı  bir  dövlətin vətəndaşlığından  (təbəəliyindən) məhrum 
edilimiş  şəxsdir, o, heç bir dövlət tərəfindən (o cümlədən
keçmiş  vətəni tərəfindən) diplomatik müdafiə  ilə  təmin 
edilmir, h
ərçənd beynəlxalq hüququn himayəsi altındadır.  
A. y
əni heç bir dövlət ilə  siyasi-hüquqi (vətəndaşlıq) 
əlaqəsi  olmayan  şəxslər  yaşadığı  dövlətin  qanunlarına  tabe 
olmalıdırlar, lakin onların hüquq və vəzifələri yerli vətəndaş-
lardan f
ərqlənə bilər. Misal üçün: A. siyasi hüquqlara və ya 
orduda xidm
ət etmək vəzifəsinə malik deyillər.  
          Beyn
əlxalq hüquqda A.-ə bəzi hallarda “apolid” deyi-
lir. 
APELLYASİYA  (latın  appellatio  -  müraciət)  -  Məhkəmə 
hökmünd
ən  şikayətvеrmə  formalardan biri; -  1) birinci 
M
əhkəmə instansiyasının qərarının (hökmünün) qanuni qüv-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə