Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   28   29   30   31   32   33   34   35   ...   97

 
106 
hey
ətinin  sayının  azaldılması;  həqiqi hərbi xidmət  keçmiş 
əsgərlərin ordudan təxris edilməsi  (ehtiyata  buraxılması); 
dövl
ətin, cəmiyyətin (xalqın), iqtisadiyyatın və, hətta ordunun 
müvafiq  şəraitdə  hərbi vəziyyətdən  -  adi (sülh) vəziyyətə 
keçirilm
əsi; 2. (məcazi mənada) aktivliyin, sayıqlığın azaldıl-
ması (itirilməsi). 
DEMOKRATİKLƏŞ(DİR)MƏ  -  qeyri demokratik siyasi-
hüquqi rejimd
ən (avtorizmdən, totalitarizmdən, absolyut mo-
narxiyadan) – demokratik siyasi-hüquqi rejim
ə keçid prosesi; 
h
ər  hansı  bir  cəmiyyətdə  demokratiyanın  təməlinin qoyul-
ması,  o  cümlədən: cəmiyyət və  dövlət idarəçiliyinə  geniş 
ictimai kütl
ələrin cəlb edilməsi, demokratik idarə  institut-
larının  (ictimai-siyasi təşkilatların:  (müstəqil) siyasi partiya-
ların,  digər növ birlik və  ittifaqların,  eləcə  də, kütləvi 
informasiya vasit
ələrinin  (KİV)  və  s.) fəaliyyəti və  inkişafı 
üçün bütün z
əruri  şəraitin  yaradılması,  əvvəllər mövcud 
olmamış  demokratik  instiutların  (misal:  müstəqil seçki 
komissiyalarının;  teleradio  yayım  qurumlarının  və  s.) təsis 
edilm
əsi və fəaliyyət göstərməsi üçün zəruri şəraitin yaradıl-
ması;  seçki  sisteminin  təkmilləşdirilməsi; yerlərdən,  sıravi 
v
ətəndaşlardan  irəli gələn siyasi təşəbbüslərə  və  dövlətin, 
c
əmiyyətin idarə  edilməsində  geniş  ictimaiyyətin rəyinə 
lazım  olan  qədər diqqətin yetirilməsi; özünüidarə  etmənin 
inkişaf  etdirilməsi;  aşkarlığın  genişləndirilməsi, bunlardan 
savayı: qanunçuluğun, hüquq qaydasının bərkidilməsi; insan 
hüquq v
ə  azadlıqlarının  genişləndirilməsi və, nəhayət 
demokratiyanın inkişafına mane ola biləcək bütün maneələrin 
aradan qaldırılması. 
Tranzitologiya 
ədəbiyytında  D.-nin  aşağıdakı  yolları 
f
ərqləndirilir: a) təkamül (transformasiya) – İspaniya; b) inqi-
labi (köhn
ə rejimin çökməsi və ya əvəzedilməsi) – Portuqa-
liya; c) h
ərbi təcavüz (məğlubiyyət) – Almaniya, Yaponiya; 
DEMOKRATİYA  (yunan  demokratia,  dếmos  -  xalq və 


 
107 
kratos  -  hakimiyy
ət) – хalq hakimiyyəti. Хalqı hakimiyyətin 
yеganə mənbəyi kimi qəbul еdən, azadlıq və bərabər hüquq-
luluq prinsipl
ərini qəbul еdən, insan hüquqlarını yüksək tutan 
dövl
ət  hüquqi  rеjimidir,  dövlət  əhəmiyyətli qərarların  çoх-
luğun iradəsinə əsasən qəbul еdilən və, еyni zamanda azlıq-
ların hüquq və maraqlarını nəzərə alan, haqq-ədalət idеyaları-
nın  təntənəsidir. Dövlətin Ali hakimiyyət  orqanlarının  xalq 
t
ərəfindən seçilməsi, xalqa tabe olması, xalq qarşısında hesa-
batlı olması və bunların qanunlarla (Konstitusiya ilə) bərkidil-
m
əsi və  təminatı  D.-nın  mütləq  şərtidir. D.-nın  əsas funksi-
yası,  cəmiyyətdə  müхtəlif baхışlar,  fikirlər  arasında  konsеn-
susun, kompromissin t
əməlinin  araşdırılıb  üzə  çıхarmaq  və 
onu h
əyata  kеçirməkdir. D., vətəndaşın  hüquq,  azadlıq  və 
m
araqlarının müdafiəsinin qarantıdır. D. - tariхin sınaqların-
dan  kеçmiş,  inkişaf  еtmiş  sosial-siyasi, hüquqi mədəniyyət 
еtalonudur.  
Birbaşa D. – seçki və referendum vasitələri ilə cəmiy-
y
ətin və  dövlətin idarəçiliyində  xalqın  biləvasitə  iştirakı 
dem
əkdir;  təmsilçi D.  isə  seçki və  referendum vasitələri ilə 
c
əmiyyətin və dövlətin idarəçiliyində xalqın bilavasitə iştirakı 
deyil, m
əhz təmsilçi dövlət orqanları vasitəsi ilə (Parlament) 
c
əmiyyətin və  dövlətin idarəçiliyində  xalqın  iştirakı  demək-
dir. T
əmsilçi D. anlayışı – parlamentarizm anlayışının sinoni-
midir. 
DEMONSTRASİYA (latın demonstratio-nümayiş) - ictimai 
diqq
əti özünə cəlb edən, məqsədyönlü siyasi aksiya; nümayiş: 
1. c
əmiyyətin diqqətini özünə cəlb etmək və öz məqsədlərini 
c
əmiyyətin  ümumi  imkanları  ilə  həyata keçirmək naminə 
vahid t
ələblərin və  vahid sosial-siyasi  ideya  daşıyıcılarının, 
dig
ər siyasi subyektin yürütdüyü siyasi kursa və  ya  atdığı 
siyasi addıma etiraz və ya dəstək xarakteri daşıyan; təşkilat-
lanmış  kütləvi  yürüş.  Belə  D.-lar bayramyönlü, Hökumət 
lehin
ə və ya Hökumət əleyhinə, eləcə də müharibə əleyhinə 


 
108 
v
ə  s. ola bilər; 2. eyni səbəbli, lakin təşkilatlanmış  kütləvi 
yürüş  olmadan  siyasi  xarakterli  şüarların,  rəsm  əsərlərinin, 
video-klipl
ərin küçədə və ya kütləvi informasiya vasitələrində 
(KİV)  nümayiş  edilməsi; 3. “güc D.-sı”  –  hər  hansısa  bir 
dövl
ətin (onun Hökumətinin), xalqın diqqətinin cəlb edilməsi, 
ona t
əzyiq və ya dəstək göstərilməsi, öz mövqeyini bildirməsi 
m
əqsədilə başqa bir dövlətin nümayişcəsinə hərbi təlimlərinin 
keçirilm
əsi,  silahlı  qüvvələrin müəyyən bölgəyə  göndəril-
m
əsi, hərbi manevr edilməsi və s. 
DENASİONALİZASİYA (latın de-ayrılma, uzaqlaşdırma və 
h
ərfi mənada: milliləşdirmə, yəni  şəxsi mülkiyyətin dövlət 
hesabına  keçirilməsi)  -  əvvəllər xalqa, sahibkarlara məxsus 
olan istehsal mü
əssisələrinin, torpaqların, bankların və digər 
mal v
ə mülklərin, bu və ya digər səbəblərdən (inqlab, sosial-
iqtisadi  quruluş  çevrilişi)  milliləşməsindən sonra, yəni 
dövl
ətin mülkiyyətinə  çevrildikdən sonra, yenə  də  bu və  ya 
dig
ər səbəblərdən (sosial-iqtisadi  quruluş  çevrilişi,  iqtisadi 
islahatlar v
ə s.) həmin mal və mülkiyyətin əvvəlki sahiblərinə 
v
ə ya onların nəslinin davamçılarına ya təmənnasız və ya cüzi 
öd
əmələrlə  qaytarılması  və  yaxud  əgər  əvvəlki sahibləri və 
onların nəslinin davamçıları həyatda olmadıqda həmin mal və 
mülkün açıq satışa çıxarılması. Misal: Çilidə Pinoçet xuntası 
hakimiyy
ətə  gəldikdən sonra istehsal müəssisələri, torpaq 
sah
ələri, aksiyalar və s. D.-ya məruz qaldı. 
DENATURALİZASİYA (latın de-ayrılma, uzaqlaşdırma və 
naturalis-t
əbii) – bu və ya digər səbəblərdən insanla dövlətin 
arasında  “vətəndaşlıq”,  “təbəəlik” münasibətlərinin  xitamı. 
H
ər bir dövlət vətəndaşlığı,  təbəəliyi itirilmə  qaydasını  özü 

əyyənləşdirir.  D.  vətəndaşlıqdan,  təbəəlikdən könüllü 
sur
ətdə  imtina etməsi ilə,  başqa  dövlətin vətəndaşı  ilə  ailə 
h
əyatının qurulması ilə, bəzi hallarda isə məcburi şəkildə ola 
bil
ər. 
DEPARTAMENT 
(fransız départemet) – müəyyən səlahiy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə