Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   24   25   26   27   28   29   30   31   ...   97

 
94 
d
əstəkləyir, dövlətin idarəçiliyi bir partiyanın əlində cəmləşir. 
B.S.-d
ə  bir qayda olaraq: demokratik institutların  fəaliyyət 
dair
əsi məhdudlaşır;  cəmiyyət  durğunluq  vəziyyətinə  düşür; 
siyasi partiya fövq
əlduruma çevrilir, xalqdan aralanır, bürok-
ratikl
əşir  və  bundan irəli gələrək partiya daxilində  sui-
istifad
ə,  rüşvətxorluq, məddahlıq  inkişaf  edir;  partiyanın  və 
dövl
ətin hakim resurslarını ələ keçirilməsi üçün partiyadaxili 
intiriqalar, ç
əkişmələr,  qruplaşmalar  geniş  vüsət  alır;  bəzi 
hallarda is
ə, hətta  partiyadaxili  demokratiya  da  boğulur  və 
partiya, c
əmiyyət, dövlət tənəzzülə uğrayır. Tarixə aşağıdakı 
B.S.-l
ərin növləri bəllidir: 1. total B.S.-yəni başqa partiyaların 
qadağan edilməsi (misal: SSRİ; faşist Almaniyası); 2. avtori-
tar B.S. – burada is
ə, rəqib siyasi partiyalar mövcud ola bilər
lakin onlar mür
əkkəb siyasi, iqtisadi, təbliğat,  polis  və  s. 
t
əzyiqi altında  olduğuna  görə  siyasi hakimiyyətə  gələ 
bilmirl
ər; 3. eyni zamanda, demokratik rejimli dövlətlərdə də, 
bir  partiyanın  xalq  arasında  böyük  nüfuza  malik  olması, 
bütün seçkil
ərdə  tam üstünlüklə  rəqib partiyalara qalib 
g
əlməsi və  uzun müddətdə  hakimiyyətdə  olması  şərti ilə 
mövcud ola bil
ər. 
BONİFİKASİYA  (fransız  bonification;  yeni  latın  bonifico-
yaxşılaşdırıram) – 1. dövlət daxilində istehsal edilmiş və ixrac 
edilmiş malların dünya bazarlarında rəqabət qabiliyyətliyinin 
artırılması məqsədilə, onlardan əvvəl dövlətin hesabına (büd-
c
əsinə)  tutulmuş  vergi  və  rüsumların  –  onların  sahiblərinə 
qaytarılması; 2. alqı-satqı müqaviləsində əmtəənin göstərilən 
keyfiyy
əti nəzərdə  tutulduqdan daha keyfiyyətli olduqda, 
müqavil
ədə  şərtləndirilmiş  əvvəlki qiymətə  əlavə  edilmə; 
əksvəziyyətə yəni alqı-satqı müqaviləsində əmtəənin göstəri-
l
ən keyfiyyəti nəzərdə  tutulduqdan  daha  aşağı  olduqda, 
müqavil
ədə  şərtləndirilmiş  əvvəlki qiymətdən az ödənilməsi 
halına - əks bonifikasiya deyilir. 
BÖHTAN – 
şəxsiyyət əleyhinə qəsdən törədilən əməl; başqa 


 
95 
şəxsi və ya təşkilatı nüfuzdan salan, ləkələyən yalan, uydur-
ma m
əlumatların yalan olduğunu bilə-bilə yayılması. Burada 
“yayılması” deyəndə geniş ictimaiyyətə və ya, hətta təkcə bir 
adama bildirilm
əsi  başa  düşülür.  Digər tərəfdən, həmin 
“yayılma” – şifahi və yaxud yazılı, eləcə də şəkil (karikatur) 
formasında  (konkret  olaraq:  fərdi  görüşdə,  ictimai  yığıncaq-
da, telefon, radio, televiziya, internet vasit
ələri ilə, məktub, 
m
əqalə  və  s. çap məhsulları  ilə)  yayılması  faktlarına  rast 
g
əlmək olar. Burada məlumatın yalan olması mütləq şərtdir, 
h
ətta məlumatın doğru olması gümanı, yəni məlumatın yoxla-
nılmaması,  təsdiq  olunmaması  –  B. hesab edilir. Bununla 
yanaşı,  şəxsiyyəti və  təşkilatı  rüsvay  edən  doğru  (həqiqi) 
m
əlumatların yayılması (diffamasiya) – B. hesab edilmir. 
BRAKONYERLİK  (fransız  braconier  –  brakonyer, yəni 
qadağan olunmuş ovla və balıq tutmaqla, yaxud meşə qırmaq-
la m
əşğul olan adam) - təsərrüfat cinayəti-ovetmə, balıqtutma 
qaydalarının və heyvanlar aləminin mühafizəsi haqqında qa-
nunvericiliyin dig
ər tələblərini pozmaqla vəhşi  heyvanların 
ovlanması. B. - icazəsi (lisenziyası) olmayan şəxs tərəfindən 
qadağan olunmuş vaxtda, və ya qadağan olunmuş yerlərdə, və 
ya  qadağan  olunmuş  üsul  və  vasitələrlə  törədilən, qanunsuz 
ovdur. O, inzibati v
ə ya cinayət məsuliyyəti ilə cəzalandırılır. 
BÜDCƏ  -  (ingilis  budget  -  hərfi mənada: çanta) -  dövlət 
hakimiyy
əti tərəfindən qəbul edilən, növbəti il üçün, dövlətin 
maliyy
ə  gəlirlərini və  xərclərini  (pul  smetasını) 

əyyənləşdirən  (proqnozlaşdıran),  dövlətin rəsmi cədvəli. 
B.-d
ə  gəlir mənbələri və  xərc istiqamətləri müəyyənləşdiril-
diyi halda reallıqda xərclərin gəlirdən artıq olması B. defisiti 
adlanır və əksinə, gəlirlərin xərclərdən artıq olması B. qalığı 
profisit  adlanır.  Bir  qayda  olaraq,  B.  vergilərdən, rüsumlar-
dan, dövl
ət  əmlakının  realizə  və  ya icarəyə  verilməsindən, 
bonuslardan v
ə  s.  formalaşır,  eyni  zamanda  B.-nin xərcləri, 
əsasən sosial təminata, dövlət  aparatının  saxlanılmasına  (o 


 
96 
cüml
ədən: hakimiyyət strukturunun, hüquq – mühafizə orqan-
larının,  silahlı  qüvvələrin və  s. təminatına)  təhsil və  səhiy-
y
ənin təminatı  və  inkişafına  və  s. istiqamətlərinə  yönəlir

əyyən islahatların quruculuq, abadlıq və s. işlərinin aparıl-
masına da B.-dən vəsait ayrıla bilər. Dövlət B.-sindən savayı, 
B
ələdiyyə, ictimai birlik, siyasi partiya, kommersiya təşkilatı 
B.-l
əri mövcuddur və  hətta, “B.” Termini mücərrəd mənada 
da istifad
ə edilir, misal: ailə B.-si, şəxsi B., vaxt B.-si  
BÜLLETEN (
fransız bulletin, italyan bulletino - qeyd, vərəq; 
latın bulla -möhürlü sənəd) - 1) vacib hadisələr barəsində qısa 
r
əsmi məlumat; 2) dövlət və ya ictimai orqanın mətbuat nəşri; 
3) seçkil
ərdə istifadə edilən, müəyyən blanket formasına ma-
lik olan, dövl
ət dilində seçkilərə vacib olan mühüm məlumat-
lar (namiz
ədin adı, qısa məlumat) qeyd olunan, seçici tərəfin-
d
ən özünün seçdiyi namizədi  işarələməklə  seçki qutusuna 
(urna) salınan-seçki bülleteni. 
BÜROKRATİYA  (fransız  bureau  -  dəfətərxana və  yunan 
kratos  -  hakimiyy
ət sözlərindən, fransız bureaucratie - hərfi 
m
ənada: dəftərxana (kanselyariya) hakimiyyəti) - 1) qərarla-
rın qəbul edilməsində operativliyi məhdudlaşdıran, qərarların 
q
əbul edilməsinin formal prosedurunun həddənziyadə  əhə-
miyy
ətliyini tələb edən,  geniş  şaxəli və  iyerarxik məmur 
aparatı  strukturuna  söykənən, ictimai və  ya dövlət  işlərini 
idar
ə edən sistem; 2) həmin sistemdə işləyən (onunla əlaqəli 
olan) insanlar t
əbəqəsi. 
B.  bir  qayda  olaraq,  zamanın  tələblərindən həyatın 
reallıqlarından uzaqlaşmasından qeyri-standart yanaşma tələb 
ed
ən məsələlərin, problemlərin həll edilməsində  səhvlərə  və 
ya acizliy
ə, məmurların  həddən ziyadə  asılılığına  və  kor-
rupsiyanın  inkişafına  və, nəhayət  islahatların  aparılmasında 
idar
əçilik, hakimiyyət  orqanları  üçün  ciddi  səddə  çevrilib. 
Qeyri-demokratik, siyasi-hüquqi rejimli dövl
ətlərdə  B.  xalqı 
t
əzyiq altında saxlamaq vasitəsinə, sosial-siyasi təşəbbüslərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə