Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   80   81   82   83   84   85   86   87   ...   97

 
262 
d
əyişdirilə və ya əlavə edilə və ya ləğv еdilə bilərlər. 
           Müasir anlamda R. s
əsvermə praktikasının vətəni kimi 
İsveçrə  qəbul edilir, harada ki, 1449-cu ildə  respublikanın 
maliyy
ə  vəziyyəti  haqqında  məsələsinin həlli üçün ilk dəfə 
ümumxalq s
əsverməsi keçirilmişdir. 
REJİM  (fransız  regitme,  latın  regitmen-idarəetmə)  -  1) 
döv
lət  idarəçiliyində  istifadə  edilən  üsul  və  vasitələrin 
məcmuəsi;  həyatın  və  ya  hansısa  fəaliyyət  növünün  dəqiq 
müəyyyənləşdirilmiş  qaydası;  -R.  cədvəli;  dövlətdə  hökm 
sürən siyasi və iqtisadi idarəçilik metodu, dövlətlə vətəndaş-
ların  qarşılıqlı  münasibətlərini  ifadə  edən  qayda-qanunun 
xarakteri.  R.  dövlətin  Ali  hakimiyyət  orqanlarının  formalaş-
ması, Qanunverici, İcra və Məhkəmə hakimiyyətini, eləcə də, 
mərkəzi və yerli orqanların qarşılıqlı - əlaqəsi, ictimai təşki-
latların,  (partiyaların),  orqanların,  hərəkatların  fəaliyyətinin 
mövqeyi,  rolu  və  şəraiti,  şəxsiyyətin  hüquqi  statusu,  dövlət 
hakimiyyəti  tərəfindən  tətbiq  edilən  icazələr  və  qadağalar 
sistemi, üsul və xarakteri ilə müəyyənləşir. R.-in xarakterinə 
cəmiyyətin  siyasi  (aktiv,  passiv)  mövqeyi,  sosial-iqtisadi, 
mədəni faktlar, tarixi adət və ənənələr təsir göstərirlər. R.-in 
mahiyyəti onun tipologiyasının təməlində durur: elmdə totali-
tarizm, avtoritarizm, liberaarizm və demokratizm (bəzi mən-
bələrdə,  hətta  monarxizm)  R.-ləri  fərqləndirilir.  Bir  R.-dən 
digər R.-ə keçid - “keçid dövrü” adlanır və müəyyən müddət 
tələb edir; 2) daxili nizam-intizam qaydası. 
REKVİZİSİYA (latın requisitio-tələb) - bax həcz. 
REQLAMENT 
(fransız reglamentrēgle qayda-sözündən) - 
1) dövl
ət  orqanının,  beynəlxalq, Bələdiyyənin və  ya ictimai 
t
əşkilatın  fəaliyyətini  nizamlayan  (iclasın,  konfrasın  aparıl-
masını nizamlayan), qaydalar məcmuəsi; 2) Parlament, yaxud 
palatanın daxili quruluşu və iş qaydasını, həmçinin Deputatın 
hüquqi v
əziyyətini tənzim edən qaydalar; 3) bəzi beynəlxalq 
a
ktların adı. 


 
263 
REPATRİASİYA  (son  latın  repatriatio-vətənə  qayıtmaq)  - 
1) mühacirl
ərin öz vətəninə, yurduna (ya könüllü surətdə və 
ya m
əcburi surətdə) qayıtması və ya çıxarılması, qovulması, 
qaytarılması. Əgər insan mühacirat edəndə öz əcəli vətənilə, 
yurdu il
ə  vətəndaşlıq  statusunu  itirmişdirsə  və  ya belə 
v
ətəndaşlıq  statusu  heç  olmamışdırsabelə  halda  R.  insanın 
v
ətəndaşlıq statusunun bərpası ilə bərabər həyata keçirilir; 2) 
h
ərbi  əməliyyatlar,  işğal,  departasiya  nəticəsində  öz  doğma 
torpaqlarından  didərgin (qaçqın,  köçgün)  düşən  insanların 
h
ərbi əməliyyatların başa çatmasından, işğal olunmuş həmin 
ərazilərin azad olunmasından və departasiyanın ləğv edilmə-
sind
ən sonra, həmin  insanların  öz  doğma  torpaqlarına  rahat 
şəkildə  qayıdıb  yaşamaları;  3)  hərbi  əsirlərin  öz vətənlərinə 
qaytarılması.  Cinayət  işi  ilə  əlaqədar istintaq olunanlardan, 
h
əmçinin Məhkəmənin hökmü ilə  məhkum olunub cəza 
ç
əkənlərdən savayı, rütbəsindən və sayından asılı olmayaraq: 
müharib
ə  dövründə  bütün  ağır  xəstə  və  ağır  yaralılar; 
müharib
ə, hərbi  əməliyyatlar  başa  çatdıqdan  sonra  isə, 
ümumiyy
ətlə  bütün hərbi  əsirlər öz vətənlərinə  şərtsiz R. 
olunmalıdırlar; 4) cinayətkarların öz vətənində cəza çəkmək-
d
ən ötrü xüsusi prosedur qaydasında vətəndaşı olduğu dövlətə 
qaytarılması. 
REPRİVATİZASİYA  (latın  re-burada təkrar  olunmanı, 
b
ərpa  olunmanı  bildirən önlük və  privatus-şəxsi, xüsusi) - 
t
əkrar özəlləşdirmə, siyasi, iqtisadi təcrübədə  olduqca nadir 
hallarda: a) ilkin öz
əlləşdirmə  kompaniyası  nəticəsində  özəl 
sektora  (şəxsi mülkiyyətə)  keçmiş  dövlət mal və  mülkiy-
y
ətinin geri (dövlətin  hesabına)  qaytarılması  ilə, təzədən 
öz
əlləşdirməyə  çıxarılması  (misal:  Ukranada  2007-ci ildə 
yeni  formalaşmış  Hökumət  -  “Timoşenko  Hökuməti” R. 
h
əyata  keçirilmişdir).  Burada  müxtəlif səbəblərbəhanə  kimi 
g
ətirilə bilər, misal: qeyri-qanuni özəlləşdirmə (qeyri-legitim 
orqanlar t
ərəfindən özəlləşdirmə);  saxtakarlıq  və  korrupsiya 


 
264 
il
ə  keçirilmiş  ilkin  özəlləşdirmə; real dəyərindən (bazar 
qiym
ətindən) xeyli ucuz qiymətə  dövlət mülkiyyətinin 
satılması  (özəlləşdirilməsi) və  s. Belə  halda R. ya bütün 
öz
əlləşdirilmiş  mal  və  mülkə  şamil  edilir  və  ya konkret 
obyektl
ərə  şamil  edilir;  b)  vətəndaşlara  məxsus  olan  malın, 
mülkün millil
əşdirilməsindən (dövlət  hesabına  keçirilməsin-
d
ən) sonra-təzədən vətəndaşlara  (keçmiş  sahiblərinə  və  ya 
onların nəslinin nümayəndələrinə) qaytarılması (misal: SSRİ 
ali dövl
ət dağılandan, süqutundan (1991) sonra, həmin dövlə-
tin t
ərkibindən çıxan pribaltika respublikaları R. həyata keçir-
dil
ər). Bax həmçini denasionalizasiya. 
RESPUBLİKA (latın respublicares-iş və publicus-ictimai, 
ümumxalq)  -  dövl
ətin Ali hakimiyyət  orqanlarının  müəyyən 
müdd
ətə  ya bilavasitə  хalq  tərəfindən  sеçilən və  ya  хalqın 
t
əmsilçi orqanları  tərəfindən  formalaşan  (bilavasitə  və  ya 
dolayı yollarla хalq tərəfindən formalaşan), dövlət idarəçilik 
formasıdır, vətəndaşlar isə, R. şəraitində beynəlxalq ictimaiy-
y
ət tərəfindən qəbul  edilmiş  ümumbəşəri hüquqlara sahib-
dirl
ər. Səlahiyyət bölgüsü prinsipinə  müvafiq  olaraq:  Prеzi-
dеnt rеspublikası və Parlamеnt rеspublikası dövlət idarəçilik 
forma
ları fərqləndirilir. 
Mahiyy
ət etibarilə R. - demokratiyanın sinonimidir, R. 
şəraitində: hakimiyyət bütövlükdə  -  xalqa məxsusdur, xalq 
qarşısında məhsul və hesabatlıdır; hakimiyyət-xalqın iradəsini 
yerin
ə  yetirir; xalq-seçkilər (referendum) vasitəsi ilə  dövləti 
idar
ə edir və, nəhayət xalq (hər bir vətəndaş) - bütün demok-
ratik hüquq v
ə azadlıqlara malikdir. Dövlət idarəçilik forma-
sına görə R.-monarxiyanın alternatividir, hərçənd Konstitusi-
on  -  monarxiyada h
ər iki dövlət idarəçiliyi  forması  orqanik 
sur
ətdə biri-biri ilə birləşir. Tarixən R. antik dövrdə Avropada 
monarxiyanın antipodu kimi meydana gəlmişdir.  
REVİZİYA (latın revisio - təkrar baxılma, yoxla(n)ma) - bax 
t
əftiş. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə