Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   81   82   83   84   85   86   87   88   ...   97

 
265 
REZİDENSİYA (latın residere-öz yerində qalmaq, olmaq) - 
bax iqam
ətgah. 
RÜSUM 
(ərəb-vergi,  kömrük,  kirayə  haqqı  və  s.  sözlərin 
cəmi) - miqdarı dövlət (Hökümət) tərəfindən müəyyənləşdiri-
lən  müəyyən  funksiyanın  icrası  müqabilində  (əsasən  sahib-
karlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən), dövlət hesabına 
birdəfəlik  tutulan  nəğd  pul  vəsaiti. R.-un  kömrük  və 
dövlətdaxili  növləri  olur:  kömrük  R.-u  müvafiq  dövlət 
(kömrük)  orqanları  tərəfindən  dövlət  sərhəddindən  keçən 
(gətirilən,  aparılan,  tranzit  edilən)  malların  sahiblərindən 
müəyyən funksiyaları icra etməklə, qanunvericilikdə göstəri-
lən məbləğdə dövlət hesabına tutduqları nağd pul vəsaiti. Yeri 
gəlmişkən,  kömrük  R.-u  dövlətdaxili  iqtisadi  qurumların 
qoruyucu, idxal-
ixraca  əməliyyatları  nizamlayıcı  və,  hətta 
başqa  dövlətə  müəyyən  təzyiq  göstərmədə  maliyyə-iqtisadi 
ələt kimi istifadə edilmə praktikası kimi mövcuddur; dövlət-
daxili R.-
lar  müvafiq  dövlət  (Məhkəmə,  dövlət  arbitajı, 
natoriat,  poçt,  VVAQ,  DİN  və  s.)  orqanları  tərəfindən 
müxtəlif  xidmətlərə  görə  (Məhkəmə  araşdırması,  qeydiyyat, 
poçt xidməti, vərəsəlik, torpaq icarəsi, nəqliyyat vasitələrinin 
sahiblərinə və s.) qanunvericilkdə göstərilən məbləğdə dövlət 
və  ya  yerli  Bələdiyyə  hesabına  tutduğu  nağd  pul  vəsaiti.  R. 
şəklində  ya  konkret  göstərilən  məbləğ  və  ya  müəyyən  faiz 
hesablanır.  Orta  əsrlərdə  bir  sıra  Şərq  ölkələrində  (o 
cümlədən, Azərbaycanda) vergi və R. ümumi şəkildə yığılırdı 
və bəzi hallarda -rüsumat adlanırdı.  
RÜŞVƏTXORLUQ  -  korrupsiyanın  bir  institutu;  cinayət 
hüququ sah
əsinin, “vəzifə  cinayətləri” institutunun -  yarı-
institutu, özünd
ə üç növ cinayəti (rüşvət alma; rüşvət vermə 
v
ə; rüşvətvətxorluqda vasitəçilik) birləşdirən anlayış. Vəzifəli 
şəxsin öz qulluq mövqeyindən istifadə yolu ilə rüşvətverənin 
xeyrin
ə  etməli  olduğu  və  ya öz vəzifə  borcunu etməməyə 
gör
ə  rüşvətverən  şəxsdən (bəzi  hallarda:  rüşvətxorluqda 


 
266 
vasit
əçidən) hər hansısa bir şəkildə (pul, qızıl, qiymətli kağız, 
əmlak, mülk, bəzi hallarda, xidmət  şəkilində)  rüşvət  alması. 
R.-(
əksər hallarda R.-da  iştirak  edənin  əmlakı  müsadirə 
olunmaqla) azadlığdan bir neçə il məhrum edilməklə cəzalan-
dırılır.  R.-un məhsul mövqe tutan vəzifəli  şəxs tərəfindən 
tör
ədilməsi, yaxud əvvəllər R.-a görə məhkum edilmiş, yaxud 
külli  miqdarda  rüşvət  almış  şəxs tərəfindən,  ya  da  rüşvətin 
h
ədə-qorxu tətbiq  olunmaqla  alınması-məsuliyyəti  ağırlaş-
dıran hallardır. 
 

SANASİYA  (latın  sanatio-müalicə,  sağlamlaşdırma,  sano-
müalic
ə  edirəm sözündən)  -1) (iqtisadi) ya bütün iqtisadiy-
yatın  və  ya  konkret  iri  (inhisarçı)  sənae, ticarət, bank və  s. 
qurumların  (əsasən  iqtisadi  böhranlı  vəziyyətlərdə) maliyyə 
v
əziyyətlərinin  yaxşılaşdırılması  və  ya  bankrotluğa  (iflasa) 
uğramasının  qarşısının  alınması  və, yaxud rəqabət qabiliy-
y
ətinin  artırılması  məqsədi ilə  dövlət tərəfindən (nadir 
hallarda dig
ər qurumlar tərəfindən) keçirilən tədbirlər sistemi. 
T
əcrübədə  “daxili  S.”  halları  da  rast  gəlir.  S.  metodlarına: 
borcu
n, subsidiyanın, datasiyanın verilməsi, vəziyyətdən asılı 
olaraq (
əgər səhmdar (aksioner) cəmiyyətdirsə) ya səhimlərin 
buraxılışını artırılması və, yaxud əksinə, səhimlərin buraxılı-
şını  azaldılması,  xitam  edilməsi, köhnə  səhimlərin nominal 
d
əyərinin  aşağı  salınması,  borcların,  vergi  və  rüsumların  ya 
bağışlanması,  ya  ödəmə  vaxtının  uzadılması  və  ya  azaldıl-
ması, qurumun milliləşdirilməsi və s. daxil etmək olar. Misal: 
müflisl
əşmə təhlükəsi qarşısında duran “Deu” kor-porasiyası-
nın  borc  və  vergiləri Cənubi Koreya dövləti tərəfin-dən 
bağışlanmışdır;  2)  (siyasi)  “S.  rejimi”  -  1926-39-cu illərdə 
Polşada  mövcud  olmuş  irticaçı  rejimin  geniş  yayılmış  adı. 
H
ərbi  çevirilişə  hazırlıq  şəraitində  (1926 may) güruh 
t
ərəfindən “ölkənin siyasi və  iqtisadi həyatına  şamil  edilən 


 
267 
S.”  şüarı  irəli  sürülmüşdür;  3)  (tibb)  müalicə-profilaktika 
t
ədbirləri sistemi. 
SANKSİYA  (latın  sanctio-ciddi qərar)  -  1) beynəlxalq 
hüququn mü
hüm  institutlarından  biri;  2) səlahiyyətli orqan 
(M
əhkəmə, Arbitraj, Prokuror və  s.) tərəfindən qəbul edilən 
r
əsmi akt, nizamlayıcı  (cəzalandırıcı)  təsir vasitəsi; beynəl-
xalq münasib
ətlərdə  beynəlxalq  hüquq  normalarını  və  ya 
dövl
ət tərəfindən öz üzərinə götürdüyü öhdəlikləri pozan, icra 
etm
əyən və  ya nalayiq icra edən dövlət(lər)ə  qarşı-digər 
dövl
ət(lər) və  ya  beynəlxalq ictimaiyyət tərəfindən tədbiq 
edil
ən: siyasi, iqtisadi (maliyyə), hərbi xarakterli təsir 
vasit
əsi. Bax həmçinin  blokada, embarqo; 3) hüquq norma-
sının  dispozisiyasının  pozulmasına  görə, onu pozan tərəfə 
qarşı tətbiq edilən, hüquqi məsuliyyətin növünü və ölçüsünü 

əyyən edən,  hüquq  normasının  struktur  elementidir.  Bu 
“hüquq pozuntusuna gör
ə, hüququ pozan tərəfə  qarşı,  hansı 
hüquqi c
əza tətbiq edilməlidir” sualına cavab verir. 
SEÇKİ HÜQUQU - ilkin mənada - bu, sеçkili dövlət haki-
miyy
əti və Bələdiyyə orqanlarının təşkili qaydalarını, onların 
üzvl
ərinin sеçicilər qarşısında cavabdеhliyin şərtlərini və qay-
da
larını və, o cümlədən, dеmokratiyanın həyata kеçirilməsinə 
bilavasit
ə  iştirakının  şərtlərini  nizamlayan,  хalqın  iradəsini 
ifad
ə  еdən, hüquq  normaları  məcmuəsidir; ikinci mənada  - 
dövl
ətin  sеçkili  orqanlarına  və  Bələdiyyələrə  vətəndaşın 
sеçib-sеçilmək hüququdur (aktiv və passiv sеçki hüququ). 
  S.H.-
siyasi  hüquqlar  kateqoriyasına  daxildir  və  xalq 
t
ərəfindən dövlətin idarəedilməsi üçün, mühüm vasitədir. 
S.H.-
yalnız  dövlətin vətəndaşlarına  mənsubdur və  vətəndaş-
ların  milli,  dini,  siyasi,  ictimai,  cinsi  və  digər mənsubiy-
y
ətlərindən  asılı  deyil,  bütün  vətəndaşlar  S.H.-nda bərabər-
dirl
ər. Bax həmçinin:  ümumi seçki hüququ;  b
ərabər seçki 
hüququ; 
birbaşa seçki hüququ. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə