Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   79   80   81   82   83   84   85   86   ...   97

 
259 
keçirilm
əsi  zamanı  aşkar  edilən  qanunpozuntularını  aradan 
qaldırmaq üçün, əsas hüquqi vasitələrdən biri. P.-də Prokuror 
dövl
ət orqanının, ictimai təşkilatın və ya vəzifəli şəxsin qəbul 
etdiyi  aktı  və  ya hərəkəti ilə  özünün  (Prokurorun)  razı 
olmamasını ifadə edir və həmin aktı və hərəkəti ləğv etmək, 
dayandırmaq  (xitam  etmək), dəyişdirmək və  yaxud onu 
qanuna  uyğunlaşdırmaq  və  pozulmuş  hüququ  bərpa etmək 
t
ələbi irəli sürülür. P. mütləq qanunla əsaslandırılmalıdır  və 
mütl
əq ona cavab verilməlidir. 
PROTOKOL  (yunan 
prōtkókollon - manuskriptə yapışdırıl-
mış  birinci  vərəq)  –  1. prosesual hərəkətləri və  onların 
n
əticələrini  yazılı  surətdə  qeydiyyata  alınmış  (imzalanmış) 
r
əsmi sənəd;  2.  diplomatik  davranış  qaydası;  3.  beynəlxalq 
hüquqi aktlara 
əlavə edilmiş, beynəlxalq hüquq qüvvəli aktın 
adı; 4. konkret məsələyə dair dövlətlərarası yazılı razılaşma; 
5.  iclasda,  müşavirədə  baş  verən hadisələrin  qeydiyyatından 
ibar
ət sənəd; 6. hər  hansı  bir  faktı  təsdiq edən sənəd; 7. 
müqavil
ə  və  ya  saziş  bağlamaqdan  öncə, tərəflər  arasında 
aparılan  ilkin  danışıqlar  barəsində  imzalanmış  diplomatik 
s
ənəd. 
PUTÇ (putçizm) (alman Putsch) – 
qiyamın, üsyanın kiçik bir 
forması;  qiyam;  qiyamlar (təşkil  etmə) siyasəti; kiçik bir 
d
əstə  sui-qəsdçilər tərəfindən törədilmiş  dövlət (və  ya 
hakimiyy
ət) çevrilişi; və ya bu cür çevrilişə avantyurist cəhd; 
hakimiyy
ət  uğrunda  silahlı  mübarizənin  spesifik  forması, 
hansı ki, ya bilavasitə hərbiçilər (və ya digər güc strukturları) 
t
ərəfindən və ya onlara arxalanan bir dəstə tərəfindən həyata 
keçirilir (c
əhd edilir). Burada hərbiçilər (və  ya digər güc 
strukturları)  ya  biləvasitə  hakimiyyəti  ələ  keçirmək kimi 
istifad
ə edilir və yaxud hakimiyyətə psixoloji təzyiq vasitəsi 
kimi istifad
ə edilir və üstəlik hakimiyyətin istefası ilə yanaşı 
–  onun (hakimiyy
əti) hərbiçilərə (güc strukturlara) verilməsi 
t
ələbi də, irəli sürülə bilər. Mahiyyət etibarı ilə, P. – “saray 


 
260 
çevrilişi” – hakimiyyəti ələ alma mexanizmini xatırladır. P. – 
üsyandan özünün kiçik miqyası ilə seçilir, - bir qayda olaraq, 
geniş insan kütlələrinin dəstəyi ilə fərqlənmir, elə buna görə 
d
ə  putçislər repressiv tədbirlərdən  geniş  istifadə  edirlər 
(h
ərbiçilərin hakimiyəti üçün bu xarakterikdir), onlar üçün 
totalitar idar
əçilik  formasının  təsdiq edilmə  tenden-siyası 
xarakterikdir v
ə ölkədə ümumi vəziyyəti nəzarət altına almaq 
v
ə  fərqli  düşünənlərə  qarşı  mübarizə  aparmaq naminə  üfüqi 
v
ə şaquli hərbiləşmiş dövlət idarəçiliyi strukturunun yaradıl-
ması mümkündür. Eyni zamanda, P. üçün hərbiçilərin loyal-
lığını  qazanmaq  naminə,  onları  cəmiyyətdə  imtiyazlı  möv-
qey
ə qoyulması xarakterikdir. 
 

RATİFİKASİYA (latın ratificatio-israr, iddia etməkratus - 
t
əsdiqlənmiş  və  facere-etmək sözlərindən)  -  beynəlxalq  aktı 
r
əsmi surətdə təsdiq etmə; dövlət adından, onun səlahiyyətli 
şəxsi tərəfindən öncə qəbul etdiyi (imzaladığı) hər hansı bir 
beyn
əlxalq müqavilənin (sazişin) - öhdəliyin tam hüquqi qüv-
v
əyə  mindirilməsindən ötrü, həmin  akt(lar)ın  dövlətin Ali 
hakimiyy
əti orqan  tərəfindən (bəzi dövlətlərdə-Parlament 
t
ərəfindən digər dövlətlərdə-dövlət başçısı tərəfindən) razılığı 
ifad
ə  edən təsdiq edilməsi; təsdiqetmə  siyasi-hüquqi prose-
sual  qaydası.  R.  məsələsi dövlətin  Konstitusiyası  tərəfindən 

əyyən edilir; tənzimlənir. 
RAYON 
(  fransız  rayon-hərfi mənası:  şüa,  radius  )  -  1) bir 
sıra  dövlətlərdə  (o cümlədən, Azərbaycanda) kənd (əyalət) 
yerl
ərində  inzibati-ərazi bölgüsü vahidi: ərazi  baxımından 
Muxtar Respublikanın, Diyarın, Mahalın, Vilayətin ərazisin-
d
ən kiçik, -  onların  tərkib hissəsi, lakin, özündə  bir neçə 
yaşayış məntəqələrini (o cümlədən kəndləri, qəsəbələri, hətta 
şəhər(lər)i)) birləşdirən - unitar dövlətlərin ərazi quruluşunun, 
t
ərkib hissəsinin,  ərazi vahidlərinin  adlarından  bir  (bəzi 


 
261 
dövl
ətlərdə  “R.”  anlayışı  “departament”, “ostan”, “prefekt” 
v
ə s. sözlər ilə əvəz olunur). Unitar dövlətlər öz hakimiyyətini 
yerl
ərdə (əyalətlərdə) rahat və sərbəst həyata keçirilməsi üçün 
dövl
ət  ərazisini-inzibatiərazi vahidlərinə, R.-lara  bölüşdürür. 
Bir qayda olaraq, R.-lar 
ərazisinin  coğrafi,  ərazidə  mövcud 
olan q
ədim yaşayış məskənlərinin tarixi adı ilə, bəzi hallarda 
dövl
ətin, xalqın tarixində mühüm iz buraxmış tarixi əhəmiy-
y
ətli  şəxslərin  (adı  ilə)  soyadı  ilə  adlandırılır.  Bir qayda 
olaraq, R.-
ların  təsis edilməsi, birləşdirilməsi,  ayırması  və 
l
əğv  edilməsi səlahiyyəti-Parlamentə,  onun  başçısının  təyin 
edilm
əsi səlahiyyəti isə-dövlət  başçısına  məxsusdur. Siyasi-
hüquqi  baxımdan  R.-lar heç bir müstəqil statusa malik 
deyill
ər və bibaşa mərkəzə tabedilər. Bəzi dövlətlərdə isə, R-
ların siyahısı - dövlət Konstitusiyasında sadalanır; 2) 100 min 
n
əfərdən  artıq  əhalisi  olan  iri  şəhərlərdə  yaradılan  aşağı 
inzibati-
ərazi vahidi-şəhər  rayonları; 3) hər  hansı  xüsusiy-
y
ətlərinə, əlamətlərinə görə fərqlənən ərazi: fiziki-coğrafi R. 
REFERENDUM  (lat
ın  referendum-еlan  еdilməli,  хəbər  vе-
rilm
əli)  -  dövlətin həyatında  mühüm  əhəmiyyətli məsələləri 
əhatə еdən Konstitusiyanı, mühüm qanunları, siyasi (daхili və 
ya хarici) iqtisadi, hərbi və digər vacib məsələləri əhatə еdən 
q
ərarlara ümumхalq səsvеrməsi yolu ilə vətəndaşların iradə-
sinin ifad
ə еtməsidir və bilavasitə xalq tərəfindən dövlət haki-
miyy
ətinin,  ələlxüsus qanunvericilik hakimiyyətinin, həyata 
keçirilm
əsi üsuludur. R.-dеmokratiyanın aşkar təzahürüdür.  
  R.-nun t
əşkili və kеçirilməsi qaydaları dövlətin müva-
fiq qanunvеricilik aktları ilə nizamlanır. Kimin tərəfindən R.-
un keçirilm
əsi təşəbbüsünün irəli sürülməsi və onun prosedur 
qaydası,  həmin  qanunvericilik  aktları  ilə  nizamlanır.  R.-la 
q
əbul  olunmuş  qərarlar Ali hüquqi qüvvəyə  malikdirlər və 
dövl
ətin bütün ərazisinə  yayılır  və  bütün vətəndaşlara  aid 
edirlir.  Hеç  kəs  ona  zidd  gеdə  biləcək  aktları  qəbul  еdə 
bilm
əz. R.-la qəbul  olunmuş  qərarlar  yalnız  R.  vasitəsi ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə