Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   2   3   4   5   6   7   8   9   10   ...   33

Təklif

Qanunun 3.2‐ci maddəsi çıxarılsın.



Mənfəətin bölüşdürülməsi

Qanunun  3‐cü  maddəsində  mənfəətin  bölüşdürülməsi  ilə  bağlı  yazılıb: «3.3.  Publik  hüquqi  şəxsin



mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq

olaraq  dövlət  büdcəsinə  və  yerli  büdcəyə  köçürülə  bilər».  Bu  halda  yenə  də  belə  çıxır  ki,  dövlət

tərəfindən  yaradılmış  hüquqi  şəxsin  mənfəəti  dövlət  büdcəsi  ilə  yanaşı  bələdiyyənin  büdcəsinə

köçürülə bilər. Ancaq eynilə həmin norma bələdiyyə tərəfindən yaradılmış hüquqi şəxsin mənfəətinin

dövlət  büdcəsinə  yönəldilməsinə  də  imkan  verir.  Avropa  oyunları  ilə  bağlı  büdcədoldurma

təcrübəmizə nəzərə salsaq görərik ki, bələdiyyə hüquqi şəxslərinin bu cür istismarı heç də xam xəyal

deyil. Amma Azərbaycan Respublikasında bələdiyyələrinin əksəriyyətinin potensialının və onların

iş bacarıqlarının yetərli səviyyədə olmamasını, habelə digər qüsurlarını nəzərə alaraq, güman etmək

olar  ki,  onların  da  publik  hüquqi  şəxs  yaratmaları  üçün «yuxarılardan»  kimsə  onlara  məsləhət

verməlidir, onlar da məsləhət verənlər qurumun potensialından istifadə edərək nə isə iş görəcəklər.

Belə olan halda bələdiyyə hüquqi şəxsinin qazandıqlarının da dövlət və bələdiyyə büdcəsi arasında

bölüşdürülməsi ədalətli görünür.

Hüquqi şəxsin yaradılması

Qanunun 4‐cü maddəsinə əsasən: «4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti



orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. 4.2. Bu Qanunun 4.1‐ci

maddəsinə  uyğun  olaraq  yaradılan  publik  hüquqi  şəxslər  tərəfindən  də  nizamnaməsində  nəzərdə

tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər».

Hal‐hazırda  dövlət  adından  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  yaradılır,  halbuki,

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016‐cı il tarixli 759 saylı Fərmanına əsasən Qanunun

4.1‐ci maddəsi üzrə müvafiq icra hakimiyyəti orqanlarının siyahısı Azərbaycan Respublikası Prezident

tərəfindən müəyyən olunacaqdır. Lakin hal‐hazırda publik hüquqi şəxslərin Azərbaycan Respublikası

Prezidenti  tərəfindən  yaradılması səbəbi  ondadır  ki,  mərkəzi  icra  hakimiyyəti  orqanlarının

əsasnamələrində publik hüquqi şəxs yaratmaq səlahiyyəti nəzərdə tutulmayıb. Nazirlər kabineti də

belə  hüquqi  şəxsləri  yaradılması,  qeydiyyatı,  hesabatlılığı  xüsusiyyətlərini  tənzimləyən  normaları

qəbul  etməyib.  Əlbəttə  dövlət  orqanları  belə  bir  hüquq  qabiliyyətinə  malikdirlər  ki,  onların  təsis

sənədində  (nizamnaməsində  və  ya  əsasnaməsində)  yazılmayan  səlahiyyəti  icra  edə  bilməzlər.

Səlahiyyət  qazıldıqda  belə,  qaydalar,  təlimatlar,  tənzimləyici  normalar olmalıdır  ki,  həmin

səlahiyyətlərin  icra  mexanizmini  əks  etdirsin.  Əks  təqdirdə  dövlət  orqanlarının  atdığı  hər  addım

mübahisələndirilə bilir, bürokratik və digər əngəlliklərə rast gəlir, fəaliyyətləri effektiv olmur. Bütün

bunları  həll  etmək  üçün  qanunaltı  qanunvericiliyə  (Nazirlər  Kabineti  qərarları,  müvafiq  icra

hakimiyyəti orqanlarının normativ hüquqi aktları) ehtiyac duyulur. Publik hüquqi şəxslər haqqında

isə belə qanunvericilik hələ ki, mövcud deyil.

Digər tərəfdən, bələdiyyələrin də əsasnamələrində publik hüquqi şəxs yaratma imkanları nəzərdə

tutulmayıb, onların yaradılmasına dair müddəalar normativ xarakterli aktlarla tənzimlənməyib.

Üçüncü  istiqamət  də,  dövlətlə  bələdiyyələrin  müştərək  hüquqi  şəxsləridir  ki,  onların  da

fəaliyyətlərinin tənzimlənməsi üçün bir tək yaradılan hüquqi şəxslərin nizamnamələri yetməz. Həm

onların  maliyyə  mənbələrinin  tənzimlənməsi,  həm  müştərək  qurumun  yaradılması  və  qərarların

razılaşdırılması  prosedurları  mütləq  təsbit  edilməlidir.  Əks  təqdirdə  həmin  hüquqi  şəxslərin

yaradılması da, fəaliyyəti də kor‐təbii, pərakəndə xarakter daşıyar, kompleks yanaşma tətbiq etmək

mümkün olmaz, nəticədə bu fəaliyyətdən nə cəmiyyət, nə də dövlətçilik yararlanmaz.



Hüquqi şəxsin qeydiyyatı

Qanunun  4.4‐cü  maddəsinə  əsasən  «4.4.  Publik  hüquqi  şəxs «Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və



dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən  edilmiş  qaydada  müvafiq

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

­  13 ­




­  14 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə

edir». Bu halda müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Vergilər Nazirliyinə həvalə edilib.

Belə güman etmək olar ki, bir müddət sonra qeydiyyat səlahiyyəti ASAN xidmətlərə ötürüləcək. Bir

tərəfdən  bu  hal  qeydiyyat  prosedurunu  asanlaşdırır.  Lakin  publik  hüquqi  şəxslərin  qeyri‐

kommersiya təşkilatları ilə uyğunluğuna dair məzkur normaları nəzərə alsaq belə qənaətə gəlmək

olar ki, qeydiyyat orqanı qismində Ədliyyə Nazirliyi daha uyğundur. Çünki kommersiya fəaliyyəti

publik hüquqi şəxsin Qanuna görə fakultativ fəaliyyətidir (əsas fəaliyyət istiqaməti deyil, istisna

olaraq nizamnaməsi ilə nəzərdə tutulduğu halda məşğul olduğu fəaliyyətdir).

Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərinin qeydiyyatı ilə məşğul olur və bu vergilərin düzgün

tənzimlənməsi  baxımından əlverişlidir.  Ancaq  təəssüflə  qeyd  etməliyik  ki,  Vergilər  nazirliyi

tərkibində fəaliyyət göstərən birpəncərənin təcrübəsi transmilli kommersiya qurumları təcrübəsi,

hətta  milli  qanunvericilik  baxımından  heç  də  peşəkar  görünmür,  bəzi  hallarda  isə  hətta  Mülki

Məcəlləyə ziddir. Məsələn, Vergilər Nazirliyinin internet saytında uzun illər dərc olunan 2 səhifəlik

nizamnamə  formaları  Mülki  Məcəlləyə  birbaşa  zidd  idi.  Bu  günə  qədər  də  o  dövrdə  qeydiyyata

alınmış hüquqi şəxslərin hüquqi əqdlər bağlamaqda, kredit təşkilatlarında hesab açma və əməliyyat

həyata keçirmə məsələlərində müşküllüklər mövcuddur. Onların icra orqanlarının səlahiyyətləri,

nəzarət  orqanlarının  səlahiyyətləri  Mülki  Məcəlləyə  zidd  olaraq  Nizamnamədə  qeyd  edilməmiş,

təsisçilərin öhdəliyinə buraxılmışdır deyə, səlahiyyətləri müəyyən etmək çətindir. Bundan başqa,

birpəncərənin tabe olduğu Vergilər Nazirliyi qurumlarında çalışan əməkdaşlar təhsilcə hüquqşünas

deyillər. Ona görə də Nizamnamələrdə mütərəqqi normaları qeyd etmək olduqca çətin olur. Ədliyyə

nazirliyində  isə  belə  çətinliklər  olmur.  Onda  həm  icraçılar,  həm  nəzarət  edən  qurumlar  hamısı

hüquqşünaslardan komplektləşir.

Təklif

Bu  cür  hüquqi  şəxslərin  qeydiyyatı  Ədliyyə  Nazirliyi  tərəfindən  aparılması  daha  peşəkar

nizamnamələrin yazılmasına imkan yaradar.

Nümunəvi nizamnamələr

Qanunun  6‐ci  maddəsinə  əsasən  «6.1. Müxtəlif  sahələr  üzrə  publik  hüquqi  şəxsin  nümunəvi



nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən oluna bilər». Bu norma «Normativ

hüquqi  aktlar  haqqında»  Konstitusiya qanunun  64.4‐cü   maddəsinə  ziddir  («64.4. Dövlət  orqanı



üçün hüquq və vəzifələr onun səlahiyyətlərini təşkil edir və bu səbəbdən normativ hüquqi aktda həmin

orqanın  hüququ  konkret  icraçının  mülahizəsindən  asılı  olan  bu  və  ya  digər  hərəkətlərin  edilməsi,

dispozitiv  imkan  kimi  müəyyənləşdirilə  bilməz.  Normativ  hüquqi  aktda  dövlət  orqanının

səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə, «orqan edə bilər»,

«bir  qayda  olaraq»,  «müstəsna  hallarda  yol  verilir»,  «orqan  öz  səlahiyyətləri  daxilində»,  «zərurət

olduqda» və bunlara bənzər qeyri‐müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir»).

Belə ki, həddən ziyadə diskresiyon səlahiyyət nəzərdə tutur. Bir tərəfdən baxdıqda elə görünə bilər

ki, nümunəvi nizamnamələrin olması bir sıra tənzimləmə problemlərini həll edə bilər. Nümunəvi

sənədlərin mənfi cəhəti ondan ibarətdir ki, nümunəvi sənədi qəbul etmiş orqan həmin nümunədəki

hüquqi  və  digər  risklərə  görə  məsuliyyəti  üzərinə  götürmüş  olur.  Təəssüf  ki,  Azərbaycan

Respublikası  tarixində  həmin  məsuliyyətin  reallaşmasını  görmürük.  Bu  nümunələr  sonda  həm

fəaliyyətin səmərəliyini aşağı salır, həm biznesin önünü kəsir, amma nümunəni təsdiq etmiş şəxs

isə məsuliyyət daşımır

Azərbaycan  Respublikası  Prezidentinin  fərmanına əsasən  Qanunun  6.1‐ci  maddəsi  üzrə

səlahiyyətlər «Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti



və  Azərbaycan  Respublikasının  Əmlak  Məsələləri  Dövlət  Komitəsi»  tərəfindən  həyata  keçirilir.  Bu

müddəadan da məlum olmur ki, sadalanan orqanlar hamısı nizamnamə nümunələrini birgə təsdiq

edirlər,  yoxsa  onlar  arasında  hansısa  səlahiyyət  bölgüsü  var.  Ehtimal  etmək  olur  ki,  Prezident

tərəfindən təsis olunan hüquqi şəxslər üçün nümunələr də Prezident tərəfindən, Nazirlər Kabineti




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə