Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   2   3   4   5   6   7   8   9   ...   74

Qadınların yanına isə zinət şeyləri: sırğa, üzük, boyunbağı, sürmə, vəsmə, ənlikləri 
döymək üçün həvəng, bəzənmək üçün güzgü, xörək bişirmək üçün tabaq, müxtəlif 
qablar, habelə yun əyirici əşyalar qoyurdular. Həmin qəbirlərdən parfiyalıların çarı 
Ord və IV Fərhadın adına zərb edilmiş sikkələr də tapılmışdır. 
II tip qəbirlər (e. 40 - 50-ci illəri). Tədricən daş qəbirlərin aradan çıxması 
ilə  yanaşı  böyük  və  kiçik  küplərdən  də  ölünün  dəfn  edilməsində  istifadə  edilirdi. 
Küplər  kərpic  rəngli  olmaqla  onların  palçıqları  yaxşı  bişirilir,  həm  də  olduqca 
möhkəm hazırlanırdı. Bu küplər 1,80 sm uzunluğa, 1,20 diametrə, ağız tərəfdən isə 
diametri  1,60  metrə  bərabər  idi.  Uşaqlara  aid  olan  küplər  90  sm  uzunluğa,  60  sm 
ağızları  isə  30  sm  diametrə  bərabər  idi.  Bu  tip  qəbirlərdə  ölünü  küplərə  qoyub, 
ağzına  isə  bir,  ya  iki  yastı  sal  daş  parçası  qoyduqdan  sonra  gəcdən  hazırlanmış 
palçıqla  onu  suvayırdılar.  Həmin  küpləri  çay  sahillərində  olan    yamaclarda  yerin 
səthindən 2,5-dən 3 metrə qədər dərinlikdə basdırırdılar. 
Küp  qəbirləri  əvvəlcədən  bir-birindən  1  –  1,5  metr  aralı  hazırlayıb,  hər 
ölünü öz qəbrinə qoyurmuşlar. Qəbirlər təpələrin yamaclarında mağara formasında 
qazıldığına  görə  dövrümüzə  qədər  nisbətən  toxunulmamış  qalmışdır.  Qəbirlərdən 
tapılmış  sikkələr  həmin  abidələrin  dövrünün  dəqiq  müəyyənləşdirilməsində  əsas 
amildir. 
III  tip  qəbirlər  (137-191-ci  illər).  Bu  qəbirlər  təpə  yamaclarının 
yuxarısından,  1  metr  dərinliyində  qazılması,  həm  də  küplərin  maili  formada 
basdırılması  ilə  səciyyələnir.  Bu  qəbirlərdən  külli  miqdarda  III  Balaş  adına  zərb 
edilmiş sikkələr əldə edilmişdir. Bəzi küplərdə iki və ya üç nəfər dəfn olunmuşdur. 
Bu  dəfn  adəti  onun  həmin  dövrdə  müəyyən  bir  tayfa  birliyinə  aid  olmasını  sübut 
edir.  Bu  tip  qəbirlərə  Atropatenanın  Gilan  əyalətinin  Əmliş  rayonunda,  habelə 
Albaniya  ərazisində  (Mingəçevir)  aşkar  olunmuşdur.  Qadınlara  aid  qəbirlərdən 
tunc  dəmirdən  olduqca  zövqlə  hazırlanmış  müxtəlif  üzüklər  də  tapılmışdır.  Üzük 
qaşları  çox  kiçik  olsa  da  xüsusilə  şüşə  qaşlar  üzərindəki  insan,  it,  habelə  quş 
təsvirləri çox sənətkarlıqla, nəfis formada hazırlanmışdır
1

Təxt-e Süleyman (Qazaka) materialları dövrün iqtisadi-ictimai vəziyyətini 
öyrənmək 
baxımından 
daha 
əhəmiyyətlidir. 
Atropatenanın 
tarixinin 
araşdırılmasında Təxt-e Süleyman (qədim Qazaka) və Muğanda aparılmış (Cənubi 
Azərbaycan hissəsi) arxeoloji qazıntıların nəticələri mühüm əhəmiyyətə malikdir. 
Təxt-e  Süleymanda  Almaniya  və  İran  arxeoloqları  tərəfindən  aparılmış 
qazıntılar (1963, 1964, 1968, 1969-cu illərdə) nəticəsində əldə edilmiş materiallar 
tədqiq  etdiyimiz  dövrün  iqtisadi-sosial  və  siyasi  tarixinin,  habelə  inzibati  bölgü, 
eləcə də idarəetmə üsullarının öyrənilməsində böyük elmi əhəmiyyətə malikdir. 
Təxt-e  Süleymanda  1958-ci  ildə  ingilis  arxeoloqları  tərəfindən  aparılmış 
qazıntılar  elm  aləminə  dəyərli  materiallar  verdi.  Bu  qazıntılar,  Təxt-e  Süleyman 
məhz  Atropatenanın  paytaxtı  Qazaka  (nisbətən  sonrakı  dövrlərə  aid  olan  ərəb 
                                                           
1
 Kambəxşfərd. Göstərilən əsəri, s. 10. 


mənbələrində  Cənzə)  olduğunu  bir  daha  sübut  etdi.  Hələ  XIX  əsrin  ortalarında 
ingilis  zabiti  H.K.  Raulinson  (1810  –  1895)  Qazaka  şəhərinin  müasir  Təxt-e 
Süleyman ərazisində olduğunu güman etmişdir
2

Sonralar  Cekson,  Hertsfeld  və  digər  alimlər  də  onun  fikrini  təsdiq 
etmişlər. Nəhayət, Fondrasten və Almiker 8 il İran arxeoloqları Mahmud Rad, Əli 
Hakimi və Ələkbər Sərfərazın iştirakı ilə burada qazıntı işləri aparmışlar. Nəticədə 
isə  Azərgəşəsp  atəşgədəsinin  möhtəşəm  binasını  aşkar  etdilər.  Bu  atəşgədə 
binasının  aşkar  edilməsi  Qazaka  (Şiz)  şəhərinin  bu  ərazidə  yerləşdiyi  fikrini  bir 
daha  təsdiq  etmiş  oldu.  Bundan  başqa  Qazaka  şəhərinin  vaxtilə  müdafiəsi  üçün 
parfiyalılar  dövründə  tikilmiş  qala  divarları  da  aşkar  edilmişdir.  27  bürcə  malik 
olan bu müdafiə divarı şəhər ətrafını üzük qaşı kimi mühasirə etmişdir. Qalanın iki 
böyük  (şimal  və  cənub)  darvazaları  nisbətən  salamat  qalmışdır.  Qala  divarlarının 
tikinti  texnikası  mütəxəssislər  tərəfindən  araşdırılmış  və  onun  parfiya  dövründə 
tikilməsi  müəyyənləşdirilir.  Plutarxa  görə  Antoni  Atropatenə  hücum  etdikdə  o, 
Fraataya  gəlmişdir.  Dion  Kassi  (XXXX  –  X,  25)  bu  şəhəri  Praaspa  adlandırır. 
Lakin o, bu şəhərin ölkənin hansı səmtində yerləşdiyini göstərmir. Vaxtilə Strabon 
Atropatenanın iki paytaxt şəhəri olduğunu qeyd etmişdir. Onlardan qış iqamətgahı 
Vera,  yay  iqamətgahı  isə  Qazaka  olmuşdur.  Qazakanın  Araz  çayından  2400  stad 
aralı  yerləşdiyi  qeydə  alınmışdır.  O,  şəhərin  düzənlikdə  yerləşdiyini  qış 
iqamətgahı, Veranı isə ətrafında möhkəm qala olduğunu göstərir. Hansı ki, Antoni 
bu  şəhəri  hücumla  ala  bilməmişdir.  Tədqiqatçılar  bu  şəhərin  yerini 
müəyyənləşdirməkdə  çətinlik  çəkirdilər.  Lakin  Azərgəşəsp  və  qala  divarlarının 
aşkar  edilməsi  bu  fərziyyələrə  son  qoyub,  şəhərin  Urmu  gölünün  ətrafında 
olmasına heç bir şübhə qoymadı. Beləliklə, Atropatenanın 350 ildən artıq paytaxtı 
olmuş  Qazaka  şəhərinin  dəqiq  yeri  müəyyənləşdirildi.  Bir  sıra  tədqiqatçılar 
Atropatena  hakimlərinin  yay  iqamətgahını  Ərdəbildə,  qış  iqamətgahının  isə 
Marağa  şəhərinin  yaxınlığında  olan  Leylanda  olduğunu  iddia  etmişlər  (Markart, 
Minorski  və  başqaları).  Görünür,  bu  alimlər  Ərdəbilin  soyuq  iqlimə  malik 
olduğunu  nəzərə  alıb  bu  fikrə  gəlmişlər.  Lakin  Ərdəbilin    mərkəzdən  uzaqda 
yerləşməsi  və  sərhəddə  yaxın  olması  heç  bir  vaxt  onun  paytaxt  olmasına  imkan 
verməzdi. Deməli, vaxtilə Strabonun irəli sürdüyü fikir həqiqətə daha müvafiqdir. 
Vera şəhəri isə indiki müasir Marağanın yaxınlığında olmuşdur. 36-cı ildə 
Antoni  100  min  nəfərlik  ordu  ilə  məhz  Qazaka  şəhəri  ətrafında  atropatenalılar 
tərəfindən məğlubiyyətə uğradılmışdı. 
Qazıntı  zamanı  aşkar  edilmiş  qala  divarları  ellips  formalıdır.  Gölün 
suyundan  istifadə  etmək  üçün  7  su  kanalı  da  aşkar  edilmişdir.  Bu  kanallar 
vasitəsilə  yaxınlıqda  olan  əkin  sahələri  suvarılırdı.  Qazaka  gölü  ölkənin 
iqtisadiyyatında  mühüm  rol  oynayırdı.  Bundan  başqa  bu  ərazidən  müxtəlif  
dövrlərə  aid  silahlar,  zinət  əşyaları,  saxsı  məmulatı,  möhürlər  və  s.  də  əldə  
                                                           
2
 Raulinson H.K. Atropaten şəhərləri haqqında qeydlər – Ekbatan, Kral coğrafiya cəmiyyətinin jurnalı, 
Paris, 1940, X. s. 65 – 158. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə