Mühazirə müəllimi: Dos., İFD, Ceyhun Nəsib oğlu İsmayılov MÖvz bank sistemiNİn təŞKİLİ VƏ FƏALİYYƏTİNİN Əsaslari



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə3/128
tarix31.08.2018
ölçüsü7,78 Mb.
#65846
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   128

Bank əməliyyatlarmı məzmunurıa görə:
 
♦ iqtisadi əməliyyat,
 
♦ hüquqi əməliyyat,
 
♦ texniki əməliyyat
 
♦ bankın daxili təhlükəsizliyini təmin edən əməliyyatlara bölmək mümkündür. (proteksionist, 
müdafıə).
 
Bankın iqtisadi təminatmm olub, onun fəaliyyətinin qanunverici, texniki və mühafizə təminatı 
olmadan təsəvvür etmək mümkün deyildir. Münasibət komponentlərindən birinin yoxluğu bankm 
müĢtərilər ilə əlaqələrinin bütün zəncirinin pozulmasına gətirib çıxara bilər
1
.
 
Bank məhsulunun məzmunu - əməliyyatlarm müxtəlif tiplərinin ar- dıcıl Ģəkildə birləĢdirilməsindən 
ibarətdir. Çünki onlardan hər biri müəyyən peĢə biliklərini tələb edir. Onlarm həyata keçirilməsi isə 
yerinə yetirilən əməliyyatların məzmununa uyğun olan bankm xüsusi bölmələ- rində (Ģöbələrində, 
idarələrində) təĢkil olunur.
 
Əməliyyatlar hiiquqi təşkilinə
 
görə:
 
♦ baza
 
köməkçi əməliyyatlara bölünür.
 
Əsas əməliyyatlar
 
bankm hüquqi statusunu təyin edir (bir qayda olaraq, onlara iki-üç əməliyyat: 
kredit, depozit, hesablaĢma əməiyyatları daxil olur). Bank əməliyyatları hüquqi mövqedən yerinə 
yetirilməsi üçün mütləq qaydada lisenziya tələb olunan əməliyyatlara və həyata ke- çirilməsi üçün 
lisenziya tələb olunmayan əməliyyatlara bölünür. Bütün əsas və bəzi digər əməliyyatlar üçün 
mərkəzi bankın lisenziyası tələb olunur. Bank əməliyyatları qanunvericilik mövqeyindən yerinə 
yetiril- məsinə icazə olan əməliyyatlara və bank statusuna uyğun olmayan kommersiya banklarmm 
fəaliyyətini tənzimləyən qanun tərəfmdən qa- dağan olunan əməliyyatlara bölünür.
 
Bank əməliyyatlarım miiştərilərə qarşı münasibətdə: 
Vasitəsiz 
vasitəli əməliyyatlara bölmək mümkündür. 
Vasitəsiz əməliyyatlar
 
- bank Ģəxsi vəsaitləri hesabma bu və ya dig- ər layihəni maliyyələĢdirdikdə 
əməliyyatlar vasitəsiz olur.
 
Vasitəli əməliyyatlar - təsərrüffat subyektlərinin göstəriĢlərinə əsa- sən onlar arasmdakı ödəniĢlərdə 
vasitəçi kimi çıxıĢ edən bank vasitəsilə təĢkil olunduqda əməliyyatlar vasitəli hesab olunur. MüĢtəri 
banka mə- sələn, digər Ģəxs ilə danıĢıqlar aparmağı həvalə etdikdə də əməliyyatlar vasitəli olur.
 
Fəaliyyətin planlaşdırılması üzrə aĢağıdakı əməliyyatları bir- birindən ayırmaq lazımdır:
 
Strateji 
taktiki
 
ĠnkiĢaf perspektivlərinin təyin olunması üçün banklar planlar iĢ- ləyib hazırlayırlar və bu plan 
çərçivələri daxilində qarĢıda qoyulan tapĢı- rıqlara nail olmaq imkanlarım və mexanizmlərini təyin 
edirlər. «Kredit idarəsinin inkiĢaf strategiyası» vacib sənədlərdən biridir. Taktiki əmə- liyyatlara 
bankm likvidlik qabiliyyətini idarə etməsinə daiı* gündəlik əməliyyatları aid etmək mümkündür.
 
Əməliyyatları həyata keçirilmə mərhələlərinə görə :
 
-birincidərəcəli 
-növbəti
 
əməliyyatlara bölürlər. 
Bank texnologiyaları müəyyən ardıcıllığa malik olur. Əgər bank misal üçün fiziki Ģəxsə kredit 
tarixini, krediti qaytarmağa icazə verən gəlir məbləğini açıqlamadan kredit verərsə o zaman bu 
düzgün olmaz. Adətən hər bir bank öz reqlamentini iĢləyib hazırlayır və bu reqlament- də iĢlərin 
aparılması mərhələləri daha ətraflı təsvir olunur.
 
Əhəmiyyət dərəcəsinə görə:
 

 
əsas 

 
köməkçi
 
əməliyyatları ayırd etmək mümkündür. 
Əlbəttə hər bir bank üçün bu və ya digər məqamda əməliyyatın bi- rinciliyi müxtəlif ola bilər. Lakin 
əgər müddətli Ģəkildə yerinə yetirilən əməliyyatları istisna etsək, o zaman çox güman ki müĢtərinin 
öyrənil- məsi üzrə əməliyyatları əsas hesab etmək olar. Ġnfrastrukturun yaradıl- ması ilə əlaqədar 
əməliyyatlar köməkçi əməliyyatlar olur (informasiya, metodiki təminat və.s).
 
Bank əməliyyatları mürəkkəblik dərəcəsinə görə:
 

 
sadə 

 
mürəkkəb
 
əməliyyatlara bölmək mümkündür. 
KitabYurdu.az 
5
 


MüĢtəri üçün rahat və bankdan əlavə məsrəflər tələb etməyən əməliyyatları sadə əməliyyatlar hesab 
etmək mümkündür. Sadə və mü- rəkkəb əməliyyatları əməliyyatlarm müəyyən qrupunun daxilində 
mü-qayisə etməklə aĢkar etmək daha asandır. Belə ki, kassa əməliyyatları bir qədər sadə olsalar da, 
pul vasitələrinin qorunması təhlükəsizliyini təmin edən xüsusi iĢ yerinin təchiz olunmasım bankdan 
tələb edə bilər.
 
Kredit əməliyyatları mürəkkəblik nöqteyi-nəzərindən müxtəlif de- yildir. Məsələn, törəmə 
alətlərindən istifadə ilə müĢayət olunan kreditin verilməsi istehlak ehtiyaclarma adi kreditin verilməsi 
ilə müqayisədə da- ha mürəkkəb əməliyyatdır. Yerinə yetirilən iĢin xarakterinə görə bank 
əməliyyatları bir o qədər də mürəkkəb olmur. Bu baxımdan analitik, marketinq, idarəetmə, nəzarət 
əməliyyatlarım, bank infrastrukturunun formalaĢması üzrə əməliyyatları (informasiyamn toplanması 
və iĢlənmə- si, iĢlərin təĢkili qaydası haqqmda metodiki müddəalarm iĢlənib hazır- lanması), 
hesablayıcı, mühasibat əməliyyatlarım ayırd edirlər.
 
Bu əməliyyatlarm xarakteri mahiyyət etibarilə bank əməkdaĢla- rmın daxili ixtisaslaĢması və bəzən 
isə bankdaxili idarəetmə struktu- runun xüsusiyyətlərini xarakterizə edir.
 
Əməliyyatlar mütəmadi olaraq lıəyata keçirilməsinə görə:
 
-birdəfəlik 
-təkrarlanan
 
əməliyyatlara bölünür. 
Belə ki, bankda müĢtərilərin pul vəsaitlərinin akkumulyasiya edil- diyi və sonralar ödəniĢlərin həyata 
keçirildiyi hesabm açılması ilə bağlı əməliyyat birdəfəlik əməliyyatdır. Bu zaman vəsaitlərin 
hesabdan silin- məsi və ya hesaba köçürülməsi dəfələrlə təkrarlamr. Ayrı-ayrı kredit üzrə kredit 
müqaviləsinin bağlanması birdəfəlik əməliyyat kimi çıxıĢ edir. Onun çərçivələri daxilində sonralar da 
kreditlərin verilməsi və ödə- nilməsi, konyukturanm dəyiĢilməsi ilə əlaqədar müqavilənin 
dəyiĢdilmə- si üzrə təkrar əməliyyatlar həyata keçirilə bilər.
 
Bank əməliyyatlarını gəlirliliyinə görə:
 
-gəlirli
 
(yüksəkgəlirli) 
-zərərli əməliyyatlara
 
bölmək mümkündür.
 
Banklar gəlir əldə etməyə can atsalar da vahid mərkəzdə müxtəlif pul xidmətlərinin göstərilməsi ilə 
bağlı müĢtərilərin marağmı inkar edə bilmirlər. Bunun sayəsində banklar müĢtərilərin ehtiyac 
duyduqları, la- kin banklara gəlir gətirməyən bəzi əməliyyatların keçirilməsini təĢkil et- məyə 
məcburdurlar. Bu halda banklarda yaranan bəzi itkilər adətən yüksək gəlirli əməliyyatlardan daxil 
olan gəlirlər ilə kompensasiya olu- nur.
 
Bank əməliyyatları dəyərləndirməyə görə də eyni olmur: əməliyyat- larm yerinə yetirilməsi üçün 
külli miqdarda vəsaitlərin tələb olunduğu yiiksək itkili əməliyyatlar
 
ehtiyatlarm əhəmiyyətli 
qoyuluĢunun tələb olunmadığı ciizi itkili əməliyyatları
 
ayırd etmək olar. Bank əməliyyat- larınm 
itkiləri bank məhsulunun qiymətində əks olunur. Buna görə də banklar bir tərəfdən əməliyyatlarm 
dəyərinin azalmasma, digər tərəfdən isə onların texniki baxımdan təkmilləĢdirilməsinə can atırlar. Bu 
həmiĢə bank gəlirinin tez bir zamanda artımma səbəb olmur.
 
Bank əməliyyatları risk ilə əkıqəsinə görə də əhəmiyyətli Ģəkildə fərqlənir:
 
-Aşağı riskİi 
-yüksək riskli
 
əməliyyatlar kimi onları təsnifləĢdirmək olar. 
Hər bir halda banklar əməliyyatlarm risk Ģkalasını özləri müəyyən edirlər. Bir çox hallar pul-kredit 
idarələrinin fəaliyyətinin ideologiya- smdan asılı olur. Konservativ (ehtiyatlı) siyasət bank 
əməliyyatlarınm riskini azaltmağa icazə versə də, onunla birlikdə bankın gəlirliyi də aza- lır. 
Aqressiv (fəal yüksəkriskli) siyasət bankm gəlirini artırmaq imkanı versə də, əksər hallarda itkilər ilə 
müĢayət olunur. Qiymətli kağızlar ba- zarmda əməliyyatlar əksər hallarda yüksək riskli bank 
əməliyyatları ki- mi qiymətləndirilir. Bu cür əməliyyatları spekulyativ əməliyyatlar adlan- dırırlar.
 
Bank əməliyyatları iştirakçıların sayına görə:
 
-fərdi 
-kollektiv əməliyyatlara
 
bölünür. 
Bankm təklikdə kənar iĢtirakçılar olmadan yerinə yetirdiyi əmə- liyyatlar fərdi əməliyyatlar adlanır. 
Kollektiv əsaslar ilə yerinə yetirilən əməliyyatlar kollektiv əməliyyatlar adlanır. Əksər hallarda 
KitabYurdu.az 
6
 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə