Mühazirənin planı K/t bitkilərinin zərərverici və xəstəliklərdən mühavizənin inkişaf tarixi


Mövzu12: Herbisidlərin təsnifatı, tətbiqi, qaydaları və məsarif norması



Yüklə 0,86 Mb.
səhifə11/12
tarix27.10.2017
ölçüsü0,86 Mb.
#6988
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12

Mövzu12: Herbisidlərin təsnifatı, tətbiqi, qaydaları və məsarif norması

Herbisidlərin təsnifatı, məsarif norması və tətbiq üsulları
Herbisidlər k/t əkinlərində bitən alaq otlarını məhv etmək üçün tətbiq edilir. Qeyd edilənlərdən başqa alaq otlarının bitməsi lazım olmayan yerlərdə də, onları məhv etmək məqsədilə də herbisidlər istifadə edirlər.

Alaq otları mədəni bitkilərə bir çox cəhətdən ziyan vururlar. Onlar k/t bitkiləri ilə bir çox sahələrdə zərər vurur: işığa, qida maddələrinə və suya görə.

Alaq otları suyu, qida maddələrini mənimsəyərək mədəni bitkilərin inkişafına təsir edir və onların əlverişsiz şəraitə qarşı davamlılığını zəiflədir. Məsələn, buğda əkinlərində 1m2 38 ədəd ptırqan olduqda məhsuldarlıq 2,6%, ancaq 102 bitki olduqda – 12% aşağı düşür. Çöl qanqalı 10 ədəd olduqda 1m2 torpaqdan 140 kq/ha – azot, kalium 90 kq/ha və fosfor 30 kq/ha mənimsəyir, çöl çayırı isə müvafiq olaraq 62, 158,8 və 28,8 kq/ha mənimsəyir, bu zaman kartof bitkisi isə 150 sen/ha məhsuldarlıqda mənimsəyir azot – 60 kq/ha, kalium 100 kq/ha, fosfor isə 30 kq/ha təşkil edir.

Qeyd edilənlərdən başqa alaq otları çoxlu miqdarda su mənimsəyirlər.

Çayır bitkisi bir sutkada orta hesabla 40g su buxarlandırır, vələmir isə 1,6 g. Buğda bitkisinin transpirasiya əmsalı 5/3 bərabərdir, vələmirinki 592-dir, ancaq unlucanın ki – 801. Alaqlı sahələrdə torpağın nəmliyi 3-5%, alaqsızlarda aşağıdır.

Alaq otlarının bəzi növləri zərərvericilər üçün qida mənbəsidir. Məsələn, taxıl milçəkləri dənli taxıl bitkilərinə çox böyük ziyan vuraraq, ayrıq otunun müxtəlif növlərində və taxıl alaqlarında yaşayırlar.

Ayrıq otu bitən sahələrdə məftil qurdları sürətlə çoxalır. Xaççiçəkli alaqlar (turpəng, çoban yastığı və sş) bir çox xaççiçəkli bitkilərinin zərərvericiləri üçün qida mənbəsidir. Çiçəkləyən alaqlar çəmən kəpənəyi, dən sovaksı, sovka qamma üçün qida mənbəsidir: həşəratların məhsuldarlığını artırır.

Alaq bitkiləri sahələrdə aqrotexniki işlərinin aparılmasını çətinləşdirir: torpağın becərilməsini, bitkilərə qulluq, məhsul yığımı. Alaq otlarının toxumları məhsulla qarışdıqda, keyfiyyətini pisləşdirir. Məsələn: quş təpəsi alaq otuna açı tam verir, qida üçün yarasız edir, zəhərli bitkilər isə məhsulla qarışdıqda heyvaların və insanların zəhərlənməsinə səbəb olur. Alaq otları ilə mübarizədə əsas tətbiq üsulları aqrotexniki və mexaniki metodlar idi. Kimyəvi maddələrin ilkin tətbiqi alaq otlarını məhv etmək üçün XIX əsrin sonuna təsadüf edir. 1896-1898 illərə, bu zaman Fransada və sonra Böyük Britaniyada mis kuporosu dənli taxıl əkinlərində alaqlara qarşı tətbiq edilmişdir.

1901-1919 illərdə herbisid kimi sulfat turşusundan natrium xloriddən, dəmir sulfatdan istifadə edirlər. Bir qədər sonra neftdən, DNT, nitrafendən istifadə edirlər. Bu birləşmələrin seçicilik xassəsi aşağı idi və ona görə dərmanlamaların vaxtında düzgün riayət etmək lazım idi ki mədəni bitkilərə ziyan dəyməsin.

Herbisidlərin axtarışına, 2-naftosirkə turşusunun fizioloji fəallığını aşkar etdikdən sonra 2,4-dixlorfenoksisirkə turşusu alındıqdan sonra başlanmışdı.

1942-ci ildə Şimerman və Xitrkok məlumat verdilər ki, 2,4 – D və digər herbisidlərfenoksisirkəturşusunun törəmələri yüksək normal fəallığa malikdirlər.

Taxıl əkinlərində çöl xardalına qarşı dərmanlanmadan sonra onların geniş təsir spektrinə malik olması aşkar etdirdi. Bu dövr selektiv herbisidlərin geniş tətbiqinin başlanğıcını qoydu.

Hal-hazırda k/t inkişaf etmiş ölkələrdə herbisidlərin tətbiqinə görə birinci yerlərdən birini tuturlar. Konminq və Xevitin 1995-ci ildə məlumatlarına görə herbisidlərin satışının məbləği 14, insektisidlərin 8,2, fungisidlər isə 5,5 və digər ximikatların kı 1,3 milliard dollar təşkil etmişdir, yəni pestisidlərin satış bazarında herbisidlərin satışı 12,9, insektisidlərin 2,6, fungisidlərin 5,3 və digər pestisidlərin ki isə 1,4 milliard dollar təşkil etmişdi.

Beləliklə, bu gün ki, gündə bitkilərin kimyəvi vasitələrinin 50%-ni herbisidlər təşkil edir. 2006 – cı ilin proqnozuna görə pestisidlərin ümumi həcmi 4,3% artdığı halda, herbisidlərin artımı 4,2% 2001-ci ilə nisbətən təşkil edəcək.

Herbisid latın sözü olaraq iki latın sözündən ibarətdir – herba – ot “caedo” – öldürür.

Herbisidlərin müxtəlif növ sinifləşdirilməsi mövcuddur.

Xassələrinə görə herbisidlər iki qrupa bölünür:

Başdan – başa və secicilərə (selektiv)

Başdan-başa təsirli herbisidlər (raundap, basta) bütün alaq otlarına qarşı tətbiq edilir: məsələn dincə qoyulmuş çoxillik bitkilərdə, yolların kənarlarına və s.

Seçici təsirli herbisidlər yalnız k/t əkinlərində tətbiq edilir. Bu herbisidləri seçdikdə əsasən diqqət verilir mühafizə olan bitkinin preparata qarşı davamlılığına.

Herbisidlərin seçiciliyinə təsir edən amillər şərti olaraq bölünürlər: fiziki və bioloji

Fiziki amillər – preparatın tətbiq xassəsi, bitkinin səthinnən təmasda olması, preparatın onların səthində qalması.

Torpağa verilən herbisidlərin təsiri asılıdır, preparatın dozasından, preparat formasından, torpaqda lokal toplanmasından və bitkinin inkişaf fazasından.

Seçiciliyin bioloji amillərinə daxildir: bitkilərin morfoloji, fizioloji və metabioloji xassələrinin müxtəlifliyi.



  1. Morfoloji xasusiyyətlərinə daxildir yarpaq ayəsinin sahəsi, yarpağın forması, əyilmə bucağı, yarpağın səthinin xassəsi, böyümə nöqtələrinin yerləşməsi, kök sistemi, yerüstü və yer altı orqanların çoxalması.

Fizioloji amilər – herbisidlərin udulma sürəti və hərəkəti, toksikliyin itirilməsi, çünki bunun nəticəsində konyuqantlar əmələ gəlir, toplanır, udulur, yada toksikantlar bitkilərin yarpaq və kök sistemindən ifraz olur.Beləliklə, dənli taxılbitkilərinin 2,4-D herbisidinə davamlılığı yalnız morfoloji xüsusiyyətləri ilə izah edilmir və onunla əlaqədardı ki, preparat 2,4-D membranların zülalları ilə əlaqəyə girir və konyuqant əmələ gəlir, hansı ki, bitkidə hərəkət etmir.

Metabolizm amilləri - əlaqədardı herbisidin bitkilərin metabolizm prosesində həyatilik əhəmiyyəti olan proseslə əlaqəyə girmə xassəsindən.

Ayrı-ayrı növ bitkilərdə preparatın detoksikasiyası qədər yüksəkdir ki, o toksiki təsirini göstərə bilmir (aşkar edə bilmir).

Sulfonilmocevininsidik cövhərli törəmələri herbisidləri səçiciliyi ona əsaslanır. Belə ki, buğda bitkisində sutkada daxil olan herbisidin miqdarının 90% parçalanır, ancaq həssas bitkilərdə cəmi 3-10%.

Beləliklə, preparatın düzgün secdikdə, məsarif normasını və tətbiqinin vaxtını, üsulunun düz müəyyənləşdirdikdə bir çox alaq otlarını məhv etmək olar, bu zaman mədəni bitkiyə hər bir zərər vurmadan.

Alaq otları və mədəni bitkilərin arasında fərq çox azdır, ona görə preparatın cüzi dozasını artırdıq da bitkilərin zədələnməsinə yada tamamilə məhv olmasına səbəb olur. Ona görə herbisidlərin tətbiqinə çox ehtiyatla yanaşmaq lazımdır, çünki onlarla bitkilərin zədələnməsi daha realdır, nəinki insektisid və fungisidlərlə.

Herbisidlər bitkiyə təsir xarakterinə görə bölünürlər kontakt və sistem təsirliyə.

Kontakt təsirli herbisidlər alaq otlarının yerüstü orqanlarını məhv edirlər. O herbisidlərin miqdarını və çeşidi azdır (məhduddur).

Kontakt herbisidlərdən tətbiq edilir bazaqran, avrora və dikərləri. Kontakt herbisidləri tətbiq etdikdə məhlulun damlaları bitki səthinə bərabər yayılmalıdır., çünki onlar yalnız preparatla təmasda olan nöqtələrə təsir edirlər.

Sistem təsirli herbisidlərin çeşidləri çoxdur.Onlar torpağa verilir və bitkilərin vegetasiya dövründə tətbiq edilir. Bitkiyə daxil olaraq onlar floema və ksilema boruları ilə hərəkət edir və bitkini məhv edir. Sistem herbisidlərlə çiləmə aparıldıqda yarpağın üzərinə bir neçə damlanın düşməsi kifayətdir ki, o bitkiyə təsir etsin. Bu herbisidlər udulur yarpaqlara daxil olur və bütün bitki boyu hərəkət edir.

Kontakt və sistem herbisidlər bölünürlər geniş spektr təsirliyə və qısa spektr təsirliyə. Geniş spektr təsirli herbisidlər bir çox alaqlara qarşı tətbiq edilir. Məsələn qlifosat (praundap) 80 növdən artıq alaq otlarına qarşı tətbiq edilir. Birillik və çoxillik dənli bitkilərin alaqlarına, birdə ikiləpəli alaqlara, ancaq qısa təsir spektrli herbisidlər triallat (avadeks) yalnız çayırı məhv edirlər. Taxıl əkinlərində olan alaqlara qarşı zellek-super fyuzilad və s. preparatları tətbiq edirlər və enli yarpaqlılara isə 2,4D, aqritoks, bazaqran və s. Herbisidlərin seçimi əkin sahələrində alaqların növü ilə müəyyənləşdirilir.

Herbisidlər sinifləşdirilir kimyəvi quruluşuna və təsir mexanizminə görə.

Hal-hazıra istifadə edilən preparatlar müxtəlif kimyəvi qruplardan olan üzvi birləşmələrdir.

Ən geniş tətbiq edilən preparatlar fnoksisirkə (2,4D-aqritoks) və ariloksifenoksiprapion (zellek-super, illoksan və s.) turşularının, sulfomoçevinin, karbamin və tiokarbamin turşularının (betanae, epmam və s.), fosfor turşusunun törəmələridir.

Eyni kimyəvi sinifdən olan birləşmələr – herbisid və toksiki təsirinə görə fərqlənirlər, baxmayaraq ki, kimyəvi quruluşları eynidir.

Bir çox eyni kimyəvi sinifdən olan maddələrin herbisid təsirinin mexanizmi ümumidir.


Herbisidlərin tətbiqi
Alaq bitkilərini məhv etmək üçün herbisidlərin düzgün seçmək lazımdır, yəni k/t bitkisinin növünə görə əsas yayılan alağa qarşı tətbiq etmək lazımdır, tətbiq vaxtını, üsulunu müəyyənləşdirmək və məsarif normasını düzgün hesablamaq.

Torpaq təsirli herbisidlər - əkin mədəni bitkinin əkin qabağı verilir, səpin zamanı və səpindən dərhal sonra alaqların cücərtiləri çıxana qədər. Alaq bitkisi cücərənə qədər herbisid 1-5 sm dərinlikdə olmalıdır. Toxumlar cücərərkən onunla birlikdə torpaq məhlulu ilə cücərtilərə daxil olur yada alaq bitkilərinin cücərtilərini məhv edir.

Torpaq herbisidlərinin səmərəliliyi əsasən torpağın nəmliyi ilə bağlıdır. Alaq otları cücərən dövründə torpaq quru olduqda, tətbiq edilən herbisid onun səthində qalır və beləliklə torpağın qatlarına hərəkət edə bilmiralaqlar cücərən dərinliyə düşmürlər. Onagörə də onların inkişafına təsir etmirlər. Bir qədər sonra yağan yağmurlar alaqların yerüstü orqanlarının inkişafından və kök sistemi inkişaf etdikdən sonra herbisidlərin səmərəliliyinə təsir etmirlər. Hətta uçucu olmayan herbisidləri quru torpağa verildikdə bitkilərin səpini zamanı heç bir nəticə vermir.

Səpin qabağı yada səpindən sonra herbisidlərin adətən bütün sahəyə verirlər, ancaq mədəni bitkini səpdikdə çox zaman lentvari üsulla tətbiq edirlər. İşçi məhlulum məsarif norması torpağa verilən preparatların 200-300 l/ha.

Herbisidin məsarif norması ilk növbədə torpaq-iqlim şəraitindən asılıdır, torpağın növündən, mexaniki tərkibindən, humusun miqdarından, pH-dan və digər göstəricilərdən, hansılar ki, torpağın udma qabiliyyətini və mikrobioloji fəallığını xarakterizə edir. Məsələn, eradikana 6E preparatının məsarif norması (təsir edici maddə ЭПТЦ + antidot) qarğıdalı əkinlərində 4,5-9 l/ha arasındadır. Yüngül zəif humuslu torpaqlarda (humusun miqdarı 1,5-2%) məsarif norması 4,5-5,5 l\ha, həmin torpaqlarda humus 3,5-5% olarsa 7-9 l/ha istifadə edilir.

Mədəni bitkilərin və alaq bitkilərinin herbisidlərə qarşı davamlığı əsasən onların inkişaf fazalarınadn asılıdır. Bir çox alaq bitkiləri 2,4-D herbisidinə qarşı əsasən cücərti fazasında da həssasdırlar, bir qədər inkişaf etmiş mərhələdə isə davamlıdırlar. Dənli-taxıl bitkiləri öz növbəsində 2,4-D preparatına kollama fazasında davamlıdır, çünki bu dövr də gedən proseslərdə diferensiasiya gedir.

Dənli taxıllar sürətli böyümə prosesləri gedən dövrdə, yəni böyüyən və borulaşma mərhələsində herbisidlərə qarşı daha həssas olurlar. Herbisid preparatının erkən yada bir qədər gec tətbiq edilməsi çox böyük zərər vura bilər. Ona görə yüksək səmərə almaq üçün məsarif normasını inkişaf fazası dəqiqləşdirilməlidir.

Tarla əkinlərində herbisidin məsarif normasını azaltmaq məqsədilə lentvari üsuldan istifadə edirlər, yəni çiləmə yalnız cərgələrdə aparılır, cərgə aralarını isə aqrotexniki üsulludan istifadə edirlər. Bu zaman preparatın məsarif normasını qeyd edilən düstura əsasən hesablayırlar:
H=Hc S/M

Burada, Hc – məsarif norması, bütün sahə üçün;

S – çilənən lentin (zolağın) eni;

M – cərgə aralarının eni


Mövzu 13. Səpin və əkin materiallarının dərmanlamaq məqsədilə tətbiq edilən fungisidlər
Plan


  1. Toxum dərmanlarının ümumi səciyyəsi

  2. Sadə preparatlar

  3. Kökləyici fungisidlər

  4. Torpağa verilən fungisidlər



Ədəbiyyat
1.Г.С.Груздев – «Химическая защита растений» Москва 1987

2. İ.H.Cəfərov – “Fitoterapiya” Bakı 2002

3. С. Р. Попов, Л. А. Дорожкина и др. – «Основы химической защиты

растений», Москва, 2004.



Mövzu 13. Səpin və əkin materiallarının dərmanlamaq məqsədilə

tətbiq edilən fungisidlər
Toxumların və əkin materiallarının kimyavi maddələrlə dərmanlanmasının əsas məqsədi, onların patogenlərdən mühafizə etməkdir. Bəzən xəstəlik törədiciləri toxumların üzərində (buğdada bərk sürmə, arpada daş sürmə, çovdarda gövdə sürməsi, darıda toz sürməsi və s.) qabığında və ya toxumların qabıqlarının altında (vələmirdə toz sürmə, buğdada helmintosporioz, günəbaxanda ağ çürümə və s.) toxumların daxilində rüşeymdə (buğdada və arpada toz sürmə) olurlar.

Toxum dərmanları bitkiləri xəstəliklərdən və torpaqda olan törədicilərdən mühafizə edirlər (qarğıdalı toxumlarının kiflənməsi, dənli bitkilərdə fuzarioz və kök çürüməsi, çuğundurda kökyeyən,pambıqda kök şürüməsi).

Əvvəlcədən toxumları nəmləndirərək dərmanlamaq xüsusilə səmərəlidir. Bu halda preparat toxum üzərində yaxşı dayanır, uzun müddət toxum dərmanı ilə kontakt yaradaraq onun təsirini artırır və beləliklə məsarif normasını 20-30% azaltmağa imkan verir. Ardıcıl olaraq toxumları dərmanladıqda bir çox xəstəliklərin (bərk sürmə, kök çürüməsi, pambıqda hommoz, şəkər çuğundurunda kök yeyən və s.) qarşısını tamamilə almaq mümkündür. Toxum və əkin materiallarının dərmanlaması üçün tətbiq edilən fungisidlər sadə preparatlarla kombinə edilmiş preparatlarla və müəyyən tərkiblərə bölünürlər. Sadə preparatlarda təsiredici maddə bir kimyavi birləşmədən kombinə edilmiş – iki və daha şox maddədən ibarətdir. Toxumların dərmanlanması üçün kombinə edilmiş tərkibi iki yolla hazırlanır: qarışdırmaq ya da eyni zamanda iki preparatı tətbiq etmə yolu ilə.

Preparatlar kimyavi quruluşuna, təsir xassəsinə, bitkidə hərəkət etmə xarakterinə və tətbiq obyektinə görə qruplara bölünür.


Sadə preparatlar.
Son illər toxumları dərmanlamaq üçün tətbiq olunan kimyavi birləşmələrin çeşidləri xeyli genişlənmişdir. Buna baxmayaraq civəli preparatlardan yenə də çox istifadə olunur.

Bu preparatlar çox cəhətli mühafizə edici təsirlidirlər, başlanğıc infeksiyanı, toxumların üzərində və qabıq altında olan patogenlərə də təsir edirlər. Daxili infeksiyaya isə təsir etmirlər. Ancaq civəli preparatlar güclü toksikidir və istiqanlı heyvanlara qarşı təhlükəlidirlər. Bu baxımdan onların tətbiqi məhdudlaşıdırılır. Toxum dərmanlarına tərkibində civə olmayan müxtəlif kimyavi tərkibli preparatlar daxildir və onlar təsirinə görə civəli preparatlardan geri qalmırlar, istiqanlılara qarşı isə zəif taoksikidirlər. Xüsusən daxili infeksiyanı məhv edən preparatlar diqqətə layiqdir (buğdada və arpada toz sürmə). Bu preparatlar sistem təsirlidir və kimyavi qurluşuna görə müxtəlif qruplara daxildir.

Toxum və əkin materiallarını dərmanlamaq üçün vegetasiya müddətində tətbiq edilən funqisidlərdən istifadə edilir.

Qranozan.

Təsiredici maddə etilmerkurxloriddir.

Ağ kristallik maddədir, ərimə temperaturu 1980C, suda həll olmur, üzvi həlledicilərdə isə yaxşı həll olur. Davamlı preparatdır, ancaq yüksək uçucudur. Preparat parçalandıqda qeyri-üzvi civəli birləşmələr əmlə gəlir. Qranozan talk əsasında toz halında istehsal olur və tərkibində 1,8-2,3% etilmerkurxlorid, rəngləyici maddə və sənaye yağı vardır. Kip örtülü qabda 10 il müddətində saxlamaq olar.

Qranozan – mühafizə və müalicəvi funqisiddir, kontakt təsirlidir. Preparat buğdanı bərk sürmə, çovdarda kövdə sürməsi, fuzarioz və helmintosporioz, çəltikdə - pirikulyarioz, fuzzarioz, hellintosporioz; vələmirdə - toz sürmə, şəkər çuğundurunda kök yeyənə qarşı toxumların dərmanlanması üçün tətbiq edilir. Qranozanın məsarif norması dənli bitkilərdə 1-2kq/t, şəkər çuğundurunda 2-4kq/t. Toxumları sulu suspenziya ilə nəmləndirmə üsulu ilə (10 l/t) dərmanlayırlar. Prepaaratın tərkibinə aşağıda geyd edilən köməkçi maddələri: sulfit – spirt bardası, silikatlı yapışqan (150-200q/t toxuma). OP- 7 (100-200q/t toxuma) əlavə etdikdə səmərəlik artır. Toxumların səpindən 1-3 ay əvvəl dərmanlanması daha yüksək səmərəlik verir. Dərmanlanmış toxumlardan civənin buxarı ətraf mühitin çirklənməsinə səbəb olmasın deyə, belə toxumlar xüsusi bölmədə və havalandırıcı qurğu olan yerdə saxlanmalıdır. Qranozan preparatı ilə dərmanlanmş toxumlarla işləyən şəxslər RU-67 markalı respiratordan, “Q” patronlu əleyhiqazlardan, kombinezon, rezin əlcəklərdən istifadə etməlidirlər.

Dərmanlanmış toxumları qida məqsədi və mal-qara yemi kimi istifadə etməyə icazə verilmir. Preparatın qalığını heç bir üsulla təmizləmək mümkün deyil (yumaq, bişirmək, üyütmək və.s). Qranozan – insan və istiqanlı heyvanlara qarşı qüclü təsirli zəhərli maddədir (ÖD50 sışovullara 30-80 mq/kq). Orqanizimdə toplanaraq kumulyativ təsirlidir. Əsasən sinir sisteminə təsir edir. Qranozan preparatının ərzaqda və mal-qara üçün yemdə qalıq miqdarına icazə verilmir. Havanın işci zonasında icazə verilən qalıq miqdarı 0,05mq/m3, məişətdə istifadə edilən hövzələrin suyunda- 0,0001mq/m3.

TMTD .

Təsir edici maddə tetrametiltiuramdisulfid, yeni nomenklaturaya əsasən bis – (dimetildiokarbamin) – disulfid.



Sarımtıl-boz rəngli xırda kristallik tozdur, ərimə temperaturu 155-1560C. Suda həll olmur, üzvi həll edicilərdə isə yaxşı həll olur. Davamlı birləşmədir, turş və qələvi mühitdə parçalanmır. Yüksək temperatura qarşı davamlıdır. Güclü oksidləşdiricilərin təsiri ilə parçalanaraq sulfat turşusu və karbon qazı əmələ gəlir. Qələvili mühitdə bərpaedici birləşmələrin təsiri nəcəsində tetrametiltiuramdisulfid dimetildiokarbamin turşusunun duzlarını çevirir. Uçucu deyil, ona görə bu preparatla işlədikdə respiratorlardan istifadə etmək olar.

TMTD 80%-li islanan toz halında istehsal edilir. Narın toz halında hava ilə birlikdə partlayıcı qarışıq əmələ gətirir. Bu preparat xarici mühit amillərinə qarşı dözümlüdür, və davamlı pestisidlər qrupuna daxildir. Hansı ki, bioloji mühitdə toksiki olmayan maddələrə 0,2-2 il müddətində parçalanır. Bitkilərin tərkibində 1-1,5ay öz təsirini saxlayır. Preparatın qalıq miqdarı məhsulda toplanaraq təhlükəli olduğuna görə TMTD ilə toxumların dərmanlanması və əkin materiallarının zərərsizləşdirilməsi işlərini yerinə yetirirlər. Toxumların dərmanlanması preparatın sulu suspenziyası ya da nəmləndirmək yolu ilə aparılır. 80%-li TMTD preparatın məsarif norması 1t toxumda, taxıl bitkilərində 1,5-2kq, şəkər çuğundurunda 5-6; paxlalılarda 3-4; günəbaxanda 2-3; xiyarda, qarpızda, yemiş- də 4-5; pamidorda, kələmdə -8; toxumluq soğanda 4-5kq/t –dur.

TMTD sürmə xəstəliklərinə, xüsusən qabıqlı bitkilərdə civəli preparatlara nisbətən səmərəliyi aşağıdır, ancaq toxumları kif və kök çürümə xəstəliklərindən mühafizə edir.

Torpaqda dərmanlanmış dənlərdə funqisidlik fəallığını 30 günə qədər saxlayır. Bu preparatı buğdada fuzarioza, qarğıdalı toxumlarında kifə, noxudda askoxitoza, şəkər çuğundurunda kökyeyənə qarşı tətbiq edirlər.

TMTD kökümeyvəlilərin və kartof yumrularının xəstəliklərinə qarşı təbiq edilir. Toxumluq kökləri qışda saxladıqda və ya sahəyə əkməmiş dərmanlayırlar, bu zaman məsarif norması 6-8 kq/t olmalıdır.

Kartof yumrularının dərmanlanması əkin qabağı aparılır, məsarif norması 2,1-2,5 kq/t/ (70 l 3-3,5%-li TMTD suspenziyasını 1t) ilə tətbiq etdikdə dəmkil, rizoktonioz, fitoftoroz xəstəliklərinin inkişafı xeyli aşağı düşür. TMTD preparatı şitillərin dərmanlanması üçün istixanalada və parniklərdə 1- 1,5 q/m2 sərf edilir. Məsarif normasını artırdıqda sıçanlara qarşı repellent təsirlidir.

TMTD preparatı insanlara və istiqanlı heyvanlara qarşı ortatoksikidir (ÖD50 sıçovullara 865mq/kq) . Ifadəli kumullyativ təsirlidir, dəriyə düşdükdə dermatit xəstəliyi, gözə düşdükdə konyuktivit əmələ gəlir.

Preparatın qalıq miqdarına heç bir gida məhsulunda icazə verilmir. Havanın işci zonasında icazə verilən qalıq miqdarı 0,5mq\m3.

Vitavaks.

Təsiredici maddə 2- metil- 3- fenil- karbamoil- 5,6- dikidro- 1,4- oksatin.

Təsiredici maddə suda,benzolda, etanolda, asetonda zəif həll olur. Güclü turşu və qələvilərin təsiri nəticəsində parçalanır.

Vitavaks – sistem təsirli funqisiddir.

Müxtəlif bitkilərdə sürmə, pas və rizoktonioz xəstəliklərinə qarşı səmərəli- dir. Toxum cücərdikdə preparat daxil olur və daxili infeksiyanı məhv edir. Bitki daxilində akropetal hərəkət edərək cücərtiləri torpaqda olan fitopatogenlərdən mühafizə edir.

Vitavaks preparatı toxumlarda kif xəstəliyinə, taxil bitkilərində septorioz, kök çürümə xəstəliyinə qarşı zəif səmərəlidir, ona görə kombinə edilmiş preparatlar tıtbiq edilir.

Preparatın fungisid fəallığı bitkilərin hüceyrələrində toplanaraq, köbələklərin hüceyrələrində toplanaraq köbələklərin fəaliyyətini pozması ilə müşayət olunur. Xarici mühitdə vitavaks asanlıqla, torpaqda isə 3 həftə müddətində tamamilə parçalanır.

Suda və bioloji mühitdə funqitoksiki olmayan sulfoksid və sulfon birləşmələrinə qədər oksidləşir. Bitkinin tərkibində vitavaks preparatının qalıq miqdarı 6 həftə müddətində müşahidə edilir. Vitavaks preparatının oksidləşmə məhsulunun 90%-zi sulfoksid və 10%-li sulfon birləşmələrindən ibarətdir.

Buğda və arpada vitavaks preparatı hidroliz olur və qalıq miqdarı məhsulda müşahidə edilmir.

Preparat 75%-li islanan toz formasında istehsal edilir və buğdanın toxumla- rını dərmanlamaq məqsədilə tətbiq edilir, məsarif norması 2,5- 3kq/t. Vitavaks preparatının analoqu kenikarp preparatının tətbiqi tövsiyə edilmişdir. Bitkilərin yatmasının qarşısını almaq üçün toxumları dərmanladıqda vitavaks preparatının tərkibinə 6 l\t 60%-li tur əlavə edilir. Istiqanlı heyvanlara və insanlara qarşı vita- vaks zəiftoksikidir (ÖD50 sıçovullara 3200mq/kq). Vitavaks preparatının metabolitləri heyvan orqanizmindən sidiklə azad edilir.

Bronokot.

Bərk maddədir, ərimə temperaturu 1300C. 200-li suda həll olması 20%-dir, hiqroskopikdir, alyuminium qabda parçalanır .

Preparat kontakt və bakterisid təsirlidir. 12%-li düst formasında istehsal edilir və təcrübə-təsərrüfatlarda, pambıqda hommoz xəstəliyinə qarşı tətbiqi tövsiyyə edilmişdir. Preparat toxumları dərmanlamaq üsulu ilə tətbiq edilir. Kaptan preparatı ilə qarışdırmaq olar. Pambırqda hommoz və kök çürüməsi xəstəlikləri ilə mübarizədə bronokot kaptanla kombinə edilmiş halda istehsal edilir. Azərbaycan respublikasında pambıqçılıq zonalarında bu preparat toxumların dərmanlanması yolu ilə tətbiq ediilr. Məsarif norması 6-10 kq 1t toxuma.

Istiqanlı heyvanlara və insanlara qarşı yüksək toksikidir, (ÖD50- 50-100 mq/kq) tətbiq etdikdə dərini qıcıqlandırır və gözün selikli qişasına təsir ediri. Preparatla işlədikdə əleyhiqaz, respestiratorlardan istifadə etmək lazımdır.

Formalin- rəngksiz qaz halında kəskin iyli maddədir, suda yaxşı həll olur. Formalin – formaldehidin sulu məhluludur. Uzun müddət açıq qabda və aşağı temperaturla saxladıqda formalin porimerləşir, məhlul bulanır, ağ çöküntü əmələ gəlir. Belə preparat tətbiq üçün yararsızdır, dərmanlanmış toxumalrın cücərmə qabiliyyətinə mənfi təsir edir.

Formaldehid kontakt fungisid və bakterisiddir, əsasən qabıqlı toxumları dərmanlamaq məqsədi ilə tətbiq edilir. Toxum üzərində olan infeksiyaya qarşı səmərəlidir, ancaq onları torpaqda olan milkroarqanizmlərdən mühafizə etmək xassəsinə malik deyil. Formalinin toksiki təsiri onun metabalizm məhsulları olan amin qrupları ilə reaksiyaya girməsi nəticəsində baş verir. O zülalları çökdürür və nəticədə sitoplazmanın fiziki kimyavi xassəsi dəyişir. Formalin 40%- li sulu formaldehid formasında istehsal edilir. Onun tərkibinin 10% -i metil spirtindən, asetondan, qarışqa turşusundan, dəmir duzlardan ibarətdir. Bu preparat yaş və yarım quru üsulla toxumları dərmanlamaq, torpağa vermək və dezinfeksiya məqsədi ilə tətbiq edilir. Yarım quru üsulla – vələmirin toxumlarını bərk və toz sürmə xəstəliklərinə, arpanın toxumlarını isə daş sürməyə qarşı dərmanlayırlar. Yaş üsulla dərmanladıqda 40%-li formalindən 0,33%-li işçi məhlul hazırlanır (0,11%-li təsir edici maddə yada 1:100). Toxumları 5 dəqiqə məhlulda saxlayırlar, məsarif norması 100 l işçi məhlul 1t toxuma, sonra iki saat müddətində üzərini örtərək dəmə qoyurlar. Hazırlanmış işçi məhlulu bir dəfə istifadə etmək olar.

Yarım quru üsulla dərmanladıqda 40%-li formalindən 1,25%-li məhlul hazırlanır (0,55%-li təsir edici maddə, yada 1:80), məhlulun məsarifi 1t vələmirin toxumlarına 30, arpaya isə 15-20 l, toxumları dərmanladıqdan sonra 3-4 saat üzərini örtərək dəmə qoyurlar, sonra kölgədə qurudurlar. Formalinlə toxumları səpinə 3-5 gün qalmış dərmanlayırlar əks vəzyətdə onların cücərmə qabiliyyətinə mənfi təsir edir. Bu preparatın hazırlanması çətin olduğuna və toxumaların cücərmə qabiliyyətinə mənfi təsir etməsinə görə, formalinin tətbiqi məhdudlaşır. Dezinfeksiya məqsədilə (qabları, tərəvəz ambarları, istsxanaları və.s) formalinin 2%-li məhlulundan istifadə edirlər. Məhlulun məsarif norması 1l-m2.

Formalin istiqanlı heyvanlara və insanlara qarşı orta toksikidir (ÖD50 sıçovullara 424 mq/kq). Qaz halında olan formaldehid gözə, tənəffüz yollarının selikli qişasına gıcıqlandırıcı, dəri örtüyü zədələyir və xroniki zəhərlənməyə səbəb olur.Preparatla işlədikdə dərini və tənəffüz yollarını mühafizə etmək məqsədilə A markalı filtirli sənaye əleyhiqazlarından istifadə etmək lazımdır. Havanın işçi zonasında formaldehidin qalıq miqdarı 0,5mq/m3, suda – 0,5mq/l.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə