Mühazirənin planı K/t bitkilərinin zərərverici və xəstəliklərdən mühavizənin inkişaf tarixi


Yalançı unlu şeh və digər xəstəlik törədicilərinə qarşı kontakt fungisidlər



Yüklə 0,86 Mb.
səhifə10/12
tarix27.10.2017
ölçüsü0,86 Mb.
#6988
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12

Yalançı unlu şeh və digər xəstəlik törədicilərinə qarşı kontakt fungisidlər.

Euporen.


Ağ kirstalik və ya toz halında maddədir, zəif spesifik iylidir, ərimə temperaturu 96-97 0C. Suda həll olmur, əsasən metanol və ksilolda həll edilir. Qələvili və polisulfidlər olan mühiddə parçalanır.

Euporen geniş spekr təsirli fungisiddir xüsusən müxtəlif bitkilərdə boz çürüməyə qarşı yüksək səmərə verir.Unlu şeh xəstəliyinin inkişafını dayandırır və akarisid xassəyə malikdir. Üzümlüklərdə euparen preparatı oudium, mildyu və boz çürümə xəstəliklərinə qarşı yüksək səmərəlik virir. Çiyələkdə boz çürümə və yarpaqda ləkəlik xəstəlikləri ilə mübarizədə də yaxşı nəticələr alınır.

Euparen preparatı 50% -li islanan toz halında istehsal edilir və 0,2%- kəsafətlikdə çiyələkdə, üzümdə, 0,4-li – konsentrasiyada almada tətbiq edilir.

Üzümlüklərdə çiləmə 2-3kq/ha çiçəkləmə qabağı başlanır və məhsul yığımına 30 gün qalmış dayandırılır. Çiyələkdə çiləmə 1,2 kq/ha çiçəkləmədən qabaq və məhsul yığımına 20 gün qalmış dayandırılır. Qələvi və konsentrat emulsiya mənşəli preparatlardan başqa, bir çoxu ilə kombinə olunur.

Euparen istiqanlı heyvanlara qarşı zəiftoksikidir. (ÖD50 siçanlara 1850mq/kq). Kumullyativ xassəli mülayim ifadəlidir. Arılara qarşı zərərsizdir.

Preparatın qalıq miqdarına almada, üzümdə, çiyələkdə icazə verilir.



Yalançı unlu şeh və dəgər xəstəliklərə qarşı tətbiq edilən sistem fungisidlər.

Sistem təsirli fungisidlərin aşkar edilməsi, bitkilərin xəstəliklərdən mühafizəsində tətbiqi pestisidlərin çeşidinin təkmilləşməsini göstərir. Bu qrupdan olan preparatların təcrübə- təsərrüfatlarında iki növünün tətbiqinə icazə verilmir.

Ridomil və aljet.

Mis tərkibli preparatlardan, onların əvəz edicilərindən və kontakt təsirli üzvi birləşmələrindən fərqli olaraq – sistem fungisidlər bitkilərin yer üstü orqanları və kök sistemi tərəfindən tez sorularaq akropetal hərəkət edir və uzun müddət fungisid təsirini saxlayır (20-dən 70 günə qədər, şəraitdən asılı olaraq).

Həmin fungisidlərin sistem təsirli olması çiləmələr arası intervalı 1-2 həftədən 3-5 həftəyə qədər artırmağa imkan verir. Bitki tərəfindən fungisidin tez sorulması, preparatların səmərəliliyinin iqlim şəraitdən asılı olmasına imkan vermir. Patogenlərin bu fungisidlərə qarşı spesifik davamlılığının qarşısını almaq məqsədilə preparatları kombinə edilmiş halda və ya vaxtaşırı kontakt fungisidlərlə növbələşdirərək tətbiq edirlər.

Ridomil.


Ağ kristsllik maddədir, ərimə temperaturu 71-720C. Zəif uçucudur, suda pis, üzvi həlledicilərdə yaxşı həll olur. Turş və neytral mühitdə davamlıdır. Bir çox pestisidlərlə kombinə edilir. Torpaqda fungisid təsirini 40-70 gün, mühafizə edilən bitkilərdə isə 14-35 gün saxlayır. Üzüm bitkisində mildyuma qarşı preparatın məsarifi – 1,5- 2 kq/ha, işçi məhlulun konsentrasiyası 0,2%; çiləmənin miqdarı 6 dəfə, gözləmə vaxtı məhsul yığımına 20 gün qalmış, şəkər çuğundurunda müvafiq olaraq 1-3 kq/ha və 20 kq/ha; soğanda 1,3 kq/ha və 20 gün. Kartofda işçi məhlulunun konsentrasiyası 0,2%, məsarif norması 0,8 -1 kq/ha, çiləmənin miqdarı 3 dəfə. Birinci çiləmə xəstəliyin ilk əlamətləri müşahidə ediləndə, sonrakı çiləmələr 14-21 günlük intervalla aparılır. Gözləmə müddəti 20 gündür.

Istiqanlı heyvanlara və insanlara qarşı orta toksikidir (ÖD50 siçovullara 669-1438mq/kq), arılara, quşlara və balıqlara qarşı toksiki deyil.



Unlu şeh və digər xəstəliklərə qarşı tətbiq edilən sistem fungisidlər.

Bu qrupa daxil olan fungisidlər çantalı köbələklər törədən, patogenlərlə mübarizədə yüksək səmərəlilik verir. Bental,bayleton, tilt, topaz kimi preparatlar bir çox xəstəliklərlə mübarizədə ( almada, armudda dəmgil, çəyirdəklilərdə ləkəlik, buğdada pas və. s), tətbiq edilir.

Benlat.

Toz halındadır, suda və yağda pis həll olur. Uçucu deyil, qızdırdıqda əriyir. Turş mühitdə parçalanır.



BMK ultrabənövşəyi şuaların təsiri nəticəsində əmələ gəlir, saxladıqda rütubətli şəraitdə, bitkidə benomil prepaatının əsas metabolit məhsuludur və fungisid təsirlidir. Torpaqda metabolit məhsul BMK ilə bərabər 2-aminobenzimidazol birləşməsi də əmələ gəlir və nisbətən davamlıdır.

Örtülü və açiq şəraitdə benlat tətbiq edimiş bitkilərdə, torpaqda uzun müddət öz təsirini itirmir.

Bitki daxilində akropetal istiqamətdə yəni aşağıdan yuxarı ksilema boruları ilə hərəkət edir. Sistem təsiri, toxumları dərmanladıqda, köklər vasitəsi ilə daxil olması müşahidə edilir.

Benlat – sistem və kontakt təsirli fungisiddir, mühafizə və müalicəvi xassəlidir. Akarisid xassəyə malikdir. Tor gənəsinə, bostan mənənəsinə qarşı tətbiq etdikdə müsbət nəticə alınır. Yırtıcı fitoseylüs gənəsinə qarşı zəif toksikidir. Preparat unlu şeh, damar soluxma xəstəliyi, yəni vertisilium, fuzarium, rizoktoniya, çürümə, botritis xəstəlikləri ilə mübarizədə səmərəlidir. Benlat bakteriyalara, fikomisetlərə: helimintosporium, alternariya, sklerotina cinslərinin növünə təsir etmir. Benlat preparatının fungisidlik təsiri köbələyin reproduktiv orqanlarının fəaliyyətini pozmaqdan ibarətdir. Benzimidazol törəmələrinin təsir mexanizmi purinli əsasların biosintezinin və funksiyasının pozulmasıdır. Ardıcıl tətbiq etdikdə patogenlərdə davamlılıq əmələ gəlir. Bunu digər fungisidlərlə dərmanlama apararaq əmələ gəlmiş davamlılığın qarşısını almaq mümkündür.

Benlat 50%- li islanan toz halında istehsal edilir. Bitkilərin vegetasiya dövründə, torpağa vermə və toxumların dərmanlanması üsulu ilə tətbiq edilir.

Toxumların dərmanlamasında isə istifadə edilir – almada 5 kq/t – fuzarioz kök çürüməsinə, toxumların kiflənməsi, suspenziya preparata görə (5-10 l su 1t toxuma)

Yoncada – fuzarioz, kök çürüməsi – 3kq/t. Suspenziya preparata görə (5-10l su 1t toxuma).

Benlat və onun analoqları intensiv texnologiyada geniş tətbiq edilir: buğdada məsarif norması 0,6 kq/ha, 0,3kq/ha t.e.m. , gözləmə müddəti 30 gün.

Payızlıq taxıl bitkilərində qarkif və kök çürüməsi xəstəliklərinə qarşı benlat preparatı ilə çiləmə payızda kollaşma fazasında ya da yazda vagetasiya dövründə çiləmə aparılır. Məsarif norması 0,6kq/ha. Benlat preparatının 50-li islanan tozunu aqrosid adı ilə buğda və arpa toxumlarını sürmə və kök çürüməsi xəstəliklərinə qarşı dərmanlayırlar. Preparatın məsarifi 2-3 kq/t. Istiqanlı heyvanlara və insanlara qarşı zəif toksikidir (ÖD50 siçovullara 9500 mq/kq) kumulyativ xassəyə malik deyil, arılara, quşlara və balıqlara qarşı zəif toksikidir. Dənli taxılların dənində, çəltikdə qalıq miqdarı 1mq/kq.

Topsin- M (tiofonat – metil)

Ağ rəngli tozdur, ərimə temperaturu 181,5 -1820C, suda zəif, asetonda, xloroformda, metanolda yaxşı həll olur. 70%-li islanan toz halında istehsal edilir.

Topsin M – sistem təsirli fungisiddir, geniş spektr təsirlidir. Əsas metabolit məhsulu BMK –dır. Yarpaqlarda parçalanma müddəti 12-15 gündür. Topsin- M preparatı ilə dərmanlanma 0,1-0,2%-li suspenziya ilə aparılır, məsarif norması bitkidən asılı olaraq 0,6 -2 kq/ha. Bordo mayesi, misxloroksidinən başqa bir çox pestisidlərlə kombinə olunur. Topsin- M istiqanlı heyvanlara və insanlara qarşı zəif toksikidir. (ÖD50 siçovullara 7450mq/kq), kumulyativ təsiri zəif ifadəlidir. Alma, armud, gilas, üzüm, xiyar, şəkər çuğundurunda, buğdada, arpada xəstəliklərə qarşı tövsiyyə edilir. Preparatın tətbiqinin axırıncı vaxtı məhsul yığımına 20 gün qalmış (xiyarda 7 gün) dayandırılır. Taxıl bitkilərinin dənində, şəkər çuğindurunda və şaftalıda preparatın qalıq miqdarı 1mq/kq, xiyarda, armudda, almada, üzümdə - 0,5mq/kq, qarağatda icazə verilmir.

Bayleton (üçdimefon).

Rənksiz kristallik maddədir, ərimə temperaturu 82,30C, üzvi həll edicilərdə yaxşı həll olur. Bayleton – sistem fungisiddir, profilaktiki və müalicəvi təsirlidir. Dənli bitkilərdə unlu şeh və pas, qara qarağatda unlu şeh, şəkər çuğundurunda pas, çiyələkdə boz çürümə, üzümdə boz çürümə və oudium, almada dəmgil və unlu şeh, xiyarda, pamidorda və yemişdə unlu şeh xəstəlikləri ilə mübarizədə bayleton preparatın tətbiqi yüksək səmərəlik verir. Birinci çiləmə xəstəliyin ilk əlamətləri müşahidə ediləndə aparılır. Preparat 5%-li və 25%-li islanan toz halında istehsal edilir və vegetasiya müddətinda çiləmə üsulu ilə tətbiq edilir. 5%-li islanan tozun məsarif norması almada 0,6-1,0 kq/ha, üzümdə 0,5-1, qara qarağatda -2, yemişdə 1,5-2, xuyarda açıq şəraitda 0,3-0,6, örtülü şəraitdə - 1-3, pomidorda örtülü şəraitdə 0,5-2,0, şəkər çuğundurunda 3kq/hq.

Preparatın 25%-li islanan tozunun məsarif norması bitkilərə müvafiq olaraq 5 dəfədən az olmamalıdır. Üzümdə, almada 6 dəfə, xiyarda örtülü şəraitdə 4, şəkər şuğundurunda və yemişdə 3, pomidorda – 2 vegetasiya müddətində çiləmə aparılır. Xiyarda örtülü şəraitdə tətbiqinin axırıncı vaxtı məhsul yığımına 5 gün qalmış, pomidorda isə 10 gün, digər bitkilərdə 20 gün qalmış dayandırılır. Qarağatı çiçəkləyə qədər ya da məhsul yığımından sonra dərmanlamaq olar. Preparat fitotoksiki deyil və arılara qarşı qorxusuzdur.

Balyeton istiqanlı heyvanlara ortatoksiki preparatdır, (ÖD50 siçovullara 568 mq/kq) selikli gişaya təsir etmir.



Səpin əkin materiallarının dərmanlamaq məqsədilə tətbiq edilən fungisidlər.

Toxumların və əkin mareriallarının kimyavi maddələrlə dərmanalnmasının əsas məqsədi onların patogenlərdən mühafizə etməkdir. Bəzi xəstəlik törədiciləri toxumların üzərində (buğdada bərk sürmə, arpada daş sürmə, çovdarda gövdə sürməsi) qabığında və ya toxumların qabıqlarının altında (vələmirdə toz sürmə, buğdada helmintosporioz və s.) toxumların daxilində rüşeyimdə olurlar.

Toxum dərmanları bitkiləri xəstəlikdən və torpaqda olan törədicilərdən mühafizə edirlər (qarğıdalı toxumlarının kiflənməsi, dənli bitkilərdə fuzarioz və kök çürüməsi).

Əvvəlcədən toxumları nəmləndirmək dərmanlamaq xüsusilə səmərəlidir. Bu halda preparat toxum üzərində yaxşı dayanır, uzun müddət toxum dərmanla kontakt yaradaraq onun təsirini artırır və beləliklə məsarif normasını 20-30% azaltmağa imkan verir. Ardıcıl olaraq toxumları dərmanladıqda bir çox xəstəliklərin (bərk sürmə, kök çürüməsi, pambıqda hommoz və s.) qarşısını tamamilə almaq mümkündür. Toxum və əkin materiallarının dərmanlanması üçün tətbiq edilən fungisidlər sadə preparatlara, kombinə edilmiş preparatlarla və müəyyən tərkiblərə bölünürlər. Sadə preparatlarda təsiredici maddə bir kimyavi birləşmədən kombinə edilmiş – iki və daha çox maddədən ibarətdir. Toxumların dərmanlaması üçün kombinə edilmiş tərkibi iki yolla hazırlzyırlar: qarışdırmaq ya da eyni zamanda iki preparatı tətbiq etmə yolu ilə.

Preparatın kimyavi qurluşuna təsir xassəsinə, bitkidə hərəkət etmə xarakterinə və tətbiq obyektinə görə qruplara bölünürlər.

Sadə preparatlar.

Son illər toxumları dərmanlamaq üçün tətbiq olunan kimyavi birləşmələrin çeşidləri xeyli genişlənmişdir. Buna baxmayaraq civəli preparatlardan yenə də çox istifadə edilir.

Bu preparatlar çox cəhətli mühafizə edici təsirlidirlər, başlanğıc infeksiyanı, toxumların üzərində və qabıq altında olan patogenlərə də təsir edirlər. Daxili infeksiyaya isə təsir etmirlər. Ancaq civəli preparatlar güclü toksikidirlər və istiqanlı hevanlara qarşı təhlükəlidirlər. Bu baxımdan onların tətbiqi məhdudlaşır. Toxum dərmanlarına tərkibində civə olmayan müxtəlif kimyavi tərkibli preparatlar daxildir və onlar təsirinə görə civə tərkibli preparatlardan geri dalmaırlar, istiqanlılara qarşı isə zəif toksikidirlər. Xüsusən daxili infeksiyanı məhv edən preparatlar diqqətə layiqdir. Bu preparatlar sistem təsirlidir və kimyavi qaurluşuna görə müxtəlif qruplara daxildirlər.

Toxum və əkin materiallarını dərmanlamaq üçün vegetasiya müddətində tətbiq edilən fungisidlərdən istifadə edilir.

Qranozan - ağ kristalik maddədir, ərimə temperaturu 1980C, suda həll olmur, üzvi həlledicilərdə isə yaxşı həll olur. Davamlı preparatdır, ancaq yüksək ucucudur. Preparat parçalandıqda qeyri-üzvi civəli birləşmələr əmələ gəlir. Qranozan talk əsasında toz halında istehsal olur və tərkibində 1,8-2,3% etilmerkurxlorid, rənkləyici maddə və sənaye yağ vardır. Kip örtülü qabda 10 il müddətində saxlamaq olar.

Qranozan mühafizə və müalicəvi fungisiddir, kontakt təsirlidir. Preparat buğdanı bərk sürmə, çəltikdə pirikulyarioza qarşı toxumların dərmanlanması üçün tətbiq edilir. Qranozanın məsarif norması dənli bitkilrdə 1-2 kq/t, şəkər çuğundurunda 2-4 kq/t. Toxumları sulu suspenziya ilə nəmləndirmə üsulu ilə (10 l/t) dərmanlayırlar. Preparatın tərkibənə aşağıda qeyd edilən köməkçi məddələri: sulfit-spirt bardası, silikatlı yapışqan (150-200 q/t toxuma), OP-7 (100-200 q/t toxuma) əlavə etdikdə səmərəlik artır. Toxumların səpindən 1-3 ay əvvəl dərmanlanması daha yüksək səmərəlik verir. Dərmanlanmış toxumlardan civənin buxarı ətraf mühitin şirklənməsinə səbəb olmasın deyə, belə toxumlar xüsusi bölmədə və havalandırıcı qurğu olan yerdə saxlanılmalıdır. Qranozan preparatı ilə dərmanlanmış toxumlarla müəyyən şəxslər RU-67 markası respiratordan “Г” patronlu əlehiqazlardan, kombinezon, rezin əlcəklər, əyaqqabıdan və mühafizə edici 110-1 markalı eynəklərdən istifadə edilməlidir.

Dərmanlanmış toxumları qida məqsədi və mal-qara yemi kimi istifadə etməyə icazə verilmir. Qranozan insan və istiqanlı heyvanlara qarşı güclü təsirli zəhərli maddədir. (ÖD50 siçovullara 30-60 mq/kq). Qranozan preparatının ərzaqda və mal-qara üçün yemdə qalıq miqdarına icazə verilmir. Havanın işçi zonasında icazə verilən qalıq miqdarı 0,005mq/m3,məişətdə istifadə edilən hövzələririn suyunda 0,0001 mq/m3 .

TMTD sarımtıl-boz rənkli kristalik tozdur, ərimə temperaturu 1550C -156 0C. Suda həll olmur, üzvi həll edicilərdə isə yaxşı həll olur. Davamlı birləşmədir, turş və qələvi mühittə parçalanır. Uçucu deyil, ona görə bu preparatla işlədikdə respiratordan istifadə etmək olar.

TMTD 80%-li islanan toz halında istehsal edilir. Narın toz halında hava ilə birlikdə partlayıcı qarışıq əmələ gətirir. Bu preparat xarici mühit amillərinə qarşı dözümlüdür, və davamlı pestisidlər qrupuna daxildir. Bitkilərin tərkibində 1-1,5 ay öz təsirini saxlayır. Preparatın qalıq miqdarı məhsulda toplanaraq təhlükəli olduğuna görə TMTD ilə toxumların dərmanalnması preparatın sulu suspenziyası yada nəmləndirmək yolu ilə aparılır. 80%-li TMTD preparatının məsarif norması 1 t toxumda, taxıl bitkilərində 1,5-2 kq, soğanda – 4-5 kq/t-dur.

TMTD sürmə xəstəliklərinə, xüsusən qabıqlı bitkilərdə civəli preparatlara nisbətən səmərəliyi aşağıdır, ancaq toxumları kif və kök çürümə xəstəliklərindən mühafizə edir.

Torpaqda dərmanlanmış dənələrdə fungisidlik fəallığı 30 günə qədər saxlaylr. Bu preparat buğdada fuzarioza, qarğıdalı toxumlarında kifə və s. qarşı tətbiq edilir.

TMTD kökümeyvəlilərinin və kartof yumrularının xəstəliklərinə qarşı tətbiq edilir. Kartof yumrularının dərmanlanması əkin qabağı aparılır, məsarif norması 2,1-2,5 kq/t (70 litr 3-3,5%-li TMTD suspenziyası 1 t) ilə tətbiq etdiqdə dəmgil, rizoktonioz, fitoftoroz xəstəliklərinin inkişafı xeyli aşağı düşür. Kələmin xəstəliklərinə qarşı TMTD preparatı şitillərin dərmanlanması üçün istixanalarda və parniklərdə 1-1,5 q/m2 sərf edilir. Məsarif normasını artırdıqda siçanlara qarşı repelent təsirlidir.

TMTD preparatı istiqanlı istiqanlı heyvanlara və inasanlara qarşı ortatoksikidir (ÖD50 siçovullara 865 mq/kq). Ifadəli kumullyativ təsirlidir, dəriyə düşdükdə dermatit xəstəliyi, gözə düşdükdə konyüktivit əmələ gəlir.

Preparatın qalıq miqdarı heç bir qida məhsulunda icazə verilmir. Havanın işçi zonasında icazə verilən qalıq miqdarı 0,5 mq/m3.

Vitovaks – sistem təsirli fungisiddir.

Müxtəlif bitkilərdə sürmə, pas və rizoktonioz xəstəliklərinə qarşı səmərəlidir. Toxum cücərdikdə preparat daxil olur və daxili infeksiyanı məhv edir.bitki daxilində akropetal hərəkət edərək cücərtiləri torpaqda olan fitopatogenlərdən mühafizə edir.

Preparatın fungisid fəallığı bitkilərin hüceyrələrində toplanaraq köbələklərin fəaliyyətini pozması ilə müşayət olunur. Xarici mühitdə vitavaks asanlıqla torpaqda 3 həftə müddətində parçalanır.

Suda və bioloji mühitdə preparat fungitoksiki olmayan sulfoksid və sulfon birləşmələrinə qadər oksidləşir. Bitkinin tərkibində vitavaks preparatının qalıq miqdarı 6 həftə müddətində müşahidə edilir. Vitavaks preparatının oksidləşmə məhsulunun 90%-zi sulfoksid və 10%-li sulfon birləşmələrindən ibarətdir.

Buğda və arpada vitavaks preparatı hidroliz olur və qalıq miqdarı məhsulda müşahidə edilmir.

Bronokot preparat 75%-li islanan toz formasında istehsal edilir və buğdanın toxumlarını dərmanlamaq məqsədilə tətbiq edilir, məsarif norması 2,5-3 kq/t, arpa və vələmirdə 3-3,5 kq/t. Bitkilərin yatmasının qarşısını almaq üçün toxumları dərmanladırda vitavaks preparatının tərkibinə 6 l/t 60%-li tur əlavə edilir. Istiqanlı hevanlara və insanlara qarşı vitavaks zəiftoksikidir. (ÖD50 siçovullara 3200 mq/kq). Vitavaks preparatının metobolitləri heyvan orqanizmindən cidiklə azad edilir.

Formalin – rənksiz qaz halında, kəskin iyli maddədir, suda yaxşı həll olur. Formalin formaldehidin sulu məhluludur. Uzun müddət açıq qabda və aşağı temperaturda saxladıqda formalin polimerləşir. Belə preparat tətbiq edilmək üçün yararsızdır.

Formaldehid kontakt fungisid və bakterisiddir, əsasən qabıqlı toxumları dərmanlamaq məqsədilə tatbiq edilir. Toxum üzərində olan infeksiyaya qarşı səmərəlidir, ancaq onları torpaqda olan mikroorqanizimlərdən mühafizə etmək xassəsinə malik deyil. Bu preparat yaş və yarım quru üsulla toxumları dərmanlamaq, torpağa vermək və dezinfeksiya məqsədilə tətbiq edilir. Yarım quru üsulla – vələmirin toxumlarını bərk və toz sürmə xəstəliklərinə, arpanın toxumlarını isə daş sürməyə qarşı dərmanlayırlar. Yaş üsulla dərmanladıqda 40%-li formalindən 0,33%-li işçi məhlul hazırlanır (0,11%-li təsiredici maddə ya da 1:100). Toxumları 5 dəqiqə saxlayırlar, məsarif norması 100 l işçi məhlul 1 t toxuma, sonra 2 saat müddətində üzərini örtərək dəmə qoyurlar. Həzırlanmış işçi məhlulu bir dəfə tətbiq etmək olar.

Yarım quru üsulla dərmanladıqda 40%-li formalindən 1,25%-li məhlul hazırlanır (0,5%-li təsiredici maddə, ya da 1:80), məhlulun məsarifi 1 ton vələmirin toxumlarına 300, arpaya isə 15-20 l, toxumları dərmanladıqdan sonra 3-4 saat üzərini örtərək dəmə qoyurlar, sonra kölgədə qurudurlar. Formalinlə toxumları səpinə 3-5 gün, tütünün toxumlarını 2-3 gün qalmış dərmanlayırlar, əks vəziyyətdə onların cücərmə qabiliyyətinə mənfi təsir göstərir. Bu preparatın hazırlanması çətin oıduğuna və toxumların cücərmə qabiliyyətinə mənfi təsir etməsinə görə, formalinin tətbiqi məhdudlaşır.

Formalin istiqanli heyvanlara və insanlara qarşı ortatoksikidir. (ÖD50 siçovullara 424 mq/kq). Qaz halında olan formaldehid gözə tənəffüs yollarına, selikli qişasına qıcıqlandırıcı, dəri örtüyünü zədəliyir və xroniki zəhərlənməyə səbəb olur. Preparatla işlədikdə dərini və tənəffüs yollarını mühafizə etmək məqsədilə A markrlı filtirli sənaye əlehhiqazlarından istifadə etmək lazımdır. Havanın işçi zonasında qalıq miqdarı 0,5mq/m3, suda – 0,5 mq/l.

Kökləyici funfisidlər.

Kökləyici fungisidlər bitkilərin xəstəlik törədicilərini qışlama mərhələsində, tökülmüş yarpaqlarda, budaqlarda, ağacların gövdəsində, torpaqda qalan infeksiyanı məhv etmək məqsədilə tətbiq edilir.

Kökünü kəsən çiləmə üçün DNOK və Nitrofen preparatlarından istifadə edilir. Qeyd edilən pestisidlər kompleks təsirlidir, fungisid, insektisid və herbisid xassəlidirlər. Onların səmərəliliyi çiləmələrin düzgün aparılması ilə əlaqədardır. Adətən işçi məhlulun məsarifi 800-3000 l/ha tətbiq edilən obyektlə bağlıdır. Çiləmə payızda ya da yazda tumurcuqlar açmamış aparılır. Bu preparatları vegitasiya dövründə tətbiq etmək olmaz, çünki fitotoksiki xassəlidirlər. Xəstəlik törədicilərini qışlama mərhələsində məhv etdikdə, yaz dövründə bitkilərin xəstəliyə yoluxması xüsusilə qorxuludur. Ona görə kökündən məhv edən çiləmə vegetasiya müddətində xəstəliklərin yayılmasının qarşısını alır, beləliklə bordo mayesi ilə köy-çiləmə aparmağa ehtiyac olmur və bitkilərin vegetasiya dövründə preparatlarla aparılan çiləmələrin miqdarını azaltmağa şərait yaradır.

DNOK- sarı kristalik maddədir, ərimə temperaturu 85,50C. Texniki məhsulu 95-98% əsas təsiredici maddədən ibarətdir. Suda pis, üzvi halledicilərdə yaxşı həll olur. DNOK partlayıcı xassəyə malikdir, ona görə 40%-li istehsal olur. Onun tərkibində təsiredici maddədən başqa tamamlıyıcı kimi natrium sulfat yada amonium. Bu formada preparat k/t tətbiq edilir.

DNOK preparatı 1%-li kosentrsiyada çiləmə üsulu ilə meyvə bağlarında və üzümlüklərdə (6-20 kq/ha preparata görə) tətbiq edilir. Çiləmə erkən yazda (tumurcuqlar açılmamış) havanın temperaturu 200C yuxarı olmamaq şərti ilə, ya da payızda (yarpaq töküləndən sonra) aparılır.

Preparat ağacların kövdə ətrafı olan dairəyə və cərgə aralarına tətbiq edilir. Temperatura yuxarı olduqda isə tətbiq edilən obyekt üzərindən sürətlə buxarlanır. Nəmliyin artması və yağışlar DNOK preparatının köbələyin meyvə bədəninə daxil olmasını sürətləndirir. Məsarif norması 4-6 kq/ha. Quş üzümü və qarağatda preparatın məsarifi 3,2-6 kq/ha. Adətən preparatın sulu məhlulu 0,1-0,2% konsentrasiyada çiləmə üsulu ilə tətbiq edilir.

DNOK insektisid və herbisid kimi də tətbiq edilir. Birillik və ikiillik alaqları məhv edir. Taxıl fəsiləsindən olan və çoxillik alaqlara təsir etmir.

Torpaqda preparat 30-60 günə parçalanır. Preparat arılara qarşı təhlükəlidir. DNOK preparatı istiqanlı heyvanlara və insanlara qarşı yüksək toksiki olduğuna görə tətbiqi məhdudlaşır.

Nitrofen – açıq sarı kristalik maddədir, ərimə temperaturu 70-710C. Suda - 200C temperturda 1,2 mq/l həll olur, aseton, benzol və digər üzvi həlledicilərdə yaxşı həll olur. 50%-li islanan toz ya da 24%-li k.e. halında istehsal edilir. (ÖD50 siçovullara 2630 mq/kq). Gözə düşdükdə selikli qişanı qıcıqlandırır, ona görə nitrofenlə işlədikdə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Arılara qarşı toksiki deyil.

Nitrofen DNOK-a nisbətən zəif toksiki preparatdır, ona görə yüksək konsentrsiyada (2-3%-li yada 10-60 kq/ha) tətbiq edilir. Ağacları və torpağı suvardıqda nitrafen preparatının səmərəliyi artır. Kökündən məhv etmək məqsədilə preparat almada, armudda dəmgil, üzümdə mildium, çəyirdəkli bitkilərin xəstəliklərinə və gilə-meyvələrdə tətbiq edilir. Çiyələmi yazda preparatın 1,5-2%-li məhlulu ilə dərmanlayırlar. Məsarif norması 20-30 kq/ha.

Mis və dəmir kuporosu kökündən məhv etmək üçün çiləmə üsulu ilə tətbiq edilir. Erkən yazda (bitkilərin sükünat dövründə, tumurcuqlar açmamış) 98%-li texniki mis kuporosunun 1%-li məhlulu ilə çiləmə aparılır. Preparatı almada, armudda tətbiq etdiqdə məsarif norması 15-20 kq/ha, ərikdə, şaftalıda, gavalıda 10-15, quş üzümündə və qarağatda 8-10 kq/ha. Mis kuporosu giləmeyvələrdə və çəyirdəkli bitkilərdə kompleks xəstəliklərə, dəmgil və meyvə çürüməsinə qarşı da tətbiq etdikdə yüksək səmərəlik verir. Bu preparat şibyələri və mamırları məhv edir.

Kökündən məhv etmək məqsədilə çiləmə apardıqda (almada, armudda) 53%-li dəmir kuporosunun (dəmirli sulfat) tozundan hazırlanmış məhlulla çiləmə aparılır. Köbələk xəstəlikləri şibyələrlə və mamırlarla mübarizədə çiləmə səmərəlik verir. Preparatı vegetasiya başlamamış ya da vegetasiyadan sonra 2%-li məhlulla aparılır, məsarif norması 30-40 kq/ha. Dəmir kuporosun digər pestisidlərlə birgə tətbiq etmək olmaz.




Mövzu12: Herbisidlərin təsnifatı, tətbiqi, qaydaları və məsarif norması

Plan:


  1. Herbisidlərin ümumi səciyyəsi

  2. Herbisidlərin təsnifatı

  3. Kontakt və sistem təsirli herbisidlər

Ədəbiyyat:

1. Г.С.Груздeв –«Химическая защита растений» Москва 1987.

2. М.М.Голшин –«Фунгициды в сельском хозяйстве» Москва 1982.

3. С. Р. Попов, Л. А. Дорожкина и др. – «Основы химической защиты

растений», Москва, 2004.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə